Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 2(1-8)-1009/2026 19.05.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa, əmək müqaviləsinə xitam verilməsinin qanuni əsasları) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 yanvar 2*26-cı il tarixli 2(1*5)-171*/2*25 nömrəli qətnaməsindən iddiaçı Novruzova Kəmalə Heydər qızının kassasiya şikayətinə 19 may 2*26-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı *1.*9.1995-*4.*4.2*25-ci illərdə Sumqayıt şəhər Hacı Zeynalabdin qəsəbəsi, Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbində fortepiano müəllimi işləmişdir.
2. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin ** saylı, *4.*4.2*25-ci il tarixli əmrindən görünür ki, həmin məktəbin fortepiano müəllimi İddiaçı *4 aprel 2*25-ci ıl tarixindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin "c" bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Buna əsas kimi Sumqayıt şəhər Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 17 mart 2*25ci il tarixli qərarı və protokolu göstərilmişdir.
3. İddiaçı attestasiya vərəqəsinə əsasən attestasiyadan keçən şəxsə verilən suallar və cavablar: Bethoven №* "Fa minor" sonatasını ifa etdi. Bethovenin son sonatalarında hansı yeniliklər oldu sualına düzgün cavab verdi. Daha sonra öz istəyinə uyğun olaraq "Mi major" qammasını ifa etdi. Üzdən oxu üzrə E.Nəzirova- Prelüd no 4 notu təqdim edildi. Üzdən oxu bacarıqları çox zəifdir. Bethovenin 21-ci sonatası necə adlanır sualına düzgün cavab verdi. Morendo nə deməkdir sualına cavab verə bilmədi. Amoroza nə deməkdir sualına cavab verə bilmədi. Skertsanto nə deməkdir sualına cavab verə bilmədi. Accelerando nə deməkdir sualına cavab verdi. Hansı qədim rəqslər Baxın süitalarına daxildir sualına cavab verə bilmədi. Suita nə deməkdir sualına cavab verə bilmədi. Baxın hansı süitaları var sualına cavab verə bilmədi. Raxmaninovun neçə konserti var sualına qismən cavab verdi. Prokofiev hansı cərəyana aiddir sualına cavab verə bilmədi. Azərbaycan pianoçularından kimləri tanıyırsız sualına qismən cavab verdi. Karmen operasını kim yazıb sualına cavab verə bilmədi. 24 prelüdü hansı bəstəkarlar yazıb sualına qismən cavab verdi. İmpressionist bəstəkarlar kimlərdir sualına cavab verə bilmədi. Prokofiev hansı cərəyana aiddir sualına cavab verə bilmədi. Komissiyadakı səsvermənin nəticələrinə görə İddiaçı vəzifəsinə uyğun hesab edilməmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı İddiaçı (bundan sonra həmçinin “iddiaçı” və “işçi”) iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdeh Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbi (bundan sonra həmçinin “cavabdeh” və ya “işəgötürən”, yaxud “Məktəb”) tərəfindən verilmiş *4.*4.2*25-ci il tarixli, ** saylı əmrin ləğv edilməsi, *4 aprel 2*25-ci il tarixindən işə bərpa edilməsi və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1991-1995-ci illərdə Soltan Hacıbəyov adına Sumqayıt Musiqi Texnikumunun Fortepiano fakültəsində oxumuşdur. Əmək fəaliyyətinə *1.*9.1995 ci ildə başlamış, *1.*9.1995-*4.*4.2*25-ci illərdə Məktəbdə Fortepiano müəllimi vəzifəsində işləmişdir. Məktəbin verdiyi *4.*4.2*25-ci il tarixli, ** saylı əmrlə iddiaçı həmin tarixdən Əmək Məcəlləsinin 7*-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilmişdir. iddiaçı attestasiya üzrə keçirilmiş imtahan zamanı ona verilən sualları cavablandırmış, şəxsi qabiliyyətini göstərmiş, tələb olunan əsərləri ifa və təhlil etmiş, qamma çalmış, üzdən oxu qabiliyyətini nümayiş etdirmişdir. İddiaçının şagirdləri yüksək nəticə vermiş, iddiaçı özü və şagirdləri müxtəlif konsert, müsabiqə və festivallarda iştirak etmişdir. Dəfələrlə məktəbdə keçirilən açıq dərslərdə dərsləri qənaətbəxş hesab edilmişdir. İddiaçı 3* ilin müəlliməsidir. Bundan əlavə himayəsində 4 uşağı vardır. Övladı 25 avqust 2**4-cü il təvəllüdlü X1 onkoloji xəstədir. Digər övladı orta məktəbin 2-ci sinifində oxuyur. Böyük övladı X2 isə tələbədir.
6. Cavabdehin vəkili və nümayəndəsi Nəsirli İradə Çərkəz qızı iddiaya etiraz olaraq göstərmişdir ki, Atestasiya Komissiyasının 17 mart 2*25-ci il tarixli qərarı ilə iddiaçı öz ixtisasına uyğun olmayan şəxs hesab edildiyindən onun işdən çıxarılması barədə əmr qanuni əsaslarla verilmişdir.
7. Sumqayıt Şəhər Məhkəməsinin 15 oktyabr 2*25-ci il tarixli, 2(*6*)-3986/2*25 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Elçin Kazımov)
8. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçının Məktəbdə 29 il fortepiano müəlliməsi stajı vardır. Məktəbdə attestasiya keçirilməsi məqsədilə komissiya yaradılmış və 17.*3.2*25-ci il tarixdə Məktəbin işçilərinin attestasiyası keçirilmişdir. Nəticələrə dair komissiya üzvləriu iclas keçirmiş və iddiaçı vəzifəsinə uyğun olmayan hesab edilmişdir. Bu qərardan sonra isə Məktəbin rəhbərliyi iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə ** saylı, *4.*4.2*25-ci il tarixli əmr imzalamışdır.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinə əsasən bu maddənin ikinci hissəsində nəzərdə tutulan məqsədlə əmək şəraitindən asılı olmayaraq işəgötürən müvafiq normativ hüquqi aktla müəyyən edilmiş qaydada iş yerlərinin attestasiyasının keçirilməsini və attestasiyanın aparılması nəticələrinə dair sənədlərin surətinin 1* iş günü müddətində məlumat üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim olunmasını təmin etməlidir. İşəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını və ya istehsal sanitariyasının, gigiyenasının vəziyyətini müəyyən etmək və yaxşılaşdırmaq məqsədi ilə, habelə əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi zamanı iş yerlərinin attestasiyasını keçirməlidir. Bu məqsədlə həmkarlar ittifaqları təşkilatının nümayəndələrindən, əməyin mühafizəsi xidmətlərinin və əməyin təşkili üzrə peşəkar mütəxəssislərdən ibarət iş yerlərinin attestasiyası komissiyası yaradılır. İş yerlərinin attestasiyasının keçirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilən normativ hüquqi aktla tənzimlənir.
10. Birinci instansiya məhkəməsi göstərmişdir ki, icraat zamanı iddiaçının attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlilini araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında araşdırılmışdır. Məhkəmə iclasında iddiaçının imtahanla bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Əksinə, videoçəkilişdən iddiaçının attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunmuşdur. Attestasiya prosesində iddiaçıya qarşı qərəzli davranılması barədə iddiaçının dəlilləri iş materialları ilə təkzib olunmuşdur. Məhkəmə iclasında iddiaçı attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi sualara olduqca həyəcan keçirdiyindən cavab verə bilmədiyini demişdir. Birinci instansiya məhkəməsi vurğulamışdır ki, mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilibverilməməsi
11. işəgötürənin səlahiyyətinə aiddir. Hazırki halda, Məktəbin rəhbərliyinin Attestasiya Komissiyasının 17 mart 2*25-ci il tarixli qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir. İş materiallarında iddiaçının Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş kateqoriyadan olan şəxslər dairəsinə aid olması görünmür. Belə olan halda isə onun ləğv edilməsi barədə iddia tələbi təmin edilməməlidir. İşdən azad olunma barədə əmr ləğv olunmadığından, işə bərpa edilmə və məcburi işburaxmağa görə əmək haqqının tələb edilməsindən söhbət gedə bilməz.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 65-ci, 67-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsinin dəlillərinə uyğun olaraq əsaslandırmış, əlavə olaraq qeyd etmişdir ki, qətnamə MPM-in 4, 14, 88-ci maddələrinin, Əmək Məcəlləsinin 9cu maddəsinin“c” bəndinin, 16, 76, 8*, 187-ci maddələrinin tələblərinə uyğujn çıxarılmayıb. Belə ki, iddiaçı keçirilən attestasiya zamanı verilən sualların bəzilərini həyəcanlı olduğundan cavablandıra bilməsə də, fortepianoda ifa etmiş, əsəri təhlil etmiş, texnika göstərmiş, əsəri çalmış, üzdən oxu qabiliyyətini göstərmişdir.
15. Cavabdeh apellyasiya şikayətinə qarşı etiraz təqdim etmiş, etirazını onunla əsaslnadırmışdır ki, apellyasiya şikayətində qeyd edilənlər həqiqəti əks etdirmir. Belə ki, iddiaçı 2 ay öncədən imtahanın keçiriləcəyi haqda məlumatlandırılmış və imtahana hazırlaşması üçün suallar verilmişdir. Eləcə də birinci instansiya məhkəməsində iclasın gedişi zamanı attestasiyanın keçirilməsində qanunsuzluq edilməsi barədə dəlili araşdırmaq məqsədilə imtahanın videoyazısı (disk formasında) müvafiq qurumdan tələb edilmiş və məhkəmə iclasında araşdırılmışdır. Videoçəkilişdən iddiaçının attestasiya vərəqəsində göstərilən halların mövcudluğu müəyyən olunmuşdur. Eləcə də iddiaçı attestasiya zamanı komissiya üzvlərinin ona verdiyi sualara olduqca həyəcan keçirdiyindən cavab verə bilmədiyini bildirmişdir. Mövcud qanunvericiliyə görə attestasiya nəticəsində vəzifəyə uyğun hesab edilməyən iddiaçı ilə əmək müqaviləsinə xitam verilib-verilməməsi işəgötürənin səlahiyyətinə aiddir. Hazırkı halda Məktəb rəhbərliyinin Attestasiya Komissiyasının 17 mart 2*25-ci il tarixli qərarına istinad edərək iddiaçının işdən azad edilməsi barədə əmri əmək qanunvericiliyinin tələblərinə zidd deyildir.
16. Apellyasiya baxışında iddiaçı əlavə olaraq bildirmişdir ki, imtahanı necə lazımdırsa, o şəkildə də vermişdir. Əsər ifa etmiş və təhlil etmişdir. Üzdən oxu ilə bağlı verilmiş tapşırığı icra etmişdir. Komissiya üzvləri tərəfindən ixtisasına aid olmayan nəzəri suallar verilmişdir. Həmin sualların cavabını bilsə də, bəzi suallara imtahan zamanı keçirdiyi həyəcan və stress səbəbilə cavab verə bilməmişdir. Komissiya üzvlərindən biri digərlərinə görə qərarını dəyişmişdir. Ailəsi böyükdür, dörd uşağı var, onlardan biri onkoloji xəstədir, biri isə azyaşlıdır, xəstə övladı müalicə alır, müalicələrinə maddi imkan tələb olur, işinə bərpa olunmadığı halda onun müalicələrini aparmağı çətinləşəcək. Hazırda işə çox ehtiyacı var. Əri də onunla eyni məktəbdə işləyir, imtahan verib və o, attestasiyadan keçmişdir. Əri xalq çalğı alətləri ixtisası üzrə müəllimdir, həmin ixtisasdan yox, piano ixtisasından daha çox kəsilənlər olmuşdur. Özü və şagirdləri konkurslarda iştirak etmişdir. Musiqi ədəbiyyatı müəllimləri şagirdlərə nəzəriyyəni tədris edirlər, ona onların ixtisasına aid olan nəzəri suallar verilib, həyəcandan sualların bəzilərinə cavab verə bilməmişdir. Çünki imtahandan çıxan hər kəs kəsilirdi. Buna baxmayaraq, Bethovenin məşhur sonatasını ifa etmiş, bəstəkar haqqında məlumat vermişdir. Üzdən oxu tapşırğını icra etmiş, hansı ki, həmin tapşırığa əsasən şəxsdən ona tanış olmayan əsərin ifa olunması tələb olunur. Əsərin ifasında xırdalıqlar zamanı səhvə yol versə də, ümumilikdə əsər tərəfindən ifa olunub. Əsəri rahat ifa etməyinə şərait yaratmayıblar, normalda 2-3 sətir ifa olunduğu halda, ondan tam səhifənin ifası tələb olunub. Terminləri bilir, lakin ixtisasına aid olmayan nəzəri suallar da verilib.
17. Apellyasiya baxışında iddiaçının vəkili vəkil2 bildirmişdir ki, demək olar ki, iddiaçı sualların 6* faizinə cavab vermişdir. Bundan əlavə, icraatında olan anoloji işlə bağlı birinci instansiya məhkəməsi iclasa mütəxəssis dəvət etmiş, mütəxəssis ona verilən suallara cavab olaraq bildirmişdir ki, eyni qamma 3 fərqli yanaşma ilə qurula və ifa edilə bilər. Müəllimin öz yanaşması ilə ifası düzgündür, sadəcə ola bilər ki, komissiya üzvləri ondan başqa yanaşma ilə ifa tələb etsinlər. Komissiyanın sədrinin müəllimə qərəzli yanaşması video yazıdan görünür. Attestasiya obyektiv və qərəzsiz aparılmaldır. Lakin sədr digər müəllimlərə sual verməyə imkan verməməklə yanaşı, onlara təsir edib. İddiaçıya sırf nəzəri və praktiki suallar verilib, lakin şagirdlərlə hansı işləri görməsi barədə suallar verilməyib. İddiaçı ilə eyni gün imtahan verən 9 müəllimin hər biri kəsilib. Katib artıq səsvermənin başlanmasını təklif etsə də, komissiya sədri digər müəllimlərə təsir etməkdə davam edib, hansı ki, sakitcə səsini verə bilərdi. Eyni zamanda, komissiya üzvləri iddiaçıdan suallara professional cavab tələb ediblər, hansı ki, 7 illik proqram çərçivəsində müəllimin professional cavab verməsi mümkün deyil. Attestasiyanın nəticəsi işəgötürən üçün məcburi deyil, məsləhət xarakteri daşıyır. İddiaçını hər hansı ixtisasartırma kursuna göndərməyiblər. Sualların yarısından çoxunu cavablandırdığı halda 5 sıfırla qiymətləndirilməsi qərəzli hesab olunur.
18. Apellyasiya baxışında Məktəbini nümayəndəsi və vəkili nümayəndə1 apellyasiya şikayətinə etirazında əlavə olaraq bildirmişdir ki, iddiaçı fortepiano müəllimidir, ona 2 ay öncədən imtahan proqramı təqdim olunub. Verilmiş nəzəri suallar elə suallardır ki, iddiaçının şagirdlərə tədris etdiyi terminlərlə birbaşa bağlıdır. 3* il müəllimlik təcrübəsi olan şəxs həmin suallara doğru cavab verməli idi. İddiaçının müəllimlik təcrübəsini nəzərə alınsa, üzdən oxu bacarığı ilə bağlı tapşırığı mükəmməl icra etməli olduğu halda, onu da icra edə bilməmişdir. Müəllim notu görən kimi əsəri ifa etməyə başlamalıdır, videogörüntülərə baxış keçirilsə, aydın olar ki, iddiaçı əsəri ifa etməkdə çətinlik çəkmişdir. Verilmiş suallara cavab verə bilməməyinin həyəcanla əlaqəsi yoxdur, iddiaçının əri də imtahanda iştirak etmiş və imtahanı müvəffəqiyyətlə keçmişdir. Buna görə də Məktəbin iddiaçı ilə hər hansı qərəzinin olmasından söhbət belə gedə bilməz.
19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*5)-171*/2*25 nömrəli, 27 yanvar 2*26-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Afiq Hüseynzadə (sədrlik edən və məruzəçi), Lalə Rəhimli, Ayaz Mahmudov)
20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, göstərmişdir ki, məhkəməyə təqdim edilmiş attestasiyanın keçirilməsinə dair videogörüntülərdəki məlumatlar iş materiallarına əlavə edilmiş 17.*3.2*25-ci il tarixli attestasiya vərəqəsində olan məlumatlarla eynilik təşkil etmişdir. Belə ki, iddiaçı ona verilmiş 3 suala düzgün, 3 suala qismən düzgün cavab vermiş, 1* suala isə, ümumiyyətlə, cavab verməmişdir. Kommisiya üzvləri üzdən ifa bacarığını isə çox zəif hesab etmişdir. Hərçənd ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, attestasiya proqramı bir neçə ay əvvəl bütün ixtisaslar üzrə müəllimlərə təqdim edilmişdir.
21. Həmçinin, 27.12.2*24-cü il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin rəsmi internet səhifəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki musiqi, incəsənət məktəb və mərkəzlərinin təhsilverənlərin attestasiya proqramı yerləşdirilmişdir. Attestasiya isə Əmək Məcəlləsinin 65-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.*5.2**1-ci il tarixli, ** nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları”nın tələblərinə əsasən, attestasiyanın keçirilməsi müəyyən edilmiş qaydalara uyğun şəkildə həyata keçirilmiş, 17.*3.2*25ci il tarixli attestasiya vərəqəsinə əsasən işçinin fəaliyyətinə qiymət verilməsi nəticəsinə onun tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Əmək Məcəlləsinin 2, 65, 67, 68, 7*-ci (“c” bəndi) maddələrinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarına, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 17 noyabr 2*11-ci il tarixli, *-* nömrəli qərarı ilə təsdiq edilmiş Mədəni maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçasına istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (vəkil vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun məzmunda əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən imatahn zamanı iddiaçıya digər iştirakçılardan daha çətin suallar verildiyini, komissiyanın ona qərəzli yanaşmasını nəzərə almamışdır.
b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
25. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olduğunu bildirmiş, odur ki, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 2 (3). Həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. Maddə 65 (1). İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər. Maddə 65 (3). İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaqları təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz. Maddə 65 (4). Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir. Maddə 65 (5). Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır. Maddə 65 (6). Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təmin olunmalıdır. Maddə 65 (7). Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər. Maddə 67 (1). Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 7*-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 67 (2). İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər. Maddə 68 (1) “a” bəndi. Əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Maddə 7* (1) “c” bəndi. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 23 may tarixli ** nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları
Maddə 1.2. Müəssisələrdə attestasiyanın konkret müddətləri və keçirilmə qaydaları, attestasiyanın keçirilməsi nəzərdə tutulan təqvim ilinin başlanmasına qədər müəssisə rəhbərliyi tərəfindən təsdiq edilir və attestasiyanın başlanmasına 1 ay qalmışdan gec olmayaraq attestasiyanı keçməli olan işçilərin nəzərinə çatdırılır; Maddə 1.6. Azsaylı müəssisələrin işçilərinin attestasiyasını yuxarı orqanların attestasiya komissiyaları keçirir. Bu müəssisələrin siyahısını tabe olduqları qaydada yuxarı təşkilatlar müəyyən edir; Maddə 2.4. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır; Maddə 2.6. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil; Maddə 2.7. Attestasiyanın nəticələri (qiymətləndirmə və tövsiyələr, attestasiyadan keçənə verilən sualların və cavabların qısa məzmunu) bir nüsxə tərtib olunan attestasiya vərəqəsinə (əlavə olunur) yazılır və səsvermədə iştirak edən attestasiya komissiyasının sədri, üzvləri və attestasiyadan keçən şəxs tərəfindən imzalanır; Maddə 3.1. Attestasiya komissiyasının qərarı attestasiyadan keçən işçilərə komissiya iclasından sonra elan edilir; Maddə 3.2. Attestasiyanın nəticələri müvafiq struktur bölmələrinin işçiləri attestasiyadan keçdikdən sonra həftə ərzində müəssisə rəhbərinə bildirilir. Müəssisə rəhbəri attestasiya komissiyasının verdiyi qiyməti və tövsiyələri nəzərə alaraq, qüvvədə olan qanunvericiliyin tələblərinə riayət edərək müvafiq qərar qəbul edir; Maddə 3.3. Attestasiya komissiyasının tövsiyələri müəssisə tərəfindən 3* təqvim günü ərzində yerinə yetirilməlidir. Bu müddət qurtardıqdan sonra attestasiyanın nəticələrinə görə ixtisas, əməyin ödənilməsi dərəcələrini, vəzifə maaşını və maaşa edilən əlavələri azaltmağa və ya ləğv etməyə, işçini aşağı vəzifəyə keçirməyə, işdən azad etməyə yol verilmir. 3.5. Yuxarı icra orqanları attestasiyanın düzgün keçirilməsinə rəhbərliyi təmin edir və nəzarəti həyata keçirir, kadrların attestasiyası işini təkmilləşdirmək, attestasiya işini dərindən öyrənmək, təhlil edib ümumiləşdirmək əsasında müsbət təcrübənin yayılması üzrə tədbirlər görür.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
27. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni tam yoxlayır.
28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır.
Kassasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
30. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apelyasiya şikayətinin dəlillərinə qiymət vermişdir.
31. İddia tələbi işə bərpa barədədir. İddiaçı onun işdən azad edilməsi barədə əmrin qanunsuz olmasına istinad etmişdir.
32. Belə olan halda iddianın təmin olunması iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən həqiqətən də əmək qanunvericiliyini pozulması halının müəyyən edilməsindən, həmin halların sübut edilməsindən asılıdır.
33. İşin məhkəmələr tərəfindən müəyyən edilən hallardan isə görünür ki, müəssisədə keçiriləcək attestasiya barədə iki ay əvvəlcədən iştirakçılara, o cümlədən iddiaçıya suallar təqdim olunmuşdur, iddiaçı həmin imtahanda müvafiq nəticə əldə edə bilməmişdir. Belə olan halda, Sumqayıt şəhər Əhməd Bakıxanov adına * nömrəli Uşaq İncəsənət Məktəbinin Attestasiya Komissiyasının 17 mart 2*25-ci il tarixli qərarı və protokoluna əsasən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Bununla da iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur.
34. Məhkəmə kollegiyası gəlinən nəticə ilə razılaşır, buna görə də əlavə şərhə zərurət görməyərək onu da qeyd edir ki, Əmək Məcəlləsinin 7* “c” bəndinə görə işçi peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.
35. Göründüyü kimi, işə mahiyyəti üzrə baxan məhkəmələr işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə maddi hüquq normalarını düzgün tətbiq etmişlər. Çünki tətbiq edilən maddi hüquq normalarının dispozitiv şərtləri işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməsini istisna etmişdir.
36. Həmçinin iddiaçı attestasiya imtahanı zamanı qoyulan suallara həyəcanlı olması səbəbindən cavab verə bilmədiyini, eyni zamanda verilən əsəri müəyyən səhvlərlə ifa etdiyini etiraf etmişdir.
37. Apellyasiya instansiyası məhkəməsi sübutları da Mülki Prosessual Məcəllənin 88 maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
38. İddiaçının kassasiya şikayətinin dəlillərinə gəldikdə qeyd edilməlidir ki, həmin dəlillərə aşağı instansiya məhkəmələri qiymət vermiş və nəyə görə onu qəbul etmədiklərini əsaslandırmışlar.
39. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
40. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı: İddiaçı İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(1*5)-171*/2*25 nömrəli, 27 yanvar 2*26-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.