Məhkəmə qərarları › İş №2(002)-25/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-25/2023

02.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-25/2023 02.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" BOKT QSC-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Bakı Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" QSC Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borc üzrə 7.740 manat, faiz üzrə 1.439 manat 29 qəpik olmaqla, cəmi 9.179 manat 29 qəpik məbləğində kredit borcunun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun "xxxx" QSC-nin xeyrinə tutulması; tutmanın Cavabdeh mülkiyyətində olan ** RB *** dövlət qeydiyyat nişanlı «Seat İbiza ST» minik markalı (buraxılış ili 2012, ban – VSSZZZ6JZCR055280, rəngi ağ) avtomobilinə yönəldilərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin "xxxx" QSC-nin hesabına ödənilməsi; satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə isə əksik qalan borc məbləğinin Cavabdeh tutularaq "xxxx" QSC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, "xxxx" BOKT QSC ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" QSCnin əsl iddiaçı "xxxx" BOKT QSC ilə əvəz edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddisinə uyğun olaraq "xxxx" ASC ilə "xxxx" QSC arasında bağlanmışdır. Tələb hüququnun güzəşt edilməsinə dair xx.xx.2015-ci il tarixli Müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ "xxxx" QSC-yə keçmişdir. "xxxx" QSC-nin Nizamnaməsinə edilmiş 12 oktyabr 2015-ci il tarixli ********** saylı dəyişiklikdəki 2.5-ci maddəyə əsasən Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanında nəzərdə tutulmuş aktivlərin idarə edilməsi Kredit Təşkilatının tabeliyində yaradılmış hüquqi şəxs statuslu qurum (İddiaçı MMC) vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" QSC tərəfindən "xxxx" ASC-dən problemli aktivlərin satın alınması ilə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-AVK-1341 saylı, 06 noyabr 2017-ci il tarixli təhvil-təslim aktına əsasan "xxxx" QSC-yə verilmişdir. "xxxx" ASC-nin Nəsimi filialı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə № 216 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə avtomobil almaq məqsədi ilə illik 17 % tətbiq edilməklə, 60 ay müddətinə 14.365 manat məbləğində kredit verilmişdir. xx.xx.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh odlunun mülkiyyətində olan **- RB-*** dövlət qeydiyyat nömrəli «Seat İbiza ST» minik markalı (buraxılış ili 2012, ban - VSSZZZ6JZCR055280, rəngi - ağ) avtomobil xx.xx.2012-ci il tarixdə, № 216 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. X4 Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və xx.xx.2012-ci il tarixli, AA seriyalı, 047147 №-li «İpoteka müqaviləsinin qeydiyyatı haqqında» şəhadətnamə verilmişdir. Kredit Müqaviləsinin 2.2-ci bəndinə əsasən Bank nəqliyyat vasitəsinin alınması üçün «Borcalan»a 14.365 manat məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür. (2.3 bənd) «Borcalan» bu Müqaviləyə əsasən krediti qəbul etməyi, bu Müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Banka qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 5.3-cü bəndinə əsasən kredit vəsaitindən istifadə müddətinin axımı «Borcalan»ın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən başlanır. (5.4. bəndi) «Borcalan»a verilən vəsaitindən istifadə müddəti 60 aydır. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş günlərinin faktiki sayına görə kredit verənə illik 17 faiz ödəyir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, Cavabdeh banka hazırda olan əsas borc üzrə 7.740 manat, faiz borcu üzrə 1.439,29 manat olmaqla, cəmi 9.179,29 manat məbləği təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçının nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, xx.xx.2012-ci il tarixli 216 saylı kredit müqaviləsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin Nəsimi filialı tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 17 % ödənilməsi şərti ilə 14.365 manat məbləğində kredit verilmişdir. Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2020-ci il tarixə 7.740 manat məbləğində əsas borc, 1.439 manat 29 qəpik faiz olmaqla, cəmi 9.179 manat 29 qəpik borcunun mövcud olması qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 20 iyul 2022-ci il tarixli 9/4613 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2012-ci il tarixli 216 saylı kredit müqaviləsi üzrə borcalanın banka ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2020-ci il tarixə Əsas borc üzrə – 10.226,16 manat; Faiz üzrə – 7.544,75 manat. Qeyd edilir ki, iş materiallarında olan Cavabdeh məxsus ********************AZN nömrəli cari hesabdan çıxarış xx.xx.2009-cu il tarixdən xx.xx.2017-ci il tarixədək olan müddətləri əhatə edir və hazırki ekspertiza tədqiqatı zamanı yalnız həmin müddət aralığında borcalan tərəfindən aparılmış ödənişlər nəzərə alınmışdır. Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2023-cü il tarixli 9/8302 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, xx.xx.2012-ci il tarixli 216 saylı kredit müqaviləsi şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas və faiz borcu 11.739 manat 47 qəpik məbləğində və xx.xx.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) banka olan əsas və faiz borcu 17.770 manat 91 qəpik məbləğində müəyyən edilir. O cümlədən: xx.xx.2017-ci il tarixə: Əsas borc üzrə – 10.226,16 manat, Faiz üzrə – 1.513,31 manat. xx.xx.2020-ci il tarixə: Əsas borc üzrə – 10.226,16 manat, Faiz üzrə – 7.544,75 manat. Qeyd: İş materiallarında olan maliyyə arayışından (səh-9) göründüyü kimi xx.xx.2012-ci il tarixli 216 saylı kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixdə 1.460 manat və xx.xx.2018-ci il tarixdə 100 manat (xx.xx.2018-ci il tarixli, 100 manat məbləğində ödənişin kassa mədaxil orderi iş materiallarında mövcuddur (səh-119), lakin hansı müqaviləyə aid edilməsi göstərilməmişdir) olmaqla ümumilikdə əsas borcdan 1.560 manat məbləğində kredit ödənişi edilmişdir. Həmin 1.560 manat məbləğində əsas borcdan kredit ödənişi borcalanın cari hesabdan çıxarış məlumatlarında öz əksini tapmır. Beləliklə, həmin maliyyə arayışının doğruluğu məhkəmə tərəfindən nəzərə alındıqda hazırki tədqiqatla xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2020-ci il tarixə (maliyyə arayışının tarixinə) müəyyən edilmiş əsas borcdan çıxıldıqda borcalanın xx.xx.2017-ci il tarixə (kredit müqaviləsinin son tarixi) və xx.xx.2020ci il tarixə (maliyyə arayışının tarixinə) əsas borcu 8.666 manat 16 qəpik məbləğində müəyyən edilir. Aparılmış tədqiqatın dəyəri 200 manat təşkil edir. Məhkəmə qeyd edir ki, borcun tutulması barədə yekun nəticəyə gələrkən, məhkəmə ekspert rəylərində qeyd edilən məbləğləri deyil, iddia ərizəsində qeyd edilən məbləğləri əsas götürməlidir. Belə ki, ekspert rəyində qeyd olunan məbləğlər iddia tələbində qeyd olunan məbləğlərdən çoxdur. İddiaçı tərəf iddia tələbinin həcminin artırılması barədə ərizə verməmişdir. Məhkəmə isə hazırki mülki iş üzrə iddia tələbindən kənara çıxa bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə "xxxx" ASC-dən kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtıvaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. xx.xx.2012-ci il tarixdə 216 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə "xxxx" ASC qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, «Seat İbiza ST» markalı ** RB *** dövlət qeydiyyat nişanlı minik avtomobilini banka ipoteka qoymuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəmi reyestrindən xx.xx.2012-ci il tarixli AA seriyalı 047147 saylı çıxarışdan görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2012-ci il tarixli 216 saylı ipoteka müqaviləsi rəsmi reyestrdə qeydiyyata alınmışdır. "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin 16 noyabr 2021-ci il tarixli 29 saylı mütəxəssis rəyindən görünür ki, həmin avtomobilin 16 noyabr 2021-ci il tarixə likvid dəyəri 7.500 manat təşkil edir. Hesab-fakturadan görünür ki, qiymətləndirmə xərci 200 manat təşkil edir. Bildirişdən görünür ki, iddiaçı pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, xx.xx.2012-ci il tarixli 216 saylı kredit müqaviləsinə əsasən 7.740 manat əsas borc, 1.439 manat 29 qəpik faiz olmaqla, cəmi 9.179 manat 29 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə tutulmalı; tələb üzrə tutma ipoteka predmeti olan ** RB *** dövlət qeydiyyat nişanlı «Seat İbiza ST» minik markalı (buraxılış ili 2012, ban – VSSZZZ6JZCR055280, rəngi ağ) avtomobilinə yönəldilməli; avtomobil açıq hərracdan satılmalı; avtomobilin ilkin satış qiyməti 7.500 manat müəyyən edilməli; satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği "xxxx" BOKT QSC-yə ödənilməli; "xxxx" BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı; satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutularaq iddiaçı "xxxx" BOKT QSC-yə ödənilməlidir. 250 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. 200 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin təqdim etdiyi hesaba ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2012-ci il tarixli 216 saylı kredit müqaviləsinə əsasən 7.740 manat əsas borc, 1.439 manat 29 qəpik faiz olmaqla, cəmi 9.179 manat 29 qəpik pul vəsaiti və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh iddiaçı "xxxx" BOKT QSC-nin xeyrinə tutulsun. Tələb üzrə tutma ipoteka predmeti olan ** RB *** dövlət qeydiyyat nişanlı «Seat İbiza ST» minik markalı (buraxılış ili 2012, ban – VSSZZZ6JZCR055280, rəngi ağ) avtomobilinə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın. Avtomobilin likvid dəyəri 7.500 manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği "xxxx" BOKT QSC-yə ödənilsin. "xxxx" BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh ümumi qaydada tutularaq iddiaçı "xxxx" BOKT QSC-yə ödənilsin. 250 manat ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. 200 manat ekspertiza xərci Cavabdeh tutularaq "xxxx" Hüquq və Qiymətləndirmə Şirkətinin təqdim etdiyi hesaba ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar