Məhkəmə qərarları › İş №2(002)-266/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-266/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-266/2023 28.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə, daha sonra Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, 07 iyun 2015-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında X10 adlı oğlan uşağı doğmasına dair hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, ərizəçinin rəsmi nikahda olduğu həyat yoldaşı X7 maraqlı şəxs qismində mülki işə cəlb edilmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək izahatında bildirdi ki, ərizədə rəsmi nikahda olduğu ərinin adı İlyar deyil, səhvən İlyas kimi göstərilmişdir. Bu səbəbdən, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən ərizə ilə müraciət etmək məcburiyyətində qalmışdır. Bildirir ki, onun X7 ilə birgə nikahdan Bakı şəhərində 07 iyun 2015-ci il tarixdə ev şəraitində cinsi oğlan olan X10 adlı övladı doğulmuşdur. Həmin vaxt hüquqi savadı olmadığından uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir. Hal-hazırda uşaq sağ-salamat olmaqla, onunla birlikdə yaşayır. Uşağa doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Qeydiyyat şöbəsində doğum haqqında müvafiq tibbi sənəd olmadığından doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığını bildirərək, məhkəməyə müraciət olunmasını tövsiyə etmişlər. Bu səbəbdən, ərizə ilə məhkəməyə müraciət etmişdir. Doğum faktının müəyyən edilməsi ona övladının təhsil və sair hüquqlarının həyata keçirilməsi üçün doğum haqqında şəhadətnamənin alınmasına görə lazımdır. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs məhkəməyə məktubla müraciət edərək, iş həcminin çoxluğu ilə əlaqədar məhkəməyə nümayəndə göndərə bilmədiklərini qeyd edərək, mülki işə onların nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə qeyd olunan məktubu nəzərə alaraq, mülki işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs X3 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, şahid X2 ifadəsində bildirdi ki, ərizəçi onun gəlinidir. Uşağın atası onun oğlu X6r. Uşaq doğulanda evdə olmuşdur. X1 ifadəsində bildirdi ki, ərizəçinin qayınının həyat yoldaşıdır. Uşaq ev şəraitində, 2015-ci ildə doğulub. Uşağa Ömər adı verilib. Sənədi olmadığından məktəbə gedə bilmir. xx.xx.2011-ci il tarixdə verilmiş AZ-İ seriyalı 671429 saylı nikah haqqında şəhadətnamədən görünür ki, X7 ilə X4 arasında nikah 27 may 2011-ci il tarixdə Maraqlı şəxsndə 526 saylı akt qeydi ilə bağlanmış, nikah bağlanandan sonra arvada Məmmədova soyadı verilmişdir. Ərizəçi tərəfindən təqdim olunmuş sağlamlıq haqqında arayışdan görünür ki, valideynlərinin verdiyi məlumata görə 07 iyun 2015-ci il təvəllüdlü olan X10 01 sentyabr 2022-ci il tarixdə 32 saylı şəhər poliklinikasının nəzdində 9 BUX-un poliklinika şöbəsində tibbi müayinədən keçmişdir və praktiki sağlamdır. Qaradağ rayon İHB-nin Qobustan qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 sentyabr 2022-ci il tarixli 1257 saylı arayışdan görünür ki, X10 Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarında olan Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanan xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, ərizəçinin xx.xx.2015-ci il təvəllüdlü övladının doğumunun qeydə alınması ilə bağlı müraciətinə baxılmışdır. Ərizəçiyə qanunvericiliyin tələbləri izah edilərək, qeyd olunanların nəzərə alınması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 44.1-ci maddəsinə əsasən uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur; 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur; 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 166.1-ci maddəsinə əsasən doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır; 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olundu ki, X7 ilə rəsmi nikahda olan Ərizəçi xx.xx.2015-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında ev şəraitində 1 oğlan uşağı dünyaya gətirmişdir. Lakin həmin uşağa doğum haqqında şəhadətnamə alınmamışdır. Bununla bağlı Maraqlı şəxsnə müraciət edilsə də, uşaq ev şəraitində doğulduğu üçün doğumun qeydiyyatı mümkün olmamış, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdən sonra doğumun qeydə alınması üçün uşağın himayəçisinin zəruri sənədlərlə aidiyyəti qeydiyyat şöbəsinə müraciət edə bilməsi Maraqlı şəxs tərəfindən tövsiyə edilmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında xx.xx.2015-ci il tarixdə oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Bakı şəhəri Qaradağ rayonu ünvan 1 ünvanında xx.xx.2015-ci il tarixdə oğlan uşağı doğması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırki qətnamə doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar