Məhkəmə qərarları › İş №2(002)-2659/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2659/2022

05.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2659/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X9 oğlunun katibliyi, Ərizəçinun «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğumun qeyd edilmə faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2015-ci ildə doğulmuş cinsi oğlan və xx.xx.2018-ci ildə doğulmuş cinsi qız olan uşaqların doğulmasına dair doğum faktının müəyyən edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o xx.xx.2010-cu ildə X6 ilə rəsmi nikaha daxil olmuşdur.Birgə nikahdan xx.xx.2009-cu ildə Məhəmməd adlı və xx.xx.2013-cü ildə Bilal adlı uşaqları doğulmuşdur.Sonradan onlar 2014-cü ilin sentyabr ayında ailəlikcə Suriya Respublikasına köçmüşlər.Bundan sonra onların orada xx.xx.2015-ci ildə Zeyd adlı oğlu və xx.xx.2018-ci ildə Afra adlı qızı doğulmuşdur.X3 xx.xx.2019-cu ildə Suriyada vəfat etmişdir.O uşaqlar ilə birlikdə xx.xx.2022-ci ildə Azərbaycan Respublikasına gəlmişlər.Hazırda Suriyada doğulmuş oğlan və qız cinsindən olan uşaqlarının doğum sənədi olmadığına görə uşaqların hər hansı sənədləşmələrini,apara bilmir.Onlara şəxsiyyət vəsiqəsi alınması üçüm də doğum qeydi lazımdır.Uşaqlara doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət etmiş,lakin onlar uşaqların doğumunu qeydə almaqdan imtina etmişlər.Uşaqların doğumlarının qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasına teleqram ünvanlayaraq,üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, iddia tələbini müdafiə etdiyini, ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəməyə yazılı ərizə ünvanlayaraq, məhkəmə iclasında üzrlü səbəbdən iştirak etmədiklərini, işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Maraqlı şəxs xx.xx.2022-ci il tarixli 05/Q-1110/15 saylı məktubundan görünür ki, ərizəçi doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığına görə, ərizənin təmin edilməsinin mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. AA0218456 №li Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin məzmunundan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Ərizəçi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmişdir. AA0218460 Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin məzmunundan görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X14 Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmiş, həmin şəhadətnamədə doğum tarixi xx.xx.2018-ci il, doğum yeri Suriya kimi qeyd edilmişdir. AA0218459 Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin məzmunundan görünür ki, xx.xx.2015-ci il təvəllüdlü Günəşov Zeyd Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi verilmiş, həmin şəhadətnamədə doğum tarixi xx.xx.2015-ci il, doğum yeri Suriya kimi qeyd edilmişdir. 2022-ci il tarixli ƏƏSMN tabeliyində SXA-nin ƏOŞ Peşə-əmək Reabilitasiya mərkəzi tərəfindən tərtib edilmiş aktın məzmunundan görünür ki, SXA-nın 27 may 2022-ci il tarixli **********5 sayl göndərişinə əsasən Suriya Ərəb Respublikasından gətirilimiş, ƏOŞ Peşə-əmək Reabiitasiya mərkəzində müvəqqəti yerləşdirilən Ərizəçi, X5, X8, X10, X15 Cavid qızı sosial psixoloji qiymətləndirilmiş, 21 saylı Ploiknikanın həkimləri tərəfindən müayinə olunaraq, qan analizləri müayinələri aparılmış, mərkəz tərəfindən tibbi-sosial xidmətlər göstərilmiş və Bakı şəhəri Sahil qəəsbəsi Ə.Gülbabayev küçəsi ev 58 mənzil 16-də yaşayan qaynanası X1salamat təhvil verilmiş, aparılmış tibbi müayinəyə dair sənədlər akta əlavə edilmişdir 002111829 № li xx.xx.2013-ci il tarixli doğum haqqında akt qeydinin məzmunundan görünür ki, X8 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur.X2, anası Ərizəçidır. 280№ li xx.xx.2010-cu il tarixli nikah haqqında akt qeydinin məzmunundan görünür ki, X6 ilə Ərizəçi qıız arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanılmış, nikahdan sonra ərə Günəşov, arvada Günəşova soyadı verilmişdir, ümumi uşaqları kimi xx.xx.2005-ci il təvəllüdlü Günəşli Məhəmməd qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qəraraın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi uşağın doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2018-ci il təvəllüdlü X14 və xx.xx.2015-ci il təvəllüdlü Günəşo Zeyd ərizəçinin uşağıdır. Eyni zamanda, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdi, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, Ərizəçi uşağın doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi uşaqların doğum faktının müəyyən edilməsi və onların adına doğum haqqında şəhadətnamənin verilməsinin uşaqların bağçaya, məktəbə getməsi, habelə onların təhsil, sağlamlıq və sair hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Günəşov Zeyd xx.xx.2015 və X14 xx.xx.2018-ci il tarixdə anadan olmuşdur. Belə ki, müvafiq konsulluğun təqdim etdiyi şəhadətnamədə Günəşov Zeyd xx.xx.2015 və X14 xx.xx.2018-ci il, doğum yeri Suriya kimi qeyd olunmuşdur. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, uşağın valideynləri- atası X6, anası Ərizəçidır, onlar arasında 27 aprel 2010-ci il tarixdə rəsmi nikah bağlanılmış, hazırda da rəsmi nikah münasibətlərindədirlər, birgə nikahdan 4 övladları var, digər iki övladlarının adına doğum haqqında şəhadətnamə alsalar da, X14 və Günəşov Zeyd adlı qız və oğlan övaldlarının doğumu barəsində doğum haqqında şəhadətnamə ala bilməmişlər. Bundan başqa qeyd olunan məlumatlar məhkəmədə tədqiq olunmuş ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında da öz təsdiqini tapmışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşaqların üstün mənafeyinin təmin edilməsi, habelə uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir;119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, uşağın üstün maraq və mənafeyini rəhbər tutaraq, hesab edir ki, ərizəçinin uşağın doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx.xx.2018-ci ildə cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli,uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Günəşova, adı Afra Cavahir, ata adı Cavid, doğum tarixi 22 oktyabr 2018-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X6, ana qarfasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli,xx.xx.2015-ci ildə cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli,uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Günəşov, adı Zeyd, ata adı Cavid, doğum tarixi 09 sentaybr 2015-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X6, ana qarfasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2018-ci ildə cinsi qız olan və xx.xx.2015-ci ildə cinsi oğlan olan uşaqların doğulmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Cinsi qız olan uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Günəşova, adı Afra Cavahir, ata adı Cavid, doğum tarixi 22 oktyabr 2018-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X6, ana qarfasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Cinsi oğlan olan uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Günəşov, adı Zeyd, ata adı Cavid, doğum tarixi 09 sentyabr 2015-ci il, doğulduğu yer Suriya, ata qrafasında atasının adı X6, ana qarfasında anasının adı Ərizəçi, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə uşaqların adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar