Məhkəmə qərarları › İş №2(002)-2703/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2703/2025

17.09.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2703/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məcidli Aysel Əli qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etməklə Cavabdeh qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sistemə daxil edilməsi” tələbinə dair iddia ərizəsinə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 müstəqil tələb irəli sürməyən 3-cü şəxs kimi cəlb etməklə Cavabdeh yə qarşı “əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi, onunla Cavabdeh arasında bağlanmış ofisiant vəzifəsinə qəbul edilməyi barədə 16 iyun 2016-cı il tarixli əmək müqaviləsinə xitam verilməsi, əmək müqaviləsi bildirişinin ləğv edilməsi (qüvvədən düşmüş hesab edilməsi) və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılması üçün qətnamənin icrasının Cavabdeh və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə tapşırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 16 iyun 2016-cı ildə cavabdehin iş yerində Ofisiant vəzifəsinə işə qəbul edilmiş və bizim aralarında müddətsiz əmək müqaviləsi bağlanmışdır. O, bir müddət cavabdehlə çalışmış, lakin cavabdeh öz fəaliyyətini dayandırmış və bundan sonra o isə işə getməmişdir. Bu vaxta qədər o cavabdehlə arasında bağlanmış əmək müqaviləsinin artıq qüvvədən düşməsini və bununla əlaqədar əmək müqaviləsinə xitam verilməsini düşünmüşdür.Lakin bu yaxınlarda o işə düzəlmək istədikdə onun adında aktiv əmək müqaviləsinin olması ona bildirilmiş, yalnız bundan sonra o, Cavabdeh ilə onun arasında olan əmək müqaviləsinin qüvvədə olmasını bilmişdir. O, cavabdehlə bağlanmış əmək müqaviləsinə xitam vermək üçün Cavabdeh müraciət etmək istəsə də o artıq fəaliyyət göstərmədiyinə görə bu mümkün olmamışdır. Bununla əlaqədar o, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə müraciət etmiş. Xidmətdən ona ünvanlanmış 13 may 2024-cü il tarixli məktubla Cavabdeh ilə əlaqə saxlanılması mümkün olmadığı, əmək müqaviləsinə dair bildirişin qüvvədən düşməsi ilə bağlı mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə müraciət edilməli olması, əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırımış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli olması bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, o, bununla əlaqədar araşdırma aparmış, cavabdehi tapmaq istəmiş, lakin bu mümkün olmamışdır. Nəzərinizə çatdırır ki, Cavabdeh fəaliyyətdə olan sahibkarlıqla məşğul olan fiziki şəxs olduğuna görə və əmək müqaviləsi bildirişinin ləğv edilməsi məhz Cavabdeh vəzifəsi olduğuna görə o Cavabdeh qarşı əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 6 iyun tarixli 183 nömrəli qərarı ilə təsdiq edilmiş Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə alınması qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində bağlı işəgötürənə və Azərbaycan əldə etməklə bağlı Qaydalar"ın 2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində əmək müqaviləsinin bağlanılmasının, onda dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən mövcud əmək şəraiti şərtləri və məlumatları əsasında əmək müqaviləsi bildirişi elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilir.Həmin Qaydaların 6.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində müəyyən edilmiş əsaslarla əmək müqaviləsinə xitam verildikdə. məlumatlar elektron informasiya sistemi vasitəsilə "Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinə daxil edilir.Həmin Qaydaların 6.3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-1-ci hissəsində nəzərdə tutulan hallarda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən işçinin qüvvədə olan əmək müqaviləsi bildirişinin qüvvədən düşmüş hesab edilməsi barədə inzibati akt formasında qərar qəbul edilir və bununla bağlı elektron informasiya sistemində müvafiq qeydlər aparılırAzərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir.Ona görə də o, Cavabdeh ilə onun aralarında bağlanmış əmək müqaviləsinə xitam verilməsi və əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə məhkəməyə müraciət etməli olmuşdur. Bundan əlavə Qanunvericiliyin tələbinə əsasən əmək müqaviləsi bildirişi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirildiyinə görə, belə hesab edir ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi barədə qətnamənin icrası da Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tapşırılmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 11.1-ci bəndinə əsasən Məhkəmələrə izah edilmişdir ki, məhkəmə tərəfindən qətnamənin icra qaydası qanunun tələbindən və işin hallarından asılı olaraq müəyyən olunur. Əgər məhkəmə öz qətnaməsinin icrası üçün bu və ya digər qaydanı tətbiq etməyi məqsədəuyğun hesab edirsə və yaxud həmin qayda qanuna əsasən tətbiq edilməlidirsə, qətnamənin mətnində onun icra qaydası da müəyyənləşdirilməlidir.İşin hallarından da görünür ki, əmək müqaviləsi bildirişinin ləğv edilməsi X2 tərəfindən həyata keçirilməli olsa da, qətnamənin icrası yalnız cavabdehin faktiki mövcud olub-olmamasından asılı vəziyyətə salınmamalıdır. Yəni əgər rəsmi qaydada Cavabdeh mövcud olduğu halda faktiki olaraq mövcud olmazsa, bu zaman əmək müqaviləsi bildirişinin ləğv edilməsinin həmin Şirkətə tapşırılması ilə artıq qətnamənin icrası mümkünsüz olacaqdır. X7 müqaviləsi bildirişi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Xidmətinin mərkəzləşdirilmiş elektron informasiya sistemində yerləşdirildiyinə Müfəttişliyi görə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin müdaxiləsi ilə həmin bildirişin ləğv edilməsi texniki cəhətdən mümkün olduğuna görə belə hesab edir ki, işin bu halı nəzərə alınaraq, məhkəmə tərəfindən qətnamənin icra qaydası müəyyən olunmalı, onun Cavabdeh-də 16 iyun 2016-cı il tarixdən əmək müqaviləsinə xitam verilməli və bu barədə əmək müqaviləsi bildirişi ləğv edilməli, qətnamənin icrası Cavabdeh və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə tapşırılmalıdır. Dövlət rüsumu haqqında Qanunun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məhkəməyə ərizə göndərərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəkdir və məhkəmə iclasının onun iştirakı olmadan və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı əvvəlki məhkəmə iclaslarında isə iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, müvafiq işdə bir iki həftə sınaq müddətində işləmiş, sonradan özü xaricə getmiş və zənn etmişdir ki, cavabdeh tərəfindən onunla olan əmək müqaviləsinə xitam verilmişdir, lakin hazırda iş axtararkən müvafiq müqavilənin hələdə qüvvədə olduğunu bilmişdir. Cavabdeh məhkəməyə cəzaçəkmə müəssəsindən ərizə ünvanlayaraq iddiaya etirazının olmadığını bildirmişdir. Üçüncü şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, onların nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Bu səbəbdən məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki,sizin fiziki şəxs Cavabdeh tərəfindən əmək müqavilənizə xitam verilməsinə köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə ünvanladığı müraciətə Nazirlik yanında Xidmətin Bakı şəhər İdarəsində baxılmışdır.Bildirir ki, bundan əvvəl etdiyiniz eyni məzmunlu müraciətinizə tərəfimizdən baxılmış və Sizə xx.xx.2024-cü il tarixli, 3-17-5/2-M-28232/2024 nömrəli məktubla müvafiq qaydada cavab verilmişdir. Müraciətiniz ilə əlaqədar ətraflı məlumat verməyiniz, pozuntuların dəqiqləşdirilməsi və izahatınızın alınması məqsədi ilə DOST Mərkəzinə dəvət olunmağınız barədə ünvanınıza (AZ1043, ünvan 2ərəfimizdən 3-17-5/2-M-68758/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktub göndərilmiş, lakin Siz araşdırmaya izahatınızı təqdim etməmisiniz. Bildirir ki, əmək hüquqlarınızın pozulması ilə əlaqədar fiziki şəxs Cavabdeh ünvanına (AZ1081, ünvan 3əfimizdən 3-17-5/2-68762/2024 nömrəli xx.xx.2024cü il tarixli məktub göndərilmiş və Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş, lakin poçt xidməti tərəfindən F-20 formalı qəbzdə "115-ə aid deyil" qeydi ilə məktub geri qaytarılmışdır.Tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə baxış keçirilərkən Sizinlə xx.xx.2016-cı il tarixində bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu məlum olmuşdur. Bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi X4 Xidmətinin səlahiyyətləri xaricindədir.Qeyd olunanlara əsasən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə müraciət edilməlidir. Əgər işəgötürən tərəfindən bu vəzifə icra edilmirsə və ya işəgötürən tərəfindən icra edilməsi mümkün deyildirsə, bu barədə əsaslandırılmış qaydada rayon (şəhər) məhkəməsinə müraciət edilməli, məsələnin başqa həlli yolu olmadığı məhkəmə tərəfindən müəyyən edilməklə əmək müqaviləsi məhkəmə tərəfindən xitam verilmiş hesab edilməli və əmək müqaviləsinin qüvvədən düşməsi ilə bağlı "Əmək və Məşğulluq alt sistemində qeydlərin aparılması hüququ X4 Xidmətinə həvalə edilməlidir İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 tərəfindən məhkəməyə sorğuya cavab olaraq göndərilmiş əmək müqaviləsinin bağlanması və xitam verilməsi ilə bağlı arayışlardan görünür ki, xx.xx.2016ci il tarixdə işəgötürən qismində Cavabdeh ilə işçi qismində isə İddiaçı arasında əmək haqqı 150 manat olmaqla müddətsiz əmək müqaviləsi bağlanmış və hazırda qüvvədədir. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə təklifin surətindən görünür ki, İddiaçı tərəfindən həmin təklif cavabdehə Bakı 8 saylı Mediasiya Təşkilatı vasitəsilə xx.xx.2025-ci il tarixdə Cavabdeh göndərilmişdir. İş materiallarında olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 1(101)-121/2022 saylı xx.xx.2022-ci il tarixli hökmündən görünür ki, Cavabdeh Azərbaycan Respublikasının CMnin 206.3.2.-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) il 06 (altı) ay, Azərbaycan Respublikasının CM-nin 234.4.1.-ci və 234.4.3.-cü maddələri ilə təqsirli bilinib 09 (doqquz) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun, Azərbaycan Respublikasının CM-nin 66.3.-cü maddəsinə əsasən Cavabdeh təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə o, qəti olaraq 12 (on iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Cavabdeh cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 2020-ci il dekabrın 31-dən hesablansın. İş materiallarında olan Qaradağ rayon icra hakimiyyətinin Ələt qəsəbə ərazi idarəsi üzrə nümayəndəliyindən daxil olmuş məktubdan görünür ki, valideyni X1 ilə əlaqə saxlanmış, bildirilmişdir ki, Cavabdeh həbsdədir. Buna görə bildirişi vətəndaşa çatdırmaq mümkündür. İş materiallarında olan Ədliyyə Nazirliyinin 4 saylı cəzaçəkmə müəssisəsindən məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, iddia tələbi ilə tanışdır, etirazı yoxdur, belə ki, onlar arasında əmək müqaviləsi bağlanmışdır. Həmin əmək müqaviləsinə xitam verilməsi və müvafiq olaraq qeydlərin edilməsi üçün tapşırıqların verilməsinə dair qətnamənin qəbul edilməsinə etirazı yoxdur. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı cavabdeh ilə arasında bağlanmış xx.xx.2016-ci il tarixli əmək müqaviləsinə əsasən aylıq 150 manat olmaqla ofisiant vəzifəsinə işləmiş və əmək müqaviləsi bildirişi müvafiq sisteminə daxil etmişdir. İddiaçı həmin iş üzrə müəyyən müddət işlədikdən sonra həmin işə davam etməyərək, cavabdehlə əmək münasibətlərini pozmuşdur. Bununla əmək münasibətlərinə xitam vermək niyyətin olmuş, lakin cavabdeh isə əmək müqaviləsinə xitam verməmiş və müvafiq bildirişi sistemə göndərməmişdir. Bir müddət sonra iddiaçı müxtəlif yerlərə işlə bağlı müraciət etdikdə hal-hazırda sistemdə onun adında cavabdehlə aktiv əmək müqaviləsi olduğu məlum olmuş və bu səbəbdən onunla yeni bir əmək müqaviləsi bağlanması qeyri-mümkün olmuşdur. İddiaçı cavabdeh müəssisə ilə əmək müqaviləsinə xitam verilməsinin rəsmiləşdirilməsinə dair cəhdləri-müraciətləri nəticəsiz qalmışdır. Bu səbəbdən hazırda iddiaçı məhkəməyə müraciət edərək əmək müqaviləsinə rəsmi qaydada xitam verilməsi və əmək müqaviləsinə xitam verilməsi ilə əlaqədar əmək müqaviləsi bildirişinin müvafiq sistemə daxil edilməsi yolu ilə pozulmuş hüquqlarının bərpasını tələb edir.Cavabdeh isə hazırda məhkumdur, cəzaçəkmə müəssisəsindən məhkəməyə ərizə göndərərək, iddia tələbi ilə bağlı münasibətini bildirmiş və iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Əmək Məcəlləsinin 3-cü maddəsinin 5 və 5-1-ci bəndlərinə əsasən əmək müqaviləsi (kontraktı) - işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının sistemində elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir. Həmin Məcəllənin 9-cu maddəsinin “o” bəndinə görə elektron informasiya sistemindən onunla bağlı qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını,habelə iş yerindən elektron qaydada arayışı real vaxt rejimində əldə etmək işçinin hüququdur. Həmin maddənin “b” bəndində əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək də işçinin əsas hüquqlarından biri kimi təsbit edilmişdir. Bu Məcəllənin 12-ci maddəsinin 1-ci bəndinin “h” yarımbəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) işəgötürənin əsas vəzifələrindəndir. Əmək Məcəlləsinin 49-cu maddəsinin 1-ci bəndinin tələblərinə görə əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Əmək Məcəlləsinin 42-ci maddəsinə əsasən əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən isə əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin maddənin 2-ci hissəsinin “a” bəndinə uyğun olaraq tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinin xitam verilməsi əsaslarından biridir. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Eyni Məcəllənin 12-ci maddəsinin “c” bəndinə əsasən əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq işəgötürənin əsas vəzifələrindən biridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar”ın 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Göründüyü kimi, əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulan qaydada xitam verilməsi və bu barədə bildirişin (əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi) elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilməsi işəgötürənin vəzifələrinə aid edilmişdir. Mövcud vəziyyətdə işəgötürənin Əmək Məcəlləsində onun vəzifələri kimi təsbit edilmiş əmək müqaviləsinə xitam verilməsi və bu barədə bildirişin elektron informasiya sisteminə göndərilməsinə dair müvafiq hərəkətləri həyata keçirməməsi iddiaçının qanunvericiliyə əsasən malik olduğu əmək hüquqlarının pozulmasına zəmin yaratmışdır. Bu səbəbdən iddiaçının pozulmuş hüquqları bərpa edilməli və əmək müqaviləsi iddiaçının iradəsi xaricində bağlandığından əmək müqaviləsinə xitam verilməlidir. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti haqqında” Əsasnamənin: 3.1.1-ci bəndinə əsasən, öz səlahiyyətləri daxilində əmək qanunvericiliyinə əməl olunması sahəsində, o cümlədən işçilərlə əmək münasibətlərinin əmək müqaviləsi (kontraktı) əsasında tənzimlənməsi, əmək müqaviləsinin (kontraktının) bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin elektron qaydada qeydiyyata alınması məqsədi ilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməsi, əməyin ödənilməsi, məzuniyyət və istirahət hüququnun təmin edilməsi, əməyin mühafizəsi, texniki təhlükəsizlik, əmək şəraiti, əmək xəsarəti ilə əlaqədar ödənclərin ödənilməsi, işçilərin və iş yerlərinin attestasiyası, işçilərin istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığortası, iş prosesində əmək və əməyin mühafizəsi tələblərinə (iş davamiyyəti, əməyin təhlükəsizliyi, əməyin gigiyenası, qadınların, əlilliyi olan şəxslərin, yaşı 18-dən az olan şəxslərin əməyindən istifadə olunması və s.) riayət edilməsi üzrə dövlət nəzarətini həyata keçirmək Xidmətin vəzifələrindəndir.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün "M.Məmmədovanın şikayəti üzrə məhkəkə aktlarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" 31 yanvar 2006-cı il tarixli qərarı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun N.Məmmədovanın şikayəti üzrə 31 yanvar 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarına görə, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.Bu səbəbdən hazırki iddia ərizəsi üzrə cavabdehin etiraf ərizəsi ilə heç kəsi hüquqları pozulmadığından qəbul edilərək, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, iş üzrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.5-ci maddəsində göstərilən hallar – iddianın etirafının qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozması kimi hallar müəyyən edilmədiyindən cavabdehlərin iddianın etirafı ərizəsi məhkəmə tərəfindən qəbul edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.4-cü maddəsinin tələbinə görə, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Belə olan halda məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə iddiaçının hüququnu müdafiə etmək məqsədi ilə iddia təmin edilməli, iddiaçının pozulmuş əmək hüquqları bərpa edilməli, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli əmək müqaviləsinə xitam verilməli və bu qətnamə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab olunmalıdır. Məhkəmə həmçinin bildirir ki, İddiaçı məhkəmə iclasında qeyd etmişdir ki, təxminən 2 həfəyə qədər sınaq müddəti ilə işə götürülmüşdür. Belə olan halda müqaviləyə xitam verilmə tarixin məhkəmə xx.xx.2016-cı ol tarix olmasını nəzərə alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119, 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2016-ci il tarixli əmək müqaviləsinə xx.xx.2016-cı il tarixdən xitam verilsin. Bu qətnamə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətində həmin əmək müqaviləsinə xitam verilməsi barədə bildirişin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün əsas hesab edilsin. Qətnamədən, qətnamənin tərəflərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə elektron qaydada (elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar