Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-299/2023 13.03.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh X2 qarşı «evə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdeh X2 qarşı «evə köçürülmə» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun övladları ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yudlar, 1-ci massiv ünvanda yerləşən 1A saylı evə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı X5 iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X4 ilə 2008-ci il tarixdən faktiki nikahdadırlar. Faktiki nikahdan doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı 3 uşaqları var. Cavabdehlə ailə qurduqdan sonra Qobustan qəsəbəsi 1-ci massivdə ev tikmək qərarına gəlmişlər. 2016-cı ildən faktiki nikah dövründə həmin qəsəbədə ev tikmişlər. Həmin evdə onun zəhməti çox olmuş, gecə-gündüz çalışmışdır ki, yaşamaq üçün yaxşı şəraitləri olsun. Lakin son vaxtlar cavabdeh başqa qadına aşiq olaraq yeni ailə qurmaq eşqinə düşmüşdür. Ona görə də, onu və uşaqları evdən qovaraq, başqa qadınla ailə quracağını bildirmişdir. Ona və uşaqlarına mübahisəli evdə yaşamağa imkan vermir, illərlə yaşadıqları əmlakları talayır, satır. Onun isə başqa yaşayış yeri yoxdur, anası ilə birlikdə kirayədə yaşadıqları evdə yaşayır. Bu səbəbdən, məhkəməyə iddia ərizəsi ilə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, o, uşaqları ilə birlikdə mübahisəli evə köçürülməlidir. İddiaçı X5 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh X4 öncəki məhkəmə iclasında iddia tələbini qəbul etdi, bu barədə ərizə təqdim etdi və izahatında bildirdi ki, iddia tələbinin təmin edilməsinə razıdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan və cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, tərəflərin faktiki münasibətlərindən doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 adlı 3 uşaqları var. Qobustan rayonu Qobustan bələdiyyəsinin iddiaçı X1 adına verdiyi xx.xx.2016-cı il tarixli 460 saylı tədiyyə bildirişindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Massiv 1A ünvanı üzrə 2016-cı il üçün X3 14 manat 80 qəpik məbləğində vergi hesablanmışdır. Vergi Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsinə əsasən hesablanmışdır (fiziki şəxslər binalara görə əmlak vergisi ödəməlidirlər). Bakı 6 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 22 oktyabr 2022-ci il tarixli MŞB/6-6144 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh X4 öncədən məlumatlandırılmasına baxmayaraq, xx.xx.2022-ci il tarixdə saat 16:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasına gəlməmişdir. İddiaçı X5 ilkin mediasiya sessiyasında iştirak etmiş, 51 manat mediasiya xərcini ödəmişdir. Göründüyü kimi, cavabdeh iddiaçını və övladlarını yaşayış yeri olan mübahisəli evdən çıxarmışdır. İddiaçı mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün Bakı 6 saylı Mediasiya Təşkilatına, daha sonra isə iddia ərizəsi ilə məkəməyə müraciət etmişdir. Hazırda cavabdeh iddianı etiraf edir. Azərbaycan Respublikası MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarına əlavə olunmuş qəbzdən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddianı etirafı qəbul edilməli, iddia təmin edilməli, iddiaçı X5 övladları xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yudlar, 1-ci massiv ünvanda yerləşən 1A saylı evə köçürülməlidir. Ödənilmiş 50 manat dövlət rüsumu və 51 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı X5 övladları xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X7 ilə birlikdə Bakı şəhəri Qaradağ rayonu Qobustan qəsəbəsi Təzə Yudlar, 1-ci massiv ünvanda yerləşən 1A saylı evə köçürülsün. Ödənilmiş 50 manat dövlət rüsumu və 51 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-299/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-299/2023
13.03.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver