Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2700/2020 10.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1970-ci ildə Ermənistan Respublikası Noyenberyan rayonunun Axtanak kəndində doğulmuş, doğum xx.xx.1970-ci ildə Ermənistan Respublikası Noyenberyan rayonunun Axtanak kənd sovetində 30 nömrəli aktla qeydə alınmış və İ-ZJ seriyalı, 064916 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Doğum haqqında şəhadətnamədə ata adı X1, milliyyəti Azərbaycanlı, ana adıX2, milliyyəti Azərbaycanlı göstərilmişdir. Atası xx.xx.2009-cu ildə, anası isə xx.xx.2010-cu ildə vəfat etmişlər. 1988-ci ildə Ermənistan ərazisindən məcburi köçkün düşərək 1990-cı ildən ünvan 1 ünvanında yaşayır. xx.xx.2000-ci ildə Maraqlı şəxsndə 10 saylı nikah aktı qeyd etdirməklə, Nəsibova (nikahdan sonra Yusubova) Səfayət Emin qızı ilə evlənmişdir. xx.xx.1996-cı ildə X5, xx.xx.2000-ci ildə X3, xx.xx.2004-cü ildə X4 adlı uşaqları olmuşdur. Lakin ASAN xidməti tərəfindən verilmiş AA seriyalı,2017740 saylı şəxsiyyət vəsiqəsində soyadı yanlış olaraq Yusibov yazılmışdır. Şəxsiyyət vəsiqəsində soyadının Yusibov yazılması VVAQ qeydlərində yazılmış Yusubov soyadından fərqlənir. Soyadındakı bu müxtəliflik dövlət orqanlarına hər hansı sənəd təqdim və qəbul edilməsində qeyri-mümkünlük yaradır. Odur ki, düzəliş üçün ASAN xidmətə müraciət etdikdə doğum akt qeydi tələb edilmiş, lakin qüvvədə olan qanunvericiliyə uyğun olaraq doğum faktının müəyyən edilməsindən imtina edilmişdir. Göstərilənləri nəzərə alaraq, xx.xx.1970-ci ildə Ermənistan Respublikası Noyenberyan rayonunun Axtanak kəndində doğulması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi izahatını dinləyib, belə hesab edir ki, ərizə aşağıdakılara görə təmin edilməməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxx 2020ci tarixli, 05/Q-1443/15 №-li cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materiallarında olan xx.xx.1970-ci il tarixli, İ-ЗЖ seriyalı, 064916 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə və təsdiq olunmuş surətindən görünür ki, X6 xx.xx.1970-ci ildə Ermənistan Respublikası Noyenberyan rayonunun Axtanak kəndində anadan olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxs özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Yenə həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Mülki iş materiallarından göründüyü kimi, Ərizəçi xx.xx.1970-ci ildə Ermənistan Respublikası Noyenberyan rayonunun Axtanak kəndində doğulmuşdur. Doğum xx.xx.1970-ci ildə Ermənistan Respublikası Noyenberyan rayonunun Axtanak kənd sovetində 30 nömrəli aktla qeydə alınmış və İ-ZJ seriyalı, 064916 saylı doğum haqqında şəhadətnamə verilmişdir. Həmin sənəddə ərizəçinin ata adı X1, milliyyəti Azərbaycanlı, ana adı X2, milliyyəti Azərbaycanlı qeyd olunmuşdur. Məhkəmə yuxarıda qeyd olunan sənədləri tədqiq edib qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, ərizəçinin doğum faktı artıq doğum şəhadətnaməsi ilə müəyyən olunduğundan, həmin faktın yenidən sübut olunmasına yol verilmir. Bundan başqa, işin məhkəmə iclasında araşdırılma zamanı ərizəçi şəxsiyyət vəsiqəsində soyadının yanlış olması səbəbindən doğum faktının müəyyən edilməsinin zəruri olduğunu qeyd etsə də, məhkəmə ərizəçinin dəlillərini onun tələbinin əsaslılığını göstərən sübut mənbəyi kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən ərizəçinin tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. Tələbin təsdiqlənməsi üçün ərizəçinin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan ərizənin əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi rədd edilməli, ödənilmiş 10.40 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilməsin. Ödənilmiş 10.40 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:Kamran Əsədov Ərizəçi: Ərizəçi Ünvan: Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi, dalan 1, ev 8 Maraqlı şəxş: Bakı şəhəri Maraqlı şəxs Ünvan: Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsi 1 Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(002)-2700/2020 nömrəli qətnaməsinin surəti Azərbaycan Respublikası MPM-in 227.3-cü maddəsinə əsasən məlumat üçün Sizə göndərilir. Qoşma: qətnamənin surəti - “03” vərəqədə (hər bir ünvana). Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin Hakimi: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2700/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2700/2020
10.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver