Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2610/2022 07.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X13 oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və onun vəkilinin,İddiaçı2,İddiaçı3, Cavabdehin vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bizim - İddiaçı1, İddiaçı2 , İddiaçı3 və az yaşlı ailə üzvü X4 Bakı şəhəri Qaradağ rayonu Sənğəçal qəsəbəsi 1-ci massiv, 24B (yeni nömrə 1 ) evə köçürülməyini, evdən istifdə qaydasının müəyyən edilməsi və onların - İddiaçı1 , İddiaçı3, X8 vəİddiaçı2 həmin evin sahəsi 21.1 kv.m. və 20.1 kv.m. sahəsinə və bacılarım-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 isə həmin evin sahəsi 17.7 kv.m. və 18.7 kv.m. sahəsi olan otaqlara Köçürülməklə istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, yaşadığı evin torpaq sahəsi 1946-cı ildə Bakı şəhəri Duvanlı qəsəbə Sovetliyi tərəfindən X14 Əvəz (Avaz) oğlunun adına fərdi yaşayış evi tikmək üçün Sanqaçal qəsəbəsi ərazisində torpaq sahəsi ayrılmış və atası həmin ərazidə fərdi yaşayış evi tikmiş və ömrünün sonuna kimi həmin evdə yaşamışdır.1951-ci ildə “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki invertarlaşması və qiymətləndirilməsinə dair” Pasportunda qeyd edilmişdir.Valideynləri vəfat edəndən sonra yaşadığı evə X1nun adına sənədləşdirilməsi həyata keçirmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Daşınmaz əmlakın reyestr nömrəsi **********78-10301,qeydiyyat nömrəsi **********9,qeydiyyat tarixi xx.xx.2018-ci il tarixli Seriya RX N:1368700 saylı Çıxarış verilmişdir.O özü atadan qalmış evin X1nu adına sənədləşdirmiş və bununla əlaqədar bütün xərcləri o çəkmişdir.O zaman atası xəstə olanda bütün evdə yaşayanları yanına çağırmış və evi onun oğlu-nəvəsi İddiaçı2 vəsiyyət etmişdir.Azərbaycan Respubliaksı Əmlak X7 yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ərazilərin invertarlaşması keçirilmiş və yaşadığı ünvana-Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi 1-ci massiv,ev 24B (yeni nömrə 1) ünvan kimi göstərilmişdir.Ailəsində 12 övlad olmuş və onlar hamısı həmin evdə böyüyüb başa çatmış və sonradan bacı qardaşları çoxu ailə quraraq başqa ev və ya mənzil sahəsinə köçmüşlər və ya aldıqları torpaq sahəsində ev tikərək orada yaşayırlar.X1 xx.xx.2009-cu ildə və anası X6 2013-cü ilin aprel ayında vəfat etmişdir.Hazırda həmin ünvanda 4 nəfərdən ibarət ailə üzvləri-arvadı İddiaçı3,qızı X8 və oğlu İddiaçı2 və iki bacısıcavabdehlər Cavabdeh2 və Cavabdeh1 ilə birlikdə yaşayır.O ailə quranda həmin evdə yaşasa da,lakin sonradan valideynləri ilə evdə yaşayanların sayının çox olduğunu əsas gətirərək,həyətda yardımçı bir sahə tikilərək onu ailəsi ilə birlikdə sahəyə köçürmüşlər.Ailə üzvləri çox olduğundan mənzil sahəsi isə 3 otaqdan ibarət olduğundan , onu ailəsilə birlikdə həyətdə yardımçı sahə kimi inşa edilmiş sahəyə köçürmüşlər Və mübahisəli evin bir otağı valideyinlərinin , bir otaq qonaq otağı kimi və digər bir otaqları isə bacılarının istifadəsinə verilmişdir. Sonradan valideyinləri vəfat etdiyindən bacıları-cavabdehlər onu ailəsilə birlikdə evdə boş otaqlarda yaşamağınma imkan verməmişlər. Belə ki, hazırda onun dəfələrlə cavabdehlərə müraciətlərinə və xahişlərinə baxmayaraq , bacıları onu və ailəsi həmin otaqlarda yaşamağına üsyankar formada mane olurlar. Hazırda onu bacıları- cavabdehlərlə münasibətlərinin nizama salınması ehtimalı yoxdur, onunla cavabdehlərin bir evdə normal yaşamağına imkan vermirlər və daimi söz -söhbət , mübahisə yaradırlar. Son zamanlar cavabdehlər onu və ailə üzvlərini söyüb təhqir etdiyindən və yaşayış şəraitinin ağır olması səbəbindən həyat yoldaşı və övladları uzun müddətdir ki, yoldaşının böyük qardaşı gildə bir otaqda qısılıb qalıblar. Cavabdehlər onunla mübahisə edərkən polis orqanlarına müraciət etməkdən çəkinmirlər. Ona görə məhkəməyə müraciət etməyə məcbur olmuşamdurr. Övladlarının hər ikisi yetkinlik yaşına çatıblar. Oğlu travmah doğulub və o səbəbdən epilepsiya xəstəliyindən əziyyət çəkir və stressli vəziyyətlərdən uzaq olmalıdır , vaxt aşırı epilepsiya tutmaları olur və ona ayrıca otaq lazımdır ki, həkimin maneəsiz yardımını alsın, digər övladım da xəstədir. Lakin cavabdehlər onun xəstə övladlarının və ailəsinin normal yaşamasına imkan vermirlər. Yaşadığı yardımçı mənzil sahəsi bərbad vəziyyətdədir və həmin sahədə əvvəllər yanğın olmuşdur . Sonradan o həmin sahəni qismən bərpa edib orada yaşasam da, lakin hazırda uçulmuş və sökülmüş vəziyyətdədir və bir neçə yerindən çat vermişdir.O ailəsi başqa mənzil sahəsi ilə təmin olunmağı barədə Azərbaycan Respubliaksı 1-ci Vitse Prezidentə xahişlə müraciət etsə də,lakin onu evlə təmin etməmişlər.Yaşadığı Bakı şəhəri,Qaradağ rayonu,Səngəçal qəsəbəsi 1-ci massiv 24B(yeni nömrə 1) ev,Texniki Pasporta əsasən otaqlar aşağıdakı kimi ölçülərdədir.1-ci otaq 21.1 kv.m,2-ci otaq sahəsi 20.1 kv.m,3-cü otaq sahəsi 17.7 kv.m,4-cü otaq sahəsi 18.7 kv.mdir.Eyni zamanda sahəsi 30 kv.m yardımçı sahə və sahəsi 16 kv.m olan mətbəxdən ibarətdir.ünvan 3assiv 24B(yeni nömrə 1) evə köçürülməli və evdən istifadə qaydası müəyyən edilməlidir.o və arvadı İddiaçı3,qızı X8 və oğlu İddiaçı2 və iki bacısı-cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hazırda boş olan həmin evin sahəsi 21.1 kv. m. və 20.1 kv.m. sahəsi olan otaqlara köçürülməklə onların birlikdə həmin evdən istifadə qaydası müəyyən edilməlidir.Yaşadığı iki hissəyə ayrılmaqla,onların ayrı-ayrı otaqlarda yaşamağı təmin edilməlidir.Atadan qalmış evə iki istiqamətdə giriş-çıxış vardır.Əgər evin bölgüsü keçirilirsə o zaman hər iki tərəf evə ayrı-ayrı girişlərdən istifadə edəcək və bir-birinə heç bir maneəçilik yaratmayacaqlar.Qeyd olunan halların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı1 məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddia tələbini müdafiə edərək, öz izahatında evin sənədləşdirilməsini özü etdiyini,evin atasına məxsus olduğunu, atasının vəfat etdiyini, vərəsəlik işinin açıldığını, payların müəyyən edilmədiyini, payların müəyyən eidlməsini istəmədiyini, tək istədiyinin həmin evə köçüb yaşamaq olduğunu, illlərdir ki, çətin dözülməz şəraitdə yaşadığını, gəlib onun yaşadığı yerə baxılsa necə mühitdə yaşadığ görünərdi, ona görə də məcbur ailəsi ilə birgə kirayə çıxdığını, atasının əslində bütün əmlakını nəvəsi onun oğluna veridyini, lakin bunun hələ rəsmiləşdirmədiyini, indi həmin evə köçürülməsini istəyir, bu halların nəzərə alnaraq, iddia tələbinin təmin eidlməsini məhkəmədən xahiş etdi. İddiaçı2 məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddia tələbini müdafiə edərək, öz izahatında dayısının evində yaşadığını və sıxlıq olduğunu, yaşamağa yerlərinin olmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı3 məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddia tələbini müdafiə edərək, öz izahatında pis şəraitə yaşadığını və ona görə nikahının pozulduğunu və qardaşının evində yaşadığını, yaşamağa yerinin olmadığını bildirərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. İddiaçı1 vəkili və nümayəndəsi məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək,iddia tələbini müdafiə edərək, onların miras əmlakın bölünməsini istəmədiklərini, tək istədiklərinin həmin evə köçürülmə və yaşamaq hüquqlarının təmin edilməsi olduğunu bildirərək, bu halların nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə yazılı etiraz təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, iddiaçılar məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci masiv, 24B (yeni nömrə 1) evə köçürülmələrini, evdən istifadə qaydasının müəyən edilməsini və onların həmin evin 21.1kvm. və 20.1 kvm. sahəsinə onun və bacısı Kifayətin isə evin 17.7 kvm. və 18.7 kvm. sahəsi olan otaqlarına köçürülməklə istifadə qaydasının müəyyən edilməsini məhkəmədən xahiş edirlər. Qeyd edir ki, iddianı qəbul etmir, hesab edir ki, iddia tələbi qanunsuz və əsassız olduğundan rədd edilməlidir. Belə ki, iddiaçı qardaşı və onun ailə üzvləridir. Yaşadığı mübhisəli ünvanda yerləşən ev isə valideynlərinə məxsus olmuşdur. Həmin ünvanda X1nun adına 1946-cı ildə fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış, orada atamız fərdi ev tikmiş və 1951-ci ildə həmin evə texniki pasport almışıdr. Qeyd edir ki, iddiaçı atası ilə və onunla yola getmədiyindən yaşadığı ünvanda yerləşən torpaq sahəsində iddiaçı üçün ayrıca ev tikmiş və o evlənərkən arvadını da həmin ünvana gəlin gətirməklə cehiz əmlaklarını da orda yerləşdirmişdir. Uşaqları da həmin evdə anadan olmuşdur. O, xəstə bacısı (uşaqlıqan şizoferniya paranoid xəstəsidir) Kifayət valideynləri ilə yaşamışdır. Valideynləri hələ sağlıqlarında cavabdehlərin hazırda mübahisələndirdikəri evin 21.1 və 20.1 kvm. sahələri olan otaqları bizim istifadəsinə vermişlər. Atası Xanəhməd 2009-cu il tarixdə, anası Zərnişan isə 2013-cü il tarixdə vafat etmişdir. Onların vəfatından da sonra da o və xəstə bacısı Kifayət iddiaçların mübahısələndirdiyi otaqlarda yaşamıq, hal-hzırd da həmin otaqlarda yaşayırlar. Cavabdehlər isə əvvədən valideynləri tərəfindən onar üçün həyətdə tikilmiş bütün şəraiti olan evdə yaşayıblar, hal-hazırda da orada yaşayırlar. Qeyd edir ki, onlar ailədə 12 uşaq olmuşuq. Digər bacı- qardaşları ailə quraraq başqa-başa ünvanlarda yaşayırlar. Mən və xəstə bacısı Kifayət xeyli yaşlı olasa da ailə həyatı qurmamışdır. Xəstə bacısı da o baxır. Ona görə də valideyləri yaşadığı evin otaqlarını onlara veriblər ki, başqalarına möhtac olmayalar deyə. Bütün digər bacı-qardaşları o cümlədən iddiaçılar da bu faktı qəbul ediblər. Hal-hazıradək iddiaçı istisna olmaqla digər bacı-qardaşları ilə heç bir mübahisəsi olmamışıdr. İddiaçılar özləri də iddia təlbində də bu faktları qismən etiraf edirlər. Ona görə də iddiaçılarının tələbini qanusuz və əsassız hesab edir. Digər tərəfdən hər-hansı bir tələblə məhkəməyə müraciət edilməsi üşün subyektiv hüquq olmalıdr. Məhkəməyə təqdim edilmiş çıxarışdan müəyyən olunur ki, evin mülkiyyətçisi atamızdır. Atamızda sağlığında evin iddiaçı tərəfindən qeyd edilən otaqlarını bizim istifadəmizə, həyətdə tikdiyi evi isə iddiaçıların istifadəsinə verməklə evə dair faktiki sərəncam verməklə bölmüşdür. Ona görə də iddiaçı tərəfindən mübaihsəli evin atamız tərəfindən iddiaçının oğuna yəni nəvəsi Əkrəmə vəsiyyət etməsi həqiqəti əks etdirmir. İdiaçılar atamız tərəfindən evin hazırda yaşadıımız otaqlarını bizim istifadəmizə verməklə faktiki bölməsini qəbul etmişlər. Belə olan halda valideynlərin vəfatından sonra keçən 10 il ərzində bunu mübahisələndirmələri əsasızdır. Qanunvericiliyin tələbinə görə vərəsəlikə bağlı notariat orqanına müraciət olunmalı, paylar müəyyən edilməli və ondan sonra tərəflər arasında əgər mübahisələr olsa onda digər tələblərlə bağı məhkəməyə müraciət edilə bilər. Hörmətli hakim nəzərinizə çatdırıram ki, iddiaçı eyni tələblə Qaradağ rayon məhkəməsinə müraciət etmiş, bununa bağlı hakim Kamran Əsədovun icraatında 2(002)-659/2022saylı iş olmuşdur. Bir neçə prosessdən sonra iddiaçılar məhkəməyə gələmdiyindən iş baxılmamış saxlanılmışdır. İddiaçıların Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, 1-ci massiv, 24 В (yeni nömrə 1) evin 21.1 və 20.1 kvm.sahələri olan otqlarına köçürülməsi, bizi isə evin 17.7 kvm. və 18.7 kvm. sahəsi olan otaqlarına köçürülməklə istifadə qaydasının müəyyən edilməsi barədə tələbləri qanusuz və əsassız olduğundan rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin vəkili və nümayəndəsi məhkəmə iclasında iştirak edərək,iddia tələbinə etiraz edərək, yazılı etiraz ərizəsinin məzmununa və dəlillərinə uyğun izahat verərək, öz izahatında hazırki mübahisə predmeti olan əmlakın miras əmlak olduğunu, həmin əmlaka dair vərəsəlik işinin açıldığını, 9 vərəsə olduğunu, hər birinin payı müəyyən edilməli, daha sonra isə evə köçürülmə məsələsi həll edilə bilər, indiki halda iddiaçının belə bir tələb irəli sürməkdə subyektiv hüququ mövcud olmadığından, iddia tələbinin təmin eidlməməsi barədə qətnamə qəbul eidlməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 3assiv 24B(yeni nömrə 1) mənzil xüsusi mülkiyyət formasında X2 adına xx.xx.2018-ci il tarixdə qeydiyyata alınmışdır. Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə dair 1963-cü il tarixli pasportun və kartoçkanın məzmunundan görünür ki, Səngəçal qəsəbəsi, 24/1 ev , Massiv 1, ev 1sahibinin adı kimi X10 qeyd edilmişdir. Qaradağ Rayon İcra Hakimiyyətinin Səngəçal qəsəbə ünmayəndəliyi tərəfindən verilmiş 1071 nömrəli arayışın məzmunundan görünür ki, İddiaçı3,İddiaçı2,X8,X3,Cavabdeh1 ünvan 3assiv 24B(yeni nömrə 1) mənzil ünvanında qeydiyyatındadırlar. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 164.1-ci maddəsinə əsasən sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. Həmin Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Həmin Məcəllənin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1157-ci maddəsinə əsasən əgər bir neçə vərəsə vardırsa, miras vərəsələr arasında bölüşdürülənədək vahid əmlak şəklində bütün vərəsələrə mənsubdur. Bu əmlakdan sonuncu xəstəliyi zamanı miras qoyana qulluq və onun müalicəsi, dəfn, mirasın mühafizəsi və idarə edilməsi, əmək haqqı verilməsi və vəsiyyətin icrası üçün lazımi xərclər ödənilə bilər. Bu tələblər mirasın dəyərindən, həm də bütün başqa tələblərə, o cümlədən ipoteka və digər girovla təmin edilmiş tələblərə nisbətən üstün qaydada ödənilməlidir. Həmin Məcəllənin 1157-1.1-ci maddəsinə əsasən miras şərikləri mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Məcəllənin 1157-1.2-ci maddəsinə əsasən mirasın mühafizəsi (qorunması) ilə bağlı tədbirləri hər bir vərəsə digər miras şəriklərinin razılığı olmadan da həyata keçirə bilər. Həmin Məcəllənin 1157-1.3-cü maddəsinə əsasən mirasın idarə edilməsi ilə bağlı xərcləri vərəsələr özlərinin miras paylarına mütənasib surətdə çəkirlər. Həmin Məcəllənin 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mənzil Məcəlləsinin (1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan) 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, mübahisə predmeti olan əmlak X9na məxsus olmaqla, bu hüquq xx.xx.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmış, habelə o, 1963-cü il tarixdən şəxsi mülkiyyət hüququ əsasında həmin evin sahibi qismində çıxış etmişdir (1963-cü il tarixli texniki inventarizasiya və qiymətləndirməyə dair pasporta və kartoçkaya əsasən). X9 xx.xx.2009-cu il tarixdə vəfat etmişdir. Mübahisə predmeti olan əmlak miras əmlak qismində çıxış edir, iddiaçı onun oğlu və oğlunun ailə üzvləri (oğlu və həyat yoldaşı), cavabdeh isə onun qızlarıdır. X2 adına vərəsəlik işi açılmış, miras əmlaka dair vərəsələrin payları müəyyən edilməmişdir.İddiaçı1 2000-ci ilədək, İddiaçı2 2002-ci il tarixdə, İddiaçı3 2000-ci ildə, Məmmədova Nərmin 2004-cü ildə həmin evə pasport qeydiyyatına düşmüş, həmin evdə yaşamışlar. Məhkəmə ilk növbədə onu qeyd edir ki, hazırki mülki iş üzrə iddia tələbi miras əmlakla bağlı olduğundan, indiki halda qeyd edilən əmlaka dair vərəsələrin payı müəyyən edilmədiyindən vərəsələr miras şəriki qismində çıxış edir. Belə olan halda isə həmin əmlakın hüquqi rejimi MM-nin 1157-1.1-ci maddəsinin təsiri altına düşür (mirasın bölüşdürülməsinə qədər onu birgə idarə edirlər. İdarəçiliklə bağlı qərarlar vərəsələr tərəfindən onların miras paylarına mütənasib surətdə sadə səs çoxluğu ilə qəbul edilir). İndiki halda qeyd edilən hal vərəsələrin əmlak hüquqlarına toxunduğundan, ilk növbədə miras əmlaka dair vərəsələrin əmlak üzrə pay hüququ müəyyən edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, indiki halda mübahisə predmeti olan miras əmlaka dair qeyd edilən iddia tələbi üzrə cavab verməli olan şəxslərin dairəsi qismində məhz miras əmlak üzrə pay hüququna malik olan vərəsələr çıxış edə bilər. İndiki halda isə miras əmlak üzrə vərəsələrin dairəsi və onların əmlaka dair pay hüququ müəyyən edilməmişdir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki,hətta tərəflərin miras əmlakla bağlı istifadə hüququ yaranmış olsa belə (hazırki mülki iş üzrə miras əmlaka dair pay hüququ müəyyən edilmədiyindən, həmin halın araşdırılması zərurəti hazırki məqamda aradan qalxmış olur), indiki halda qeyd edilən əmlak miras əmlak qismində çıxış etdiyindən, ilk növbədə miras əmlaka dair vərəsələrin payı müəyyən edilməli (əmlakın paylı mülkiyyətçiləri müəyyən edilməlidir.) Bu halın nəzərə alınmaması isə digər vərəsələrin paya dair mülkiyyət hüquqlarının əsassız yerə məhdudlaşdırlması ilə nəticələnə bilər ki, bu hal isə özlüyündə konstitusion norma və prinsiplərə ziddir. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Məhkəmə bununla bağlı onu qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Həmçinin, məhkəmə onu qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 29- cu maddəsi ilə təsbit olunmuş vərəsəlik hüququna verilmiş təminat vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin qorunmasına və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Başqa sözlə, mirasın qəbulu məsələsi həll edilərkən sosial ədalətlilik və mütənasiblik prinsipi rəhbər tutularaq tərəflərin hüquqları arasında ədalətli balans qurulmalı, hər hansı fərdin üzərinə əlavə yük qoyulmamalı, eləcə də tərəflərdən hər hansı birinin mülkiyyət hüququ əsassız məhdudlaşmamalıdır. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi» barədə iddia tələbi rədd edilməli, ödənilmiş 100 manat məbləğin dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1,İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı «evə köçürülmə və evdən istifadə qaydasının müəyyən edilməsi» barədə iddia tələbi təmin edilməsin. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2610/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2610/2022
07.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver