Məhkəmə qərarları › İş №2(002)-2660/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2660/2022

12.10.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2660/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X4 katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «uşağın doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs qismində qeyd etməklə «uşağın doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyul 2016-cı il tarixdə cinsi qız olan uşağın doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməsi və uşağa doğum haqqında şəhadətnamə verilməsi,doğum haqqında şəhadətnamədə uşağın soyadı Vəliyeva,adı Nur,ata adı Vasif,doğum tarixi 11 iyul 2016-cı il,doğulduğu yer Sumqayıt şəhəri,ata qrafasında atasının adı Ərizəçi,ana qrafasında anasının adı Maraqlı şəxs2,milliyyətləri azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, uşağın doğum yerinin Sumqayıt şəhəri kimi qeyd edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs2 ilə 2014-cü ildə Qızıldaş qəsəbəsində tanış olmuş və bir-birini sevmişlər.Ailələri narazı olduğuna görə Türkan ona qoşulub qaçmış və 2015-ci ilin sentyabr ayının 15-də Türkanla ər-arvad münasibəti olmuşdur.Həmin ilin oktyabr ayında Türkanın hamilə olmasını bilmişdir.Bundan sonar 2015-ci ilin dekabr ayının 15-də Sumqayıt şəhəri Bəyaz şadlıq sarayında toyu olmuşdur.Həmin vaxt Türkan yetkinlik yaşına çatmadığına görə nikahı rəsmiləşdirməmişlər.Toydan sonar o Türkanla birlikdə Qızıldaş qəsəbəsi ev 14 mənzil 6 ünvanında valideynlərinin yanında yaşamışlar.11 iyul 2016-cı il tarixdə onların Nur adlı bir qızı doğulmuşdur.Türkan azyaşlı olduğuna görə onu xəstəxanaya aparmamışlar,uşaq ev şəraitində doğulmuşdur.2017-ci ilin may ayından sonra Türkanla arasında narazılıqlar yaranmış və Türkanın şikayəti əsasında ona AR CM-in 152.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmişdir.Bundan sonra Türkanla arasında olan narazılıq daha da artmış və Türkan təxminən 2018-ci ilin may ayından sonra 11 iyul 2016-cı il tarixdə doğulmuş qızı Nuru onun himayəsində qoyaraq çıxıb getmişdir.Həmin vaxtdan Türkan ilə heç bir əlaqəsi yoxdur.Hal-hazırda uşağa o baxır,uşaq sağlamdır və 9 nömrəli Birləşmiş Şəhər xəstəxanasının poliklinka şöbəsində qeydiyyatdadır.Lakin indiyə kimi uşağa doğum haqqında şəhadətnamə ala bilməmişdir.Artıq uşaq 6 yaşındadır və məktəbə getmək vaxtı çatmışdır.Uşağa doğum şəhadətnaməsi alamq üçün Maraqlı şəxs1nə müraciət etmişdir,lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişdir.Uşağın doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, əlavə olaraq uşağın ev şəraitində doğulduğunu, atasının özü , anasının Türkan olduğunu, uşağın xx.xx.2016-ci il traixdə Sumqayıt şəhərində doğulduğunu, uşağın anasını açırdığını, yaşı az olduğundan, bununla bağlı barəsində cinayət işinin də olduğunu, lakin sonra barışaraq, 1 il ailə kimi yaşadıqlarını, sonra uşağın anasının özünün evdən getdiyini, indi uşaq məktəbə getməli olduğundan, ev şəraitində anadan olduğundan, onun adına doğum haqqında şəhadətnam\ ala bilmədiklərini bildirərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Mraqlı şəxs qismində Maraqlı şəxs2 26 sentyabr 2022-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edərək, iddia tələbini qəbul etdiyini, uşağın anasının özü olduğunu, atasının iddiaçı olduğunu, uşağın xx.xx.2016-cı ildə Sumqayıt şəhərində doğulduğunu,ev şəraitində doğulduğunu, buna səbəb yaşının az olması olduğunu, uşağın ərizəçinin himayəsində olduğunu, uzun müddətdir ki, görmədiyini, uşağın onu anası kimi tanımadığını, nənəsinə ana dediyini, dəfələrlə uşağı görmək istəsə də, göstərmədiklərini, ərizəçi uşağı qaçırmağa görə həbs olunmalı idi, razılığa gəldiklərindən həbs olunmadı, uşağı ona verməli idi, lakin sonra vermədiyini bildirmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə və Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X1 məhkəmə iclaısnda ifadə verərək, öz ifadəsində ərizəçinin bibisi olduğunu,qızı qaçırtdığını və toyları olduğunu,uşaq ərizəçinin himayəsindədir və anası uşaqla maraqlanmadığını bildirdi. Belə ki, şahid X2 məhkəmə iclaısnda ifadə verərək, öz ifadəsində ərizəçinin bibisi oğlu olduğunu,toylarında iştirak etdiyini,uşağın anasını da toyda gördüyünü, uşağın anasını ərizəçinin qaçırtdığını, sonra evləndiklərini, bir uşaqlarının olduğunu, uşağın ev şəraitində anadan olduğunu eşitdiyini, çünki anasının yaşı az idi, belə eşitdiyini, uşağın hazırda ərizəçi atası ilə birlikdə yaşadığını, anasının onunla görüşübgörüşmədiyini bilmədiyini, eşitdiyinə görə anası özü istəmir görüşmək, uşağı hər gün gördüyünü gördüyünü bildirdi. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli 05/Q-1149/15 saylı məktubundan görünür ki, tibbi şəhadətnamə olmadığından hazırda uşağının doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmadığı bildirilmiş və qeyd olunan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qəraraın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçi uşağın doğum faktının qeydə alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdi, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, ərizəçi uşağın doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi uşağın doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsinin uşağın bağçaya, məktəbə getməsi, habelə onun təhsil, sağlamlıq və sair hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər, ərizəçinin, maraqlı şəxsin izahatları, şahid ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, 11 iyul 2016-cı il tarixdə Sumqayıt şəhərində cinsi qız olan uşaq anadan olmuş, uşağın valideynləri Ərizəçi və anası Maraqlı şəxs2dır. Ona görə də məhkəmə qeyd olunan halları əsas gətirərək, hər bir halda uşağın üstün mənafeyinin təmin edilməsi, habelə uşağın təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsiöini rəhbər tutararq, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, uşağın üstün maraq və mənafeyini rəhbər tutaraq, hesab edir ki, ərizəçinin uşağın doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx.xx.2016-ci ildə cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli,uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Vəliyeva, adı Nur, ata adı Vasif, doğum tarixi 11 iyul 2016-cı il, doğulduğu yer Sumqayıt şəhəri, ata qrafasında atasının adı Ərizəçi, ana qarfasında anasının adı Maraqlı şəxs2, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2016-cı il tarixdə cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli faktı müəyyən edilsin. Uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadı Vəliyeva, adı Nur, ata adı Vasif, doğum tarixi 11 iyul 2016-cı il, doğulduğu yer Sumqayıt şəhəri, ata qrafasında atasının adı Ərizəçi, ana qarfasında anasının adı Maraqlı şəxs2, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə uşağın adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar