Məhkəmə qərarları › İş №2(002)-289/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-289/2023

16.02.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-289/2023 16.02.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı mənzildən çıxarılması və mənzilin boşaldılması tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 64,14 kv.m ümumi sahədən ibarət 5 saylı evin, 57 saylı mənzilindən çıxarılaraq, həmin mənzilin boşaldılması və mənzilin Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə (hazırki İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobusta qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 64,14 kv.m ümumi sahədən ibarət 5 saylı evin, 57 saylı mənzilinə ipoteka qoyulmuş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 15 noyabr 2017ci il tarixli, 2(002)-4759/2017 saylı qətnaməsinə əsasən həmin mənzilə tutma yönəldilmiş, İddiaçı ASC-nin mülkiyyət hüququ 31 mart 2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya sistemi vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan görünfdüyü kimi, X2 məxsus mənzildə X5, X6, Cavabdeh3 Sabit qızı və Cavabdeh4 qeydiyyatda olmaqla yaşayır. Həmin əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən könüllü çıxmaqdan imtina edirlər. İddiaçının nümayəndəsi X8 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar, məhkəmə iclasına gəlməmişlər, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Cavabdeh1 məhkəməyə teleqram göndərərək səhhətindən yaranmış problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməlidir. Belə ki, iddiaçı "xxxx" İKB cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək bankın 10 saylı filialı ilə Cavabdeh1 arasında bağlanmış 30 mart 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn 12 iyun 2016-cı il tarixə ödənilməmiş 9960.8 ABŞ dolları əsas borcun, 3894.83 ABŞ dolları faiz borcu və 329.08 ABŞ dolları cərimə borcu, ümumilikdə 14184.71 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqqının cavabdehlər Cavabdeh1, X7, Cavabdeh3, Cavabdeh5 və X1 birgə qaydada iddiaçı "xxxx" İKB-nin xeyrinə tutulmasını, tutmanın kreditin təminatı kimi Cavabdeh1 məxsus Bakı şəhəri, qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 3 otaqlı, 64.14 kv.m ümumi, 37.04 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədənibarət 5 nömrəli evin 57 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4759/2017 saylı, 15 noyabr 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada 30 mart 2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş 9960.8 ABŞ dolları əsas borcun, 3894.83 ABŞ dolları faiz borcu və 10 ABŞ dolları cərimə borcunun, ümumilikdə 13864.91 ABŞ dolları, iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun, daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınması üçün ödənilmiş 10 manat rüsumunun və 20 manat xidmət haqı məbləğində pulun alınaraq iddiaçı "xxxx" İKB-ya ödənilməsi, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 3 otaqlı 64,14 kv.m ümumi, 37.04 kv.m yaşayış, 27.1 yardımçı sahədən ibarət 5 nömrəli evin 57 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində "xxxx" İKB-nın xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin əsas borcun azaldılması, faizlərin silinməsi və mənzilin hərracda satılması hissələrində ləğv edilməsi və borcun köhnə məzənnə ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli, 2(103)-10517/2018 saylı qətnaməsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-4759/2017 saylı 17 noyabr 2017-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, qətnamə tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi hissəsində dəyişdirilmiş, tutma ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsində yerləşən 3 otaqlı 64,14 kv.m ümumi, 37.04 kv.m yaşayış, 27.1 yardımçı sahədən ibarət 5 nömrəli evin 57 nömrəli mənzilinə yönəldilmiş, həmin mənzilin açıq hərracda satış yolu ilə realizə edilməsi və satışdan əldə ediləcək məbləğdən iddia tələbi həcmində "xxxx" İKB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2021-ci il tarixdə verilmiş, qeydiyyat nömrəsi ********** olan çıxarışın sürətindən görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5, 57 saylı mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin mülkiyyətindədir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 203.3.1-ci maddəsinə əsasən öhdəliklər üzrə tutmanın əmlaka yönəldikdə, əmlak mülkiyyətçidən məcburi alınır. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması ipoteka predmetinə tutmanın yönəldilməsi üçün əsasdır. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosesual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosesual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qənamə çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 64,14 kv.m ümumi sahədən ibarət 5 saylı evin, 57 saylı mənzilindən çıxarılmalı, həmin mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər X5, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 aid edilməli, həmin məbləğ onlardan müştərək qaydada alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsində yerləşən 64,14 kv.m ümumi sahədən ibarət 5 saylı evin, 57 saylı mənzilindən çıxarılsınlar, həmin mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada alınaraq iddiaçı Yelo Bank” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar