Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2716/2020 09.12.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X4 ilə nikahlarını xx.xx.2004-cü ildə Maraqlı şəxsndə qeydə aldırmışlar. Birgə nikahdan 3 uşaqları Bakı şəhərində doğulmuşdur. 2016-cı ildə əri başqa şəhərdə işləmək adı ilə onu və 3 uşağını da götürüb Suriyaya aparmışdır. Suriyada olduqları müddət ərzində xx.xx.2016-cı ildə Yəhya adlı 4-cü uşaqları olmuşdur. Məlum səbəblərdən həmin uşağın doğumu qeydə alınmamışdır. Həyat yoldaşı S.Qurbanov Suriyada öldürülmüş və o, 4 uşaqla birlikdə “Qızıl Xaç” cəmiyyətinin köməyi ilə Azərbaycana gətirilmişdir. Hal-hazırda uşağın doğumu haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Uşağa doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət edib, lakin orada uşağının doğumunun qeyd edilməsinə əsas olan sənədlərin olmaması səbəbindən uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün zəruridir. Uşağın qeyd edilən vaxtda doğulmasını təsdiq edəcək sənədi başqa qaydada almaq mümkün olmadığından, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Göstərilənləri nəzərə alaraq, X4 ilə birgə nikahdan xx.xx.2016-cı ildə Suriyada doğulmuş Yəhya adlı oğlunun doğumunun qeyd edilmə faktının müəyyən edilməsi və uşağa yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verib, onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, Ərizəçi X4 ilə nikahları xx.xx.2004-cü ildə Maraqlı şəxsndə qeydə alınmışdır. Birgə nikahdan 3 uşaqları Bakı şəhərində doğulmuşdur. 2016-cı ildə başqa şəhərdə işləmək adı ilə kürəkəni onu və 3 uşağını aldadaraq götürüb Suriyaya aparmışdır. Suriyada xx.xx.2016-cı ildə Yəhya adlı 4-cü uşaqları olmuşdur. Bundan sonra onlarla əlaqəsi olmamışdır. Suriyada xx.xx.2016-cı ildə Yəhya adlı 4-cü uşaqları olmuşdur. Məlum səbəblərdən həmin uşağın doğumu qeydə alınmamışdır. Kürəkəni S.Qurbanov Suriyada öldürülmüş və qızı 4 uşaqla birlikdə “Qızıl Xaç” cəmiyyətinin köməyi ilə Azərbaycana gətirilmişdir. Hal-hazırda uşağa qızı baxır, lakin uşağın doğum haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərdi ki, Ərizəçi X4 ilə nikahları xx.xx.2004-cü ildə Maraqlı şəxsndə qeydə alınmışdır. Birgə nikahdan 3 uşaqları Bakı şəhərində doğulmuşdur. 2016-cı ildə başqa şəhərdə işləmək adı ilə əri onu və 3 uşağını götürüb Suriyaya aparmışdır. Suriyada xx.xx.2016-cı ildə Yəhya adlı 4-cü uşaqları olmuşdur. Bundan sonra onlarla əlaqələri kəsilmişdir. Suriyada xx.xx.2016-cı ildə Yəhya adlı 4-cü uşaqları olmuşdur. Məlum səbəblərdən həmin uşağın doğumu qeydə alınmamışdır. Bacısının kürəkəni S.Qurbanov Suriyada öldürülmüş və qızı 4 uşaqla birlikdə “Qızıl Xaç” cəmiyyətinin köməyi ilə Azərbaycana gətirilmişdir. Hal-hazırda uşağa bacısı qızı baxır, lakin uşağın doğum haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşmə işlərini apara bilmir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə uyğun olaraq maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə Ərizəçi izahatını və şahid ifadələrini dinləyib, belə hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs Ərizəçi ünvanladığı xx xxxxxxx 2020ci tarixli, 05/Q-1367/15 №-li məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. İş materialında olan Bakı Şəhəri Qaradağ rayonu qeydiyyat şöbəsi tərəfindən verilən 904/69 nömrəli, xx xxxxxxx 2020-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 2004-cü il tarixdə X4 ilə nikaha daxil olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara müqayisəli şəkildə hüquqi qiymət verərək tələblə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxs özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Yenə həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Məhkəmədə müəyyən edildi ki, Ərizəçi X4 ilə nikahları xx.xx.2004-cü ildə Maraqlı şəxsndə qeydə alınmışdır. Birgə nikahdan 3 uşaqları Bakı şəhərində doğulmuşdur. 2016cı ildə başqa şəhərdə işləmək adı ilə əri onu və 3 uşağını götürüb Suriyaya aparmışdır. Suriyada xx.xx.2016-cı ildə Yəhya adlı 4-cü uşaqları olmuşdur. Məlum səbəblərdən həmin uşağın doğumu qeydə alınmamışdır. Həyat yoldaşı S.Qurbanov Suriyada öldürülmüş və o, 4 uşaqla birlikdə “Qızıl Xaç” cəmiyyətinin köməyi ilə Azərbaycana gətirilmişdir. Hal-hazırda doğumu haqqında şəhadətnaməsi olmadığına görə müəyyən sənədləşdirmə işlərini apara bilmir. Uşağa doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxsnə müraciət edib, lakin orada uşağının doğumunun qeyd edilməsinə əsas olan sənədlərin olmaması səbəbindən uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın doğumunun qeyd edilməsi faktı ətrizəçiyə doğum şəhadətnaməsi almaq üçün zəruridir. Uşağa doğum haqqında şəhadətnamə verilməsi ilə bağlı Maraqlı şəxsnə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın qeyd edilən vaxtda doğulmasını təsdiq edəcək sənədi başqa qaydada almaq mümkün olmadığından, bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2016-cı ildə Yəhya adlı oğlan uşağının doğması iş materialları və şahid ifadələri ilə tam sübut olunduğundan və bu faktın müəyyən edilməsi ərizəçiyə lazım olduğundan həmin fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxsnə qarşı doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi xx.xx.2016-cı ildə Yəhya adlı oğlan uşağının doğması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Doğum haqqında şadətnamədə uşağın atası - X4, anası - Ərizəçi, adı - Yəhya, doğum tarixi - xx xxxxxx 2016-cı il, doğulduğu yer - Suriya Respublikası göstərilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM:Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-2716/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2716/2020
09.12.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver