Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2957/2021 11.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, X8 qızının katibliyi ilə, İddiaçı, onun vəkili və nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Qaradağ rayon Sukanal İdarəsində mühasib « əvvəlki işə bərpa və əmək haqqı fərqinin ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qaradağ rayon Sukanal İdarəsinə qarşı «əvvəlki işə bərpa, əmək haqqı fərqinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 30 aprel 2021-cil il tarixli əmrinin ləğv edilməsi, onun əvvəlki işinə bərpa olunmağı və işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqını, mediasiya xərclərinin 50%-in cavabdeh tərəfindən tutularaq iddiaçıya ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı heç bir qanun pozuntusu törətmədən işdən çıxmağa vadar edilmişdir. Belə ki, iddiaçı özünə məxsus **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobil nömrəsini sataraq torpaq sahəsi almaq istəyib. Qaradağ rayon Sukanal idarəsinin rəisi, X6 həmin nömrəni ona satmasını istədi. Nömrənin əvəzində isə tanışlarının köməyi ilə tapdığı torpağın qiymətini 5000 manat endirəcəyini bildirdi. Buna görə də razılaşıb 2020-ci ilin sentyabr ayında özünə məxsus avtomobil nömrəsini rəisi X4 verdi. Lakin bir müddət keçəndən sonra Elnur Əliyevə torpağı almaqda ona kömək etməyini xahiş etdi. Rəis hər dəfə torpaq məsələsinin tezliklə həll olunacağını bildirdi. 2021-ci ilin aprel ayında onun almaq istədiyi torpaq sahəsi satıldı. Mən də rəisə bildirdim ki, ona verdiyi avtomobil qeydiyyat nişanın əvəzində torpağı almaqda iddiaçıya heç bir köməklik etməmişdir. Bu səbəbdən avtomobilinin nömrəsini geri qaytarmağı xahiş etdi Bundan sonra rəis X6 ilə aralarında problemlər yarandı. Onların arasında olan danışığı təsdiq edən səs yazısının diskə köçürülmüş surətini iddia ərizəmə əlavə etmişdir. O iddiaçıya təzyiq edərək işdən çıxmağı barədə ərizə yazmağı tələb etdi. Əgər özü könüllü olaraq işdən çıxmağı barədə ərizə yazmayacağı təqdirdə iddiaçını maddəyə əsasən işdən çıxaracağını və karyerasını korlayacağını bildirdi. Əgər özü ərizə yazacağı təqdirdə ona məxsus avtomobil qeydiyyat nişanını iddiaçıya qaytaracağını və onu maddə ilə deyil, öz ərizəsi əsasında işdən çıxaracağını bildirdi. İşdən maddə əsasında çıxarılacağı təqdirdə iddiaçının əmək kitabçası korlanağacından 2021-ci ilin aprel 30-da işdən çıxmaq barədə məcburiyyət qarşısında qalıb ərizə yazdı. Bu halı təsdiq edən X3 elə həmin tarixdə nömrəni ona qaytarması barədə notarial təsdiq olunmuş ərizəsini iddia ərizəsinəə əlavə etdi. Göründüyü kimi 2021-ci ilin aprel ayının 30-da işəgötürən ona qanunla qadağan edilən təzyiqlər göstərməklə, himayəmdə olan azyaşlı uşağı nəzərə alınmadan iradəm əleyhinə əmək müqaviləsinin ləğvi barədə ərizə yazmağa məcbur etmiş və onu işdən azad etmişdir. Elesab edirəm ki, həmin əmr təzyiq nəticəsində məcburi yazdırıldığından ləğv edilməlidir. Bundan başqa mənə işdən çıxdığım gün əmrin surəti, əmək kitabçam verilməli idi.Lakin əmrin surəti və əmək kitabçam ona təqdim edilməmişdir. Tərəfimdən məhkəməyə müraciət edildikdən sonra işə qəbul olunmağı barədə əmr, əmək müqaviləsi, sonradan tərtib edilmiş həqiqətə uyğun olmayan 30.04.2021 -ci i tarixli akt, əmək müqaviləsinə xitam verilməsi haqqında əmr, 30.04.2021-ci il tarixli ərizəm təqdim edilmişdir. Müdiriyyət qəsdən ona əmrin surətini vermirdi ki, iddiaçı şikayət edə bilməyib. O işə 31.05.2021 -ci il tarixdə işə bərpa olunmağında bağlı məhkəməyə müraciət etmiş, məhkəmə baxışı zamanı cavabdeh tərəf ona iddia ərizəsini geri götürəcəyi təqdirdə barışıqla mübahisəni həll edib ,onu işə bərpa edəcəklərinə söz verdiklərinə görə o ərizə yazaraq , iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarlmasını və iddianın baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişəm. Qaradağ rayon məhkəməsinin 27 iyul 2021 -ci il tarixli qərardadına əsasən iddia ərizəm baxılmamış saxlanılmışdır. Bundan sonra mən cavbdeh tərəflə danışıb mübahisənin məhkəmədən kənar həll olunmasını təklif etmişəm. Lakin cavabdeh tərəf verdiyi sözə əməl etmədiyindən mən mediasiyaya mürəciət etmişdir. 19 avqust 2021-ci il tarixində cavabdehin ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış alınmışdır.Yuxarıda qeyd edilənlərdən göründüy kimi, onun işdən çıxarılması zamanı cavabdeh tərəfindən kobud qanun pozuntularına yol verilmişdir. o məcburiyyət qarşsıısnda qalıb özünə məxsus dövlət qeydiyyat nişanı geri alınması və maddə ilə işdən çıxarılmaması üçün işdən çıxma barədə ərizə yazdığını, nömrəni aldıqdan sonra isə qanunvericiliyin tələbinə uyğun olaraq 1 ay müddəti bitmədən işdən çıxma barədə ərizəni ləğvi barədə mürcaiət etmiş, lakin cavabdeh əsassız və qanunsuz olaraq 1 aylıq müddəti bitmədən və imtina ərizəsini nəzərə almadan onu işdən azad etmişdir. ona görə də işdən çıxarılması barədə 30 aprel 2021-ci il tarixli əmri ləğv olunmalı, onun əvvəlki vəzifəsinə bərpa olunmağı, işdən çıxarıldığı gündən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının və bununla bağlı mediasiya xərclərinin 50 %-inin cavabdeh təşkilatdan tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmalıdır. Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə yazılı iddia tələbinə etiraz ərizəsi təqdim edərək,etirazını onunla əsaslandırmışdır ki,İddiaçı 11,12.2012-ci il tarixindən İqtisadiyyat və uçot şöbəsində mühasib vəzifəsində işləyir. İşlədiyi müddətdə barəsində intizam tənbehi tədbirləri görülmüşdür.İşçi idarə rəisi Elnur Əliyevə işdən çıxmaq barədə 10.03.2021-ci ildə ərizə ilə müraciyyət etmişdir. İdarə rəisi humanistlik göstərərək işçi İddiaçıla işdən çıxmamaq barəsində söhbət aparmış və bu fikrindən əl çəkməsini tövsiyə olunmuşdur. Sonradan təkrar olaraq işçi İddiaçı 30.04.2021-ciildəAzərbaycanRespublikasınınƏmək Məcəlləsinin 68-ci maddəsinin 1. ( a ) bəndini əlində rəhbərtutaraq(tərəflərdənbirinintəşəbbüsü) işdən çıxmas ilə əlaqədar ərizə ilə müraciət etmişdir. İdarə rəisi Elnur Əliyev işçi İddiaçı təkrar işdən çıxmaq barəsində ərizəsinə dərkənar qoyaraq əmək müqaviləsinə 27-K saylı, 30.04.2021- ci tarixli əmrlə xitam vermişdir. İddiaçı özünə şəxsən izah olunmuşdur ki, əmək kitabçasını Kadırlar,icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri şöbəsinə gələrək “Əmək kitabçasın qeydiyyatı kitabı”- na imza etməklə götürə bilər. Lakin o əmək kitabçasını götürməkdən imtina etmişdir.İddiaçı əmək kitabçasını götürmədiyi üçün bu barədə İdarəmizdə 30.04.2021- ci il tarixində akt tərtib olunmuşdur.Bu barədə İddiaçı atası X2 09.06.2021-ci il tarixində, 01- 1/1-654 saylı məktubla müraciyyət edərək izah olunmuşdur ki, Sizin ziyalı bir şəxs olduğunuzu nəzərə alaraq oğlunuz İddiaçı ( Kadrlar şöbəsinə ) şəxsən yaxınlaşmasını və əmək kitabçasını götürməli olduğunu izah etsin.Qeyd edilən halların nəzərə alınaraq, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul eedilməsini xahiş etmişdir. İddiaçı məhkəmə iclaısnda iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında işdən öz ərizəsi əsasında çıxarılsa da, həmin ərizəni məcburiyyət qraşısında yazdığını, sonra ərizəsini geri götürmək istəsə də, işəgötürənin buna şərait yaratmadığını, ərizəni yazdığı gün işdən çıxma əmrinin veürildiyini, onun belə bir məsuliyyətli işdə işlədiyi halda, heç bir təhvil-təslim olmadan, heç bir sənədlrə yoxlamadan həmin gün onu işdən azad etdiyini, çünki onunla arasında nömrə məsələsinə görə qərəzli ümnaosbətin olduğunu, səs yazısında da nömrə məsələsi ilə bağlı danışıqlarının aşkar göründüyünü, nömrədən əl çəkdiyi halda onunla işçi müdir münasibətlərinin korlanamyacağını söylədiyini, bütün bu deyilənlərin nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İddiaçının vəkili məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa və dəlillərinə, iddiaçının izahatının məzmununa uyğun izahat verərək, hazırki mülki iş üzrə iddiaçının işdən çıxmasının məhz işəgötürənlə arasında olan gərgin münasibətin nəticəsinin olduğunu, əks halda, ərizə yazıldığı gün onun işdən çıxması barədə əmr verməli olmadığını, belə ki heç bir işəgötürən neçə illik iş təcrübəsinə malik olan, belə bir məsul işdə işləyən işçini əmək qanunvericiliyindən işçinin ərizəsində yazıldığı gün işdən çıxarılmaısna əsas olan heç bir halın olmadığı halda, ərizənin yazıldığı gün işçini işdən çıxarılması barədə əmrin verilməsi, habelə belə bir məsul işdə işləyən işçi ilə heç bir təhvil təslim olmadan işdən çıxarılması, bütün bu hallar iddiaçının işdən çıxarılmaısnın məhz qərəzli münaisbətin nətiəcsindəçıxarılmaısnın aşkar olduğunu göstərdiyini bildirərək, bütün bu halalrın nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə yazılı etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, idarə rəisi ilə iddiaçı arasında avtomobil nömrəsi ilə bağlı məsələnin olduğunu, həmin nömrəni həm iddiaçı da, həm də müdirin avtomobilində olduğunu gördüyünü, lakin onlar arasında hər hansısa gərgin münaisbətin olmasından məlumatsız olduğunu, iddiaçının öz ərisəi əsasında işədn çıxdığını, özü ərizəsində qeyd etdiyindən ərizə yazıldığı gün işdən çıxma əmrinin veridliyini, əmək qanunvericiliyində ərizəinin yazıldığı gün işdən çıxma halının mümkünlüyü ilə bağlı olan halların heç birinin iddiaçıya aid olmadığını, özü ərizədə həmin gün yazdığından ona 1 aylıq müddətin tətbiq edilmədiyini, sonradan ərizəsini geri götürmək istəsə də, artıq əmri veridliyindən mümükün olmamışdır, müdir ona bununla bağlı baş ofisə mürcaiət etməli odluğunu bidlirdiyini, həmin vəzifəyə hazıradək heç kimin təyin edilmədiyini, iddiaçının işdən çıxması ilə bağlı hər hansı qərəzin olmadığını, müdirin iddiaçı tərəfindən deyilən bütün halları qəbul etmədiyini bildirirək, iddia tələbinin təmin eidlməməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materialalrında olan 191 nömrəli 11.12.2014-cü il tarixli əmək müqaviləsinin məzmunundan aydın olur ki, işəgötürən qismində Qaradağ rayonu Sukanal İdarəsi (rəisi) işçi qismində İddiaçı arasında əmək müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən İddiaçı Qaradağ rayonu Sukanal İdarəsininin Mühasibat uçotu və hesabatı şöbəsi 11-ci dərəcə ilə mühasib vəzifəsinə işə qəbul edilmiş, işə 11 dekabr 2014-cü il tarixdən başlamışdır. İş materialalrında olan 11 dekabr 2012-ci il tarixli 106-K № li işə qəbul olunmaq haqqında əmrin məzmunundan görünür ki, İddiaçı 11.12.2012-ci il tarixdən Qaradağ rayonu Sukanal Departamentinin Mühasibat uçotu və hesabatı şöbəsinə 11-ci dərəcəli mühasib vəzifəsinə qəbul olunmuşdur. İş materialalrında olan 30.04.2021-ci il tarixli 27-K № li əmək müqaviləsinə xitam verilməsi barədə Əmrin məzmunundan görünür ki, İddiaçı-İqtasiyyat və uçot şöbəsinin mühasib ilə bağlanılmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən işçinin təşəbbüsü ilə 30.04.2021-ci il traixdən xitam verilməsi qeyd edilmişdir. İş materialalrından görünür ki, Qaradağ rayonu Sukanal İdarəsinin mühasibi İddiaçı tərəfindən Qaradağa Rayonu Sukanal İdarəsinin rəisinə onunla bağlanmış əmək müqaviləsinə 30 aprel 2021-ci il atrixdən xitam verilməsinə dair yazılı ərizə ilə müraciət etmişdir. İş materiallarında olan 30.04.2021-ci il tarixli aktın məzmunundan görünür ki, İqtisadiyyat və uçot şöbəsinin mühasibi İddiaçı əmək kitabçasının götürlməli olduğunun izah edidliyi və onun əmək kitabçasını götürməkdən imtina etməsi barədə akt tərtib edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən 24.05.2021-ci il tarixdə "xxxx"ASC-yə yazılı ərizə ilə müraciət edərək, onun Qaradağ rayonu Sukanla iDarəsində 9 il mühasib vəzifəsində işlədiyini, 30 aprel 2021-ci il tarixdə Qaradağ rayonu Sukanal İdarəsinin rəisi ilə aralarında olan mübahisə zamanı ondan işdən çıxmağı tələb etdiyini, o da əsbəi olaraq işdən çıxma ərizəsini yazdığını və həmin gündə işdən çıxma əmrini verdiyini, həmin gün əsəbi olaraq ərizə yazdığını nəzərə alaraq, onu işə bərpa edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. İş materialalrında olan 05 sentyabr 2017-ci il tarixli 92-K saylı əmək müqaviləsinə dəyişiklik edilməsi barədə əmrin məzmunundan aydın olur ki, İddiaçı 05.09.2017-ci il tarxidən12-ci dərəcəli İqtisadiyyat və uçot şöbəsinin mühasib vəzifəsinə təyin edilməsi qeyd edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələridir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 11-cü maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəziflərindən biridə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən işçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Həmin Məcəllənin 69.4-cü maddəsinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı 11 dekabr 2012-ci il tarixli 106-K saylı Əmrlə Qaradağ rayonu Sukanal idarəsində mühasib vəzifəsinə işə qəbul olunmuş, tutduğu vəzifədən 30.04.2021-ci il tarixli 27-K saylı Əmrlə əmək müqvailəsinə öz ərizəsi əsasında xitam verilməklə, azad olunmuşdur. İddiaçı işdən çıxması barədə 30.04.2021-ci il tarixli ərizəni məhz işəgötürənin aralarında avtomobil nömrəsi ilə bağlı münasibətlərinin gərginləşməsi ilə bağlı etdiyi təsirin nəticəsində, onun ona məxsus avtomobil nömrəsini qaytarmaması ilə bağlı etdiyi hədə-qorxunun təsiri nəticəsində həm nömrəni iktirməkdən ehtiyat etdiyindən, işdən çıxma barədə ərizə yazdığını, işəgötürənin tələbi ilə ərizəyə məhz həmin tarixi qeyd etdiyini,lakin sonradan ərizəsini geri götürmək istəsə də, onu işə bərpa etmədiklərini, ona heç bir şərait yaradılmadığını əsas gətirərək, belə bir tələbi irəli sürərək, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Məhkəmə ilk öncə onu qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyinin tələbinə əsasən işçi 1 ay qabqcadan xəbərdarlıq etməklə, yazılı ərizə yazaraq əmək müqaviləsinə öz təşəbbüsü ilə xitam vermək hüququna malikdir. Həmçinin, əmək qanunvericiliyində hansı hallarda işçinin ərizədə yazıldığı gün əmk müqvailəsinə xitam verilməsinin mümkünlüyü dəqiq şəkildə qeyd edilmiş və bu halın yalnız qanunvericilikdə nəzərdə tutulmuş hallarda mümkünlüyü imperativ norma kimi nəzərdə tutulmuşdur. İndiki halda isə hazırki mülki iş üzrə cavabdeh qismində çıxış edən işəgötürən tərəfindən işçi ilə əmək müqaviləsinə məhz ərizədə yazıldığı gün xitam verilməsini yalnız işçinin ərizədə yazması halı ilə əsaslandırmış, qanunvericilikdə qeyd edilən hallardan hər hansı birinin olmasına dair heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin, işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə Əmrdə də əmək müqvailəsinə məhz ərizənin yazıldığı gün xitam verilməsinə əsas olan həmin hallara dair heç bir məlumat qeyd edilməmiş, əsaslandırılmamışdır. Halbuki, əmək qanunvericiliyinin tələbinə əsasən işçinin işdən çıxma barədə ərizəsini verdiyi gündən 1 aylıq xəbərdarlıq müddətində öz ərizəsini geri götürmək və ya həmin ərizənin etibarsız hesab edilməsi barədə yeni ərizə vermək hüququ olmuşdur. Göründüyü kimi, hazırki mülki iş üzrə işçi ilə əmək müqaviləsinə ərizədə qeyd edildiyi tarixdə xitam verilməsi üçün əmək qanunvericiliyində qeyd edilmiş hallardan hər hansı biri olmadığı halda, işçinin ərizənin verildiyi gündən 1 təqvim ayı müddətində ərizənin geri götürülməsi barədə yeni ərizə vermək hüququ mövcud olmuşdur. Lakin iddiaçı işdən çıxma barədə yazılı ərizə veridyi gündən növbəti gün ərizənin geri götürülməsi barədə ərizə verdiyi halda, onun həmin ərizəsi işəgötürən tərəfindən nəzərə alınmamış, bununla da işəgötürə tərəfindən əmək qanunvericiliyinin 69.2 və 69.3-cü maddəsinin tələbləri pozulmuşdur. Bu hal, yəni işçi ilə əmək müqaviləsinə ərizədə qeyd edilən tarixdə xitam verilməsi üçün əmək qanunvericiliyində qeyd edilən hallardan hər hansı birinin olmadığı halda, həmin gün işçi ilə əmək müqaviləsinə xitam verilməsi halı, müvafiq əmrdə həmin halların əsaslandırılmaması, habelə işçinin 1 ay ərzində öz ərizəsini geri götürmək hüququnun olduğu halda, növbəti gün öz ərizəsinin geri götürmək hilə bağlı müraciət etməsinin işəgötürən tərəfindən nəzərə alınmaması, özlüyündə işçi ilə bağlanmış əmək müqaviləsinin məhz işçi-işəgötürən arasında qərəzli münasibətin nəticəsi kimi qiymətləndirilməsinə əsas veririr. Həmçinin, iddiaçının ərizə veridliyi gündən növbəti gün ərizənin geri götürülməsi barədə işəgötürənə müraciət etməsi halı hər iki tərəf təsdiq etməklə, işin mübahisəsiz halıdır. Həmçinin, indiki halda cavabdeh işəgötürən tərəfindən həmin vəzifəyə başqa işçinin götürlməsi barədə işçiyə məlumat verməsi halı da aşkar edidlməmiş, habelə cavabdehin nümayəndəsinin izahatı əsasında hazıradək həmin vəzifəyə yeni işçinin təyin edilmədiyi halı müəyyən eidlmişdir. Bu halda, məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən Əmək Məcəlləsinin 69.3 və 69.4-cü maddəsinin tələblərinə əməl edilmədiyindən, iddia tələbi işə bərpa və məcburi iş buraxma dövrü üçn əmək haqqının ödənilməsi hissəsində əsaslı olmaqla, təmin edilməlidir. Məhkəmə iddia tələbinin çəkilmiş mediasiya xərcinin yarısının ödənilməsi hissəsi ilə bağlı hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Həmin məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Bu halda, məhkəmə mülki prosessual qanunvericiliyin qeyd edilən normalarını rəhbər tutaraq,iddia tələbinin təmin edildiyini əsas götürərək, hazırki mülki iş üzrə zəruqi xərc qismində çıxış edənn məcburi ilkin medasiya sessiyasında iştirak etmələri ilə bağlı iddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərcinin ödənilməsi halının aşkar olmasını əsas götürərək, hesab edir ki, iddi atələbi medasiya xərcinin yarısının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olmaqla, təmin edilməlidir. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, cavabdeh Qaradağ Rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin mühasibi vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə Qaradağ Rayon Sukanal İdarəsinin idarəsinin 30 aprel 2021-cu il tarixli 27-K nömrəli əmr ləğv edilməli, əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməli, medasiya ilə bağlı çəkilmiş xərcin 25 manat olan hissəsi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Qaradağ Rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin mühasibi vəzifəsində işləyən İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə Qaradağ Rayon Sukanal İdarəsinin İdarəsinin 30 aprel 2021-cu il tarixli 27-K nömrəli əmr edilsin. İddiaçı Bağırov X5 Rayon Sukanal İdarəsinin İqtisadiyyat və uçot şöbəsinin mühasibi vəzifəsinə bərpa edilsin və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. İş üzrə iddiaçı tərəfidnən ödənilmiş məcburi mediasiya xərcinin yarısı miqdarını təşkil edən 25 manat məbləğində olan pul vəsaiti cavabdeh Qaradağ rayonu Sukanal İdarəsindən alınaraq İddiaçı ödənilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-2957/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2957/2021
11.10.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver