Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3279/2024 25.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi, Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, 27 may 2006-cı ildə Bakı şəhərində anadan olmuş X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, X8 onun oğlu olmaqla 27 may 2006-cı ildə Bakı şəhərində anadan olmuşdur. İsmayıl müddətsiz olaraq birinci qrup əlildir. İsmayılın diaqnozu “X14” olmaqla onun kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi mənə mövcud problemlərin həlli barədə müxtəlif instansiyalara müraciət etmək üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi X9 məhkəmə iclasında rəylə razı olduğunu bildirərək, ərizənin təmin olunmasına etiraz etmədi. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Uşaq Nevroloji Xəstəxanasının çıxarışdan görünür ki, 27 may 2006-cı il təvəllüdlü X6 “X14” diaqnozu qoyulmuşdur. İş materiallarında olan AZ-İİ seriyalı 192964 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 27 may 2006-cı il təvəllüdlü X3 anası X4r. İş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin çıxarışından görünür ki, 27 may 2006-cı il təvəllüdlü X8 birinci dərəcəli əlildir. İş materiallarına əlavə olunmuş arayışdan görünür ki, Ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(002)-3279/2024 saylı qərardadı ilə təyin edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3423 saylı ekspert rəyindən görünür ki, Motivləşdirici hissə. Yoxlanılan şəxs X5 “UŞAQ SEREBRAL İFLİCİ NƏTİCƏSİNDƏ YARANAN DƏRİN (İDİOTİYA DƏRƏCƏSİNDƏ) ƏQLİ GERİLİK, DAVRANİŞ POZUNTULARİ İLƏ” (F73.1) aşkar olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulması, erkən psixofiziki inkişafının həmyaşıdlarından geri qalması, ağıl zəifliyi ilə əlaqədar təhsil almaması, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron Tibbi-Sosial EkspertKomissiyasında “Kvadroplegik serebral iflic. Spastik hemiplegiya” diaqnozu ilə birincidərəcəli əlil hesab olunması), həmçinin hazırkı müayinə zamanı aşkar olunan əlamətlər(nitqinin zəif inkişaf etməməsi, nəzərə çarpan dərin ağıl zəifliyi əlamətlərinin biruzəverməsi və s.) sübut edir. Mülki işi materiallarını və ambulator məhkəmə - psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəməpsixiatrik ekspertizası qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: 1-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X3 hər hansı psixi qüsuru vardırmı? Cavab: Yoxlanılan şəxs X5 X14i nəticəsində yaranan dərin əqli gerilik (idiotiya dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. 2-ci sual: xx.xx.2006-cı il təvəllüdlü X8 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malikdirmi? Cavab: Yoxlanılan şəxs X8 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını anlamaq və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. 3-cü sual: xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyətlidirmi? Cavab: Yoxlanılan şəxs X7 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə əsaslar var. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir.Məhkəmə araşdırması zamanı ərizəçinin izahatları ilə, iş materiallarındakı Cəfərov İsmayılın sağlamlıq vəziyyətinə dair olan sənədlərlə və həmçinin ekspertiza rəyi ilə xx.xx.2006-cı il təvəllüdlü X3 İ-ci dərəcəli əllilik müəyyən edilərək fəaliyyət qabiliyyəti olmayan şəxs olması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə görə məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumlarının (valideynlərin, uşaqların, bacıqardaşların),müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, ərizəçinin oğlu olan xx.xx.2006-cı il təvəllüdlü X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 320ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2006-cı il tarixdə Bakı şəhərində anadan olmuş X8 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(002)-3279/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3279/2024
25.12.2024 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver