Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2822/2022 19.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi ilə, X10 oğlunun katibliyi, İddiaçıların vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan Bakı şəhəri,Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,17 saylı mənzilin 15.98 kv.m yaşayış sahəsindən ibarət 1 otağına köçürülməyinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X7 cavabdeh X3 ilə əvvəllər rəsmi nikahda olmuşdur.Qaradağ rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur.Onlar rəsmi nikah dövründə “Azəriqaznəql” İB-in balansında olan Bakı şəhəri,Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,17 saylı mənzili əldə etmişlər.Rəsmi nikah pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş Bakı şəhəri,Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,17 saylı mənzil Qaradağ rayon məhkəməsinin (əsas 2-412/02-29) 2003-cü il tarixli qətnaməsi ilə otaqlardan biri yaşayış sahəsi 15.98 kv.m sahə üzrə Fərzi Əsgərova,12.51 kv.m yaşayış sahəsi cavabdeh Gülbəniz Əsgərovaya,yardımçı sahələr yəni dəhliz,hamam,sanitar qovşağı və mətbəx tərəflərin ümumi istifadəsində saxlanılmışdır.xx.xx.2007-ci il tarixli DƏDRX tərəfindən verilmiş çıxarış əsasında həyatı həmin hissəyə dair çıxarış əldə etmişdir.2003-cü ildə X7 ilə rəsmi nikahda daxil oldu.xx.xx.2007-ci ildə Bakı şəhəri 37 saylı DNKda həyat yoldaşı mülkiyyətində olan Bakı şəhəri,Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,17 saylı mənzilin 15.98 kv.m yaşayış sahəsindən ibarət 1 otağını ona bağışladı.xx.xx.2007-ci ildə DƏDRX tərəfindən verilmiş ******* saylı çıxarış əsasında Bakı şəhəri,Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,17 saylı mənzilin 15.98 kv.m yaşayış sahəsindən ibarət 1 otağına mülkiyyət hüququ əldə etdi.Hal-hazırda həmin mənzildə ona məxsus müxtəlif ev əşyaları var.Dəfələrlə mülkiyyətində olan mənzilə köçmək istəsə də cavabdeh ciddi cəhdlə buna mane olmuşdur.Nəticədə məcburəyyət qarşısında qalaraq məhkməyə müraciət etmək qərarında gəldi.Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili iddia tələbinin dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında mübahisə predmeti olan yaşayış sahəsinin xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olduğunu, bununla bağlı mülkiyyət hüququnu təsdiq edən sənədinin olduğunu, cavabdeh həmin yaşayış sahəsinin digər hissəsində yaşadığını, onunla bağlı onlarda order var, iddiaçı yalnız öz mülkünə köçmək istəyir, cavabdehlərə məxsus hissə ilə bağlı heç bir tələbi yoxdur,kompensasiya ilə bağlı razılıq əldə edilmədiyini, yaşayış sahəsindən istifadə mümkün olmadığı halda, bununla bağlı da iddia tələbi irəli sürə biləcəklərini, daha sonra naturada bölgü, evin satılması, pul vəsaitinin bölünməsi kimi tələblərimiz irəli sürə bilərik, indiki halda iddiaçı həmin evə köçmək istəyir, bütün bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh X4 məhkəmə iclasında iştirak edərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin 2 otaqlı olduğunu order əsasında həyat yoldaşına verildiyini, sonradan həyat yoldaşı ilə ayrıldığını, bundan sonra o həmin evin bir otağını özünün yeni evləndiyi həyat yoldaşına bağışladığını, həmin evə onun köçməsini istəmədiklərini, hətta ona görə ona 10000 manat pul kompensasiya təklif etdiklərini, lakin onun razı olmadığını, onun otağının giriş qapısını bağlı saxladıqlarını, lakin həmin hissəni də təmir etdiyini, çünki atası həmin otağı da qızına verəcəyini demişdir, onunla birlikdə yaşamaq istəmədiyini, həmin evə köçməsini istəmədiyini bildirərək, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini, məhkəmə baxışında araşdırılmış sübutları və iş materiallarını tədqiq edərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: AZ-İ 071266 nömrəli nikah haqqında şəhadətnamənin məzmunundan görünür ki, X7 ilə X6 arasında nikah xx.xx.2003-ci il tarixdə Bakı şəhər Xətai rayon VVADQ şöbəsi 964 nömrəli akt ilə bağlanmışdır. xx.xx.2007-ci il tarixli mənzilin Bağışlama müqaviləsinin məzmunundan görünür ki,X1.Resp. DƏDRX-in Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********24-05101-093001,qeydiyyat nömrəsi 11063-3058, xx.xx.2006-cı il tarixli Reyestrdən çıxarış və xx.xx.2007-ci il tarixli,11/6573 № forma 1 üzrə arayışa əsasən Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,mənzil 17də yerləşən y/s 15.98 kv.m ü/s 15398 kv.m olan 1 otaqlı mənzilini həyat yoldaşı X5 bağışlamışdır. 4996818 nömrəli arayışın məzmunundan görünür ki, X7 ünvan 1ənzil ünvanında qeydiyyatındadır. 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunun məzmunundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A,17 saylı ev 37 saylı mənzil xx.xx.2007-ci il tarixli bağışlama müqaviləsi əsasında xx.xx.2007-ci il tarixdə X2 adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.Sözügedən mənzilə dair X2 adına ********* qeydiyyat nömrəli xx.xx.2007-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış verilmişdir. 00774511 №li MH Seriyalı Çıxarışın məzmunundan görünür ki, Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi,Nizami küçəsində istifadədə olan 0,0586 ha torpaq sahəsində yerləşən 50 nömrəli, 5 mərtəbəli binann 2ci girişində, 4-cü mərtəbəsində 15,98 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı 17 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X2 adına daşınmaz əmlakın dövlət reyestrində 158 nömrəli reyestr kitabının 15911 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 215.1-ci maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin məcəllənin 215.2-ci maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Broniovski Polşaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin birinci hissəsindəki "mülkiyyət" anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyil. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da "mülkiyyət" hüquqları sayıla bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Önəryıldız Türkiyəyə qarşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarınıntəmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Avropa İnsan Hüquqları Məhkəməsi «Akimova Azərbaycana qarşı» işi üzrə 2007-ci il 27 sentyabr tarixli qərarında bir daha xatırlatmışdır ki, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, o, təkcə fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmır və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlak təşkil edən bəzi digər hüquqlar və maraqlar da mülkiyyət hüququ sayıla və həmin maddənin məqsədləri üçün «mülkiyyət» kimi qəbul edilə bilər. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, mübahisə predmeti olan mənzil xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olmaqla, bu hüquq qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət qeydiyyatına alınmışdır. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan yaşayış sahəsi hazırda cavabdehin istifadəsində və sahibliyində olmaqla, orada yaşayır. Cavabdeh həmin yaşayış sahəsinin özünə məxsus olduğunu, iddiaçının həmin evə köçüb yaşamasını istəmədiyini əsas gətirərək, iddia tələbinə etiraz etsə də, etirazın əsası kimi istinad olunan hallara dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. qeyd edilən halla bağlı yeganə sübut qismində 032422№li 05 oktyabr 1998-ci il tarixli order təqdim etsə də, həmin sənəd kserosurət olduğundan (əsli və ya notarial qaydada təsdiq edilmiş surəti təqdim edilmədiyindən) hazırki mülki iş üzrə sübut qismində qiymətləndirilməsi mümkün olmamışdır. Bundan başqa, cavabdeh tərəfindən məhz mübahisə predmeti olan yaşayış sahəsinin mülkiyyətçisi və ya qanuni sahibi olması halına dair heç bir sübut təqdim edilməmişdir. Bununla da, məhkəmə araşdırması zamanı mübahisə predmeti olan yaşayış sahəsinin cavabdehin qanuni sahibliyində olması halı müəyyən edilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə MM-nin 157.2 və 157.4-cü maddəsinin dispozitiv şərtləri mövcud olmuşdur. Ona görə də məhkəmə qeyd edilən halları əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə hüquqi qiymət verərək, qeyd olunan normalarını əsas götürərək, hesab edir ki, iddia tələbi təmin edilməli, İddiaçı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A, 17 saylı mənzilin 15,98 kv.m yaşayış sahəsindən ibarət 1 otağına köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutub məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı xüsusi mülkiyyət hüququ əsasında ona məxsus olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi,Nizami küçəsi,ev 5A, 17 saylı mənzilin 15,98 kv.m yaşayış sahəsindən ibarət 1 otağına (15,98 kv.m yaşayış sahəsi olan 1 otaqlı 17 saylı mənzilə) köçürülsün. Ödənilmiş 50 manat məbləğində dövlət rüsumu cavabdehlərə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 ay müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2822/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2822/2022
19.12.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver