Məhkəmə qərarları › İş №2(002)-2965/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2965/2023

23.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2965/2023 23.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi X13, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili X8, Cavabdehin nümayəndəsi X27 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayonu Qurd qapısı massivində yerləşən fərdi yaşayış evinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, valideynləri Laçın rayonundan məcburi köçkün düşməklə Bakı şəhəri Qaradağ rayonu Qurd qapısı massivi deyilən ərazidə sənədsiz fərdi ev tikməklə orada yaşamışlar. 2010-cu ildə Cavabdeh ilə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuş və Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qurd qapısı massivində yerləşən Laçınkənd deyilən ərazidə sənədsiz fərdi yaşayış evi tikməklə orada yaşamışlar. Həmin evdə yaşayarkən 2 uşaqları olmuşdur. Buna şahidləri də vardır. Həmin şahidlərin şəxsiyyət vəsiqələrinin surətini və onlar tərəfindən imzalanmış aktı sənədlərə əlavə edir. Cavabdehlə əvvəllər münasibətləri normal olsa da, sonradan pozulmuşdur. Bu səbəbdən də, cavabdehin iddia tələbinə əsasən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə nikahları pozulmuş və hər iki uşaqları cavabdehin himayəsində saxlanılmaqla ondan cavabdehin xeyrinə hər uşağa görə 200 manat olmaqla, cəmi 400 manat aliment tutulması qət edilmişdir. Münasibətləri pozulduğundan cavabdeh onu birgə nikah dövründə tikdirdikləri evə buraxmır. Başqa yaşayış yeri olmadığından qohuməqrabanın evlərində yaşamalı olur. Bu da onların haqlı olaraq narazılığına səbəb olur. Kifayət qədər də yüksək məbləğdə aliment ödədiyindən kirayə qalmaq imkanı da yoxdur. Qeyd etdiyi hallar Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-969/2023 saylı qətnaməsində də öz əksini tapmışdır. Cavabdehin hərəkətlərini qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, evi 2010-cu ildə qayınatasının köməkliyi ilə tikmişlər. Qayınatası evin tikintisi üçün lazım olan taxta, daş, qum, sement və sair materialları almışdır. Evin tikilməsini, fəhləliyini onlar, üç qardaş etmişlər. Hal-hazırda bacısıgildə yaşayır. Təxminən bir aydır ki, evə buraxmırlar onu, açarı dəyişdirmişlər. Açar dəyişdirilənə qədər evə rahat girib-çıxırdı. Paltarları həmin evdədir. 2005-ci ildə Ağcabədidən gələndə həmin torpağı zəbt etmişlər. Qanunsuz tikilidir, qazı, suyu, işığı onun adınadır. Bununla bağlı növbəti məhkəmə iclasında sübut təqdim edəcək. Camal Orucovdan taxta almışlar. Pulunun yarısını onlar, yarısını qayınatası Akif Abbasov vermişdir. X1 ifadəsini, eləcə də qayınatası tərəfindən evin plastik şüşələrinin, qapılarının Bərdədəki evindən sökdürüb gətirməsini təsdiq edir. Məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi X23 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddiaçının izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, Fikrət Dağbəyinin əmisi oğludur. Çoban kimi mal-heyvan saxlayır. Ev tikilən vaxt Fikrət orada olmayıb. Fikrət Dağbəyidən küsülü olub, uzun müddət evlərinə ayaq basmayıb. X12 onlarda işləməyib. Əlvanın evində işləyib. Hətta yoldaşı bir dəfə demişdir ki, qardaşının evini nə düzəldib ki, onun evini də yaxşı düzəltsin. X2 yalan danışır. Fundamentin karkasını atası rayondan gətizdirmişdir. X3 yalan danışır. Xudayat onlarda işləməmişdir, Sədərəkdə işləyir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X33 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, o, Bərdə rayonunda yerləşən torpağını sataraq, mübahisəli fərdi yaşayış evini inşa etmişdir. O, özü uzun müddət beton zavodunda işləmişdir, tikinti işini yaxşı bilir. Evin fundamentini qazdırmışdır, karkas, Bərdədən sement gətirmişdir, yeznəsi Dərnəgül bazarında taxta alveri edir, taxtanı ondan almışdır, malyar işini bacısı oğlu görmüşdür, kafel işini əmisi oğlu görmüşdür. Tikinti ilə bağlı bütün şahidləri məhkəməyə gətirə bilər. İddiaçıya o, qayınata yox, doğma ata olmuşdur. Hər bir ehtiyaclarını qarşılamışdır. Evin plastik şüşələrini, qapılarını belə Bərdədəki evindən sökdürüb gətirmişdir. X25 yalan danışır, dam ustasını özü gətirmişdir. İddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili X15 məhkəmə iclasında iddianı qəbul etmədi, cavabdehin və cavabdehin nümayəndəsi Akif Abbasovun izahatları ilə razı olduğunu bildirdi və əlavə olaraq qeyd etdi ki, iddia ərizəsində göstərilən ev cavabdehin atası tərəfindən inşa edilmişdir, bütün xərcləri cavabdehin atası çəkmişdir. Ev qanunsuz tikilidir, heç bir sənədi yoxdur. Həmin evin cavabdehin atası tərəfindən tikilməsi və xərcinin çəkilməsini təsdiq edən şahidləri məhkəməyə təqdim edəcəklər. İddiaçı bir aydır ki, həmin evdə yaşamır. Çünki, ailə münaqişəli ailədir. Cavabdeh dəfələrlə 102 qaynar xəttinə müraciət etmişdir. Həmin ailə münaqişəli ailə kimi Qaradağ rayon Polis İdarəsində qeydiyyata alınmışdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. X21 ifadəsində bildirdi ki, Dərnəgül bazarında taxta alveri edir. Ondan evin tikintisi üçün daş və sementdən başqa bütün materiallar alınmışdır. X39 vermişdir. 10 kub taxta satmışdır. O, Akif Abbasovun qayınıdır. X19 ifadəsində bildirdi ki, onu Akif Abbasov çağırmışdır. Evdə suvaq, kafel işləri görmüşdür. Materialları ona Akif Abbasov vermişdir. Kafeli mətbəxə, suvağı da otaqlara vurmuşdur. Ev Sədərək ticarət mərkəzindən yuxarıda, Laçınkənd deyilən yerdə yerləşir. Mətbəxdəki kafelin rəngi açıq boz rəngdədir. Nə vaxt işlədikləri yadında deyil. X22 ifadəsində bildirdi ki, santexnik ustasıdır. Təmiri Akif Abbasov etdirmişdir. Pulu da Akif Abbasov vermişdir. Ev Sədərək ticarət mərkəzindən yuxarıda, Laçınkənddə yerləşir. O, Akif Abbasovun əmisi oğludur. Santexnik və suvaq işləri görmüşdür. Tikintiyə 2010-cu ildə başlamışlar. X30 Dərnəgül bazarından almışdır. Dağbəyi ona pul verməmişdir. X4 ifadəsində bildirdi ki, Laçınkənddəki evdə malyar işlərini görmüşdür. Akif Abbasov onun dayısı, Xavər dayısı qızıdır. Xavərin həyat yoldaşının adı Dağbəyidir. Evin divar kağızı, lepka və emulsiya işlərini görmüşdür. X50 vermişdir. Ev üç otaqlıdır. Bir neçə ay ərzində həmin evdə işləmişdir. X5 ifadəsində bildirdi ki, Dağbəyinin əmisi oğludur. Elektrik-santexnik ustasıdır. Onu usta kimi Dağbəyinin qardaşı Əlvan çağırmışdır. Akif Abbasovu tanıyır, Xavərin atasıdır, tikinti vaxtı orada olurdu. O, fundamentin tökülməsində iştirak etmişdir. Ona pulu Əlvan vermişdir. Nə qədər pul verdiyi yadında deyil. X25 ifadəsində bildirdi ki, dam ustasıdır. İddiaçını tanımır, usta kimi işləməyə gələndə Dağbəyini tanımışdır. Onu Əlvan çağırmışdır. Əlvan ona 700 manat vermişdir. X12 ifadəsində bildirdi ki, iddiaçı Sərvandır. Ev Laçınkənddə yerləşir. Döşəmə, tavan işini görmüşdür. Onu Əlvan çağırmışdır. Ona 900 manat pul vermişdir. Ev 3 otaqlıdır. Xavər Sərvanın yoldaşıdır. Akif Xavərin atasıdır. Tikinti vaxtı gəlib-gedirdi. Həmin evdə başqa iş görməmişdir. Qardaşı Əlvanın da evində işləmişdir. X2 ifadəsində bildirdi ki, Dağbəyinin bibisi nəvəsidir. Beton işi görmüşdür, fundamentin karkasını qurmuşdur. Pulu Əlvan vermişdir. İşləri 12-13 il öncə görmüşdür. Akifi tanıyır, sement boşaldanda həyətdə görmüşdür. Əlvan demişdir ki, məhkəməyə gəlib gördüyü işləri danışsın. Nə qədər beton tökdüyü yadında deyil. X3 ifadəsində bildirdi ki, Dağbəyinin əmisi oğludur, həm də yeznəsi. Evdə fundament və beton işi görmüşdür. Onu Əlvan çağırmışdır. Pulu da Əlvan vermişdir. 450-500 manat vermişdir. Akif Abbasovu orada görməmişdir. Ustalardan Misir dayını, Allahverdini və Fərəci tanıyır. Aktı imzalamışdır. Evlə əlaqəli akt tərtib olunmuşdur. Evdə tək olmuşdur, Dağbəyi aktı gətirmişdir, o da imzalamışdır. X6 ifadəsində bildirdi ki, aktı o imzalamışdır. Akt evlə əlaqəli tərtib olunmuşdur. Evdə tək olmuşdur, Dağbəyi gətirib, imzalamışdır. X7 ifadəsində bildirdi ki, aktı imzalamışdır. Yazıb-oxumağa savadı yoxdur. Aktın evlə əlaqəli olduğunu bilir. Evdə tək olmuşdur, Dağbəyi aktı gətirmişdir və o, həmin aktı imzalamışdır. X9 ifadəsində bildirdi ki, aktı o imzalamışdır. Akt evlə əlaqəli tərtib olunmuşdur. Evdə tək olmuşdur, Dağbəyi gətirib, imzalamışdır. İş materiallarına əlavə olunmuş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsindən görünür ki, Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar anaları Xavər Quliyevanın himayəsində və yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Məhkəmə tərəfindən qeyd olunan özbaşına tikiliyə yerində baxış keçirilmişdir. Müəyyən olunmuşdur ki, iddiaçınn köçmək istədiyi tikili Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi Qurd qapısı yaşayış massivində özbaşına tikili olub , 3 otaqdan - qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tikilinin yerləşdiyi ərazi sürüşmə zonasında yerləşir . Girişdə döşəməyə ağ rəngdə kafel-metlax vurulmuşdur, sol tərəfdə mətbəx yerləşir və mətbəxin döşəməsinə də ağ rəngdə kafel-metlax döşənmişdir.. Mətbəxin solunda hamam-sanitar qovşağı yerləşir. Evə daxil olarkən giriş qapısı ilə üzbəüz otaqda uşaqların yataq otağı yerləşir. Otağa baxış keçirilərkən uşaqların yataq çarpayıları, dərs oxumaları üçün yazı masaları və paltarlarının olduğu qarderob müəyyən edilmişdir. İddiaçı uşaqların otağına köçürülmək istədiyini bildirmiş və həmin otaqdan uşaqların istifadə etmədiyini bildirmişdir. Evə daxil olarkən sağ tərəfdə qonaq otağı və qonaq otağından sonra cavabdehin əşyalarının və çarpayısının olduğu yataq otağı yerləşir.. Məhkəmə tərəflərin və onların nümayəndələrinin izahatlarını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki,aşağıdakı əsaslara görə İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası iddia rədd edilməlidir. Fiziki şəxslərin yaşayış sahəsinə köçürülməsi müxtəlif hüquqi əsaslarla ola bilər. Bu, yaşayış sahəsi üzərində mülkiyyət və yaxud istifadə hüquqlarınin mövcud olmasından asılı olaraq təmin edilir. Məhkəmədə müəyyən edildi ki, iddiaçının köçürülməsini tələb etdiyi tikili üzərində mülkiyyət və istifadə hüquqları yoxdur. Bakı şəhəri, Qaradağ rayonu, Qurd qapısı massivi deyilən ərazidə özbaşına inşa edilən həmin tikili 3 otaqlı olub, sürüşmə ərazisində yerləşir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Qeyd edilən Məcəllənin 180.3-cü maddəsinə əsasən özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Məhkəmədə müəyyən edildi ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyul 2023-cü il tarixli, 2(002)-969/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı qarşı «nikahın pozulması, uşağın ananın yanında saxlanması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqlar anaları Xavər Quliyevanın himayəsində və yanında saxlanılmış, uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə aliment tutulması qət edilmişdir. Məhkəmədə həmçinin müəyyən edildi kı, iddiaçı ilə cavabdehin şəxsi münasibətləri qeyriqənaətbəxşdir. Onlar münaqişəli ailə kimi hüquq-mühafizə orqanları tərəfindən qeydiyyata alınmışlar. Cavabdeh bir neçə dəfə iddiaçının ona qarşı hərəkətlərindən hüquq-mühafizə orqanlarına şikayət etmişdir. Cavabdeh iddiaçıdan qorxduğuna görə bir müddətdir ki, həmin tikilidə yaşamır, övladları ilə birlikgə digər ünvanda - atasının evində yaşamağa məcbur olmuşdur. Cavabdehin bildirirdiyinə görə iddiaçı onu təhdid edir, qorxudur, bu səbəbdən övladları ilə birlikdə atasının evində yaşayır, iddiaçı həmin tikiliyə köçürülərsə, xoşagəlməz hallar baş verə bilər. İş materiallarına əlavə olunmuş Qaradağ RPİ 10-cu PB-yə cavabdeh tərəfindən yazılmış ərizədən, həmin PB-yə tərəflərin verdiyi izahatlardan, cinayət işi başlanmasının rədd edilməsi barədə 18 mart 2023-cü il tarixli, 30 may 2023-cü il tarixli qərarlardan məlum oldu ki, tərəflərin münasibətləri qeyri-qənaətbəxşdir, ziddiyyətli və kəskindir. İddiaçı iddia tələbinin əsası kimi kommunal xidmətlərlər ilə əlaqədar müqavilələrin onunla bağlanması və sayğacların onun adına olması hallarını da bildirirmişdir. Məhkəmə bu dəlilləri də iddianın təmin edilməsi üçün əsas saymır . Belə ki, o, ailə başçısı olduğundan vaxtilə müqavilələr onunla bağlanmış, sayğaclar onun adına quraşdırılmışdır .Bu hallar onun özbaşına tikilidən istifadı hüququnun yaranması üçün gözlənti kimi qiymətləndirilmir. Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu baxımdan iddiaçının şahidlərinin ifadələri iddia üzrə mümkün sübut hesab edilmir. Məhkəmədə həmçinin aydın oldu ki, iddiaçının köçmək istədiyi tikili 3 otaqlı olub, qonaq otağı, 2 yataq otağı və mətbəxdən ibarətdir. Tərəflər arasında nikah pozulduğuna görə bir-birinə yad və münaqişəli vəziyyətdə olan əks cinsli şəxslərin bir yaşayış sahəsinə məskunlaşması mənzil qanunvericiliyinin tələblərinə və əxlaq normalarına uyğun hesab edilmir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilməlidir. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «evə köçürülmə» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar