Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2611/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 oğlunun katibliyi ilə, İddiaçının, Cavabdehin nümayəndəsi X1, Üçüncü şəxsin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının cavabdeh "xxxx" MMC-ə qarşı « işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçının cavabdeh "xxxx" MMC-ə qarşı « işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin olunması,işdən azad olunmağına dair xx.xx.2022-ci il tarixli ərizənin etibarsız hesab olunması,Bakı Gəmiqayırma Zavodu MMC-in xx.xx.2022-ci il tarixli 22/091/k saylı əmrin ləğv edilməsi,məcburi iş buraxma dövrü üçün aylıq əmək haqqının,Bakı 3 saylı Mediasiya Təşkilatına ödədiyi 50 manat pulun və hüquqi yardıma görə vəkilə ödədiyi 510 manat pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə ərizəsi təqdim edərək, xx.xx.2022-ci il tarixli əmrin ləğv edilməsi,əvvəlki işinə bərpa olunmağı və məcburi iş buraxmaya görə əmək haqqının hesablanıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 1984-cü ilə Azərbaycan Politexni İnstitutunun “Mühəndis mexanik” ixtisası fakultəsini bitirmişdir.xx.xx.2012-ci ildə Bakı Gəmiqayırma Zavodu MMC-də forklift sürücüsü vəzifəsinə işə qəbul olunmuşdur.xx.xx.2019-cu ildə avtokar sürücülərinin qrup rəhbəri vəzifəsinə keçirilmişdir.Cavabdeh heç bir hüquqi əsas olmadan oktyabr 2020-ci ildən onu məcbur etdilər ki,o qrup rəhbərliyindən çıxıb avtokar sürücüsü işləsin.Rəsmi əmrdə qrup rəhbəri olmadğına baxmayaraq,mübahisə etmədən avtokar sürücüsü işləməli oldu.Avtokar sürücüsü olan şəxsi özləri evinə buraxırdılar,onu onun yerinə işlədirdilər.O hüquqlarını tələb etdiyindən ona qarşı təzyiqlər başladı.Onu məcbur edirdilər ki,işdən azad olunmağına dair ərizə versin.Əgər ərizə verməsəydi,oonu AR Əm-in 70-ci maddəsi ilə işdən azad edəcəkdilər.Uzun müddət çəkən təzyiqlərə dözmədi.Onu bezdirdiklərindən xx.xx.2022-ci il tarixdə məcburi olaraq işdən azad olunmağına dair ərizə yazdı.Ondan heç bir izahat soruşmadan dərhal həmin gün işdən azad etdilər.Həmin ərizə onun sərbəst iradəsini ifadə etmir.Ona zorla ərizənin yazılmasını təsdiq edən audio diski təqdim edəcək.Qanunsuz olaraq işdən azad olunduğundan çox gərgin psixoloji stress keçirdi.Həkimlərin qəbulunda oldu,müayinələrdən keçirildi.Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaısnda iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında onun işdən çıxarılmasının səbəbinin iş yerində olan digər işçi ilə mübahisənin səbəb olduğunu, lakin heç onu da araşdırmadıqlarını, ərizəni də o0na hədə-qorxu gəldiklərindən yazdığını, hətta tarixi də onlar deikləri kimi yazdığını, həmin ərizəni özü istəyi ilə yazmadığını, günahın, təqsirin kimdə olduğunu müəyyən etmədiklərini, elə bəhanə kimi onu işdən çıxardıqlarını, onu həmin ərizəni yazmağa məcbur etdiklərini, yoxsa ona başqa maddə ilə işdən çıxardacaqları barədə təhdid etdiklərini, lakin heç bir məsələdə onun təqsiri olmamış, bütün bu məsələlərin aydınlaşdırılmasını istədiyini, onun qanunsuz işdən çıxarıldığını,əgər obyektiv idilərsə, onda həmin mübahisəni tam ədalətli aydınlaşfdırardılar, lakin bununla bağlı da heç bir araşdırma aparılmadığını bildirərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak edərək, iddia tələbini qəbul etməyərək, etirazını onunla əsaslandırmışdır ki, onlar iddiaçıya seçim qoymaqda əsas məqsədləriin işçiyə qarşı humanist yanaşmaq olduqlarını, çünki başqa cür olsa idi gərək onu Əmək Məcəlləsinin 72-ci maddəsi ilə işdən çıxartmalı idilər, lakin onun yaşı, neçə illik işçi olması halı nəzərə alınmaqla, belə addım atılmışdır, görünür humanist yanaşılmamalı idi, düzdür Əmək Məcəlləsində belə bir hal yoxdur, ancaq tək məqsədləri işçiyə qarşı humanist davranmaq olmuşdur, həmin məsələ də tam aydınlaşdırılıb, onun təqsiri ucbatından belə bir mübahisə yaranmışdır, özündən gənclərə qarşı kobudluğa yol vermiş, bütün bu hallar isə onun işdən çıxarılmasına səbəb olmuş, ona seçim verilib və o öz ərizəsini özü yazmışdır, heç kim ona təzyiq göstərməmiş, hədə qorxu gəlməmişdir, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs qismində işə cəlb edilmiş X3 Xidmətinə məhkəmə iclasınında iştirak edərək, iddiaçının onlara müraciət etdiyini, bununla bağlı rəsmi olaraq cavab məktubu da verildiyini, həmin araşdırma materiallarının onlar da olmadığını, yalnız məktubun olduğunu bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: 0313989 №li Əmək kitabçasının məzmunundan görünür ki, xx.xx.2012-ci il tarixli 23-12 №li Əmrlə Bakı Gəmiqayırma Zavodu MMC-də sürücü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli 19/238K №li Əmrlə qrup rəhbəri-avtokar sürücüsü vəzifəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixli 22/091/K №li Əmrlə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndi ilə (işçinin təşəbbüsü ilə) əmək müqvailəsinə xitam verilmişdir. "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası ƏƏSM yanında X3 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanlanmış 10 avqust 2022-ci il tarixli məktubun məzmunundan görünür ki, İddiaçı əmək müqaviləsinə 23 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə (tərəflərdənbirinin təşəbbüsü ilə) əsasən xitam verilmişdir.belə ki, 21 iyun 2022-ci il tarixdə İddiaçılə onun briqadiri Musayev Təyyar arasında münaqişə yaşanmış və İddiaçı ona qarşı nalayiq ifadələr işlədərək onu təhqir etmişdir.Qeyd olunan məsələ iləəlaqədar hər iki tərəfin və hadisə şahidinin izahatları alınmış və hərtərəfli araşdırma aparılmışdır. Nəticədə vətəndaş İddiaçı subordinasiya qaydalarını kobudcasına pozması və iş yoldaşının şərəf və ləyaəqtinin alçaldıcı hərəkətlərə yol verməsi səbəbindən onun əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. Yekun olaraq, vətəndaş İddiaçı müəssisədəki uzunmüddətli əmək stajı, yaşı, təqaüdə çıxma müddətinin yaxınlaşdığını nəzərə alınaraq ona öz xahişi ilə işdən ayrılması seçimi verilmiş, o da öz növbəsində bu seçimdən faydalanmışdır və bununla bağlı müvafiq rəsmiləşdirilmə əmək qanunvericiliyinin bütün normlaarı gözlənilməklə yerinə yetirilmişdir. Xahiş edirik nəzərə alasınız. EC 23-2012/00139/2 saylı Əmək müqaviləsinin məzmunundan görünür ki, Bakı Gəmiqayırma Zavodu MMC ilə İddiaçı arasında əmək müqaviləsi bağlanılmış, işçi "xxxx" MMC olmaqla, Cəmiyyətin “Takelaj” departamentində “Qrup rəhbəri-avtokar sürücüsü” vəzifəsini tutur, işçi VT-726 saylı vəzifə təlimatı sənədində qeyd edilmiş əmək funksiyasının icrasını öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli Ərizənin məzmunundan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən ona təklif olunan Qrup rəhbəri avtokar sürücüsü vəzifəsinə keçməyə razı olduğunu bildirmişdir. "xxxx" MMC-nin 30 aprel 2012-ci il tarixli 23-12 saylı Əmrinin məzmunundan görünür ki, EC 23-2012 saylı əmək müqaviləsinin şərtlərinə əsasən İddiaçı 01 may 2012-ci il tarixindən Bakı Gəmiqayırma Zavodu MMC-yə Forklift Sürücü vəzifəsinə işə qəbul olunmuşdur. Hesablaşma vərəqəsinin məzmunundan görünür ki, İddiaçı ilə son haqq-hesab aparılmışdır. 22/091/K №li Əmrin məzmunundan görünür ki,, “Takeloji” bölməsində “Qrup rəhbəri-avtokar sürücüsü” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış 2ZR46SE000100 nömrəli əmək müqaviləsinə AR ƏM-nin 68.2 nömrəli maddəsinin a-tərəflərdən birinin təşəbbüsü ilə bəndinə əsasən xx.xx.2022-ci il tarixdən xitam verilməsi qərara alınmışdır. xx.xx.2022-ci il tarixli Ərizənin məzmunundan görünür ki, İddiaçı şəxsi təşəbbüsü ilə xx.xx.2022-ci il tarixdən onunla əmək müqaviləsinə xitam verməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 9-cu maddəsinə əsasən işçinin malik olduğu hüquqlardan biri də əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək hüququnun olduğu qeyd edilmişdir. Həmin Məcəllənin 11-cü maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəziflərindən biridə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 76-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər.Əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. İşin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı xx.xx.2012-ci il tarixli 23-12 № li Əmrlə "xxxx" MMC-də Forklift sürücüsü vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2019-cu il tarixli 19/238/K Əmri ilə Qrup-rəhbəri-avtokar sürücüsü vəzifəsinə keçirilmiş,xx.xx.2022-ci il tarixli 22/091/K №li Əmrlə əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən işçinin öz təşəbbüsü ilə xitam verilmişdir, işəgötürən tərəfindən işçi qismində iddiaçı ilə yaranmış mübahisə ilə bağlı işçiyə işdən öz əriəzsini yazmaqla işdən azad olunması təklif edilmiş, əks halda onunla əmək müqaviləsinə Əmək Məcəlləsinin 72-ci maddəsinə istinad edilməklə xitam verilməli olacaq, buna görə işçiyə seçim edilmiş, nəticədə işəgötürənin təklifi əsasında iddiaçı tərəfindən işdən azad olunması barədə ərizə yazılmışdır. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı işdən işəgötürənin təsiri nəticəsində qanunsuz olaraq çıxarıldığını bildirmiş, cavabdeh işəgötürən tərəf isə iddiaçının işdən çıxması ilə bağlı əmək qanunvericiliyinin bütün normalarına əməl olunduğunu bildirmişdir. Məhkəmə ilk növbədə onu qeyd edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinin xitamının əsası kimi qeyd edilmiş işçinin öz təşəbbüsü öz ərizəsi əsasında xitam edilməsi əsası məhz işçinin öz həqiq iradəsinin ifadəsinin nəticəsi kimi çıxış edir. Başqa sözlə, bu hal işçinin öz arzusu, istəyi, həqiqi işdən çıxma istəyi ilə bağlı hər hansı təsir, təzyiq olmadan, hər hansı şərt olmadan iradə ifadəsi kimi ortaya çıxır.İndiki halda isə məhkəmədə tədqiq edilmiş sübutlar əsasında təsdiq olunur ki, iddiaçının işdən çıxma barədə ərizəsi onun işdən çıxma barədə öz istəyinin həqiqi iradə ifadəsi kimi yazılmamış, həmin ərizə məhz işəgötürənin tələbi əsasında ortaya çıxmışdır. Başqa sözlə desək,indiki halda işçi tərəfindən yazılmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi barədə ərizəsi işçinin öz azad şəkildə ifadə edilmiş iradə ifadəsinin nəticəsi kimi deyil, məhz işəgötürənin işçiyə etdiyi təsir (təzyiq, hədə-qorxunun) nəticəsi kimi ortaya çıxmışdır.Qeyd edilən hal isə Əmək Məcəlləsinin 9,69.1 və 69.7-ci maddəsinin tələbinin pozuntusu hesab edilir. Həmçinin, məhkəmə onu qeyd edir ki, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmək müqaviləsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. İndiki halda isə hazırki mülki iş üzrə cavabdeh qismində çıxış edən işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə məhz ərizədə yazıldığı gün xitam verilməsini yalnız işçinin ərizədə yazması halı ilə əsaslandırmış, qanunvericilikdə qeyd edilən hallardan hər hansı birinin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə də əmək müqvailəsinə məhz ərizənin yazıldığı gün xitam verilməsinə əsas olan həmin hallara dair heç bir məlumat qeyd edilməmiş, əsaslandırılmamışdır. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin işdən çıxma barədə ərizəsini verdiyi gündən 1 aylıq xəbərdarlıq müddətində öz ərizəsini geri götürmək və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə vermək hüququ olmuşdur. Qeyd edilən hal da özlüyündə həmin ərizənin işəgötürənin təsiri altında yazılmasını ehtiva edir. Bu halda özlüüyndə Əmək Məcəlləsinin 69.3 və 69.4-cü maddələrinin tələblərini pozuntusu hesab edilir. Həmçinin, məhkəmə cavabdeh tərəfin istinad etdiyi hallarla bağlı onu qeyd edir ki, əmək qanunvericiliyində işəgötürən tərəfindən işçiyə əmək müqaviləsinin xitam verilməsi əsaslarının seçməsinə dair işəgötürənin hər hansı hüququnun (vəzifəsinin) olması və ya işçinin belə bir hüququnun (vəzifəsinin) olmasına dair heç bir norma mövcud deyildir. Eyni zamanda əmək müqaviləsinin xitamı əsaslarının hər biri əmək qanunvericiliyində ayrı-ayrılıqda və dəqiq şəkildə tənzim olunmuş və həmin əsaslardan yalnız biri ilə əmək müqaviləsinin xitam edilməsinin mümkünlüyü imperativ norma kimi qeyd edilmişdir. Əmək qanunvericiliyində qeyd edilmiş mək müqaviləsinin xitamı üçün əsas olan bir halın işəgötürən tərəfindən öz iradəsi əsasında başqa əsasla əvəz edilməsi halı da qanunvericilikdə qeyd edilməmiş, habelə qeyd edilən hal da özlüyündə əmək qanunvericiliyin norma və prinsiplərinə ziddir. Ona görə də, məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən Əmək Məcəlləsinin 9,16,69,76-cu maddəsinin tələbi pozulduğundan, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi əsaslı olmaqla, təmin olunmaılıdır. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəf dövlət rüsumu ödənilməsindən azad olunduğundan, mülki prosessual qanunvericiliyin tələbinə əsasən iş üzrə ödənilməli olan 50 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, “Bakı Gəmiqayırma Zavodu MMC-də (“Takelaj” departamentində) “Qrup rəhbəri-avtokar sürücü” peşəsində işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 22/091/k №-li Əmri ləğv edilməli, əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-də (“Takelaj” departamentində) “Qrup rəhbəri-avtokar sürücüsü” peşəsində işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə "xxxx" MMC tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli 22/091/k №-li Əmri ləğv edilsin. İddiaçı "xxxx" MMC-də (“Takelaj” departamentində) “Qrup rəhbəri-avtokar sürücüsü” peşəsinə (vəzifəsinə) bərpa edilsin və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İş üzrə ödənilməli olan 50 manat məbləğində dövlət rüsumu cavabdeh "xxxx" MMC-dən tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2611/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2611/2022
05.10.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver