Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3040/2021 13.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydi bərpa edilməklə xx xxxx 1966-cı ildə Ermənistan Respublikasının Noemberyan rayonunda doğulmağına dair hüquqi faktın müəyyən edilməsi, ata qrafasında “X6”, ana qrafasında ana adının “X4”, milliyyətləri azərbaycanlı kimi qeyd olunmaqla ona yeni doğum haqqında şəhadətnamə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1966-cı ildə Ermənistan Respublikası Noemberyan rayonunda doğulmuşdur və bu barədə Ermənistan Respublikasında doğum haqqında şəhadətnamə verilmişdir. Sonradan onlar Ermənistan Respublikasından qaçqın olaraq Qaradağ rayonunda məskunlaşmışlar. O, doğum haqqında şəhadətnaməsi əsasında RPİ tərəfindən şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda onun doğum haqqında şəhadətnaməsi itmişdir. Doğum akt qeydi Ermənistan Respublikasında aparıldığından o yeni doğum haqqında şəhadətnamə ala bilmir. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməsinin məsləhət görmüşdülər.Hazırda doğum haqqında şəhadətnaməsi ona bəzi hüquqi sənədləşmələrin aparılması üçün lazımdır.Odur ki, onun doğum akt qeydi bərpa edilməlidir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, oğlu müharibə qazisidir, doğum haqqında akt qeydinin bərpası oğlunun sənədlərinin düzəldilməsi üçün lazımdır. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəməyə 13.10.2021-ci il tarixdə ərizə göndərərək, nümayəndələrinin iştirakı olmadan mülki işə baxılmasını xahiş etmişdi. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X6 ifadəsində bildirdi ki, ərizəçi onun qızıdır. Təsdiq edir ki, Ərizəçi xx xxxx 1966-cı ildə Ermənistan Respublikasının Noemberyan rayonunda doğulmuşdur. Ermənistan Respublikasından məcburi köçkün düşərkən doğum haqqında aktı itmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Ərizəçi Ermənistan Respublikasının Noemberyan rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs 17.09.2021-ci il tarixli 05/Q-133915 saylı məktubundan görünür ki, Ərizəçi bildirilmişdir ki, VVAQ qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda qeydiyyat şöbəsi tərəfindən, bu mümkün olmadıqda məhkəmə qətnaməsi əsasında bərpa edilir. Ərizəçi doğum qeydinin Ermənistan Respublikasında aparıldığına görə ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 13.07.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 451422 saylı nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, xx xxxx 1966-cı il təvəllüdlü Ermənistan Respublikasının Noemberyan rayonunda doğulmuş Ərizəçi ilə X1 arasında 13.07.2021-ci il tarixdə 3 saylı Bakı ASAN xidmət mərkəzi”-nin qeydiyyat şöbəsində şəhəri 1692 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş 11.01.1963-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 108414 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə X5 arasında 11.01.1963-ci il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonun qeydiyyat şöbəsində şəhəri 1 saylı akt qeydi ilə bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Yaqubova soyadı verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ЗЖ seriyalı 212420 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 14.11.1972-ci il təvəllüdlü X7 Ermənistan Respublikasının Noemberyan rayonunda doğulmuş, atası X6, anası X3r.Miliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş İ-ЖЗ seriyalı 591005 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 01.01.1963-ci il təvəllüdlü X8 Ermənistan Respublikasının Noemberyan rayonunda doğulmuş, atası X6, anası X3r. Miliyyəti azərbaycanlıdır. Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçi ondan asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Doğum haqqında şəhadətnaməsi ərizəçidən asılı olmayan səbəblərdən itmişdir. Hal-hazırkı vəziyyətdə ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonunda doğulması, atasının “X6”, anasının “X4 olması barədə doğum akt qeydinin mövcud olması, onun itməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədlər, şahid ifadəsi ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonunda doğulması, atasının “X6”, anasının “X4” olması, milliyətinin azərbaycanlı olması təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri- atası qrafasında “X6”, anası qrafasında “X4” milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296- 300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1966-cı il tarixdə Ermənistan Respublikasının Noemberyan rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası qrafasında “X6”, anası qrafasında “X4” milliyyəti qrafasında “azərbaycanlı” qeyd edilsin. Ödənilən 10 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova
Məhkəmə qərarları › İş №2(002)-3040/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3040/2021
13.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver