Məhkəmə qərarları › İş №2(002)-2599/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2599/2025

27.10.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2599/2025 27.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar hissəsinin cavabdeh X6 qarşı “ orderin ləğv edilməsi, həyətyanı sahədə inşa edilmiş tikilinin cavabdehin hesabına sökülərək inşaat materialların daşınması və yaşayış sahəsindən çıxarma” tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin (Salyan rayon Mənzil İstismar hissəsi) cavabdeh X6 qarşı “xüsusi təyinatlı yaşayış sahəsindən çıxarma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin Səngəçal-1 hərbi şəhərçi, Sibir küçəsində yerləşən 18 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Səngəçal-1 hərbi şəhərciyi Azərbaycan Respublikası Müdafiə Nazirliyi Salyan rayon Mənzil-İstismar hissəsinin balansındadır. Burada yerləşən bütün mənzillər xidmətidir hərbiçi ailələrinin yaşaması üçün nəzərdə tutulmuşdur. xx.xx.2008-ci il tarixdə X6 374 nömrəli xidməti order əsasında Səngəçal-1 hərbi şəhərciyində yerləşən 18 nömrəli Fin tipli ev verilmişdir. Daha sonra X8 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 5 nömrəli binanın 334 nömrəli mənzili ilə təmin olunmasına baxmayaraq ona verilmiş Səngəçal-1 hərbi şəhərciyində yerləşən 18 nömrəli Fin tipli evi Salyan rayon mənzil istismar hissəsinə təhvil verməmişdir. O hal-hazırda həmin mənzildə yaşamır. X1 xidməti mənzili təhvil verməsi barədə dəfərlərlə xəbərdarlıq olunmuşdur. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi xx.xx.2025-ci il tarixdə iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, X6 verilmiş xx.xx.2008-ci il tarixli 374 nömrəli orderin ləğv edilməsini, həmin mənzilin həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülərək inşaat materiallarının ərazidən daşınmasını və cavabdeh X3 Səngəçal-1 hərbi şəhərciyində yerləşən 18 nömrəli Fin tipli evdən məcburi qaydada çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verdi, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. O həmçinin bildirdi ki, cavabdehə qanunvericiliyin tələblərinə uyöun olaraq hərbi qulluqçu kimi Hövsan qəsəbəsində ev verilmişdir. Ona görə də yaşayış sahəsinə ehtiyacı araqdan qalxmış və əvvəlki order əsasında Səngəçal-1 hərbi şəhərçiyində verilmiş ev geri qaytarılmalıdır. O həmçinin bildirdi ki, ki, ona bəlli deyil ki, hansı səbəbə görə orderdə 2008-ci il tarix yazılıb. Amma xidmət etdiyi müddətdə həmin ərazidə ev verilir. Ona görə də ev 2015-ci ildə verilmişdir. Cavabdeh X8 əvvəlki məhkəmə iclaslarında iddia tələbinin rədd olunmasını xahiş etmişdi. Əlavə olaraq, order əsasında ora qeydiyyata düşmüş,il yarım o evdə yaşamışdır. Həmin evi hazırda təmir edir, eyni zamanda həmin həyətdə yeni ev də tikib amma başa çatdırmayıb.Ev ona 2015-ci il tarixdə verilmişdir. Lakin orderdə 2008-ci il qeyd edilib. Həmin vaxt o Qarabağ zonasında xidmət edirdi. Bu isə orderin də saxta olduğunu göstərir. Müdafiə Nazirliyinin Komissiyası ona Hövsanda 3 otaqlı ev verilmişdir. Hövsanda olan evi maddi ehtiyacı olduğu üçün də sonradan satmışdır. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar hissəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 xx.xx.2008-ci ildə 374 nömrəli xidməti order əsasında verilmiş Sənəgəçal hərbi şəhərciyi Sabir küçəsi 18 nömrəli mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar hissəsinin təminatında olan Səgəçal-1 hərbi şəhərciyinin balansındadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar Hissəsinin xx.xx.2008-ci il tarixli 374 saylı orderindən görünür ki , X6 (ailə tərkibi 4 nəfərdən ibarət olmaqla) ünvan 1 ünvanında ( otaqların sayı 2 olmaqla) yaşamaq hüquq var. Oredrin veriməsi üçün əsas N saylı hərbi hissənin N saylı xx.xx.2008ci il tarixli protokolundan çıxarış olmuşdur.Bu order göstərilən mənzildə yaşamağa əsas verən yeganə sənəddir. İş materiallarına əlavə edilmiş, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar Hissəsi tərəfindən X6 ünvanlanmış müxtəlif tarixli xəbərdarlıqlardan görünür ki,Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndənılması tədbirləri" barədə 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət komissiyası tərəfindən daimi yaşayış sahəsi ilə təmin olunmusunuz. Ona görə də yaşadığınız xidməti yaşayış sahəsini hərbi hissənin mənzil-istismar xidmətinə təhvil verməyiniz tələb olunur. Əks təqdirdə haqqınızda inzibati tədbirlər görüləcəkdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mənzil İstismar Xidmıətinin Salyan rayon Mənzil İstismar Hissəsinə ünvnalnmış məktubundan görünür ki, Müdafiə Nazirliyinin Mənzil-İstismar xidmətinə ünvanladığınız 22 05 20250 tarixli 3-25-117/2-540/25 nömrəli məktubunuzla əlaqədar bildirir ki, aşağıda adları qeyd olunan hərbi qulluqçu və təqaüdçülər Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Ordusunun hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr olunan hərbi qulluqçu və təqaüdçülər" 2011-ci il tarixli 569 nömrəli Fərmanına uyğun olaraq dövlət vəsaiti hesabına mənzillə təmin edilmişdirlər. Həmin siyahıdan görünür ki, X8 Bakı şəhəri Suraxanı rayonu, Hövsan yaşayış kompleksi, ev 56,mənzil 334 ilıə təmin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissənin xx.xx.2025-ci i ltarixli 188 nömrəli arayışından görünür ki, vətəndaş X8 xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədək N nömrəli hərbi hissədə müvafiq vəzifədə xidmət etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsində apanlamaktubunuza cavab olaraq bildumat sistemi"nə əsasən polkovnikleytenant X8 xx.xx.1988-ci il tarixdən xx.xx.1990-cı il tarixədək müddətli tarixədək X14 Komandanlıq məktəbinin kursantı və xx.xx.1992-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçmiş, Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.2016-cı il tarixli müvafiq əmrinə əsasən öz arzusu ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış və sənədləri qeydiyyata alınması üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon idarəsinə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Mənzil X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 sentyabr 2025-ci il 11-6-8/2-1008/2025 saylı məktubundan görünür ki, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış Komissiyanın müvafiq qərarının icrası olaraq X8 hərbi qulluqçu kimi X7 yerləşən mənzillə təmin edilmiş və onunla "xxxx" MMC arasında (ünvan 3 ünvanında yerləşən mənzil üzrə) xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Mənzillərin ayrılmasına dair Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 11/03-240-6823 nömrəli, xx.xx.2019-cu il tarixli müraciət məktubunun və xx.xx.2020-ci il tarixli alqı-satqı müqaviləsinin surəti təqdim edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 1 Saylı Bakı Ərazi İdarəsinin məhkəməyə ünvnalnmış sorğudan görünür ki, Səngəçal hərbi şəhərciyi Sabir küçəsində yerləşən 18 saylı mənzilin yerləşdiyi torpaq sahəsinin kimin mülkiyyətində olması barədə sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, sözügedən torpaq sahəsinin koordinatı ilə bağlı dəqiq məlumat verildikdən sonra müraciətinizə yenidən baxıla bilər. Həmçinin bildiririk ki, vətəndaş X3 adına Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Sabir küçəsində 18 saylı mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 1 Saylı Bakı Ərazi İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksi, ev 5, 334 saylı mənzilə dair X3 adına çıxarışın verilməsinə əsas olan sənədlərin təsdiq edilmiş surətinin təqdim edilməsi ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X15nin 1 saylı Bakı Ərazi İdarəsində baxılmışdır. Bununla əlaqədar olaraq bildiririk ki, X3 adına Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksi, ev 5, 334 saylı mənzilin dövlət reyestrində qeydiyyatdan keçməsi barədə məlumat aşkar edilməmişdir. Həmçinin bildiririk ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 5, 4 saylı mənzil xx.xx.2020-ci il tarixdə X3 adına qeydiyyatdan keçmişdir. Bakı şəhəri, 18 saylı notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2023-cü il tarixli 4Ə-638 reyestr nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən özgəninkiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X15 1 Saylı Bakı Ərazi İdarəsinin çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksi, ev 5, 334 saylı mənzil xx.xx.2020-ci il tarixdən X3 adına rəsmiləşdirilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindıən görünür ki, Azərbaycan Respublikasının Mənzil X9 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X6 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksi, ev 5, 334 saylı mənzil 68918 manata satmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindıən görünür ki, X8 tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan yaşayış kompleksi, ev 5, 334 saylı mənzil X4 77000 manat satılmışdır. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, X6 hərbi xidmət etdiyinə görə xx.xx.2008-ci il tarixli 374 saylı order əsasında Sənəgəçal hərbi şəhərciyi Sabir küçəsi 18 nömrəli mənzil verilmişdir. M.İbayev orada yaşamış, sonradan həmin fin tipli ev yararsız olduğundan onu sökmədən həyətdə yenidən başqa bir tikintisi başa çatmamış ev tikmişdir. Sonradan “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosialmüdafiəsinin gücləndirilməsi tədbirləri barədə” Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2011-ci il tarixli 569 nömrəli Fərmanının 2-ci hissəsinə əsasən yaradılmış Komissiyanın müvafiq qərarının icrası olaraq X8 hərbi qulluqçu kimi X7 yerləşən mənzillə təmin edilmiş və onunla "xxxx" MMC arasında (ünvan 3 ünvanında yerləşən mənzil üzrə) xx.xx.2020-ci il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. M.İbayev X7 verilən mənzili də sonradan satmışdır. İddia tələbləri ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, cavabdeh bildirir ki, ona mübahisəli mənzil 2015-ci ildə verilib. Amma orderdə verilmə tarixi 2008-ci il kimi qeyd edilib ki, bu da saxtakarlığa dəlalət edir. 2008-ci il tarixdə o Qarabağ zonasına xidmət edib, həmin order isə xidmət etdiyi yer üzrə verilməlidir ki, ona görə də Səngəçalda verilib. İddiaçı da məhkəmədə bildirir ki, ona bəlli deyil ki, hansı səbəbə görə 2008-ci il tarizi yazılıb orderə. Amma xidmət etdiyi müddətdə həmin ərazidə ev verilir. Məhkəmə qeyd edir ki, orderdə texniki səhv yazılıb.Hər iki tərəf orderin 2015-ciil tarixdə verilməsini təsdiq edir. Bu halı tərəflər mübahisələndirmirlər. Bundan başqa iş üzrə bir order mübahisələndirilir ki, o da Səngəçal-1 hərbi şəhərciyində yerləşən 18 nömrəli Fin tipli evdir. Qüvvədə olan Azərbaycan Respublikasının 2009-cu il 30 iyun tarixli Mənzil Məcəlləsinin 92-cı maddəsinə əsasən Xidməti yaşayış sahələri əmək münasibətlərinin xarakterinə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada dövlət orqanına və bələdiyyələrə seçilmə və ya vəzifəyə təyin edilmə, dövlət qulluğunda qulluqkeçmə, hüquq-mühafizə və hərbi orqanlarda xidmətkeçmə, habelə dövlət müəssisələrində əmək fəaliyyəti ilə əlaqədar və qanunvericiliklə müəyyən edilmiş digər kateqoriyalardan olan şəxslərə verilir. Həmin Məcəllənin 98.1-ci maddəsinə əsasən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların sosial müdafiəsi üçün əvəzsiz istifadə müqavilələri əsasında verilən yaşayış sahələri istisna olmaqla, xüsusi təyinatlı yaşayış sahələri onların mülkiyyətçilərinin (mülkiyyətçilərin adından çıxış edən səlahiyyətli dövlət orqanı və ya bələdiyyələrin) və ya onların səlahiyyətli şəxslərinin qərarları ilə xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqavilələri əsasında verilir. Həmin Məcəllənin 98.2-ci maddəsinə əsaəsn xüsusi təyinatlı yaşayış sahələri bu Məcəllədə müəyyən edilmiş əsaslarla müvafiq yaşayış məntəqəsində yaşayış sahəsi ilə təmin olunmayan vətəndaşlara verilir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə görə bir tərəf xüsusi təyinatlı yaşayış sahəsinin mülkiyyətçisi (mülkiyyətçinin adından çıxış edən səlahiyyətli dövlət və ya bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayəyə verən) həmin yaşayış sahəsini haqqı ödənilməklə müvəqqəti yaşamaq üçün digər tərəfə - vətəndaşın (kirayəçinin) sahibliyinə və istifadəsinə verir. Həmin Məcəllənin 100.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi tərəflərin razılaşması ilə istənilən vaxt ləğv edilə bilər. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi istənilən vaxt xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsini ləğv edilə bilər. Həmin Məcəllənin 100.3-cü maddəsinə kirayəçi və onunla birgə yaşayan ailə üzvləri tərəfindən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi üzrə vəzifələr yerinə yetirilmədikdə, habelə bu Məcəllənin 82-ci maddəsində nəzərdə tutulmuş digər hallarda xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsi kirayəyə verənin tələbi ilə məhkəmə qaydasında ləğv edilə bilər. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqavilələri ləğv edildikdə və ya onlara xitam verildikdə, vətəndaşlar həmin müqavilələr əsasında kirayəyə götürdükləri yaşayış sahələrini boşaltmalıdır. Həmin yaşayış sahələrini boşaltmaqdan imtina edildikdə, bu Məcəllənin 101.2-ci və 102.2-ci maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, vətəndaşlar başqa yaşayış sahəsi verilmədən məhkəmə qaydasında yaşayış sahəsindən çıxarılır. Həmin Məcəllənin 102.2-ci maddəsinə əsasn Sosial kirayə müqavilələri əsasında yaşayış sahələrinin kirayəçisi və ya sosial kirayə müqavilələri əsasında yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri, yaxud yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olmayan və yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış aşağıdakı şəxslər xidməti yaşayış sahələrindən və yataqxanalarda yaşayış sahələrindən digər yaşayış sahəsi verilmədən çıxarıla bilməz: 102.2.1- ci maddəsinə görə hərbi xidmət vəzifələrinin və ya xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya itkin düşmüş hərbi qulluqçuların, müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin, əməkdaşlarının ailə üzvləri; 102.2.2-ci maddəsinə görə yaşa görə pensiyaçılar; 102.2.- ci maddəsinə görə. xidməti yaşayış sahəsi və ya yataqxanada yaşayış sahəsi verilmiş ölmüş işçinin ailə üzvləri; 102.2.4-ci maddəsinə görə işəgötürənin təqsiri üzündən baş vermiş əmək xəsarəti nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar peşə xəstəliyinə tutulma nəticəsində əlilliyi müəyyən edilmiş İ və ya İİ dərəcə əlilliyi olan şəxslər, hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi zamanı yaralanmış, kontuziya nəticəsində və ya hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar xəstəlik nəticəsində İ və ya İİ dərəcə əlilliyi müəyyən edilmiş hərbi qulluqçular. Həmin Məcəllənin 102.2-ci maddəsində göstərilən vətəndaşlara müvafiq yaşayış məntəqəsinin hüdudları daxilində və ya onların yazılı razılığına əsasən digər yaşayış məntəqəsində yerləşən yaşayış sahələri verilir. Həmin Məcəllənin 102.4. Bu Məcəllənin 101.2-ci maddəsində nəzərdə tutulmuş hallarda digər yaşayış sahələri verilməklə vətəndaşların xidməti yaşayış sahələrindən və ya yataqxanalarda yaşayış sahələrindən çıxarılması müvafiq yaşayış sahələrini verən əvvəlki mülkiyyətçi və ya dövlət (bələdiyyə) orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 101.1-cı maddəsinə xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinə həmin yaşayış sahəsinin məhv olması ilə əlaqədar və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar olduqda xitam verilir.101.2-ci maddəsinə əsasən xidməti yaşayış sahəsinə və ya yataqxanada yaşayış sahəsinə mülkiyyət hüququnun başqasına keçməsi, habelə həmin yaşayış sahəsinin digər dövlət (bələdiyyə) orqanının təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə verilməsi həmin yaşayış sahəsinin kirayə müqaviləsinin xitamına səbəb olur. Bu müddəa yaşayış sahəsinin yeni mülkiyyətçisinin və ya təsərrüfat idarəçiliyinə və ya operativ idarəçiliyinə yaşayış sahəsi verilmiş dövlət (bələdiyyə) orqanının həmin xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi ilə əmək müqaviləsinin tərəfi olduğu hallara şamil edilmir. Bundan başqa məhkəmə qeyd edir ki, əgər 2008-ci il tarixli order kimi yanaşılsa da onda həmin münasibətə 1982-ci il tarixli Mənzil Məcəlləsi tətbi olunacağı təqdrdə həmin Məcəllənin 100-cü maddəsə əsasən, xidməti yaşayış sahəsi əmək münasibətlərinin xarakterinə görə iş yerində və ya onun yaxınlığında yaşamalı olan vətəndaşların köçməsi üçündür. Yaşayış sahəsi xidməti yaşayış sahəsi sırasına rayon, şəhər, şəhərdə rayon xalq deputatları Soveti icraiyyə komitəsinin qərarı ilə daxil edilir. Xidməti yaşayış sahəsi kimi, bir qayda olaraq, ayrıca mənzil ayrılır. Buna baxmayaq X6 X7 yeni mənzil verilməsi həmin orderin ləğv edilməsi üçün əsas hesab edilməlidir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.(MPM, maddə 14.2, 77.1 və 88 maddələri). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, habelə mənzil qanunvericiliyinin tələblərini əsas götürərək, belə qənaətə gəlir ki, iddia əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar Hissəsinin xx.xx.2008-ci il tarixli 374 saylı orderi ləğv edilməli, cavabdeh X2-1 hərbi şəhərçi, Sibir küçəsində yerləşən 18 nömrəli Fin tipli evdən çıxarılmalı və həmin evinin həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülərək inşaat materialları ərazidən daşınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ İddia təmin edilsin. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Salyan rayon Mənzil İstismar Hissəsinin xx.xx.2008-ci il tarixli 374 saylı orderi ləğv edilsin. Cavabdeh X2-1 hərbi şəhərçi, Sibir küçəsində yerləşən 18 nömrəli Fin tipli evdən çıxarılsın. Səngəçal-1 hərbi şəhərçi, Sibir küçəsində yerləşən 18 nömrəli Fin tipli evinin həyətyanı sahəsində cavabdeh tərəfindən inşa edilmiş tikilinin cavabdehin öz hesabına sökülərək inşaat materialları ərazidən daşınsın. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar