Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2802/2021 17.11.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi ilə İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Nəcəfov Eldar Məmməd oğlunun iştirakları ilə İddiaçılar İddiaçı və Cavabdeh1 müstəqil tələb irəli sürməyən üçünçü şəxs Qaradağ rayon İcra hakimiyyətini qeyd etməklə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 “mənzilə köçürülmə” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı və Cavabdeh1 cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı “mənzilə köçürülmə” dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı, Cavabdeh1 azyaşlı övladları 17.07.2014-cü il təvəllüdlü X6 və 07.02.2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, X12 yolu 24, bina 24 F,mənzil 29 ünvanına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçılar İddiaçı və Cavabdeh1 iddia ərizəsini onunla əsaslandırmışdır ki, onun X1 İİİ qrup Qarabağ əlili olmuş və Qaradağ rayon İcra hakimiyyətində mənzil növbəsində dayanmışdır. X1 09 yanvar 2014-cü ildə vəfat etmişdir. Atasının vəfatından sonra onların razılığı əsasında Qaradağ rayon İcra Hakimiyəti Başçısının 29 may 2015- ci il tarixli 94 saylı sərəncamına əsasən X1nun mənzil növbəsi qardaşı Cavabdeh2 adına keçirilmişdir. Həmin sərəncamın birinci bəndinə əsasən A.Cavabdeh3 mənzil növbəsi oğlu İ.A.Fətulayevin adma keçirilmiş, vətəndaş Cavabdeh2 4 nəfər ailə tərkibi ilə (özü, qardaşı Cavabdeh3, bacısı İddiaçı və bacısı qızı X5) 04 oktyabr 2000-ci il tarixdən mənzjl növbəsində hesab edilmiş və növbədənkənar siyahıya alınmışdır. Bundan sonrä" həmin növbə əsasında atasının övladları olan onlara yaşamaq üçün Qaradağ rayonu, X12 yolu 24, bina 24 F, mənzil 29 ünvanında iki otaqlı mənzil verilmişdir. Həmin mənzil verilərkən qardaşı Cavabdeh2 ilə bərabər o və onun azyaşlı qızı X6 və digər qardaşı Cavabdeh3 nəzərə alınmışlar. Lakin qardaşı həmin mənzili kirayə verərək onu mənzilə buraxmır.O, ailəlidir, ailə tərkibi özü, həyat yoldaşı və iki azyaşlı uşağından ibarətdir. Onlar hazırda kirayədə yaşayırlar, onun yaşamağa mənzili yoxdur. Qeyd olunan mənzil verilərkən o- İddiaçı və onun qızı- 17.07.2014-cü il təvəllüdlü X6 ailə üzvü kimi nəzərə alınmışdır. Ona görə də onların və uşaqlarının da həmin mənzildə istifadə hüquqları vardır. Həmçinin Cavabdeh2 mənzili 3-cü şəxslərə kirayə verməsi tərəflər arasında bağlanmış kirayə müqaviləsinin şərtlərinə də ziddir. Çünki həmin mənzilin kirayəyə verilməsi gələcəkdə onlara əlavə problemlər yaradacaqdır. İddiaçılar İddiaçı və Cavabdeh1 nümayəndəsi və vəkili Nəcəfov Eldar Məmməd oğlu məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddiaçıların yaşamağa yeri olmadığını, kirayədə yaşadığını bildirərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, dövlət tərəfindən müharibə əlilinin ailəsinə ev verilərkən İddiaçı(övladı ilə birlikdə) da adı həmin müqavilədə yazılmış və həmin evdə onunda istifadə hüququ var. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçıların nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan iddia təmin edilməlidir. Qaradağ rayon İcra Hakimiyətinin nümayəndəsi X2 05.10.2021-ci il traixli məhkəmə iclasında iddianın təmin edilməsinə etiraz tməyərək bildirmişdir ki, Qaradağ rayon İcra Hakimiyəti Başçısının 29 may 2015- ci il tarixli 94 saylı sərəncamına əsasən vətəndaş A.Cavabdeh3 mənzil növbəsi oğlu Cavabdeh2 keçirilməsi və vətəndaş Cavabdeh2 4 nəfər ailə tərkibi ilə (özü,qardaşı Cavabdeh3, bacısı İddiaçı və bacısı qızı X5) 04 oktyabr 2000-ci il tarixdən mənzil növbəsində hesab edilsin və növbədənkənar siyahıya alınması nəzərdə tutuluş və onlara ev verilmişdir. İddiaçının da həmin evdə yaşamaq hüququ vardır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 29 may 2015-ci il tarixli 94 nömrəli sərəncamından görünür ki, Cavabdeh2 atası İİİ qrup Qarabağ əlili olması ilə əlaqədar mənzil növbəsinin onun adına keçirilməsi barədə Qaradağ rayon İcra hakimiyyətinə müraciət edilmişdir. Vətəndaş Cavabdeh2 atası A.Cavabdeh3 04 oktyabr 2000-ci ildən İİİ qrup Qarabağ əlili kimi Qaradağ Rayon İcra Hakimiyyətində güzəştli əsaslarla yaşayış yeri üzrə mənzil növbəsində dayanmışdır. “İctimai mənzil komissiyasının təklifini nəzərə alaraq, həmçinin “Əliliyin və uşaqların sağlamlıq imkanlıarı məhdudluğunun qarşısının alınması ,əlilərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiya və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunda dəyişiklik edilməsi barədə 4 mart 2011-ci il tarixli 85-İVQD saylı ” Azərbaycan Respublikasının Qanuna əsaslanaraq, vətəndaş A.Cavabdeh3 mənzil növbəsi oğlu Cavabdeh2 keçirilməsi və vətəndaş Cavabdeh2 4 nəfər ailə tərkibi ilə (özü,qardaşı Cavabdeh3, bacısı İddiaçı və bacısı qızı X5) 04 oktyabr 2000-ci il tarixdən mənzil növbəsində hesab edilsin və növbədənkənar siyahıya alınması nəzərdə tutlmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ № 012467 saylı nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı və Hüseynov Kənan Babək oğlu arasındakı nikah 06.12.2014-cü il tarixində № 1011 aktı ilə Qaradağ rayon qeydiyyat şöbəsində bağlanmışdır.Nikah bağlandıqdan sonra arvada Hüseynova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İ№ 649454 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X9 09.01.2014-cü il tarixdə vəfat etmiş və bu barədə 14.01.2014-cü il tarixdə ölüm haqqında akt qeydləri kitabında 20 nömrə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİİ№ 440723 saylı və AZ-İV №078875 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, 17.07.2014-cü il təvəllüdlü X5 və 07.02.2018-ci il təvəllüdlü X3 atası- Hüseynov Kənan Babək oğlu,anasi- İddiaçıdır. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin arayışından görünür ki, Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən və nazirliyin müvafiq əmri ilə Qaradağ Rayon İcra Hakimiyyətində mənzil növbəsində dayanmış Azərbaycan Respublikasının ərzai bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən ailə tərkibi 4 nəfərdən ibarət olan vətəndaş Cavabdeh2( atası- İİİ qrup Qarabağ əlili X8) iki otaqlı (ev 24f,mənzil 29) mənzl verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş 02.04.2019-cu il tarixli ŞA-İNŞAATÇİ MTK –nın 474 nömrəli arayışından görünür ki, Cavabdeh2 Qaradağ rayonu, X12 yolu 24, bina 24 F, mənzil 29 ünvanında yaşayır. İşin məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilən mübahisəsiz hallarından görünür ki Bakı şəhəri, Qaradağ rayonu, X12 yolu 24, bina 24 F, mənzil 29 ünvanında olan ikiotaqlı mənzil Azərbaycan Respublikası Prezidentinin 20 iyun 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən (Azərbaycan Respublikasının ərzai bütövlüyünün, müstəqiliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərə və ya şəhid ailələrinə mənzilin verilməsi) ailə tərkibi 4 nəfərdən ibarət olan(özü,qardaşı Cavabdeh3, bacısı İddiaçı və bacısı qızı X5) Cavabdeh2 (atası X8 İİİ qrup Qarabağ əlili olduğuna görə) verilmişdir, iddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 29 may 2015-ci il tarixli 94 nömrəli sərəncamında cavabdehin ailə üzvü kimi qeyd edilmişdir. İşin mübahisəli halı: iddiaçılar mübahisəli mənzilə köçürülməsini tələb edir. Cavabdehlərə məhkəmə bildirişləri rəsmi qaydada çatdirilsa da, məhkəmə icslaslarına gəlməmiş və iddiaya heç bir münasibət bildirməmişlər. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı qanunvericilik normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Yaşayış sahəsinin sosial kirayə müqaviləsinə əsasən bir tərəf – dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahəsinin mülkiyyətçisi (onun adından fəaliyyət göstərən səlahiyyətli dövlət orqanı və ya səlahiyyətli bələdiyyə orqanı) və ya onun səlahiyyətli şəxsi (kirayə verən) yaşayış sahəsini digər tərəfin - vətəndaşın (kirayəçinin) yaşaması üçün bu Məcəllə ilə müəyyən edilmiş şərtlərlə sahibliyinə və istifadəsinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Həmin Məcəllənin 68.3-ci maddəsinə əsasən Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri yaşayış sahəsinin sosial kirayə müqaviləsində göstərilməlidirlər. Həmin Məcəllənin 68.4-ci maddəsinə əsasən Vətəndaş sosial kirayə müqaviləsi ilə yaşayış sahəsinin kirayəçisinin ailə üzvləri tərkibindən çıxıb, lakin qanuni əsaslarla həmin yaşayış sahəsində yaşayışını davam etdirdikdə o, kirayəçi və onun ailə üzvlərinə məxsus olan eyni hüquqlara malikdir. Həmin vətəndaş özünün müvafiq sosial kirayə müqaviləsindən irəli gələn öhdəlikləri üzrə müstəqil məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55,3-cü maddəsinə əsasən yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alınmış əlilliyi olan şəxs vəfat etdiyi halda, həmin uçotun onun ailə üzvləri üçün saxlanılması qaydası “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Qanunvericiliyin təhlilindən aydın olur ki, dövlət mənzil fonduna daxil olan mənzilə dair bağlanılmış sosial kirayə müqaviləsi kirayəçinin və onunla birlikdə yaşayan ailə üzvlərinin həmin mənzilə sahiblik və istifadə etmək hüququnun yaranmasının əsası qismində çıxış edir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasının məzmunundan aydın olur ki, kirayəçinin ailə üzvləri onunla birlikdə həmin mənzildən istifadə etmək hüququna malik olmaqla, onunla bərabər eyni hüquq və vəzifələrə malik olur. Bununla yanaşı, şəxsin kirayəçinin ailə üzvləri tərkibindən çıxması onun həmin yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. Həmçinin, qanunvericiliyin qeyd olunan normasına əsasən ailə tərkibindən çıxan şəxs kirayəçi və onun ailə üzvlərinə məxsus olan hüquqlara malik olmaqla, özü həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına görə müstəqil məsuliyət daşıyır. Göründüyü kimi, iddiaçı ilkin olaraq mənzil növbəsinə dayanmış şəxsin (iddiaçının atası) ailə üzvü (qızı) olmuş, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 29 may 2015-ci il tarixli 94 nömrəli sərəncamında kirayəçinin ailə üzvləri kimi iddiaçının və iddiaçının övladının adı yazılmışdır. Müvafiq olaraq mənzil qanunvericiliyinin tələbinə əsasən mübahisə predmeti olan mənzilə dair cavabdehlərlə eyni hüquqlara malik olmaqla, həmin mənzildə yaşamaq hüququna malikdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmaqla, iddia tələbi təmin edilməli, iddiaçılar mübahisə predmeti olan mənzilə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, iddiaçılar İddiaçı, Cavabdeh1 azyaşlı övladları 17.07.2014-cü il təvəllüdlü X6 və 07.02.2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, X12 yolu 24, bina 24 F, mənzil 29 ünvanına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilməlidir Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı, Cavabdeh1 azyaşlı övladları 17.07.2014-cü il təvəllüdlü X6 və 07.02.2018-ci il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, X12 yolu 24, bina 24 F, mənzil 29 ünvanına köçürülsün. Ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-2802/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2802/2021
17.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver