Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-284/2021 01.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Ərizəçi, X1 iştirakları ilə, Ərizəçi Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə, «doğum faktının müəyyən edilməsi və atalıq faktının tanınması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 və Maraqlı şəxs1 maraqlı şəxs qismində qeyd etməklə «doğum faktının müəyyən edilməsi və atalıq faktının tanınması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx xxxx 2013-cü il tarixdə doğulmuş cinsi oğlan olan uşağın doğulmasına dair doğumun qeyd edilmə faktının müəyyən edilməsi və xx xxxx 2013-cü il tarixdə doğulmuş cinsi oğlan olan uşağın atası Ərizəçi, anası Maraqlı şəxs1 olmasına dair hüquqi faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsinə daor yazılı ərziə məhkəməyə təqdim edərək,xx xxxx 2013-cü il tarixdə doğulmuş cinsi oğlan olan uşağın anası Maraqlı şəxs1 olmasına dair hüquqi faktın müəyyən edilməsi hissəsinin çıxarılması,uşağın doğum faktının müəyyən edilməsi və atalıq faktının müəyyən edilməsi hissədə iddia tələbinin təmin edilməsi və əlavə olaraq uşağın adına yeni doğum haqqında şəhadətnamənin verilməsini, uşağın adına yeni şəhadətnamə verilərkən adı Nurlan, soyadı Duxanin, ata adı Dmitriyeviç, doğum tarixi xx xxxx 2013-cü il, doğum yeri Abşeron rayonu, Xırdalan şəhəri, ana qarafasında anasının adı Maraqlı şəxs1, ata qrafasında atasının adı Ərizəçi kimi yazılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o Maraqlı şəxs1 ilə 2012-ci ildə faktiki nikaha daxil olaraq ər-arvad kimi yaşamış, birgə yaşadıqları müddət ərzində xx.xx.2013-cü ildə Nurlan adlı bir uşaqları doğulmuşdur. O Elena ilə 2015-ci il tarixə kimi birgə yaşamışdır. 2015-ci ildən onlar ayrılmışlar və uşaq da Elenada qalmışdır. 2018-ci ilin dekabr ayında Elena uşağı gətirib ona verib və həmin vaxtdan uşağa o baxır. Uşaq hazırda məktəb yaşına çatır və məktəbə getmək üçün ona doğum haqqında şəhadətnamə lazımdır. Elenanı tapa bilmədiyi üçün uşağa doğum haqqında şəhadətnamə ala bilmir. Hal-hazırda uşaq sağlam olmaqla Bakı şəhər Baş Səhiyyə İdarəsinin 22 saylı poliklinkasında qeydiyyatdadır. Uşağa doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxs2nə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın doğumunun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır. Həmçinin uşağın atası o olmaqla anasının yaşayış yeri məlum deyildir. Belə ki Maraqlı şəxs1 məhkum olunmuş,cəzaçəkmə müəssisəsindən azad olunduqdan sonra yaşamaq üçün ünvan 1 ünvanına göndərildiyi göstərilsə də hal- hazırda orada yaşamır. Abşeron rayon mərkəzi xəstəxana tərəfindən verilmiş arayışdan da məlum olur ki, xx.xx.2013-cü ildə doğulmuş cinsi oğlan olan uşağı Maraqlı şəxs1 dünyaya gətirmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verərək, izahatında onun Maraqlı şəxs1 ilə faktiki nikah münasibətlərində olduğunu, həmin faktiki nikah münasibətlərindən xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşaq anadan olduğunu, uşağın anasının X10, atasının isə özünün olduğunu, uşağın hazırda da onun himyaəsində olduğunu, lakin anasının harada olması barədə heç bir məlumtalraının olmadığını, bununla bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, anası haqqında heç bir məlumat əldə edə bilmədikıərini, uşağın doğulmasına dair tibbi şəhadətnamə olmadığından, uşağın adına doğum haqqında şəhadətnamənin alınması mümkün olmadığını, onun özünün uşağın atası olduğunu, ona görə də onun adına doğum haqqında şəhadətnamə verilərkən ata qarfasında onun haqqında məlumatların qeyd edilməsini istədiyini, bunun üçün isə uşağın anası ilə birgə ərizənin olması zərrui olduğundan, uşağın anasının isə harada olması barədə heç bir məlumatı olmadığından, atalıq faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yarandığını bildirərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxslər Bakı şəhəri Maraqlı şəxs2nə və Maraqlı şəxs1, habelə işə üçüncü şəxs qimsində cəlb eidlmiş Azərbaycan respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan notarial qaydada təsdiq edilmiş ərizənin məzmundan aydın olur ki, X8 və X11 ərizə yazaraaq, Ərizəçi və X4 2012-ci il tarixdən 2015-ci il tarixədək birlikdə yaşamaqlarını öz imzaları ilə təsdiq etmişlər. İş materiallarında olan 499 nömrəli, xx xxxxx 2019-cu il tarixli məktubun məzmunundan aydın olur ki, 1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx.xx.2013-cü il tarixdə, X2 fizioloji doğuş keçirmiş, çəkisi 4500 q, boyu 54 sm olan diri oğlan uşağı dünyaya gətirmişdir. İş materiallarında olan Maraqlı şəxs2 xx.xx.2019-cu il tarixli məktubunun məzmunundan aydın olur ki, xx.xx.2013-cü ildə anadan olmuş oğlan cinsindən olan uşağın doğumunun qeydə alınaraq, ata kimi göstərilməsi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin187-ci maddəsinə əsasənatalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmə qətnaməsi əsasında müəyyən edilir. Uşağın anasının yaşayış yeri məlum olmadığından atalığın müəyyən edilməsi barədə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. İş materiallarında olan Maraqlı şəxs2 160\69 nömrəli arayışının məzmunundan aydın olur ki, X6 barəsində doğum akt qeydi aşakr olunmadı, arxiv məlumatları 2010-2016-ci illər dair ilkin akt qeydləi üzrə yoxlanılmışdır. İş materiallarında olan Maraqlı şəxs2 arayışının məzmunundan aydın olur ki, Vətəndaşlıq vəziyyəti aktlaı avtomatlaşdıırlmış qeydiyyat informaisya sistemində yoxlama aparılmış və Duxanin Dimitriy yuryeviçin nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Sabunçu rayonu Bakıxanov qəsəbəsi 22 nömrəli Uşaq Poliknikasının xx.xx.2019-cu il tarixli tibbi arayışının məzmunundan aydın olur ki, xx.xx.2013-cü il təvəllüdlü X6 sağlamdır, xx.xx.2019-cu il tarixdən 22 saylı uşaq poliknikasında tibbi qeydiyyatdadır. İş materiallarından görünür ki, Maraqlı şəxs1xx.xx.1977-ci il tarixdə Moldova Respublikası Komrat Rayonunda anadan olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə tibbi ekspertiza və X7 Publik hüquqi şəxsin xx.xx.2020-ci il atrixli 9\1307 nömrəli ekspert rəyinin məzmunundan aydın olur ki, Ərizəçi ekspertizaya təqdim edilmiş Nurlan adlı uşaq barəsində atalıq faktı inkar olunmadı. İş materialalrında olan Maraqlı şəxs2 xx.xx.2021-ci il tarixli məktubunun məzmunundan aydın olur ki, doğum faktının təsdiq edilməsinə dair tibbi müəssisədən sənəd təqdim edildiyi halda uşağın doğumunun qeydi aparılırr. Həmin sənəd təqdim edilmədikdə uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilir. Göründüy kimi hazırki mülki iş üzrə ərizəçinin iddia tələbi uşağın doğulması faktının müəyyən edilməsi və ərizəçinin uşağın atası olması faktının müəyyən edilməsinə aiddir. Məhkəmə iddia tələbi ilə bağlı ağaşıdakı bir sıra hüquq normalarının qeyd edilməsini zərrui hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Qeyd olunan mülki prosessual hüquq normalarının məzmunundan görünür ki, həmin normalarda xüsusi icraat qaydasında məhkəmə tərəfindən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsinin şərtləri nəzərdə tutulmuşdur. Həmin şərtlər qeyd olunan maddələrdə aşağıdakı ardıcıllıqla göstərilmişdir: - ərizəçinin müəyyən edilməsini məhkəmədən xahiş etdiyi faktlar hüquqi əhəmiyyətli faktlar olmalıdır; - ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməlidir, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməlidir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən zəruri sənədləri başqa qaydada ala bilməməsi dedikdə, həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən hər hansı sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür Həmin Qəraraın 4.1-ci bəndinə əsasən hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Qeyd olunan normalarının təhlilindən aydın olur ki, uşağın doğumu haqqında tibb müəssisənin sənədi olmadıqda və müvafiq qeydiyyat orqanı uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, bu halda məhkəmə məhz uşağın doğum faktının müəyyən edilməsinə dair ərizəyə baxa bilər. Başqa sözlə, uşağın doğulmasına dair tibb müəssiəsinin sənədinin olmaması səbəbindən uşağın doğumunun qeydə alınması və buna dair doğum haqqında şəhadətnamə alınması mümkün olmadıqda, uşağın doğum faktının müəyyən edilməsi halı məhkəmə qaydasında müəyyən edilə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.3-cü maddəsinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının müvafiq icra hakimiyyəti orqanına birgə ərizə vermələri ilə müəyyən olunur. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən bu Məcəllənin 44—45-ci maddələri ilə nəzərdə tutulmuş qaydada atalıq müəyyən olunduqda, uşaqlar valideynlərinə və onların qohumlarına münasibətdə, öz aralarında nikahda olan valideynlərin uşaqlarının malik olduqları hüquq və vəzifələri daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin iddia tələbi məhz uşağın doğum faktının müəyyən edilməsi, onun adına doğum haqqında şəhadətnamənin verilməsinin təmin edilməsi və ərizəçinin uşağın atası olması faktının müəyyən eidlməsindən ibarətdir. Həmçinin, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçi bu barədə müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən tibb müəssisəsinin sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı, habelə atalığı müəyyən edilməsi üçün valideynlərin birgə ərizəsi olması zəruri olduğundan, atalığın müəyyən edilməsinin mümkün olmadığı bildirilmişdi, ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göründüyü kimi, ərizəçi uşağın doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən, habelə özünün uşağın atası olması faktını başqa qaydada müəyyən edilməsi mümkün olmadığından, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi uşağın doğum faktının müəyyən edilməsi və onun adına doğum haqqında şəhadətnamənin verilməsinin uşağın məktəbə getməsinin, təhsil hüququnun təmin edilməsi, habelə bəzi hüququ sənədlərin əldə edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Həmçinin, məhkəmədə tədqiq olunmuş sənədlər, ərizəçinin izahatı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs1 İvanovdan xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşağı anadan olmuşdur. Belə ki, iş materiallarında olan Abşerob Rayon Mərkəzi Xəstəxanasının müvafiq məktubunun məzmunundan aydın olur ki, 1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx.xx.2013-cü il tarixdə fizioloji doğum keçirmişdir, çəkisi 4500 q boyu 54 sm olan diri oğlan uşağı dünyaya gətirmişdir. Eyni zamanda məhkəmə iclasında ərizəçinin verdiyi izahatından aydın olur ki, o, Maraqlı şəxs1 ilə faktiki nikah münasibətlərində olmuş, həmin faktiki nikah münasibətlərindən xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşaq anadan olmuşdur, uşağın anasının X10, atasının isə özünün olduğunu, uşağın hazırda da onun himyaəsində olduğunu, lakin anasının harada olması barədə heç bir məlumtalraının olmadığını, bununla bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, anası haqqında heç bir məlumat əldə edə bilmədikıərini, uşağın doğulmasına dair tibbi şəhadətnamə olmadığından, uşağın adına doğum haqqında şəhadətnamənin alınması mümkün olmadığını, onun özünün uşağın atası olduğunu, ona görə də onun adına doğum haqqında şəhadətnamə verilərkən ata qarfasında onun haqqında məlumatların qeyd edilməsini istədiyini, bunun üçün isə uşağın anası ilə birgə ərizənin olması zərrui olduğundan, uşağın anasının isə harada olması barədə heç bir məlumatı olmadığından, atalıq faktının məhkəmə qaydasında müəyyən edilməsi zərurəti yarandığını bildirmişdir. Göründüyü kimi, məhkəmə araşdırması zamanı əriəzçinin izahatı, müvafiq sənədlər və digər mötəbər sübutlar əsasında 1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşağın anadan olması faktı öz təsdiqini tapmışdır. Bu halda, məhkəmə qeyd olunan halları nəzərə alaraq, uşağın üstün mənafeyini, təhsil, sağlamlıq və digər hüquqlarının təmin edilməsi prinsipini əsas götürərək, hesab edir ki, iddia tələbi uşağın doğulması faktının müəyyən edilməsi hissəsində əsaslı olmaqla təmin edilməlidir. Həmçinin, məhkəmə araşdırması zamanı ərizəçinin verdiyi izahatı əsasında müəyyən edilmişdir ki, uşağın anasının olduğu və ya yaşayış yeri barədə hər hansı bir məlumatın əldə edilməsi mümkün olmadığından, onun uşağın atası kimi qeyd edilməsi üçün isə valideynlərin birgə ərizəsi tələb olunduğundan müvafiq qediyyat şöbəsində onun özünün uşağın atası kimi qeyd aparılması mümkün olmamışdır. Bu halda, məhkəmə araşdırması zamanı hazırki mülki iş üzrə uşağın anasının olduğu və yaşayış yeri barədə hər hansı məlumatın əldə edilməsi mümkün olmadığından, atalığın müəyyən edilməsi üçün hər iki valideynin birgə ərizəsinin olması zəruri olduğundan, uşağın adına verilən doğum haqqında şəhadətnamədə ata qrafasında ata haqqında məlumatların qeyd olunması zəruri olduğundan, indikdi halda isə uşağın anasının harad olması barədə heç bir məlumat olmadığından, həmin məlumatların ananın göstərişi əsasında yazılması halı da mümkün olmadığından, məhkəmə qeyd olunan halları nəzərə alaraq, hər bir halda, uşağın üstün mənafeyini əsas götürərək, hesab edir ki, hazırki mülki iş üzrə atalıq faktının müəyyən edilməsi zəruridir. Belə ki, məhhkəmə araşdırması zamanı ərizəçinin veridiyi izahatından aydın olur ki, o Maraqlı şəxs1 ilə faktiki nikah münasibətlərində olduğunu, həmin faktiki nikah münasibətlərindən xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşağın anadan olduğunu, uşağın anasının Maraqlı şəxs1, atasının isə özünün olduğunu bildirmişdir. Həmçinin, məhkəmə araşdırması zamanı təyin edilmiş məhkəmə tibbi bioloji ekspertizanın nəticəsinə dair rəyin məzmunundan aydın olur ki, xx xxxx 2013-cü il təvəllüdlü Nurlan adlı uşağın atasının məhz Ərizəçi olması faktı inkar olunmamışdır. Göründüyü kimi məhkəmə araşdırması zamanı tədqiq edilmiş müvafiq eskpert rəyi, ərizəçinin izahatı (əriəzçinin özünün bu faktı qəbul etməsi) və digər mötəbər sübutlar əsasında X5 1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx xxxx 2013-cü il tarixdə anadan olmuş cinsi oğlan olan uşağının atası olması faktı öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə qeyd olunan halları əsas gətirərək, ailə qanunvericiliyin və mülki prosessual qanunvericiliyin normalarının tələblərini rəhbər tutaraq , hər bir halda uşağın üstün mənafeyinin təmin edilməsi, habelə uşağın təhsil, sağlamlıq və digər hüquqlarının və üstün maraqlarının təmin edilməsi prinsipini rəhbər tutararq, hesab edir ki, uşağın doğulması faktının müəyyən edilməsi və atalıq faktının müəyyən edilməsinə dair iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-cü maddəsinə əsasən uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir. “Uşaq hüquqları haqqında” BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları tə min etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qeyd olunan halları nəzərə alaraq, ailə və mülki prosessual qanunvericiliyin normalarının tələblərini rəhbər tutaraq, habelə müvafiq ekspert rəyi, ərizəçinin izahatı və iş üzrə toplanmış digər sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini, hər bir halda uşağın üstün maraq və mənafeyini, uşağın təhsil və digər hüquqlarının təmin edilməsi prinsipini əsas götürərək, hesab edir ki, ərizəçinin uşağın doğum faktının müəyyən edilməsi və atalıq faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi həmiyyəti olan fakt müəyyən edilməli, xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx xxxx 2013-cü il tarixdə anadan olmuş cinsi oğlan olan uşağının aatsının xx xxxxxx 1989-cu il təvəllüdlü Ərizəçi olması faktı müəyyən edilməli, uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən uşağın adı Nurlan, soyadı Duxanin, ata adı Dmitriyeviç, doğum tarixi xx xxxx 2013-cü il, doğulduğu yer Abşeron rayonu, Xırdalan şəhəri, ata qrafasında atasının adı Ərizəçi, ana qarfasında anasının adı Maraqlı şəxs1 kimiqeyd edilməli, ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx xxxx 2013-cü il tarixdə cinsi oğlan olan uşağın doğulmasına dair hüquqi həmiyyəti olan fakt müəyyən edilsin. xx.xx.1977-ci il təvəllüdlü Maraqlı şəxs1 xx xxxx 2013-cü il tarixdə anadan olmuş cinsi oğlan olan uşağının atasının xx xxxxxx 1989-cu il təvəllüdlü Ərizəçi olması faktı müəyyən edilsin. Uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən uşağın adı Nurlan, soyadı Duxanin, ata adı Dmitriyeviç, doğum tarixi xx xxxx 2013-cü il, doğulduğu yer Abşeron rayonu, Xırdalan şəhəri, ata qrafasında atasının adı Ərizəçi, ana qarfasında anasının adı Maraqlı şəxs1 kimi qeyd edilsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamə uşağın adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-284/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-284/2021
01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver