Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3237/2025 17.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 maraqlı şəxs qeyd etməklə mirasın qəbul edilməsi faktı barədə ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs1na qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 1 evin 71 saylı mənzilinin qanun üzrə vərəsə qismində onun tərəfindən faktiki qəbul edilməsinə və buraxılmış müddətin bərpa olunması dair hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 evin 71 saylı mənzili 2004-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən xüsusi mülkiyyət kimi mərhum X2nın adına qeydiyyatdan keçmişdir. X2 xx.xx.2021-ci il tarixdə vəfat etmişlər. Anamın sağlığında və onun ölümüdən sonrada həmin mənzildə o, ailəsi ilə birlikdə yaşayır. Anasının vəfatından sonra miras əmlakı o, qəbul edərək istifadə etmişdir. Hazırda onlar vərəsə kimi tanınmaq üçün mirasın qəbul edilməsi barədə ərizə ilə notariat kontoruna müraciət etsə də müddəti buraxdığına görə bundan imtina etmişlər. O, vərəsəlik barədə notariat kontoruna müraciət etmənin lazım olmasını bilməmiş və bu səbəbdən də müddəti buraxmışdır.Hazırda anasının vərəsəsi o, atası, bir qardaşı və iki bacısıdır. Onlar analarından miras qalmış əmlakdan onun xeyrinə imtina edirlər. Mirasa əmlaka anasının vəfatından indiyə kimi özü faktiki olaraq sahiblik etmişdir. Ərizəçi məhkəmə iclasında ərizənin məzmununa uyğun izahat verərək, ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, anası vəfat etmiş, vərəsələri atası ,onun özü, qardaşı və iki bacısıdır. Atası və qardaş-bacıları sağdır. Digər bacıqardaşlarının evləri var. Ata-anaları boşanmamışdır. Atası qardaşıgillə yaşayır. Ev 5-ci mərtəbəli evin 3-cü mərtəbəsində olan 4 otaqlı evdir. Ev valideynlərinin birgə nikah dövründə -2003-cü ildə almışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-3237/2025 saylı xx.xx.2025-ci il tarixli məhkəmə iclasında məhkəmə mülki iş üzrə Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 maraqlı şəxslər kimi cəlb edilməsini qərara alınmışdır. Maraqlı şəxslər Maraqlı şəxs1na, Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, məhkəmənin ünvanına ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixli məhkəmə iclasında maraqlı şəxslər- Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs5 və Maraqlı şəxs3 ərizələr təqdim edərək, qeyd etmişdirlər ki, ünvan 1 evin 71 saylı ünvanında yerləşən mənzilin onlara münasibətdə miras qalmış pay hissələrindən Ərizəçi xeyrinə imtina edərək, hazırki ərizənin də təmin edilməsinə etiraz etməmişdilər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli 64 nömrəli məktubundan görünür ki, ünvan 3ariat ofisi, Sizin vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsinə dair ərizənizə cavab olaraq bildirir ki, mirasqoyan ananız X7 xx.xx.2021-ci ildə vəfat etmişdir. Miras açılarkən qüvvədə olan Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə miras açılan gündən 6 (altı) ay müddətinə mirası qəbul edə bilər. Həmin məcəllənin 1248-ci maddəsinə əsasən buraxılmış müddəti məhkəmə gecikmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Buna görə də, buraxılmış müddətin bərpası üçün məhkəməyə müraciət edilməlidir. İş materiallarına əlavə olunmuş qeydiyyat şəhadətnaməsindən görünür ki, ünvan 1 evin 71 saylı ünvanında yerləşən mənzil xx.xx.2004-cü il tarixdən X4 adına qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, X4 anası X15, atası X8r. İş materiallarına əlavə olunmuş AZ-İ seriyalı 281151 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2008-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-cü il tarixdə 31 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx.xx.1997-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1997-cü il tarixdə 28 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı 226255 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2021-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında 27. 10.2021-cü il tarixdə 719 nömrə ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs4 ilə X9 arasında nikah xx.xx.1974-cü il tarixdə Salyan rayonu Atbulaq icra nümayəndəliyində bağlanmışdır. İş materiallarına əlavə olunmuş 132 saylı Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, X7 və Ərizəçi ünvan 1 evin 71 saylı ünvanında qeydiyyatsız yaşayırdılar. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi X2, atası Maraqlı şəxs4dur. İş materiallarına əlavə olunmuş nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X10 arasında nikah xx.xx.2005-ci il tarixdə 104 saylı akt qeydi ilə rəsmiləşsirilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ rayon qeydiyyat şöbəsinin məhkəmənin sorğusuna cavab olaraq ünvanladığı məktubdan görünür ki , xx.xx.2021-ci il tarixində vəfat etmiş X5 nikahi və övladları haqqında akt qeydlərinin sürətlərinin təqdim edilməsinə sorğunuza baxılmış və bildiririk ki, "Vətəndaşlıq vəziyyəti aktları" avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində tərəfimizdən yoxlama aparılarkən Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən X11 ilə Maraqlı şəxs4 xx.xx.1974-cu il 8 saylı nikah akt qeydi qeydiyyata alındığı müəyyən edilmişdir. Müvafiq nikahdan övladı xx.xx.1975-ci il təvəllüdlü Maraqlı şəxs3 xx.xx.1975-ci il 39 saylı doğum akt qeydi Hacıqabul rayon Atbulaq icra nümayəndəliyi tərəfindən qeydiyyata alındığı aşkar olunmuşdur.Ərizəçi, X16, Maraqlı şəxs2 doğumu və X4 ölüm haqqında akt qeydlərinin surətləri sizə göndərilir. İş materiallarına əlavə olunmuş doğum akt qeydlərindən görünür ki, xx.xx.1978-ci il tarixdə doğulmuş X12 X2, atası Maraqlı şəxs4dur. İş materiallarına əlavə olunmuş doğum akt qeydlərindən görünür ki, xx.xx.1979-cu il tarixdə doğulmuş Maraqlı şəxs2 X2, atası Maraqlı şəxs4dur. İş materiallarına əlavə olunmuş doğum akt qeydlərindən görünür ki, xx.xx.1976-ci il tarixdə doğulmuş Ərizəçi X2, atası Maraqlı şəxs4dur. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon İcra Hakimiyyət başçısının Ələt qəsəbə nümayəndəliyiy məhkəmənin sorğusuna əsasən ünvanladığı məktubdan görünür ki, Maraqlı şəxs4 və övladları X16, Maraqlı şəxs2, Maraqlı şəxs3 və Ərizəçi ünvan 1 evin 69 saylı ünvanında qeydiyyatda olamqla yaşayırlar. İş materiallarına əlavə olunmuş Ədliyyə Nazirliyinin məktubundan görünür ki, Elektron notariat informasiya sistemində apaırımış araşdırma nəticəsində X4 adına xx.xx.2024-cü il tarixdə, Bakı şəhəri 45 saylı notariat ofisində vərəsəlik işinin açıldığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs1 tərəfindən xx.xx.2024-cü il tarixdə təsdiqlənmiş Ərizəçi ərizəsindən görünür ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov anası - X3 qalmış mirası qəbul edir. Miras əmlak ünvan 6 ünvanında yerləşən 71 saylı mənzildən ibarətdir. Ondan başqa olan vərəsələr aşağıdakılar. əri- Maraqlı şəxs4, qızı-X16, oğlu-Maraqlı şəxs2, qızı-Maraqlı şəxs3 . İş materiallarına əlavə olunmuş Daçınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin məktubundan görünür ki, ünvan 6 ünvanında yerləşən 71 saylı mənzil X4 adına qeydiyyatdan keçmış və hazırda mülkiyyətindədir. Əlavə olunmuş xx.xx.2003-cü il tarixli daşınmaz əmlakın alqı-satqısına dair müqavilədən görünür ki, ünvan 6 ünvanında yerləşən 71 saylı mənzil X14 tərəfindən X1. Məhkəmə araşdırması əsasında müəyyən edilmişdir ki, ünvan 6 ünvanında yerləşən 71 saylı mənzil qeydiyyat şəhadətnaməsi ilə xx.xx.2021-ci il tarixdə vəfat etmiş X6 məxsusdur. 8v-18 reyestr nömrəli vərəslik işindən göründüyü kimi xx.xx.2021-ci il tarixdə vəfat etmiş X4 axırıncı daimi yaşayış yeri ünvan 6 ünvanında yerləşən 71 saylı mənzil olmaqla onunla birlikdə oğlu-Ərizəçi və onun ailə üvləri yaşamışdılar. Hazırda ərizəçi də xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 6 ünvanında yerləşən 71 saylı mənzilinin qanun üzrə vərəsə qismində onun tərəfindən faktiki qəbul edilməsinə dair hüquq əhəmiyyətli faktın təsdiq edilməsini xahiş etmiş və ərizəsini onunla əsaslandırmışdır ki, o faktiki olaraq həmin ünvanda yaşayır və miras əmlakın onun tərəfindən faktiki olaraq qəbul edilməsi maraqlı şəxslər tərəfindən mübahisələdirilməmişdir. Həmçinin ərizəçi tərəfindən miras əmlakın qəbul edilməsi ilə bağlı olaraq notariat orqana müraciət edilsə də, miras əmlakının qəbulu müddətinin keçməsinə əsaslanaraq müddətin bərpası üçün məhkəməyə müraciət edilməsini təklif etmişdir. Ərizəçi tərəfindən miras əmlakın faktiki olaraq qəbul edilməsi nə notariat orqanı, nə də digər maraqlı şəxslər tərəfindən mübahisələndirilmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, məhkəmə iclaslarında mərhumun digər vərəsləri olan maraqlı şəxslər ərizələr təqdim edərək, onlara miras qalmış paylarından ərizəçinin xeyrinə imtina edərək, ərizənin təmin edilməsinə etiraz etməmişdilər. Əlavə olaraq təsdiqləmişdilər ki, həmin ünvanda hazırda ərizəçi yaşayır və miras əmlakı faktiki qəbul edərək sahiblik etmişdir. Beləliklə, məhkəmə ərizəçinin miras qoyanın birinci növbəli vərəsəsi olmasını, miras qalmış əmlakdan imtina etmədiyini, mirasın onun tərəfindən faktiki qəbul olunması halını və bu halın maraqlı şəxslər və digər vərəsələr tərəfindən mübahisələdirilmədiyini nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 6 ünvanında yerləşən 71 saylı mənzilinin faktiki qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, miras qalan əmlakın müqəddəratının həll edilməsi məsələsi mühüm şəxsi və ictimai əhəmiyyətə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququnun təminatına konstitusion zəmanət verir. Konstitusiyanın bu maddəsi vəsiyyət etmə hüququnu geniş anlamda bəyan edərək, vərəsəlik hüququnun təminatı kimi miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilmək hüququnu, digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmaq hüququnu nəzərdə tutur. Vərəsəlik hüquq institutu ailə ilə əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimləyir. Vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir. Məhkəmə nəzərə alır ki, mirasın qəbulu dedikdə, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə yönələn müəyyən aktın həyata keçirilməsi başa düşülür. Qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin formal və qeyriformal üsulunu müəyyənləşdirir. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsi deməkdir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Mirasın qəbul edilməsinin qeyri-formal üsulunun özü özlüyündə iki növü vardır. Bunlar miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsullarıdır. Vərəsə miras əmlaka faktiki sahiblik edərkən, müxtəlif konkludent hərəkətlər edir: miras qoyanın dəfn mərasimini təşkil edir və onun xərclərini çəkir, miras qoyanın yaşadığı evə köçür, miras evin kirayə haqqını ödəyir, miras əmlakı götürüb öz evinə aparır, miras qoyanın həyətyanı sahəsində işləyir və s. Miras əmlaka faktiki sahiblik etmək dedikdə, vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün edir: mirası lazımi vəziyyətdə saxlayır, miras əmlakın vergilərini ödəyir, və s. Azərbaycan Respublikası MPM-nin 307.2.9-ci maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinin tələbinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin Qərarın 10.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin Qərarın 10.2-ci maddəsinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-ci maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 oktyabr 2020-ci il tarixli Qərarından görünür ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu.Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hazırki iş üzrə tədqiq edilmiş bütün sübutları və sənədləri nəzərə alaraq hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi tərəfindən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 6 ünvanında yerləşən 71 saylı mənzilinin faktiki qəbul edilməsinə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsinə dair hissədə bu tələb deyil, sübut növüdür ki, bu hal da müəyuyən olunur ki, müddət itirilməmişdir. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi tərəfindən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 6 ünvanında yerləşən 71 saylı mənzilinin faktiki qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-3237/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3237/2025
17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver