Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3074/2023 19.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı ilkin müqavilənin ləğv edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında Bakı şəhəri 50 saylı notariat ofisində 02 oktyabr 2018-ci ildə bağlanmış daşınmaz əmlakın alğı-satqısına dair ilkin müqavilənin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddianı müdafiə edərək, onun təmin edilməsi barədə qətnamə çıxarılmasnı xahiş etmişdir. Cavabdeh nümayəndəsi X2 məhkəmədən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etməklə bərabər, eyni zamanda məhkəmənin nəzərinə çatdırmışdır ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməzdən öncə müqavilənin ləğvi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydaya riayət etməmişdir. Bu baxımdan iddianın baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi X1 izahatını dinləyib hesab edir ki, aşağıdakı əsaslara görə iddia baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə mülki iş üzrə icraat baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən ərizənin baxılmamış saxlanılması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə mhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən baxılmamış saxlama haqqında qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən həmin Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə – şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Göründüyü kimi, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş qaydaya əməl etməmiş və bu qaydanı tətbiq etmək imkanını itirilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən ərizə baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.6-cı, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh qarşı ilkin müqavilənin ləğv edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3074/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3074/2023
19.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver