Məhkəmə qərarları › İş №2(002)-2496/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2496/2020

11.12.2020 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2496/2020 11.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının İddiaçı və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzildən çıxarılma və mənzilin boşaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi M.Həsənov küçəsi 2 A saylı evin 69 saylı mənzilindən çıxarılması və mənzilin boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, iddia ərizəsində mexaniki səhvə yol verilərək, cavabdehin soyadının Niftiyev əvəzinə «Niftəliyev» yazıldığını bildirmih və məhkəmədən qeyd olunan yanlışlığın nəzərə alınmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi M.Həsənov küçəsi 2 A saylı evin 69 saylı mənzili xx.xx.2017-ci il tarixdən mülkiyyət hüququ əsasında ona məxsusdur. Belə ki, həmin mənzil ona məxsus olmuş, həmin mənzil ona tək qadın kimi SSRİ dövründə verilmişdir. Mənzilin orderinə o, həmçinin ailə üzvü kimi iki qızı qeyd edilmişdir. Sonradan həmin mənzili adına özəlləşdirmişdir və mənzil ona məxsusdur. O, cavabdehlə rəsmi nikahda olmuşdur və aralarında olan nikah 2005-ci ildə pozulmuşdur. Cavabdehin həmin mənzillə heç bir əlaqəsi yoxdur və mübahisəli mənzildə qeydiyyatda olmamışdır. Lakin cavabdeh qanunsuz olaraq mübahisəli mənzilə daxil olaraq mənzildən çıxmır və onun həmin mənzildən istifadə etməsinə mane olur. Bu səbəbdən də, həmin mənzildən istifadə edə bilmir. Cavabdeh qanunsuz olaraq mənzili zəbt edərək, yaşayır. Mübahisəli mənzil ona məxsus olsa da, mənzildə yaşaya bilmir. Cavabdehə ona məxsus mənzilin boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdeh mənzildən çıxmaqdan imtina edir. Cavabdeh onun qanunla qorunan hüquqlarını pozaraq, mənzil hüquqlarını məhdudlaşdırır. İddiaçının nümayəndəsi İddiaçı və vəkili X5 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdeh X4 məhkəməyə teleqram vuraraq, xəstəliklə əlaqədar məhkəməyə gələ bilmədiyindən, məhkəmə iclasının başqa vaxta təxirə salınmasını xahiş etmişdir. Lakin cavabdeh X4 teleqramda hansı xəstəlikdən əziyyət çəkdiyini göstərməmiş, müalicə almasını təsdiq edən tibbi sənədləri (diaqnoz, resept və s.) məhkəməyə göndərməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh X1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Mehman Həsənov küçəsi 2 A saylı evin 69 saylı mənzili xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyata alınmışdır. Bakı şəhər XDS İK tərəfindən verilmiş xx xxx 1987-ci il tarixli, 225024 saylı orderdən görünür ki, həmin mənzil Abbasova (Niftiyeva) Fatma Tərlan qızına əvəzsiz şəkildə verilmişdir. Mənzil sahəsinə onunla birlikdə köçməli olan ail üzvləri sırasında yalnız iki qızı Leyla və Günelin adları qeyd edilmişdir. Göründüyü kimi, mənzil iddiaçının şəxsi mülkiyyətidir və cavabdehin həmin mənzilə heç bir hüququ yoxdur. İddiaçı ilə cavabdeh arasında olan nikah münasibətlərinə xx xxxxxxx 2005-ci il tarixdə 96 saylı akt qeydi ilə xitam verilmiş, akt qeydi Qaradağ rayon VVADQ şöbəsində aparılaraq, iddiaçıya AZ-İ seriyalı, 043321 saylı nikahın pozulması haqqında şəhadətnamə verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə görə mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının mülkiyyətində olan mənzil cavabdeh tərəfindən zəbt edilmişdir və bununla da, iddiaçının qanunla qorunan mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən, cavabdeh həmin mənzilə qanunsuz olaraq sahiblik etməsinə son qoyularaq, o, həmin sahədən çıxarılmalı və mənzil bolaşdılaraq iddiaçıya təhvil verilməlidir. Ödəniş qəbzindən göründüyü kimi, məhkəməyə iddia ərizəsi təqdim olunması üçün iddiaçı tərəfindən 10.40 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdeh X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Mehman Həsənov küçəsi 2 A saylı evin 69 saylı mənzilindən çıxarılmalı və mənzil boşaldılaraq İddiaçı təhvil verilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X4 İddiaçı mülkiyyətində olan Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Mehman Həsənov küçəsi 2 A saylı evin 69 saylı mənzilindən çıxarılsın. Mənzil boşaldılaraq İddiaçı təhvil verilsin. Ödənilmiş 10.40 manat dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar