Məhkəmə qərarları › İş №2(002)-2877/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2877/2021

28.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2877/2021 28.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı « əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat göndərilməsinin öhdəliyinin qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı « əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat göndərilməsinin öhdəliyinin qoyulması » tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,fərdi sahibkar olan X3 və İddiaçı arasında Əmək Məcəlləsinin 68 maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsaən 30.12.2016-cı il tarixdə əmək müqaviləsinə xitam verilməsi və bununla bağlı elektron informasiya sisteminə məlumat göndərilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra ididaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, iddia ərizəsində qeyd edilmiş 30.12.2016-ci il tarixdən olan hissəsinin çıxardılması, qalan hissədə iddia tələbinin olduğu kimi qalmasını qeyd etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2020-ci il ərzində bütün dünyada sürətlə yayılan yeni növ koronavirus fCOVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini göstərmişdir Son dövrlər koronavirus (COVİD-19) infeksiyasmm əhatə dairəsinin və coğrafiyasının genişlənməsi müşahidə olunur. Yeni infeksiyanm, eyni zamanda, qlobal iqtisadiyyata, beynəlxalq maliyyə və əmtəə bazarlarına, o cümlədən neftin qiymətinə mənfi təsirləri də artmaqdadır.Ölkədə koronavirus xəstəliyinin yayılmasının qarşısını almaq məqsədilə ticarət, turizm, ictimai iaşə və s. sahələrdə xüsusi iş rejimləri tətbiq olunmuş və əhalinin sosial təcrid olunması təmin edilmişdir. Həyata keçirilən bütün bu tədbirlər təbii olaraq ölkədə işgüzar fəallığı zəiflədə və iqtisadiyyatın əksər sahələrinin inkişafına mənfi təsirlər göstərir.Mövcud vəziyyətdə iqtisadiyyatın sabitliyinə olan mümkün təsirlər aradan qaldırılmalı, əhalinin sosial rifahı qorunmalı və iqtisadi inkişafın davamlığı təmin edilməlidir. Qoyulmuş bu məqsədlərə nail olmaq üçün ölkədə bütün səylərin və təşəbbüslərin birləşdirilməsi tələb olunmuşdur.Azərbaycan dövləti iqtisadiyyatda baş verə biləcək neqativ tendensiyaları layiqli qarşılamaq üçün zəruri iqtisadi və maliyyə imkanlarına malikdir. Bu imkanlara arxalanaraq dövlət daim ən çətin vaxtlarda xalqın rifahının qorunmasına və özəl sektorun inkişafına öz dəstəyini göstərmişdir.Eyni zamanda, özəl sektorun sosial məsuliyyət təşəbbüsləri ölkənin dayanıqlı inkişafının və cəmiyyətin rifahının qorunması üçün önəmlidir.NK -nin 07 aprel 2020-ci il tarixli 127 saylı qərarına əsasən , Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemində işsiz kimi qeydiyyatda olan şəxslərə koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə aylıq 190 (yüz doxsan) manat məbləğində birdəfəlik ödəmə verilməsini müəyyən etmişdir.Bundan sonra o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin MEİS) “Məşğulluq” altsistemində (MAS) aylıq birdəfəlik ödəmənin alınması məqsədi ilə işsiz kimi qeydiyyata düşmüşdür. Bir müddətdən sonra ona SMS vasitəsi ilə cavab verərək bildirildiki, əmək müqaviləsi aşkarlandığı üçün 190 manat birdəfəlik ödəmə verilməsindən imtina edilmişdir”Bundan sonra o həmin cavabdan şikayət etmişdir.Şikayətinə cavab olaraq bildirdilərki, ’’Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil etmək işəgötürənin əsas rəzifələr indən biridir.Qeyd etmək istəyirəm ki, 11.11.2016-cı ildən 30.12.2016-cı ilə dək fərdi sahibkar olan X3 (məndə olan məlumatlara görə ölkədən çıxarılıb) mağazasında işləmişdir. İşəgötürənin yeri məlum olsada belə,onu heç kəs zor gücünə elektron qaydada məlumat göndərilməsinə məcbur edə bilməz. Ona görədə ilk növbədə o xususi icraat qaydasında ‘əmək müqaviləsinə xitam veriməsi faktının təstiq edilməsi barəd müraciət etmişdir”.Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, artqı 5 ildir ki, həmin işdə çalışmadığını, işdən azad olunduğunu, lakin işəgötürən tərəfindən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmədiyini, ona görə də hara getsə də, heç bir işə düzələ bilmədiyini, bununla onun hüquqlarının pozulduğunu, hətta müvafiq orqanlara, işəgötürənin özünə də dəfələrlə mürcaiət etsə də, heç bir nəticə əldə etmədiyini, ona bunun yalnız işəgötürən tərəfindən etməli olduğunu, əgər işəgötürən özü etmirsə, onda bununla bağlı məhkəməyə müraciət etməli olduğunu bildirdiklərini, məhkəmədə isə aidiyyət səhv olduğundan indiyə kimi 1 il müddətin ötdüyünü, hüquqlarının bərpa edilməsini istədiyini bildirərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında izahat verərək, işçi ilə işəgötürən arasında əmək müqvailəsinin bağlanıldığını, ona görə də bu müqaviləyə yalnız işəgötürən xitam verib, müvafiq sistemə işləməlidir, onların yalnız əsassız bağlanılmış müqavilə ilə bağlı müqvailənin əsassız olmasını sistemə daxil edə bildiklr\ini, indiki halda isə tərəflrə arasında bağlanılmış müqvailə əsassız müqavilə deyildir, ona görə də ona bu halla bağlı məhkəməyə müraciət edilməsi bildirilmişdir, çünki işəgötürən bunu etmirsə, bu yalnız məhkəmə qaydasında həll oluna biləcəyini qeyd etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının və üçüncü şəxsin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materialalrında olan xxxxxxx000100 nömrəli 11.11.2016-cı il tarixli əmək müqaviləsinin məzmunundan aydın olur ki, işəgötürən X4 işçi qismində İddiaçı arasında əmək müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən İddiaçı mağazada satıcı vəzifəsinə işə qəbul edilmiş, işə 11 noyabr 2016-cı il tarixdən başlamışdır. İş materialalrında olan 18 mart 2021-ci il və 18 oktyabr 2021-ci il tarixli X5 məktubunun məzmunundan aydın olur ki, qanunvericilikdə nəzərdə tutulmuş qaydada tədbirlər görüləklə zəuri sənədlərin təqdim edilməsi ilə bağlı fiziki şəxs X1 rəsmi məktub göndərilmiş, lkain bugünədək məktuba cavab verilməmişdir, bildirilmişdir ki, əmək müqvailəsinə xitam verilməsi ilə bağlı əmək müqvailəsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi X7 Xidmətinin səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərinə əsasən əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Həmin Məcəllənin 12-ci maddəsinin 1-ci hissəsinin “h” bəndinə əsasən əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək işəgötürənin əsas vəzifələrindən biridir.Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 06 iyun 2014-cü tarixli № 183 qərarı ilə təsdiq edilmiş "Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə daxil edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı Qaydalar"ın 3.4-cü bəndinə əsasən, əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir.Qeyd olunanları nəzərə alaraq bildiririk ki, əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənə və ya mübahisəli hal yarandığı təqdirdə məhkəməyə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 5-1-ci maddəsinə əsasən əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənədddir. Həmin Məcəllənin 7.2-ci maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır Həmin Məcəllənin 9-cu maddəsində işçinin əsas hüquqlarından biri kimi əmək müqaviləsinin şərtlərini dəyişdirmək və ya onu ləğv etmək üçün işəgötürənə müraciət etmək,əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq kimi hüquqları qeyd edilmişdir. Həmin Məcəllənin 12-ci maddəsində işəgötürənin əsas vəzifələrindən biri kimi bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək, əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq,əmək müqaviləsi bildirişini elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil etmək (bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla) qeyd eidlmişdir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi də tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin məcəllənin 83.1-ci maddəsinə əsasən əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir. Azərabycan Respublikası Nazirlər Kabinetinin 06 iyun 2014-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Əmək müqaviləsi bildirişinin forması və onun elektron informasiya sisteminə edilməsi qaydaları, əmək müqaviləsi bildirişinin qeydiyyata alınması ilə bağlı işəgötürənə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə göndərilən məlumat forması, habelə qeydiyyata alınmış əmək müqaviləsi bildirişinin məlumatlarını real vaxt rejimində əldə etməklə bağlı” Qaydaların 3.2-ci bəndinə əsasən bu Qaydaların 2.1-1-ci bəndi ilə müəyyən olunmuş hallar və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulan dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri istisna olmaqla, digər vəzifələr (peşələr) üzrə işçilərlə işəgötürənlər arasında bağlanılmış əmək müqavilələri, onlarda dəyişikliklər edilməsi və ya xitam verilməsi aidiyyəti işəgötürənlər tərəfindən müvafiq əmək müqaviləsi bildirişi formasında elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə daxil edilməlidir. Həmin Qaydaların 3.4-cü bəndinə əsasən əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi “Elektron hökumət” portalının gücləndirilmiş elektron imza ilə daxil olmağa imkan verən autentifikasiya vasitələrindən istifadə edilməklə, bilavasitə işəgötürən tərəfindən və ya “Elektron hökumət” portalında yerləşdirilmiş “Səlahiyyətli şəxsin qeydiyyatdan keçirilməsi” xidməti vasitəsilə işəgötürənin səlahiyyət verdiyi şəxslər tərəfindən həyata keçirilir. Əmək Məcəlləsinin 288-ci maddəsinə əsasən əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi ilə bağlı yaranan fərdi əmək mübahisələrinin həlli Bu Məcəllə ilə nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 11.11.2016-ci il tarixli müddətli əmək müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən cavabdeh işəgötürən qismində, ididaçı işçi qismində çıxış etməklə, işçi (iddiaçı) mağazada satıcı qismində işə qəbul edilmiş, müqavilənin bitmə tarixi 11.11.2017-ci il kimi qeyd edilmişdir. Həmçinin, qeyd edilən əmək müqaviləsi hazırda da qüvvədədir. İddiaçı 30.12.2016-ci il tarixdən işdən azad olunsa da, indiyədək onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini, bununla bağlı işəgötürənə müraciət etsə də, heç bir nəticə əldə etmədiyini, müvafiq dövlət orqanına müraciət etsə də, görülmüş heç bir tədbirin nəticəsi olmadığını, işəgötürən tərəfindən onunla bağlanmış əmək müqaviləsinə xitam verilmədiyini, halbuki 30.12.2016-ci il tarixdən həmin işdən işləmədiyini, buna görə də başqa işə düzələ bilmıdiyini, bununla da əmək hüquqlarının pozulduğunu əsas gətirərək, iddia tələbini qeyd edilən hallarla əsaslandırmışdır. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən heç kəs zorla işlədilə bilməz. Həmçinin, əmək qanunvericiliyində işçinin təşəbbüsü ilə əmək müqvailəsinə xitam verilməsi onun əsas hüquqlarından biri, habelə əmək müqaviləsinə xitam verilməsi əsaslarından biri kimi qeyd edilmişdir. Həmçinin, əmək qanunvericiliyində əmək müqaviləsinə əmək qanunvericiliyində nəzərdə tutulmuş əsaslarla və qaydada xitam verilməsi işəgötürənin əsas vəzifəsi kimi qeyd edilmişdir.Belə olan halda, işçi tərəfindən əmək qanunvericiliyinin tələbinə riayət olunduğu balda, işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbinə əsasən işçinin təşəbbüsü ilə əmək müqvailəsinə xitam vermək öhdəliyi vəzifə kimi yaranır. Bu halda, məhkəmə hesab edir ki, işçinin əmək müqaviləsinə xitam verilməsi barədə təşəbbüsü olduğu halda, habelə tərəflər arasında faktiki əmək münasibətlərinə xitam verildiyi halda işəgötürən tərəifndən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməməsi halı birbaşa işçinin əmək hüquqlarının və əmək qanunvericiliyinin kobud pozuntusu kimi qiymətləndiirlməsinə əsas verir. Həmçinin, məhkəmə araşdırması zamanı da müəyyən edilmişdir ki, müvafiq səlahiyyətli dövlət orqanı tərəfindən iddiaçının müraciəti əsasında bununla bağlı zəruri tədbirlər görülsə də, cavabdeh işəgötürən tərəfindən heç bir cavab tədbiri həyata keçirilməmişdir. Bu halda, məhkəmə işçinin öz təşəbbüsü ilə əmək müqvailəsinə xitam vermək hüququnun olmasını, işəgötürənin isə əmək qanunvericiliyində qeyd edilmiş əsasla əmək müqvailəsinə xitam vermək vəzifəsinin olmasını əsas götürərək, hesab edir ki, iddia tələbi cavabdehin üzərinə əmək müqvailəsinə xitam verilməsi öhdəliyinin qoyulması hisəsində əsaslı olmaqla, təmin edilməlidir. Həmçinin, məhkəmə onu qeyd edir ki, əmək qanunvericiliyinin (onun tərkib hissəsi olan müvafiq Qaydaların) tələbinə əsasən əmək müqvailəsinə xitam verilməsi işəgötürən tərəfindən həyata keçiriilməklə, onun tərəfindən rəsmiləşdirilməli, bu barədə məlumat (əmək bildirişi) mərkəzləşdirilmiş elektron sistemə məhz işəgötürən tərəfindən daxil edilməlidir. Bu halda, məhkəmə hesab edir ki, əmək müqvailəsinə xitamç verilməsi barədə əmək bildirişinin mərkəzləşdirilmiş elektron sistemə daxil edilməsi işəgötürənin vəzifəsi olduğundan, iddia tələbi bu hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh X2 (FİN:37KA9LE, VÖEN **********) üzərinə iddiaçı Mityaşova (Strelnik) Tatyana Alekseyevna ilə X3 arasında bağlanılmış 11.11.2016-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi əsası ilə xitam verilməsi öhdəliyi və bu barədə məlumatın (əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin) “Elektron hökumət” portalı vasitəsilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh X2 (FİN:37KA9LE, VÖEN **********) üzərinə iddiaçı Mityaşova (Strelnik) Tatyana Alekseyevna ilə X3 arasında bağlanılmış 11.11.2016-ci il tarixli xxxxxxx000100 nömrəli əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndi əsası ilə xitam verilməsi öhdəliyi və bu barədə məlumatın (əmək müqaviləsinə xitam verilməsinə dair əmək müqaviləsi bildirişinin) ) “Elektron hökumət” portalı vasitəsilə mərkəzləşdirilmiş elektron informasiya sisteminə daxil edilməsi öhdəliyi qoyulsun. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar