Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3154/2023 17.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və mənzildə edilmiş konstruksiya dəyişikliyinin əvvəlki vəziyyətinə qaytarılması tələblərinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı mənzilə köçürülmə, mənzildən istifadə hüququnun tanınması və mənzildə edilmiş konstruksiya dəyişikliyinin əvvəlki vəziyyətinə qaytarılması tələblərinə dair iddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 46,05 kv.m sahəsi olan 3 (üç) otaqlı 46 saylı mənzilin sahəsi ən kiçik olan uşaq otağına köçürülməsi, hər ikisinin həmin mənzildə olan mətbəx, sanitar qovşağı və digər ümumi istifadədə olan köməkçi sahələrdən istifadə hüquqlarının tanınması, iddiaçılar İddiaçı1 və İddiaçı2 köçürüləcəkləri otaqda edilmiş konstruksiya dəyişikliklərinin, yəni ümumi dəhlizə açılan əvvəlki qapının bərpa edilməsinin və digər otağa açılmış qapının bağlanmasının cavabdehlərin hesabına əvvəlki vəziyyətinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı iddiaçıların etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, hal-hazırda İddiaçı1 və oğlu İddiaçı2 qeydiyyatda olduqları ünvan 2 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil Bakı şəhəri Qaradağ rayonu X9 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 18 saylı qərarı ilə 7 (yeddi) nəfərdən ibarət ailəsi olan iddiaçının anası X14 verilmiş və həmin vaxtdan İddiaçı1, qardaşları Roman, Andrey ve Nikolay, həmçinin iddiaçının anasının bacısı X18 və onun qızı X2, daha sonra isə xx.xx.1981-ci ildə doğulan İddiaçı1 kiçik qardaşı Sergey göstərilən mənzildə yaşamışlar. Göstərilən şəxslərin hər birinin qeydiyyatı bu ünvan olmuş və uzun müddət bu ünvanda birlikdə yaşamışlar. İllər sonra bu mənzildə yaşayan şəxslərin tərkibi müəyyən qədər dəyişmişdir. Belə ki, X2 ərə getdiyinə və ər evində qeydiyyatda olduğuna görə mənzildən köçüb getmiş və qeydiyyatdan çıxmışdır. İddiaçı1 xalası X18 təxminən 10 (on) il olar ki, vəfat etmişdir. Bundan başqa İddiaçı1 anası X19 07 noyabr 2020-ci ildə, qardaşı X3 14 yanvar 2021-ci ildə vəfat etmişdir. Qardaşı X4 1994-cü ildə Rusiya Federasiyasına getmiş, orada evlənmiş və hal-hazırda da orada yaşayır, Rusiya Federasiyasının vətəndaşıdır. İddiaçı1 anası X14 dövlət tərəfindən 03 may 1978-ci il tarixli, 179840 saylı orderlə verilmiş çıxarışı olmayan mübahisəli mənzildə halhazırda qardaşları Cavabdeh1, arvadı Şevçenko Roksana, qızları X10, X5, Əliyev (Şevçenko) Sergey Aleksandroviç, arvadı Əliyeva Aytəkin, oğulları X11, X8 və X15 yaşayırlar, bunlardan yalnız hər iki qardaş arvadları Şevçenko Roksana və Əliyeva Aytəkin qeydiyyatda deyillər, qalan şəxslər bu mənzildə qeydiyyatdadır. İddiaçı1 də həbs olunanadək ailəsi ilə birgə həmin mənzildə 3 (üç) otaqdan birində yaşayırdı. 1997-ci ildə İddiaçı1 həbs olunandan sonra arvadı X7 və iddiaçının oğlu olan digər İddiaçı2 həmin otaqda yaşamağa davam etmişlər. 21 avqust 2007-ci il tarixdə İddiaçı1 arvadı X7 rəhmətə getdikdən sonra azyaşlı oğullarını həmin mənzildə anası saxlamışdır. 2008-ci ildə o, həbsdən azad edildikdən sonra X13 ilə evlənmiş və Olqaya məxsus mənzildə oğlu ilə birgə yaşamağa başlamışdır. Birgə yaşadığı otağı isə müvəqqəti olaraq istifadə etmək üçün qardaşlarına vermişdir. Hal-hazırda İddiaçı1 Puçkova Olqa ilə münasibətləri çox gərgin və soyuqdur. Belə ki, Olqa İddiaçı1 həddi-buluğa çatmış oğlunun ona məxsus mənzildə yaşamasını istəmir və belə olan halda iddiaçı da oğlu ilə qeydiyyatda olduqları, əvvəl yaşadıqları, sonra isə müvəqqəti istifadə üçün qardaşları Nikolay ve Sergeyə ailələri ilə birgə yaşamaq üçün verdikləri otağa köçmək və orada yaşamaq qərarına gəlmişdir. İddiaçı1 mənzilə köçmə ilə bağlı qardaşlarına müraciət etmiş, aralarında anlaşmazlıq yaranmışdır. Eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, 3 otaqlı mənzil dövlət tərəfindən inşa edilmiş 5 mərtəbəli binanın 1-ci mərtəbəsindədir. Binanın hər blokunun hər mərtəbəsində 3 mənzilə giriş qapısı vardır, yəni 3 qonşu yaşayır. Binanın 1-ci blokunun 1-ci mərtəbəsindəki sol qapı mübahisəli mənzilin giriş qapısıdır. İddiaçılar yaşadıqları otağı Nikolay və Sergeyə müvəqqəti istifadə üçün verdikdən sonra onlar bu üç otaqlı mənzildə iddiaçıların, həmçinin müvafiq dövlət orqanlarının razılığı olmadan özbaşına konstruksiya dəyişikliyi edərək bu mənzili öz aralarında 2 yerə bölmüşlər, İddiaçı1 istifadəsində olmuş otağı kiçik qardaşı Sergey götürərək otağın mənzilin dəhlizinə açılan qapısını bağlayaraq öz otağına qapı açmış, daha sonra isə balkonu genişləndirərək orada özünün ailəsi üçün ayrıca mətbəx və sanitar qovşağı düzəltmiş və balkondan (artırmadan) birbaşa həyətə çıxış etmişdir. Digər qardaşı Nikolay isə mənzildə olan mətbəxi yataq otağı edərək mətbəxi binanın digər tərəfinə çıxan (haqqında balkona köçürmüşdür və hal-hazırda mənzilin dəhliz, mətbəx, sanitar qovşağı və balkonundan yalnız özü ailəsi ilə birlikdə istifadə edir. Bu səbəblərə görə iddiaçılar mənzildə edilmiş konstruksiya dəyişikliklərini aradan qaldıraraq mənzilin əvvəlki halına gətirilməsini təklif etmiş, lakin razılığa gəlməmişlər. Göstərilən məsələlərin həll olunmasından ötrü iddiaçılar məcbur olub məhkəməyə müraciət etməli olmuşlar. Qeyd olunanlara əsasən, iddia tələblərinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə baxışı zamanı Cavabdeh1 izahat verərək bildirdi ki, o, iddia tələblərini qəbul edir və iddia tələblərinin təmin olunmasına etirazı yoxdur. Məhkəmə baxışı zamanı Cavabdeh2 izahat verərək bildirdi ki, o, iddia tələblərini qəbul edir və iddia tələblərinin təmin olunmasına etirazı yoxdur. Məhkəmə izahatları dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, iddia tələbləri əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Qaradağ rayonu X9 İcraiyyə Komitəsinin xx.xx.1978-ci il tarixli, 18 saylı qərarının surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil 7 (yeddi) nəfərdən ibarət ailə üzvü olan (X19, İddiaçı1, X4, X3, Cavabdeh1, X18 və X2) X14 verilmişdir İş materiallarında olan 179840 saylı xx.xx.1978-ci il tarixli orderin surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, 46,05 kv.m. sahəsi olan 3 otaqlı 46 saylı mənzil X14 verilmişdir, ailə tərkibi onun özü, İddiaçı1, X4, X3, Cavabdeh1, X18 və X1maqla 7 (yeddi) nəfərdən ibarətdir. İş materiallarında olan AZ-İİ seriyalı 124455 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 07 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 11 noyabr 2020-ci il tarixində 683 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İİ seriyalı No 142606 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 14 yanvar 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21 yanvar 2021-ci il tarixində 85 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında olan AZ-İ seriyalı No 324874 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X7 21 avqust 2007-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Bu barədə Qaradağ rayon Qeydiyyat şöbəsində ölüm haqqında akt qeydləri kitabında 21 fevral 2009-cu il tarixində 89 nömrəsi ilə qeydiyyat aparılmışdır. İş materiallarında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Qaradağ rayon İdarəsinin 407 saylı, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı2 döyüş əməliyyatlarında iştirak etmişdir və müharibə veteranıdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-71332 saylı Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 “vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Medalının İ-13512 saylı Vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 644250 nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, İddiaçı1 ünvan 2, 46 saylı mənzildə qeydiyyatdadır. Həmin mənzildə Cavabdeh1, X12, Cavabdeh2, X6, X15, İddiaçı2, X10, X5 qeydiyyatdadırlar. İş materiallarında olan AZ-İ seriyalı, 884043 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 ilə X13 xx.xx.2013-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Qaradağ rayon Qeydiyyat şöbəsində 790 nömrəsi ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada “Puçkova” soyadı verilmişdir. İş materiallarında olan AZ seriyalı, ******* saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 xx xxxx 1969-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı1 anası X19, atası İddiaçı2 Mixayloviçdir. İş materiallarında olan XXİ-JQ seriyalı, 323922 saylı doğum haqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı2 04 noyabr 1997-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçı2ın anası X7, atası İddiaçı1dir. Beləliklə, məhkəmə iclasında mülki iş üzrə sübutlara, o cümlədən tərəflərin izahatlarına, cavabdeh tərəfin etirafına və iş materiallarında olan yazılı sübutlara əsasən müəyyən edildi ki, mübahisəli mənzil order əsasında mərhum X14 və onun ailə üzvlərinə verilmişdir, tərəflər onun ailə üzvləri olmaqla və həmin mənzildə yaşayış yeri üzrə qeydiyyatda olmaqla uzun müddət qeyd olunan mənzildə birgə yaşamışlar, sonradan iddiaçılar bir müddət həmin mənzildə yaşamamış və cavabdehlər tərəfindən müəyyən konstruksiya dəyişiklikləri aparılmışdır. Hazırda iddiaçılar həmin mənzildə əvvəllər yaşadıqları otağa köçürülmələrini, mənzilin ümumi istifadədə olan yerlərindən istifadə hüquqlarının tanınmasını, həmin otağın qapısı ilə bağlı dəyişikliklərin əvvəlki vəziyyətinə qaytarılmasını tələb edir, cavabdehlər isə buna etiraz etmir. Qeyd olunanlara əsasən məhkəmə iclasında müəyyən edildi ki, iddia əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür. Tərəflər arasında mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.1999-cu il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə uzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. İzah edilmişdir ki, icarədar və ya onun ailə üzvlərindən hər hansı birinin məhkum olunması həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum edə bilməz. Bu müddəa ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərə tətbiq edilmir. Azərbaycan Respublikasının MPM-nin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə mülki iş üzrə sübutlara məcmu halında hüquqi qiymət verərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 ünvan 1 ünvanında yerləşən 46,05 kv.m. sahəsi olan 3 (üç) otaqlı 46 saylı mənzilin sahəsi ən kiçik olan uşaq otağına köçürülsünlər. İddiaçıların Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsi ev 52, 46 saylı mənzildə olan mətbəx, sanitar qovşağı və digər ümumi istifadədə olan köməkçi sahələrdən istifadə hüquqları tanınsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 köçürüləcəkləri otaqda edilmiş konstruksiya dəyişiklikləri (ümumi dəhlizə açılan əvvəlki qapının bərpa edilməsi və digər otağa açılmış qapının bağlanması) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hesabına əvvəlki vəziyyətinə qaytarılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fuad Hüseynov
Məhkəmə qərarları › İş №2(002)-3154/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3154/2023
17.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver