Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2894/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X2 qızının katibliyi, İddiaçı İbrahimov Zakir Şükür oğlunun, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «məcburi pay almaq hüququndan məhrumetmə» tələbinə dair iddiası üzrə mülki işə Qaradağ rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı «məcburi pay almaq hüququndan məhrumetmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mirasından məcburi pay almaq hüququndan məhrum edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X1 xx.xx.1938-ci ildə Laçın raonun, Arduşlu kəndində anadan olub.1962-ci ildə ailə həyatı qurub.Üç uşağı var;bir qız, iki oğlan.Oğlan övladları onu ahıl yaşında küçələrə düşməyinə səbəb olmuşdur.O,bildirir ki ona baxmırlar,söyürlər,döyürlər hətta üstünə sila çəkirlər.Qonşular olmasa onu çoxdan öldürəcəyini qeyd etmişdir.Polisə dəfələrlə müraciət etmişdir.Özünə məxsus əmlak barəsində “Asan” Xidmətə müraciət edərək, qızının övladlarına vəsiyyətnamə tərtib etmişdir. Oğulların Cavabdeh1 və Cavabdeh2 pay almaq hüququndan məhrum ehmək məcburiyyətində qalmışdır.Qeyd olunan hallareın nəzərə alınaraq, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında onun adına əmlaklarının olduğunu, həmin əmlaklara dair oğlanlarının onun ölümündn sonra pay almasını istəmədiyini, buna səbbbəəəb isə bütün əmlakının qızına qalmasını istədiyini, onların onun heç bir ehtiyaclarını ödənilməində iştirak etmədiklrəini, oğlanlarının ona qarşı hər hansı qanunsuz hərəkətlərinin, cinayətlərini törətmədiyini bildirərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, atasının onlaar qarşı dediklərini qəbul etməyərək, atası üçün kazım olan hər bir şeyi etdiklrəini, atasının özünün onlara qarşı qərəzli olduğunu, buna səbəb də atasının öz əmlakının hamısını bacılarına vermək istədiyini, atasının heç bir əmlakında gözünün olmadığını, lakin atasının dediklərini qəbul etmədiyini bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh2məhkəmə iclaısnda iddia tələbini qəbul etmiyərək, iddia tələbinə etiraz edərək, etirazını onunla əsaslandırmışdır ki, onlar atası üçün hər şey edib, indidə də etməyə hazırdılar, onun heç bir mülkündə gözlərinin olmadığını, atasının dedikləri ilə razı olmadığnı bildirərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. HəminMəcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəlləsinin 1137-ci maddəsinə əsasən miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 1203.1-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Həmin Məcəllənin 1203.2-ci maddəsinə əsasən məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər. Həmin Məcəllənin 1176.1-ci maddəsinə əsasən vəsiyyət edən qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Həmin Məcəllənin 1139-cu maddəsinə əsasən ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsinə əsas verən hal ləyaqətsiz vərəsənin vərəsəlik hüququndan məhrum edilməsindən müəyyən əmlak nəticələri əldə edən şəxsin iddiası üzrə məhkəmə tərəfindən müəyyənləşdirilməlidir. Məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, şəxsin məcburi pay almaq hüququndan məhrum edilməsi əsasları qaydası mülki qanunvericilikdə dəqiq və birmənalı şəkildə qeyd edilmişdir. Belə ki, mülki qanunvericiliyin tələbinə əsasən şəxsin məcburi pay almaq hüququndan məhrum edilməsinə əsas olan hallar qismində vərəsəlik hüququndan məhrum etməyə səbəb olan hallar çıxış edir. Həmçinin, mülki qanunvericiliyin tələbinə əsasən şəxsin vərəsəlik hüququndan məhrum edilməsinin əsaslarına şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi, vəsiyyət üzrə vərəsəlik hüququndan məhrum edilmə qeyd edilmişdir. Həmçinin, qanunvericiliyin təhlilindən aydın olur ki, şəxsin ləyaqətsiz vərəsə hesab edilməsinin əsasları və qaydası qanunvericilikdə dəqiq şəkildə qeyd olunmuşdur. Belə ki, qanunvericiliyin tələbinə əsasən şəxsin ləyaəqtsiz vərəsə hesab edilməsi üçün həmin şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətməsi və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərməsi, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya əxlaqsız hərəkət törətməsi kimi hallar baş verməli və həmin hallar məhkəmə qaydasında təsdiq edillməlidir. Digər əsas üzrə isə vəsiyyət edən vəsiyyatnamə tərtib etməklə vərəsləri mirasdan məhrum edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdeh qismində çıxış edən öz oğullarının mirasdan məcburi pay almaq hüququndan məhrum edilməsi tələbi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin əsası kimi cavabdehlər qismində çıxış edən oğullarının valideyn kimi onlara hörmət etməməsi, alçatması, təhqir etməsi kimi hallarla əsaslandırmışdır. Lakin iddiaçı tərəfindən hazırki mülki işü zrə iddia tələbinin əsası kimi qedy edilən və mülki qanunvericilikdə şəxsin vərəslik hüququndan məhrum edilməsinin əsası qismində çıxış edən hallarla bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülki qanunvericilikdə şəxsin vərəsəlik hüququndan məhrum edilməsinin əsasları birbaşa qeyd olunmuşdur. Lakin məhkəmə araşdırması zamanı qeyd olunan əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilməmiş, həmin hallar öz təsdiqini tapmamışdır. Bununla da, məhkəmə araşdırması çərçivəsində iddia tələbinin əsaslılığını müəyyən etmək mümkün olmamışdır. Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddia tələbi əsassız olduğundan, iddia tələbi təmin edilməməlidir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Konstitusiya məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki,s übutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu da əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Beləliklə, məhkəmə iş materiallarını araşdıraraq, toplanmış digər sübutlar məcmuəsinə hüquqi qiymət verərək, hesab edir ki, İddiaçı Şükür oğlunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı 8 saylı, «məcburi pay almaq hüququndan məhrum edilmə” tələbinə dair iddiası əsassız olduğundan rədd edilməli, ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 «məcburi pay almaq hüququndan məhrum edilmə ” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2894/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2894/2021
12.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Ləyaqətsiz vərəsə hesab edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver