Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-2973/2025 17.09.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı şəxsin ölmüş elan edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə МÜƏYYƏNЕТDİ: Ərizəçi Maraqlı şəxs1nə qarşı şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 16 iyun 2017-ci il tarixdə İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, Maraqlı şəxs2 onun doğma qardaşıdır. Qardaşı xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, 28 may 2000-ci ildə X8 ilə ailə həyatı qurmuş və onların bu nikahdan iki uşaqları olmuş və uşaqları rəhmətə getmişdir. Qardaşı ailəsi ilə birlikdə 2015-ci ilədək Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5A, mənzil 4/9 ünvanında yaşamışdır. 2015-ci ilin yanvar ayının 21-də onların xəbəri olmadan qardaşı ailəsini də götürərək Türkiyəyə, oradan isə İraq Respublikasına getmişdir. Qardaşının xx.xx.2016-cı il təvəllüdlü qızı X6 Respublikasında dünyaya gəlmişdir. Qardaşı ilə 2017ci ilə kimi telefon vasitəsi ilə əlaqə saxlamışdır. Dəfələrlə ondan ailəsini götürüb vətənə qayıtmasını xahiş etsə də, bunun heç bir nəticəsi olmamışdır. Bir müddətdən sonra qardaşı və onun ailəsi ilə əlaqələri tamamilə kəsilmişdir. Uzun müddət qardaşını və ailəsini axtarmışdır. Sonradan məlumatları olmuşdur ki, qardaşı Maraqlı şəxs2 İraqda aparılan döyüş əməliyyatları nəticəsində 2017-ci ilin iyun ayının 16-da həlak olmuşdur. Sonradan qardaşının həyat yoldaşı olan X1 və azyaşlı qızı Saranın sağ olması məlumatını almışdır. Qardaşının həyat yoldaşı ilə telefon danışığı zamanı, o da Maraqlı şəxs2 xx.xx.2017-ci il tarixdə həlak olmasını təsdiq etmişdir. Bundan sonra o, qardaşının ailəsinin vətənə gətirilməsi üçün bir çox dövlət orqanlarına müraciət etmişdir. Onun müraciətindən sonra dövlət tərəfindən qardaşının uşağı Sara Azərbaycana gətirilmiş, qardaşının həyat yoldaşını isə gətirmək mümkün olmamış, səbəb olaraq onun İraqda həbsxanada olduğu bildirilmişdir. Qardaşının xx.xx.2016-cı il təvəllüdlü qızı X17 vətənə gətirildikdən sonra o, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2019-cu il tarixli Sərəncamı ilə X12 həddi-büluğa çatana kimi qəyyum təyin edilmişdir. Müraciəti əsasında Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin “şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında” qərarı qəbul edilmiş və xx.xx.2016-cı il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyəti tanınmışdır. Hazırda uşağın sosial və pensiya təminatı məqsədilə onun atasının öldüyünə dair sənədin müvafiq dövlət orqanına təqdim edilməsi zərurəti yaranmışdır. Ona görə də qardaşının ölmüş elan edilməsi barədə məhkəməyə müraciət etmişdir. Hazırda o, məhkəmədən ərizəsinin təmin edilməsini xahiş edir. Maraqlı şəxs1 məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X18 ifadə verərək bildirdi ki, həm ərizəçinin, həm də Maraqlı şəxs2 qəsəbədə uzun müddət qonşusu olmuşdur. Maraqlı şəxs2 2015-ci ildə ailəsi ilə birgə çıxıb getmiş, çıxıb getdikdən sonra onunla əlaqəsi olmamışdır. X5 eşitmişdir. Təqribən bir ildən sonra xəbər gəlmişdir ki, Maraqlı şəxs2 vəfat etmişdir. O da ərizəçiyə başsağlığı vermişdir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X27 ifadə verərək bildirdi ki, ərizəçini və Şahəlini uşaqlıqdan tanıyır, onlarla qonşu olmuşdur. Məlumatı var ki, ərizəçinin qardaşı Şahəli 2015ci ildə ailəsi ilə birgə İraqa getmiş, daha sonra təqribən 2017-ci ildə orada həlak olmuşdur. O da bununla bağlı ərizəçiyə başsağlığı vermişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə aşağıdakı əsaslara görə qismən əsaslı hesab edilərək qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan AZE seriyalı, 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5A, mənzil 4/9-da yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan İ-JQ seriyalı, 302291 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1972-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonunda anadan olmuşdur. Onun atası X13, anası X3r. İş materiallarında olan Vİİ-JQ seriyalı, 307895 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1981-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X13, anası X3r. İş materiallarında olan AZE seriyalı, 15494306 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, Bakı şəhəri, Qobustan qəsəbəsi, Salyan yolu küçəsi, ev 5A, mənzil 4/9-da yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan İİİ-JQ seriyalı, 358201 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1974-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Onun atası X9r. İş materiallarında olan Vİİ-JQ seriyalı, 377328 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 ilə X8 28 mart 2000-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar, nikahları Bakı şəhəri Qaradağ rayon VVAQ şöbəsində rəsmiləşdirilmişdir, nikah bağlandıqdan sonra arvada “Zülfüqarova” soyadı verilmişdir. İş materiallarında olan AZ-İV seriyalı, 459880 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2016-cı il tarixdə İraqda anadan olmuşdur. Onun atası Maraqlı şəxs2, anası X2r. İş materiallarında olan Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçsının 163 saylı, xx.xx.2019-cu il tarixli Sərəncamının surətindən görünür ki, vətəndaş Ərizəçi xx.xx.2016-cı il təvəllüdlü X15 üzərində qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı qərarın surətindın görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X10 Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. İş materialalrında olan Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının Qobustan qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən məhkəməyə ünvanlanmış 1420/88 saylı, xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Salyan yolu, ev 5A, 4/9 saylı mənzil Mənzil-Kommunal İstismar Sahəsinin ərazisinə aid olduğundan, Maraqlı şəxs2 Suriyaya getməsi və orada vəfat etməsi barədə məlumat verilmişdir. İş materiallarında olan Qaradağ rayon MKTB 156 saylı MKİS tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 136 saylı məktubdan görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olmuş Maraqlı şəxs2 bir neçə il bundan əvvəl Suriyaya getmiş, qonşuların söylədiklərinə və qohumlarının aktına əsasən 2019-cu ildə Suriyada vəfat etmişdir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-685/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ərizənin təmin edilməsi, 30 dekabr 2016cı ildə cinsi qız olan uşağın doğulmasına dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi, uşağın adına yeni doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın soyadının Zülfüqarova, adının Sara, ata adının Şahəli, doğum tarixinin 30 dekabr 2016-cı il, ata qrafasında atasının Maraqlı şəxs2, ana qrafasında anasının X4, milliyyəti qrafasında “azərbaycanlı” kimi qeyd edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Qaradağ RPİnin 11-ci Polis Bölməsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən görünür ki, Qaradağ rayonu, ünvan 5 ünvanında yaşamış Maraqlı şəxs2, bacısı X7 izahatına əsasən, 2015-ci ildə İraq Respublikasına getməsi, 2017-ci ildə orada döyüşlərdə vəfat etməsi bildirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü, AR vətəndaşı Maraqlı şəxs2 xx.xx.2015-ci il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair dəqiqləşdirilməsi mümkün olmayan məlumatlar daxil olsa da, həmin məlumatları rəsmi qaydada təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3402/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surıtindən görünür ki, ərizənin qismən təmni edilməsi, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olan X14 ölmüş elan edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi günün onun ölüm günü sayılması qət edilmişdir. Beləliklə, mülki iş materiallarında olan sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, təqdim olunmuş sübutlarla, o cümlədən ərizəçinin izahatı, şahidlərin ifadələri, iş materiallarında olan yazılı sübutlar (həmçinin dövlət orqanlarından daxil olan yazılı məlumatlar) ilə Ərizəçi qardaşı xx.xx.1972-ci il təvəllüdlü Maraqlı şəxs2 yaşayış yerində onun dəqiq harada olması barədə beş ildən çox müddət ərzində məlumatın olmadığı, habelə onun ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşdüyü və ondan altı ay ərzində xəbər alınmadığı öz təsdiqini tapdığından, ərizə qismən edilməli, Maraqlı şəxs2 ölmüş elan edilməlidir. Buna baxmayaraq, Maraqlı şəxs2 konkret hansı tarixdə vəfat etdiyi barədə mötəbər sübutlar mövcud olmadığından, məhkəmə hesab edir ki, ərizə həmin şəxsin vəfatının xx.xx.2017-ci ildə İraq Respublikasında olması hissəsində təmin edilməməlidir. Ona görə də ərizə qismən təmin edilməli, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə gün onun ölüm günü sayılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə gün onun ölüm günü sayılır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki iş üzrə sübutlara və sadalanan hüquq normalarına əsasən məhkəmə müəyyən edir ki, ərizə qismən əsaslı hesab olunaraq qismən təmin edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1972-ci il tarixdə Bakı şəhərində anadan olmuş Maraqlı şəxs2 ölmüş elan edilsin. Qətnamənin qanuni qüvvəyə mindiyi gün Maraqlı şəxs2 ölüm günü sayılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-2973/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-2973/2025
17.09.2025 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver