Məhkəmə qərarları › İş №2(002)-252/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-252/2025

12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-252/2025 12.03.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi,tərcüməçi X8, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunua «iş stajı faktının müəyyən olunması”- barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə qarşı «iş stajı faktının müəyyən olunması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun X22 xx.xx.1991-cü il tarixindən xx.xx.2002-ci il tarixədək işləməyi barədə hüquqi faktm müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o-Ərizəçi 2.08.1960-cı il tarixdə anadan olmuşdur. 1980-ci ildən əmək fəaliyyətinə mədəniyyət evindən başlamışdır. Axırıncı iş yeri isə Bakı şəhərində yerləşən Tibb işçilərinin mədəniyyət evində bədii rəhbər vəzifəsi olmuşdur. (xx.xx.1991-xx.xx.2002-ci il tarixləri). Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Milli Konservatoriyasının maddi-texniki bazasının yaradılması” haqqında 10 avqust 2021-ci il tarixli 785 nömrəli Sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən X23 yerləşdiyi və Səhiyyə X11 Respublika Komitəsinə aid bina Təhsil Nazirliyinin balansına verildiyindən orada işləmiş işçilərin əmək fəaliyyətinə xitam verilmişdir.Pensiya yaşına çatdığına görə ona pensiyanın təyin olunması üçün DOST xidmətinə müraciət etdikdə ona bildiilər ki, axırıncı iş yeri barədə işə daxil olma yeri qeyd edilsə də həmin səhifə möhürlənməmiş, işdən azad edilmə vaxtı da göstərilməmiş, tam əmək stajının müəyyən edilməsi mümkün olmamışdır. Əmək kitabçasında axırıncı iş yeri barədə qeydin tamamlanması üçün Azərbaycan Respublikası Səhiyyə X6 müraciət etdi. Lakin həmin qurumdan ona imtina cavabı verildi. İmtina onunla əsaslandırılır ki, X24 Evi ilə bağlı arxiv sənədlərinin hazırda Azərbaycan Səhiyyə X11 Respublika Komitəsində mövcud olmaması səbəbindən Ərizəçi əmək kitabçasında onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq qeydin aparılması işində çətinliklə üzləşmişdir. Belə ki, X29 təxminən 23 (iyirmi üç) il bundan əvvəl ləğv edilmiş və hüquqi varisinin kim olması barədə əlində müvafiq rəsmi sənədlər mövcud deyildir. Onun xx.xx.1991-xx.xx.2001-ci illər tarixlərdə Tibb işçilərinin mədəniyyət evində bədii rəhbər vəzifəsində işləməyi ərizəyə əlavə etdiyi sənədlərlə sübuta yetirilir. Səhiyyə X11 Respublika Komitəsi Rəyasət Heyətinin xx.xx.2002-ci il tarixində keçirilmiş iclasının 14 nömrəli protokol qərarı ilə X23 direktoru X20 İşçiləri Evinin ləğv edilməsi ilə əlaqədar ləğvetmə komissiyasının yaradılması və müəssisənin ləğv edilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun aparılmasının təmin edilməsi tapşırılmışdır.X23 müdiri vəzifəsində işləmiş Nizami Mahmudov və həmin müəssisənin baş mühasibi olmuş Şəbinə Sadıqova xx.xx.2002-ci il tarixli 02 nömrəli məktubla Səhiyyə X11 Respublika Komitəsinin sədrinə müraciət edərək Səhiyyə X11 Respublika Komitəsinin X23 xx.xx.2002-ci il tarixindən ləğv edilməsi ilə əlaqədar, X23 şöbə müdiri Ərizəçi 1996-1997; 1997-1998; 1998-1999; 1999-2000 və 2000-2001-ci illər üçün məzuniyyət pulunun (aylıq əmək haqqı- 144.000 manat) hesablanmasını və 01 oktyabr 2002-ci il tarixindən etibarən müavinətin(15.000 manat) ödənilməsi xahiş edilmişdir. Göründüyü kimi X22 xx.xx.1991-cü il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi illər tam olaraq əmək kitabçasında qeydə alınmadığından və təsdiqlənmədiyindən, eyni zamanda həmin işlədiyi dövrü əks etdirən sənədlər arxivə verilmədiyindən, çətinliklər ilə üzləşmişdir. Bu şəbəbdən də müraciət etdiyi qurum Azərbaycan Respublikası Səhiyyə X1 edə bilməmişdir. Bu sənədi əldə etməyə digər imkanlarolmadığına görə hesab edir ki, bu məsələ məhkəməyə ərizə ilə hüquqi fakt müəyyən edilməsi müraciət etməyi ilə həll oluna bilər. Lakin, ərizəyə əlavə olunmuş sənədlər, o cümlədən maaş cədvəlləri, eyni zamanda, məhkəməyə şahid qismində dəvət olunacaq, həmin dövrdə işlədiyi qurumu təmsil etmiş şəxslər onun X22 xx.xx.1991-cü il tarixindən xx.xx.2002-ci il tarixədək işləməyini təsdiq edəcəklər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3726/2024 saylı 11.dekabr 2024-cü il tarixli qərardadı ilə Ərizəçi maraqlı şəxs Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə qarşı iş stajının müəyyən edilməsi faktına dair mülki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidməti maraqlı şəxs kimi cəlb edilməsi qərara alınmışdır. Ərizəçi və vəkili və Vəkil xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizəyə dəqiqləşmə tədim edərək, Ərizəçi X22 xx.xx.2002-ci il tarixədək işləməyinə dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-252/2025 saylı 03 fevral 2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs kimi cəlb edilməsi qərara alınmışdır. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 tərəfindən xx.xx.2025-ci il tarixdə Ərizəçi "iş stajının müəyyən edilməsi" tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsi xahiş edilmiş və əlavə olaraq qeyd etmişdir ki, ərizəçi Konservatoriyasının maddi-texniki bazasının yaradılması haqqında 10 avqust 2021-ci il tarixli 785 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən X21 yerləşdiyi və Səhiyyə X11 Respublika Komitəsinə aid binanın Azərbaycan Respublikasının Təhsil Nazirliyinin balansına verildiyindən orada işləmiş işçilərin əmək fəaliyyətinə xitam verilməsi, axırıncı iş yeri barədə işə daxil olma yeri qeyd edilsə də, həmin səhifənin nömrələnməməsi işdən azad edilmə vaxtının göstərilməməsi və tam əmək stajının müəyyən edilməsinin mümkün olmaması səbəbindən xx.xx.1991-xx.xx.2001-ci il tarixlərdə Tibb işçilərinin mədəniyyət evində bədii rəhbər vəziyyətində işlədiyi faktı təsdiq edən sənədləri əldə edə bilməməsini əsas gətirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyeti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Nəzərə çatdırır ki, məhkəmələr hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işləri qüvvədə olan qanunvericiliyə uyğun, dövlət, hüquqi və fiziki şəxslərin qanunla müdafiə olunan mənafelərini təmin etməklə əsasən düzgün həll etməlidirlər. Xüsusi icraat işlərinə Azərbaycan Respublikası MPM-nin 30-40-6-cı fəsillərindəmüəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, hamin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. Əvvəllər qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 17-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-ci bəndində göstərilən səbəblərdən başqa digər səbəblərə görə arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Normativ sənədin də məzmunundan göründüyü kimi şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli) və ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Müddəalardan göründüyü kimi, müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir.Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə həmin müddətdə birgə işləmələri barədə öz sənədlərini təqdim etməlidirlər. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan is stajının yarısından artıq ola bilməz. Habelə Azərbaycan Respublikası X16 "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilmesinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" 12 aprel 2019-cu il tarixli, 03 saylı qəranının 13.4-cü bəndinə əsasən "əmək stajiməhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Lakin "AZEMİS" Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən görünür ki, şahidlərin əmək kitabçaları elektron kabinetə əlavə edilməmiş və həmin kitabçalar iddia ərizəsinin qoşmasına əlavə olunmamışdır.Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin iş üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialına sorğu ünvanlanmış, sorğuya əsasən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış Ərizəçi fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Ərizəçi (tərcüməçi X8 iştirakı ilə) məhkəmə iclasında izahtında qeyd etdi ki, o, artıq pensiya yaşıma çatmışdır. Lakin işdən azad olunmağı möhür ilə təsdiq olunmadığı üçün 11 illik iş stajını itirmiş olur və ona pensiyanın müəyyən edilməsi çətinləşir. 1991-ci ildən 2001-ci ilə kimi Tibb işçilərinin Mədəniyyət evi müəssisəsində işləmişdir. 2001-ci ildə analıq məzuniyyətinə getmişdir. 2002-ci ildə ana olmuşdur. 2002-ci illər ərzində Səhiyyədə Tibb işçilərinin Mədəniyyət evi müəssisəsi bağlandı və həmin müəssisə ləğv edildi. O, həmin ərəfədə analıq məzuniyyətində olduğu üçün onun sənədləri həmin müəssisənin mühasibində qaldı. Həmin vaxt o, əmək kitabçanı ala bilmədi. Lazımi qaydada qeydiyat aparılıb onu işdən azad etməyiblər. 2002-ci ildə doğulan uşağı Dimitridir, doğum haqqında şəhadətnaməsi var. Ərizəçinin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında izahatında ərizənin məzmunun uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi Nümayəndə1 məhkəmə iclasında izahatında qeyd etd ki, əvvəlki məhkəmə iclasında ərizəyə etiraz təqdim edərək bildirmişdir ki, ərizəçi ilə eynı yerdə işləyən 2 şahid gəlib ərizəni təsdiq etsə, ərizənin təmin olunmasına etiraz etməyəcəkdilər. Onlara də həmin şahidlər müraciət etməyiblər və eyni zamanda EMİS-də də 2 şahidin əmək kitabçaları olmadığından etiraz vermişdilər. Lain hazırda şahid qismində dinidirlən iki şəxsin də əmək kitabçlarında görünür ki, hərəsi müxtəlif yerlərdə işləmiş, yəni idarələnin adları müxtəlifdir. Həmin idarələrin eyni olması və yaxud biri digərinin nəzdində fəaliyyət göstərməsi heçnə ilə sübut olunmur. Ona görə də o, maraqlı şəxsin nümayəndəsi kimi ərizə təqdim etməklə mübahisələndirdiyini bildirdi. Mübahisələndirməyə dair ərizəyə məhkəmə münasibət bildirəndən sonra iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxslər Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinin nümayəndəsi Nümayəndə2 11 dekabr 2024-cü il tarixli məhkəmə iclasında bildirdi ki, biz ərizəçiyə kömək etmək istəyirik, ərizəçinin işə qəbulu var, lakin işdən çıxması yoxdur. O zanmnkı rəhbər indi pensiyada olmaqla Şəki rayonunda yaşayır. Maraqlı şəxslər Bakı Şəhər Baş Səhiyyə İdarəsi Həmkarlar İttifaqı Komitəsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinə məhkəmə baxış iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdirlər. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AT-İİ seriyalı ******* nömrəli əmək kitabçasının Bakı şəhəri 52 saylı notariat ofisində təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1991-ci il tarixdə 14 nömrəli əmr ilə X29nə keçirilməsi ilə əlaqədar tutduğu vəzifədən azad edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə X11 Komitəsindən vətəndaş Ərizəçi ünvanlanmış ərizədən görünür ki, məsələ ilə bağlı müvafiq araşdırma aparılmış və müəyyən edilmişdir ki, X24 Evi ilə bağlı arxiv sənədləri hazırda Azərbaycan Səhiyyə X11 Respublika Komitəsində mövcud deyildir. Eyni zamanda tərəfinizdən ASİHİRK-ə təqdim etdiyiniz Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Azərbaycan Respublikasının Dövlət Arxivinin direktor müavini S.A.Hacıyevanın imzası ilə təsdiq edilmiş müvafiq məktubdan da məlum olur ki, Səhiyyə X11 Respublika Komitəsi X23 sənədləri arxivə dövlət mühafizəsinə verilməmişdir.Qeyd olunanlardan irəli gələrək vaxtilə X23 müdiri tərəfindən Sizinlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə tərəflərindən əmək kitabçanızda müvafiq qeydin aparılması mümkün deyildir. İş materiallarına əlavə edilmiş Səhiyyə X11 Respublika Komitəsi Rəyasət Heyətinin “Səhiyyə X11 Respublika Komitəsinin binası haqqında” xx.xx.2022-ci il tarixli 14 saylı qərardan görünür ki, Azərbaycan Respublikası Prezidentinin " Azərbaycan Milli Konservatoriyasının maddi texniki bazasının yaradılması haqqında" 10 avqust 2001-ci il tarixli 785 saylı sərəncamının icrası ilə əlaqədar olaraq Nazirlər Kabinetinin müvafiq qəran əsasında Səhiyyə X11 Respublika Komitəsinin binası Təhsil Nazirliyinin balansına verilmişdir.Səhiyyə X11 Respublika Komitəsinin Rəyasət Heyəti 1) Səhiyyə X11 Respublika Komitəsi Tolstoy küçəsi 170 saylı ünvanda yerləşən keçmiş Bakı Kommersiya Texnikumunun binasına köçürülməsi, 2) Respublika Komitəsinin maliyyə şöbəsinə tapşırılsın ki, yeni binaya köçməklə əlaqədar işlərin təşkili üçün 4.000.000 (dörd milyon) manat vəsait ayırması və 3) Səhiyyə X11 Respublika Komitəsinin qiyməti ********* (beş yüz əlli milyon iyirmi min altmış dörd) manat təşkil edən Neftçilər pr.77-də yerləşən sahəsi 3.000 kv.m olan 3 mərtəbəli binası Respublika Komitəsinin balansından silinməsi, 4) Səhiyyə X11 Respublika Komitəsinin başqa binaya köçməsi ilə əlaqədar olaraq 1 sentyabr 2002-ci il tarixdən X29 ləğv edilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş X23 müdirinin Səhiyyə X11 Respublika Komitəsinin sədrinən ünvanlandığı xx.xx.2022-ci il tarixli məktbundan görünür ki, Səhiyyə X11 Respublika Komitəsinin " X23 01 sentyabr 2002- ci ildən ləğv edilməsi barədə" 30 avqust 2002-ci il tarixli 14 saylı əmrinə əsasən, X23 şöbə müdiri Ərizəçi 1996-1997-ci, 1997- 1998-ci, 1998-1999- cu, 1999-2000-ci, 2000-2001-ci illər üçün məzuniyyət pulunu (aylıq əmək haqqı -144.000 min manat) hesablamağı və 01 oktyabr 2002- ci il tarixdən etibarən müavinəti (15.000 min manat) ödəməyi xahiş etmişdir. İş materiallarına əlavə edilmiş X7 ittifaqı Respublika komitəsi Rəyasən Heyətinin 30 avqust 2002-ci il tarixli qərarından görünür ki, X7 ittifaqı Respublika komitəsi başqa binaya köçürülməsi ilə əlaqədar 01 sentyabr 2002-ci il tarixdən X23 ləğv olunması qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin vətəndaş Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il ərizədən görünür ki, Səhiyyə X11 Respublika Komitəsi “X23” sənədləri arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən ərizənin icrası imkan xaricində olmuşdur. İş materiallarına əlavə edilmiş əmək haqqı cədvəllərindən görünür ki, Ərizəçi 1996- 1997-ci, 1997-1998-ci, 1998-1999- cu, 1999-2000-ci, 2000-2001-ci illər üçün məzuniyyət pulunu hesablanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı 072591 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2002-ci il təvəllüdlü X9 anası Ərizəçidır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının məktubundan görünür ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra - Nazirlik) tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış, sığortaolunan, Ərizəçi (FİN:xxxxxxx; SSN:**********569) ilə bağlı xx.xx.2024-cü il tarixində 3-17-1/1-281664/2024 nömrə ilə qeydiyyata alınmış xx.xx.2024-cü il tarixli 2(002)- 3726/2024 nömrəli sorğunuza Fondun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialında baxılmışdır. Sorğunuzla əlaqədar bildiririk ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sistemində qeydiyyata alınmış Ərizəçi fərdi şəxsi hesabında məcburi dövlət sosial sığortasına cəlb olunan gəlirləri nisbətində xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumat aşkar edilməmişdir. Məlumat üçün bildiririk ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili xx.xx.2006-cı il tarixdən başlamışdır. Qeyd etmək istəyirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının (bundan sonra – Qayda) 4.1.1-ci bəndinə əsasən xx.xx.2006-cı il tarixinədək olan dövr üzrə sığorta stajının hesablanası məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qayda ilə təsdiq edilmiş 8 nömrəli Əlavəyə əsasən aparılır. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X25 xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X23 arxiv sənədlərinin (Arxiv sənədləri) hansı quruma təhvil verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli 2(002)-3726/2024 nömrəli məktubunuza “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsdə (TƏBİB) aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, adıçəkilən qurum TƏBİB-in tabeliyində fəaliyyət göstərmədiyi üçün Arxiv sənədlərinin hansı quruma təhvil verilməsi ilə bağlı məlumatları yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, X29 Səhiyyə Nazirliyinin tabeliyində olmadığı üçün sorğunun cavablandırılması qeyri mümkün olmuşdur. İş materiallarına əlavə edilmiş şahid X12 ЙТ-1017989 saylı əmək kitabçasından görünür ki, X18 xx.xx.1990-cı il tarixdən xx.xx.2002-ci il tarixədək “X29”-ndə işləmişdir. İş materiallarına əlavə edilmiş şahid X10 ЙТ-1339767 saylı əmək kitabçasından görünür ki, X15 xx.xx.1991-cı il tarixdən xx.xx.2011-ci il tarixədək “Səhiyyə X11 Respublika Komitəsi”-ndə işləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X18 ifadəsində qeyd etdi ki, 1990-ci ildən başlayaraq “X29”-ndə işləmişdir.2002-ci ildə onlara deyildi ki, müəssisə bağlanılır. Artıq işə gəlməyin. Amma həmin vaxtı müdir bəzi işçilərinin əmək kitabçalarını vermirdi, bəzilərinə isə möhür vurmaqdan yayınırdı.Həmin vaxtı onun həyat yoldaşı əmək kitabçasına möhür vurdurmaqda təkid etdiyindən müdir axırda onun əmək kitabçasını möhürlətmişdir. Əgər həmin vaxt onlar da israrlı olmasaydı buğun onun da əmək kitabçasında analoji problem olacaqdır. O həmin müəssisəyə gələndə Larisa orada işləyirdi. Larisa özfəaliyyət dərnəyinin rəhbəri idi. O isə uşaq dərnəyində müəllimə işləyirdi. Məhkəmə iclasında şahid qismində dindirilən X15 ifadəsində qeyd etdi ki, o, 1987ci ildən “Səhiyyə X11 Respublika Komitəsi”-ndə işləmişdir. Ərizəçi Larisanın işlədiyi “X29” onların idarəsinə tabe idi. Həmin vaxt hər iki idarə eyni binada fəaliyyət göstərirdi. Larisanın otağı onlarına otağına qonşu idi. Onun işlədiyi idarə hələ də fəaliyyət göstərir. X3 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ifadəsində qeyd etd iki, maliyyə Şöbəsinin rəisidir. Tərəfləri tanıyır, ərizəçi ilə iş otaqları yanaşı olub. Ərizəçi X17 evində işləyirdi. X17 evi indi 4 fəsil otelinin binasında idi. X17 evi Azərbaycan Respublikası Səhiyyə X5 nəzdində olub. 2002-ci ildə Sahil Metrosunda verilən binaya köçdülər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qanunun mənasından göründüyü kimi hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi şərtləri bunlardır - ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada alabilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onların bərpası mümkün olmamalıdır. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədlərin başqa qaydada (məhkəmədən kənar qaydada) alınmasının mümkünsüzlüyü hallarını isə öz növbəsində iki qrupa bölmək olar hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin qanunvericiliklə yalnız məhkəmə qaydasının nəzərdə tutulduğu hallar və hüquqi əhəmiyyətli faktları müəyyən etmək səlahiyyəti olan dövlət orqanları və vəzifəli şəxslərin həmin faktları təsdiq edən sənədləri verə bilmədikləri, yaxud vermədikləri hallar. Məhkəmə qeyd edir ki, müəyyən edilməsi xahiş olunan fakt hüquqi əhəmiyyətli faktdır, həmin faktın müəyyən edilməsi ərizəçinin əmək pensiyası alması hüququnun əmələ gəlməsinə səbəb olmaqla yanaşı, işin faktiki halları nəzərə alındıqda həmin faktları təsdiq edən lazımi sənədlər başqa qaydada əldə edilə, yaxud bərpa oluna bilməz. Məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin Laçın rayon İmanlar kənd orta məktəbində işləməsinə dair sənədlərin məlum hadisələrlə əlaqədar olaraq ərizəçi tərəfindən əldə edilməsi, həmçinin arxiv materiallarının olmaması səbəbindən də sənədlərin bərpası mümkün deyildir. Bundan başqa maraqlı şəxsin etirazı hüquq haqqında mübahisənin olmağına əsas vermir.Buna görə də, ərizəyə xüsusi icraat qaydasında məhkəmədə baxılması mümkün hesab edilməlidir. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 1.2-ci bəndində göstərilir ki, Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-nin 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Məhkəmə onu da qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi iş stajı, əmək fəaliyyəti barəsində faktları təsdiq edən müvafiq sənədləri üzrlü səbəbdən əldə etməsi mümkün deyildir və həmin faktın məhkəmədən kənar müəyyən edilməsi mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 16-cı bəndinə əsasən, iş stajı barədə sənədlər olmadıqda və onları hərbi əməliyyatlar, təbii fəlakət, qəza, dağıntı, milli münaqişə zəmini və digər fövqəladə hallarla əlaqədar olaraq əldə etmək mümkün olmadıqda əmək stajı, o cümlədən imtiyazlı pensiyaya və xidmət illərinə görə pensiyaya və xidmət illərinə görə pensiayaya hüquq verən iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş qaydada rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri nəzdində təşkil olunan pensiya təyin edən komissiya tərəfindən müəyyən edilir. Həmin qərarın 17-ci bəndinə görə, iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin 16-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə işdən tanıyan və ərizəçinin işini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq qeyd edir ki, ərizəçinin müəyyən edilməsini xahiş etdiyi fakt Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsində nəzərdə tutulan hüquqi əhəmiyyəti olan faktların siyahısında göstərilməsə də, qanunvericilik digər hüquqi əhəmiyyəti olan faktların da məhkəmə qaydasında müəyyən edilməsini nəzərdə tutmuşdur və məhkəmə hesab edir ki, hazırki ərizənin əsaslılığı sübutetmə ilə bağlıdır. Belə ki, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il 03 saylı Qərarının 13.4.-cü bəndində göstərilir ki, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. Yuxarıda göstərilən Plenum qərarında qeyd edildiyi kimi, əmək stajının müəyyən edilməsi ilə bağlı hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi üçün yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlara istinad olunmalı, o şəxslərin şahid qismində ifadələri mötəbər hesab olunaraq nəzərə alınmalıdır ki, onlar ərizəçi ilə eyni müəssisə və ya təşkilatda həmin dövrdə birlikdə işləmiş olsunlar. Məhkəmə qeyd edir ki, hər iki şahidin ifadəsi, əmək haqqı cədvəlində ərizəçiyə pul ödənilməsi, 2002-ci il tarixdə onun həqiqətəndə analıq məzuniyyətində olması və bu səbəbdəndə işdən çıxma barədə əmək kitabçasının təsdiq etdirə bilməməsi məhkəmənin ərizənin təmin etməsi barədə qənaətinə gəlməyə əsas verir. Məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, yuxarıda qeyd olunan normaları və məhkəmə iclasında tədqiq edilmiş sübutları nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1991-ci il tarixdən xx.xx.2002-ci il tarixədək “X29”-ndə bədi özfəaliyyət rəhbəri vəzifəsində işləməklə əmək stajına malik olmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2002-ci il tarixədək “X29”-ndə işləməyi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar