Məhkəmə qərarları › İş №2(002)-3291/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3291/2025

17.11.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3291/2025 17.11.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «doğum akt qeydinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun- Ərizəçi xx.xx.1966-cı ildə Respublikasi Amasiya rayonunda doğumunun qeyd edilmə faktını müəyyən edilməklə doğum akt qeydinin bərpa edilməsi, doğum şəhadətnaməsi verilərkən adı Zərli, soyadı Orucova, ata adı Fərman, doğum tarixi xx.xx.1966-cı il, doğum yeri Ermənistan Respublikası Amasiya rayonu, ata qrafasında ata adı- "X7", ana qrafasında "X4" miliyyətləri azərbaycanlı kimi qeyd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1966-cı ildə Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş və bu barədə Ermənistan Respublikası Amasiya rayonunda doğum aktı barədə qeydiyyat aparılmışdır. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan Respublikasından qaçqın düşərək Qaradağ rayonunda məskunlaşmışdır. Doğum şəhadətnaməsinə əsasən sonuncu dəfə xx.xx.2016-ci il tarixdə ASAN 3 xidmətindən şəxsiyyət vəsiqəsini yenisi ilə dəyişdirmişdir. Hazırda o, doğum haqqında şəhadətnaməsini müəyyən səbəblər üzündən itirmiş, doğum akt qeydi Ermənstanda Respublikasında aparıldığından yeni doğum şəhadətnaməsi ala bilmir. Bu barədə ərizə ilə qeydiyyat şöbəsinə müraciət etsə də, məhkəməyə müraciət etməyimi bildirmişlər. Hazırda həmin şəhadətnamə ona bəzi hüququ sənədləşmə aparılması üçün lazımdır. Ondan kiçik qardaşı X2 Ermənistan Respublikası Amasiya rayonunda doğulmuş və onun doğum haqqında şəhadətnaməsində ata qrafasında "X7", ana qrafasında "X4" kimi qeyd edilmişdir. Hal-hazırda anam sağ olmaqla onun şəxsiyyət vəsiqəsinin əlavə edir. Atası isə 30 oktyabr 2011-ci ildə vəfat etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək, ərizəyə oxşar, eyni məzmunlu izahat verdi. Əlavə olaraq qeyd etdi ki, onlar 7 uşaq olublar. Onların çoxu xaricdədir. Atası vəfat edib, amma anası sağdır. Valideynlərin nikahı var. Onlar 1988-ci ildə köçmüşdülər. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş nikahın bağlnması haqqında şəhadətnamədən görünür ki, X5 ilə X3 arasında nikah xx.xx.1966-cı il tarixdə 5 nömrəli akt ilə bağlanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2011-ci il tarixdə vəfat etmiş və bu barədə Maraqlı şəxsndə 548 saylı akt ilə qeyd aparılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Bakı şəhəri Maraqlı şəxs imtina məktubundan görünür ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinin tələblərinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir.Göstərilənlərlə bağlı nəzərinizə çatdırırıq ki, itmiş sənədin həqiqətən olduğunu təsdiq edən sənədi təqdim edə bilmədiyinizdən müvafiq akt qeydinin qeydiyyat şöbəsində bərpası mümkün deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edeilmiş doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X2 Ermənistan Respublikasının Amasiya rayonunda doğulmuş, atası X7, anası X1r. Milliyyəti azərbaycanlıdır. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Polis İdarəsinin məhkəmnin sorğusuna cavab olaraq ünvanladığı məktubdan görünür ki, Qaradağ RPİ tərəfindən Ərizəçi şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin saxlama müddəti 5 il olduğundan həmin sənədlər müvafiq komissiya tərəfindən yandırma yolu ilə məhv edilmişdir.Bu səbəbdə sorğunuz üzrə tələb olunana sənədləri təqdim etmək imkan xaricindədir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 məhkəmə iclasında ifadəsində bildirmişdir ki, ərizəçinin qardaşıdır.Ata-anaları eyni şəxslərdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Bu Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ərizəçinin izahatından və iş materiallarından göründüyü kimi, Ərizəçi ondan asılı olmayan səbəblərdən doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmir, bu faktı başqa qaydada təsdiq edə bilmir. Doğum haqqında şəhadətnaməsi ərizəçidən asılı olmayan səbəblərdən itmişdir. Hal-hazırkı vəziyyətdə ərizəçi doğum haqqında şəhadətnaməsinin bərpası üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sübutları araşdıraraq hesab edir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması, atasının “X7”, anasının “X4” olması barədə doğum akt qeydinin mövcud olması, onun itməsi, lakin həmin doğum akt qeydinin Ermənistan Respublikasında qeydə alınması faktı iş materialları, sənədləri ilə təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda doğulması, atasının “X7”, anasının “X4” olması, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Məhkəmə həmçinin qeyd edir ki, milliyətinin azərbaycanlı olması hissəsi məhkəmə baxış predmeti deyildir.Amma iş üzrə müəyyən olunur ki, ərizəsçinin qardaşı X2 milliyyəti azərbaycanlıdır. Bu hal doğum akt qeydində və doğum haqqında şəhadətnamədə də yazılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilməli, doğum akt qeydində ərizəçinin valideynləri- atası qrafasında “X7”, ana qrafasında “X6”, milliyyəti qrafasında “azərbaycanlı” kimi göstərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1966-cı il tarixdə Ermənistan Respublikasının Amasiya rayonunda anadan olmasına dair doğum aktı qeydi bərpa edilsin. Doğum akt qeydində ərizəçinin valideynləri qrafasında atası qrafasında “X7”, ana qrafasında “X4” qeyd edilsin. Qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ödənilən 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qamət Əbilov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar