Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-266/2021 11.03.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X3, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, özünün və himayəsində olan azyaşlı qızları X12 və X13 ilə birlikdə Qaradağ rayon Sahil qəsəbəsi, Məhəllə 21, ev 2A ünvanın yanında yerləşən cehiz əşyaları olan fərdi yaşayış evinə köçürülməsi və maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o Cavabdeh ilə Qaradağ rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu barədə Qaradağ rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixli X9 verilmişdir. Cavabdehlə aralarında nikah bağlanmamışdan əvvəl onun hazırda qeydiyyatda olduğu Bakı şəhər Qaradağ rayon, Sahil qəsəbəsi, Məhəllə 21, ev 2A, mənzil 16 ünvanın yaxınlığında tikdirdiyi fərdi yaşayış evini onun atasının köməyi ilə təmir etdirib tam yaşayış üçün şərait yaratdıqdan sonra cehiz əşyaları ilə birlikdə həmin fərdi yaşayış evinə gəlin köçürülmüşdür. Həmin fərdi yaşayış evində yaşadığları dövrdə xx.xx.2015-ci il təvəllüdlü X12 adlı övladları anadan olmuşdur.Son bir ildə cavabdeh ona qarşı şiddət göstərmiş, daima onu və valideyinlərini təhqir etmiş, şəxsiyyətlərini alçaltmışdır. Bu ilin fevral ayında cavabdeh anasının uşağının xəstəliyi ilə bağlı onlara gəlməsi üzündən onu döyüb təhqir etməklə hamilə vəziyyətində yaşadığı fərdi mənzillərindən qovmuş, bir daha evinə qayıtmağı qadağan etmişdir. Bundan sonra xx.xx.2020-ci il tarixdə X13 adlı övladları anadan olmuşdur. Hazırda başqa yaşayış yeri yoxdur və körpə uşaqları ilə ata evinə sığınıb. AR MPM və MM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Daha sonra İddiaçı xx.xx.2021-ci il tarixdə məhkəməyə dəqiqləşdirmə ərzəsini təqdim etməklə, iddia ərizəsinin “xahiş etdi” hissəsini dəqiqləşdirərək, özünün və himayəsində olan azyaşlı qızları X12 və X13 ilə birlikdə Qaradağ rayon Sahil qəsəbəsi, M.Seyiov küçəsi, Bina 016, mənzil 0007 ünvanında yerləşən cehiz əşyaları olan fərdi yaşayış evinə köçürülməsi və maneələrin qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında ifadə vererək, Qaradağ rayon Sahil qəsəbəsi, M.Seyiov küçəsi, Bina 016, mənzil 0007 ünvanında 6 il yaşadığını,artıq 1 ildir ki ata evində yaşadığını, mübahisəli evin sənədsiz ev olduğunu, cavabdehin dayısı Rüstəmov Rövşən Hüseyn oğlut tərəfindən deyil, cavabdehin valideynləri tərəfindən onların nikahlarından əvvəl tikildiyini, toyları olduqdan sonra həmin evə köçdüyünü bildirdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı vəkili və nümayəndəsi X6 məhkəmə iclasında iddia tələbini müdafiə edərək,mübahisəyə qanunun analogiyası olaraq Mülki Məcəllənin 68-ci maddəsinin tətbiq olunmasını, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, mübahisəli ev dayısı Rüstəmov Rövşən Hüseyn oğlu tərəfindən tikilmişdir. O, toydan sonra yaşamağa yeri olmadıöndan dayısı ona həmin evdə yaşamağa icazə vermişdir. İddiaçı ilə evləndikdən sonra həmin evdə birgə yaşamış, lakin nikah pozulduqdan sonra həmin evdən köçmüşdür. Hazırda mübahisəli mənzildə heçkim yaşamır. Cavabdeh iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı tərəfin və Cavabdeh izahatlarını,həmçinin şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, şahid X4 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, cavabdehlə illərdir ki, qonşudur. Mübahisəli ev onların binasının qarşısında tikilib. Cavabdehin dayısı Rövşən də onların qonşuluğundakı binada yaşayır. Rövşən 2012-ci ildən həmin mübahisəli evi tikməyə başlamışıdır Həmin evi cavabdehin dayısı Rövşənin tikdirdiyini təsdiq etdi. X2 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, cavabdehlə dostluq münasibətlərindədir, Cavabdeh ailə qurarkən ev almaq üçün imkanı yox idi. Hətta ipoteka ilə ev almaq üçün maraqlanırdış Həmin ərəfədə Asif ona dayısına məxsus evdə yaşamağa icazə verdiyini bildirdi. Toya qədər Asifin dayısı Rüstəmov Rövşən Hüseyn oğluna məxsus olan tikilini dostların köməyi ilə təmir etdi və ailə quraraq həmin evə köçdüyünü təsdiq etdi. X1 məhkəmə iclasında verdiyi ifadəsində bildirdi ki, Qaradağ rayon, Sahil qəsəbəsi, Məhəllə 21, ev 2A, mənzil 16 ünvanında Asiflə qonşu yaşayır. Cavabdehin dayısı Rüstəmov Rövşən Hüseyn oğlu özünə məxsus tikilini Cavabdeh onun evi olana kimi yaşamaq üçün icazə verdiyini Asif ona toyundan əvvəl demişdi. Toya qədər həmin tikilini dostların köməyi ilə təmir etdi və ailə quraraq həmin evə köçdü. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 154678 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X14 arasında nikah xx.xx.2014-cü il tarixdə Qaradağ rayon Qeydiyyat şöbəsində 1054 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Məmmədova soyadı verilmişdir. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ İV seriyalı 476077 və AZ İİİ seriyalı 665485 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 adlı 2 (iki) azyaşlı uşağı var. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(002)-2410/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə Qaradağ rayon qeydiyyat şöbəsində 1054 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X12 və xx.xx.2020-ci il təvəllüdlü X13 İddiaçı yanında və himayəsində saxlanılsın, xx.xx.2015-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2020-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə hər ay bir uşağa görə 170 (yüz yetmiş) manat, iki uşağa görə cəmi 340 (üç yüz qırx) manat, xx.xx.2020-ci il təvəllüdlü X8 üç yaşı tamam olanadək 30 (otuz) manat sabit pul məbləğində aliment tutulması qət olunmuşdur. İş materiallarında əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfat Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyi 119 saylı Mənzil-Kommunal sahəsi tərəfindən verilmiş xx xxxxxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh oğlu Qaradağ rayon, Sahil qəsəbəsi, Məhəllə 21, ev 2A, mənzil 16 ünvanında qeydiyyatsız yaşayır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla, tərəflərin və şahidlərin ifadələri ilə müəyyən edilmiş hallarından görünür ki, mübahisəli evin özbaşına tikili olması, həmin yaşayış sahəsinin tərəflərin rəsmi nikahda olduğu vaxtdan əvvəl mövcud olması, İddiaçı həmin evə xx.xx.2014-cı ildə nikah bağlandıqdan sonra köçməsi və 2020-ci ilin fevral ayından həmin evdə yaşamaması, tərəflər arasında nikahın pozulması işin mübahisəsiz hallarıdır. Tərəflər arasında mübahisəli hal – özbaşına tikilinin kimin tərəfindən tikilməsi və kimə məxsus olması, iddiaçı mübahisəli mənzilə köçürülərək istifadə hüququnun tanınmasını, cavabdeh isə iddianın təmin edilməməsi xahiş edirlər. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Bu səbəblə məhkəmə, iddianın hüquqi əsaslarının, yəni iddiada istinad olunan qanunvericilik normalarının dispozisiya şərtlərinin mövcudluğunun olubolmadığına hüquqi qiymət verməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, mübahisəli ev özbaşına tikili olduğundan barəsində mübahisə edilən hüquq münasibətlərini bilavasitə tənzimləyən hüquq norması yoxdur. Ona görə də məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələblərini nəzərə almadan iş üzrə düzgün nəticəyə gəlmək mümkün deyildir. Belə ki, həmin maddənin (MPM-nin 13.4-cü maddəsi) tələbinə görə barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa, Mülki Məcəllənin 11.1-ci maddəsində göstərilmişdir ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası) Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında münasibətlər 2014-cı il tarixində yarandığından Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən mübahisəli hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (Azərbaycan Respublikasının xx xxxx 2009-cu il tarixli, 845-İİİQ nömrəli Qanunu ilə təsdiq edilmiş) müddəaları tətbiq olunmalıdır. AR Mənzil Məcəlləsinin 30-cu maddəsinə əsasən mülkiyyətçiyə məxsus yaşayış sahəsində onunla birlikdə yaşayan şəxslərin hüquq və vəzifələri müəyyən edilmişdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər; 30.2-ci maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar; 30.3-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə mülkiyyətçi ilə birgə məsuliyyət daşıyırlar; 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. 30.5-ci maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, məhkəmənin bu Məcəllənin 30.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla qəbul edilmiş qərarı ilə müəyyənləşdirilən yaşayış sahəsindən istifadə müddəti başa çatdıqda, keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna xitam verilir. Göstərilən müddət başa çatanadək keçmiş ailə üzvünün yaşayış sahəsindən istifadə hüququna mülkiyyətçinin yaşayış sahəsinə mülkiyyət hüququna xitam verilməsi ilə eyni vaxtda, yaxud məhkəmənin qərarı ilə belə hüququn saxlanmasına əsas olmuş hallar aradan qalxdıqda xitam verilir. Göründüyü kimi Mənzil qanunvericiliyin tələbinə əsasən keçmiş ailə üzvinin yaşayış sahəsindən istifadə hüququ yalnız o halda saxlanıla bilər ki, bununla əlaqədar onlar arasında razılaşma olsun vəya keçmiş ailə üzvinin həmin yaşayış sahəsinə ehtiyacının olması əsasları müəyyən edilmiş olsun. Məhkəmə araşdırması zamanı tərəflər arasında belə bir məzmunlu razılaşmanın olması halı aşkar edilməmişdir. Bu halda məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki,digər halın, yəni həmin yaşayış sahəsinə ehtiyacının olması əsaslarının sübut edilməsi öhdəliyi məhz iddiaçı tərəfəfinn üzərinə düşür. Belə ki, məhkəmə hesab edir ki, hazırki halda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi həmin mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının olması, yaşamaq üçün başqa yaşayış sahəsinə malik olma imkanının olmaması kimi hallarını sübut etmək vəzifəsi məhz onun üzərinə düşür. Lakin buna baxmayaraq, məhkəmə araşdırması zamanı iddiaçı tərəfindən iddia tələbinin əsası kimi istinad etdiyi qeyd olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bununla da, məhkəmə araşdırması çərçivəsində, iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə ehtiyacının olması hallarını və əsaslarını müəyyən etmək mümkün olmamışdır. Həmçinin, məhkəmə iddia tələbinin iddiaçının azyaşlı qızı ilə birlikdə mübahisə predmeti olan yaşayış sahəsinə köçürülməsi hissəsi ilə bağlı hesab edir ki, hazırki iş üzrə iddiaçının mübahisə predmeti olan yaşayış sahəsinə köçüürlmə və istifadə hüququnun tanınmasına dair iddia tələbi təmin edilmədiyindən və tərəflərin birgə nikahdan olan övladları müvafiq məhkəmə qətnaməsi əsasında iddiaçının himayəsində və yanında saxlanıldığından, iddia tələbi bu hissədə də təmin edilməməlidir. Məhkəmə onu qeyd etməyi zəruri hesab edir ki, hazırki iş üzrə özbaşına tikilinin cavabdehin valideynləri tərəfindən cavabdeh üçün tikilməsi və cavabdehə məxsus olması və ya cavabdehin dayısı tərəfindən tikilməsi, kimə məxsus olması tərəflər arasında mübahisəli hal olduğundan və hər iki hal məhkəmə iclasında sübuta yetirilmədiyindən, məhkəmə hər iki halda hüquq münasibətinə qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2014-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Məhkəmə mübahisə ilə bağlı ilk növbədə onu qeyd edir ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin, mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsində və Mənzil Məcəlləsinin 30.1-ci maddəsində isə qanunvericilik ailə üzvlərinin dairəsini müəyyən etmiş və bura - əri, arvadı, valideynləri, uşaqları aid etmişdir. Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yarandığına və istənilən şəxsdən bu hüququn pozulmasının aradan qaldırılmasını tələb etmək səlahiyyətini təmin etdiyinə görə, bu hüquq mahiyyətcə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Yuxarıda sadalananlar nəzərə alındıqda, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Ailə qanunvericiliyində hansı hallarda valideynlərin öz övladlarını və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları və hansı hallarda övladların öz valideynlərini və digər ailə üzvlərini saxlamaq vəzifəsi daşıdıqları müəyyən edilmişdir (Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13 və 15-ci Fəsillərinin müvafiq müddəaları). Buna uyğun olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ varsa və mülkiyyətçi ilə birlikdə yaşayırsa, həmin şəxs Mənzil Məcəlləsinin 30.1-ci maddəsində nəzərdə tutulan “ailə üzvləri” anlayışının əhatə dairəsinə daxildir. Bunun davamı olaraq, şəxsin ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisi ilə birlikdə yaşamaq və yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ yoxdursa, onda həmin şəxsin Mənzil Məcəlləsinin 30.2-ci maddəsi əsasında yaşayış sahəsi mülkiyyətçisinin yaşayış sahəsindən istifadə etmək səlahiyyəti də olmaz. Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə imkanını təmin edən əmlak hüququ yalnız notariat qaydasında təsdiq olunan müqavilə əsasında daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla yaranır. İddiaçı ilə cavabdehin vaıideynləri və ya dayısı arasında belə bir razılaşma olmadığından , həmçinin iddiaçı onların ailə üzvü hesab edilmədiyindən iddia tələbi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı özünün və himayəsində olan azyaşlı qızları X12 və X13 ilə birlikdə Qaradağ rayon Sahil qəsəbəsi, M.Seyiov küçəsi, Bina 016, mənzil 0007 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülmə tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apllyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-266/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-266/2021
11.03.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver