Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2570/2020 27.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 8 saylı Notariat Konturu cəlb edilməklə “qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 8 saylı Notariat Konturu cəlb edilməklə “qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, “X2” ilə “X1”nın eyni şəxs olmaqla anası olması faktını və övladı olaraq ünvan 2ay küçəsi, dalan 1, ev 8, mənzil 1-in miras kim qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəyə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş üzrə ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İş materiallarından görünür ki, Ərizəçi rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1 mənzil 14-dür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, hazırki mülki iş üzrə iddia ərizəsində ərizəçi yaşadığı ünvan kimi ünvan 2ay küçəsi, dalan 1, ev 8, mənzil 1 qeyd etsə də, həmin halın müəyyən edilməsinə dair heç bir sənədi iş materiallarına əlavə etməmişdir. Bununla da, ərizəçinin yaşayış yerinin məhz qeyd olunan ünvan olub-olmaması halını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, iş materiallarından görünür ki, ərizəçinin rəsmi qeydiyyatda olduğu ünvan ünvan 1 mənzil 14-dur. Həmçinin, məhkəmə hesab edir ki, ərizəçinin faktiki yaşayış yeri müəyyən edilmədiyindən, onun rəsmi qeydiyyatda olduğu ünvanının məhz onun yaşayış yeri kimi qəbul edilməsi məqsədəmüvafiqdir. Bu halda, məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən Ərizəçi rəsmi qeydiyyat ünvanı ünvan 1 mənzil 14 olduğundan hazırkı işə ərazi aidiyyətinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsində baxılmalıdır. Ona görə də məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 8 saylı Notariat Konturu cəlb edilməklə “qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ərizəçiyə izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, ərizəçi həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263- 264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs qismində Bakı şəhəri 8 saylı Notariat Konturu cəlb edilməklə “qohumluq və miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, ərizəçi həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2570/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2570/2020
27.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver