Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-2615/2022 30.08.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi,vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi,vərəsəlik hüququnun tanınması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 03 aprel 2021-ci il tarixdə vəfat etmiş nənəsi X1 miras qalmış ümumi birgə mülkiyyət hesab edilən Bakı şəhəri,Qaradağ rayonu,Lökbatan qəsəbəsi,2-ci massiv,1 saylı evin 27 saylı mənzilinə dair mirasın qəbul edilməsi faktının qanunla müəyyən edilmiş müddətin ötürülməsini üzürlü hesab edilməklə bərpa edilməsi,vərəsəlik hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149.2.4-ci maddəsinə əsasən iddia ərizəsində göstərilməli olan hallardan biri də müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumatın əks olunmasıdır. Həmin Məcəllənin 152.1.6-cı maddəsinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsas olan hallardan biri də müqavilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sübutların məhkəməyə təqdim edilməmişdir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərin məzmunundan aydın olur ki, hazırki mülki iş üzrə iddia tələbinin predmetini məhz vərəsəlik hüququnun tanınması ilə bağlı hüquq münasibətləri təşkil edir. Qeyd edilən qanunvericiliyin təhlilindən aydın olur ki, vərəsəlik hüququnun tanınması vərəsəlik şəhadətnaməsi əsasında müəyyən edilir ki, qeyd edilən şəhadətnamənin verilməsi məhz notariat orqanın səlahiyyətinə aiddir. Lakin hazırki halda iddiaçı tərəfindən həmin məsələ ilə bağlı müvafiq notariat orqanına müraciət edilməsi və həmin mürcaiətin nəticəsinə dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. Bu halda məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə iddiaçı tərəfindən mülki prosessual qanunvericiliyin mübahisənin məhkəməyə qədər nizama salınması tələbinə dair hüquq normasına riayət olunmamışdır. ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən Bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla iddia ərizəsi geri qayatrılarsa, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı “miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi,vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçı Ərizəçi2 geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2615/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-2615/2022
30.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver