Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2929/2023 30.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Aslanova Gülnar Faiq qızının sədrliyi, X13 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «uşağın doğum faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2002-ci il təvəllüdlü X2, xx.xx.2005-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 doğum faktını müəyyən edilməsi və doğum haqqında şəhadətnamənin verilməsi üçün qətnamə qəbul edilməsi, uşaqların doğum haqqında akt qeydlərində atasının X9, anasının Ərizəçi qeyd edilməsi və qətnamənin icrasını Qaradağ rayon Qeydiyyay Şöbəsinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, o həyat yoldaşı X5 ilə faktiki nikahından 2 övladı anadan olmuşdur. Onun 3 övladı imkansızlıqdan ev şəraitində doğulmuşdur. 1-ci qızı X7 xx.xx.2002-ci ildə evdə doğulmuşdur. 2-ci qızı X8, xx.xx.2005-ci ildə, 3-cü oğlu X6 xx.xx.2015-ci ildə evdə doğulmuşdur. 3 uşağının doğum haqqında şəhadətnaməsinin olmaması onun gələcəkdə Azərbaycan Respublikası vətəndaşına uyğun şəxsiyyəti təsdiq edən sənədin alınmasına, müvafiq peşə və ali təhsil almasına, əmək münasibətlərinə daxil olmasına maneçilik törədir. Uşağın doğum haqqında şəhadətnaməsi verilmədiyindən şəxsiyyət vəsiqəsidə ala bilmirlər. Heç biri məktəbə getməmişdir. Təhsil idarələri, icra hakimiyyətində az yaşlılarla məşğul olan şöbələr olduğunu lakin heç kimin kömək etmədiyini bildirmişdir. Qeyd olunan halların nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, uşaqlarının atasının Xətai Cəbrayılov olduğunu, onunla rəsmi nikahının olmadığını, faktiki nikahda olduğunu, Bak şəhəri Qaradağ rayonu ərazisində anasının evinin yanında ev tikdiyini, Cəbrayılov Xətai ilə birlikdə həmin evdə yaşadıqlarını, faktiki nikahından üç uşağının da Bakı şəhərində həmin evdə dünyaya gəldiklərini, uşaqların doğulması zamanı heç bir həkim köməyi olmadığını, qonşuların kömək etdiklərini, iki qızı, bir oğlunun anadan olduğunu, bütün qonşuların onların ailəsindən və həmin münasibətlərdən üç uşağın ev şəraitində doğulmalarının şahidi olduqlarını, uşaqların qonşuların gözü qarşısında böyüdüklərini, Xətainin oğulları Nurəddinin doğumundan əvvəl onları tərk edərək getdiyini, o vaxtdan övladlarını çox əziyyətlə xadiməlik edəərk saxladığını, savadının olmadığı üçün özünün də şəxsiyyət vəsiqəsini yaxın vaxtlarda aldığını,övladlarının hər üçü ev şəraitində doğulduqlarından onların xəstəxana arayışı və ya doğum haqqında şəhadətnaməsinin olmadığını, buna görə də məhkəməyə müraciət edərək uşaqlarının sənədlərinin alınmasını xahiş etdiyini bildirərək iddianın təmin edilməsini, uşaqların doğulmaları faktının müəyyən edilərək onların soyadının “Cabbarov” kimi göstərilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs2nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktubla müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadə verərək ərizəçinin qonşusu olduğunu, Şəfiqəni illərdir tanıdığını, münasibətlərinin yaxşı olduğunu, Qaradağ rayonu ərazisində qonşu olduqlarını, Şəfiqənin üç uşağı olduğunu, ərinin onları atıb getdiyini, uşaqlardan ikisinin qız, birinin isə oğlan olduğunu, hər üç uşağın ev şəraitində Bakı şəhərində doğulduqlarını, böyük qızın təxminən 2002-ci ildə doğulmaqla adının Elnarə, ortancıl qızın 2005-ci ildə doğulmaqla adının Nəsibə və sonuncu oğlanın isə 2017-ci ildə doğulmaqla adının Nurəddin olduğunu, hər iki qızın (Nəsibə və Elnarə) doğumunda şəxsən iştirak etdiyini, uşaqların evdə doğulduqlarını, balaca oğlanın doğulanda özü Türkiyədə olduğundan iştirak edə bilmədiyini, lakin onun da evdə doğulmasından məlumatlı olduğunu, Şəfiqənin savadı olmayan, avam adam olduğunu, bu səbəbdən onun şəxsiyyət vəsiqəsini almasına da kömək etdiyini bildirərək qeyd etdi ki, ərizəçinin uşaqlarının doğum şəhadətnamələrinin olmasından məlumatı olmamışdır, olsa idi çoxdan uşaqlara sənəd almağa yol göstərərdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək ərizəçinin qonşusu olduğunu, ərizəçinin Bakı şəhəri Qaradağ rayonu ərazisində 1993-cü ildən yaşadığını, ərizəçini və uşaqları tanıdığını bildirərək qeyd etdi ki, Şəfiqənin uşaqları Bakı şəhərində evdə doğulub, qızların yaşı böyükdür, oğlan azyaşladır, uşaqların atasının adı Xətaidir, ərizəçi ilə faktiki nikahda olublar, sonradan Xətai ailəsini atıb getmişdir. Uşaqların adlarının Elnarə, Nəsibə və Nurəddin olduğunu, qızların 20 yaşlarında, oğlanın isə təxminən 6 yaşında olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 ifadə verərək ərizəçinin qonşusu olduğunu, Ərizəçi ilə qonşu olduğunu, Şəfiqənin üç uşağının olduğunu, uşaqları tanıdığını, lakin uşaqların atasının onları atıb getdiyini, uşaqların atasının adının onun yadında qalmadığını bildirərək qeyd etdi ki, uşaqlar evdə doğulublar, iki qız bir oğlan uşağıdır, uşaqlardan kiçiyi oğlandır, Şəfiqə bir daxma tikib uşaqlarını əziyyətlə böyüdür, savadı yoxdur. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan qismən təmin edilməlidir. İş materiallarında olan, X12, X11 və X10 tərəfindən notarial qaydada təsdiq edilmiş **********823 №-li ərizdən görünür ki, Cabbarova Elnarə xx.xx.2002-ci ildə, Cabbarova Nəsibə xx.xx.2005-ci ildə və Cabbarov Nurəddin xx.xx.2015-ci ildə ev şəraitində doğulmuşdurlar. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs2 xx.xx.2023-cü il tarixli 3-16-5/7-15- 1536/2023 saylı məktubundan görünür ki, xx.xx.2002-ci il təvəllüdlü, xx.xx.2005-ci il təvəllüdlü və xx.xx.2015-ci il təvəllüdlü uşaqlarının doğulması barədə ərizə göndərilmiş tibbi şəhadətnamə olmadığından hazırda uşaqlarının doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan, Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının Ələt Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 70№-li məktubundan görünür ki, Ərizəçi 2023-cü il tarixdə Qaradağ rayonu, Ələt qəsəbəsi, M.Füzuli küçəsi, 46 saylı evin 13 saylı mənzilinə qeydiyyata alınmışdır. Ərizəçi qonşuları tərəfindən notarial qaydada təsdiq edilmiş **********823 nömrəli ərizəyə əsasən övladları xx.xx.2002-ci il təvəllüdlü X7, xx.xx.2005-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü X6 qeyd olunan tarixlərdə ev şəraitində doğulmuşdurlar və halhazırda Ələt qəsəbəsi, M.Füzuli küçəsi 3 saylı evdə yaşayırlar. Ərizəçi şəxsiyyətini təsdiq edən müvafiq sənədi olmadığı üçün övladlarına heç bir sənəd alınmamışdır və ona görə də övladları təhsil müəssisəsinə cəlb olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:https://e-qanun.az/framework/2426 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydaların 2.8.2-ci bəndinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Qaydaların 2.8.3-cü bəndinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçi doğum faktının qeydə alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi doğum faktının müəyyən edilməsi və ərizəçinin adına doğum haqqında şəhadətnamənin verilməsinin sosial təminat hüquqlarının təmin edilməsi üçün lazım olduğunu əsas gətirmişdir. Məhkəmədə iclasında tədqiq olunmuş sənədlər, məhkəmə sorğusuna verilmiş cavablar, ərizəçi izahatları, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Ərizəçi faktiki nikahından - xx.xx.2002-ci il təvəllüdlü Elnarə, xx.xx.2005-ci il təvəllüdlü Nəsibə və xx.xx.2015-ci il təvəllüdlü Nurəddin adlı üç övladı doğulmuşdur. Hər üç uşaq ev şəraitində doğulduqları üçün müvafiq tibb müəssisəsinin arayışı və ya doğuma kömək etmiş həkimin verdiyi sənəd olmamış, bu səbəbdən ərizəçi doğum haqqında şəhadətnamə əldə etməmişdir və hazırda həmin sənədin əldə edilməsi imkanı itirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2002-ci il tarixdə Bakı şəhərində Elnarə Cabbarova, xx.xx.2005-ci il tarixdə Bakı şəhərində Nəsibə Cabbarova və xx.xx.2015-ci il tarixdə Bakı şəhərində Nurəddin Cabbarovun doğulmaları faktı təsdiq edilməlidir. Məhkəmə iddia tələbinin doğum haqqında akt qeydlərində uşaqların atası kimi X4 qeyd edilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, ərizəçinin uşaqları rəsmi nikahdan doğulmadıqlarından və atalığın müəyyən edilməsi haqqında tələb irəli sürülmədiyi, bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmadığı, eləcə də məhkəmə araşdırması zamanı Ərizəçi uşaqlarının məhz Xətai Cabbarovla olan faktiki nikahından doğulmasını təsdiq edən sübutlar təqdim edilmədiyi üçün həmin hissədə iddia təmin edilə bilməz. Məhkəmə qeyd edir ki, həmin hissədə ərizəçinin hüquqi marağı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydalarının 2.8.3-cü bəndində göstərilən qaydada həll edilə bilər. Belə ki, mülki prosessual qanunvericiliyin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (MPM maddə 14.2, 77.1 və 88 maddələri). Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında dəfələrlə qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərar). Bununla bağlı, «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Məhkəmə xərcləri ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, cavabdeh dövlət rüsumu ödəməkdən azad edildiyindən xüsusi icraat qaydasında ərizənin irəli sürülməsi ilə əlaqədar ərizəçinin ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, ərizəçinin üstün maraq və mənafeyini rəhbər tutaraq hesab edir ki, ərizəçinin övladlarının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi qismən əsaslı olduğundan qismən təmin olunmalı, Elnarə Cabbarovanın (qadın cinsi) xx.xx.2002-ci ildə, Nəsibə Cabbarovanın (qadın cinsi) xx.xx.2005-ci ildə və Nurəddin Cabbarovun (kişi cinsi) xx.xx.2005-ci ildə Bakı şəhərində Ərizəçi doğulmalarına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, ərizəçinin övladlarının adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə soyadları Cabbarov, ana qrafasında Ərizəçi, ananın milliyyəti “azərbaycanlı” qeyd edilməli; ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Elnarə Cabbarovanın xx.xx.2002-ci il tarixdə, Nəsibə Cabbarova xx.xx.2005-ci il tairxdə və Nurəddin Cabbarovun xx.xx.2005-ci il tarixdə Bakı şəhərində, Ərizəçi doğulmalarına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ərizəçinin birinci övladının soyadı Cabbarova, adı Elnarə, ata adı ananın göstərişi üzrə, doğum tarixi 29 sentyabr 2002ci il, doğulduğu yer Bakı şəhəri, ana qarfasında anasının adı Ərizəçi, ananın milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ərizəçinin ikinci övladının soyadı Cabbarova, adı Nəsibə, ananın göstərişi üzrə, doğum tarixi 26 fevral 2005-ci il, doğulduğu yer Bakı şəhəri, ana qarfasında anasının adı Ərizəçi, ananın milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ərizəçinin üçüncü övladının soyadı Cabbarov, adı Nurəddin, ata adı ananın göstərişi üzrə,doğum tarixi 17 may 2015-ci il, doğulduğu yer Bakı şəhəri, ana qarfasında anasının adı Ərizəçi, ananın milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilsin. Qətnamə ərizəçinin övladlarının adına doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Aslanova
Məhkəmə qərarları › İş №2(002)-2929/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2929/2023
30.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver