Məhkəmə qərarları › İş №2(002)-3320/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3320/2025

29.10.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3320/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «mənzilə köçürülmə və istifadə qaydasının müəyyən edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə müvəqqəti yaşamaq üçün onlara verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Qaçqın şəhərciyi 10 saylı binanın 71 saylı mənzilinə köçürülmələri və istifadə qaydasının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, onun azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə müvəqqəti yaşamaq üçün onlara verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Qaçqın şəhərciyi 10 saylı binanın 71 saylı mənzilinə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X3 adlı bir övladları var. Nikahları məhkəmənin xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və hazırda uşaq onun himayəsindədir. Cavabdeh Orucov X2 rayonundan məcburi köçkündür. Cavabdeh olan keçmiş əri Cavabdeh o və qızı nəzərə alınmaqla xüsusi təyinatlı yaşayış sahələrinin kirayə müqaviləsinə əsasən Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Qaçqın şəhərciyi 10 saylı binanın 71 saylı mənzili verilmişdir. Mənzilə ailə üzvü kimi o və övladı da qeyd edilmişdir. Mənzil verilərkən o və qızı nəzərə alınmış, iki otaqlı mənzil verilmişdir. O, qızı ilə birlikdə həmin mənzildə yaşamışdır. Hal-hazırda onunla cavabdeh arasında olan nikah pozulmuş və cavabdeh onu azyaşlı uşağı ilə birlikdə mənzildən çıxarmışdır. Mübahisəli mənzil o və qızı nəzərə alınmaqla verilsə də, cavabdeh onun və uşağının həmin mənzildən istifadə etməsinə imkan vermir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Öncəki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini etiraf edərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq, mülki işə cavabdehin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 22 yanvar 2025-ci il tarixli, 2(002)-232/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair iddiası qismən təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 4743 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması; xx.xx.2018-ci il təvəllüdlü X1 anası İddiaçı yanında saxlanılması; xx.xx.2024-cü il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində alimentin tutulması qət edilmiş, iddia qalan hissədə təmin olunmamışdır. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Tərəflərin birgə nikahda olmaları, bir övladlarının doğulması, münasibətləri alınmadığından nikahlarının pozulması, uşağın iddiaçının yanında saxlanılması, cavabdehdən iddiaçının xeyrinə aliment tutulmasına dair hallar aşkar olmaqla, həmin faktlar yenidən mübahisələndirilə və yenidən sübut edilə bilməz. 20 dekabr 2019-cu il tarixl, 10/72 saylı Xüsusi təyinatlı yaşayış sahəsinin kirayə müqaviləsinin surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Qaçqın şəhərciyi 10 saylı binanın 71 saylı mənzili 3 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı və övladı) Cavabdeh müvəqqəti istifadəsinə verilmişdir. Bakı 21 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli MŞB/21/2025- 00110 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı xx.xx.2025-ci il tarixə saat 10.30-11.00-a təyin edilmiş ilkin mediasiya sessiyasına gəlmiş, Cavabdeh isə həmin sessiyaya gəlməmişdir. İddiaçı tərəfindən 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödənilmişdir. Göründüyü kimi, Cavabdeh müvəqqəti istifadəsinə mənzil verilərkən ailə üzvlərinin sayı nəzərə alınmış, həyat yoldaşı və övladının da mənzildən müvəqqəti istifadə etməsinə hüquqları yaranmışdır. Cavabdeh yuxarıda qeyd edilən faktlara hər hansı etirazını bildirməmiş və iddianı etiraf etdiyini bildirmişdir. Azərbaycan Respublikası MPM-in 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə iddianı etirafın qanunun tələblərinə zidd olmamasını, etirafın üçüncü şəxslərin mənafeyinə toxunmamasını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfin iddianı etirafı məhkəmə tərəfindən qəbul edilməli və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmalıdır. Ödəniş qəbzindən görünür ki, məhkəməyə iddia ərizəsi təqdim edilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı azyaşlı övladları xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh (eləcə də, iddiaçının və azyaşlı övladının) müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Qaçqın şəhərciyi 10 saylı binanın 71 saylı mənzilinə köçürülməlidir. Ödənilmiş 100 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. İddiaçı azyaşlı övladları xx.xx.2018-ci il təvəllüdlü X3 ilə birlikdə Cavabdeh (eləcə də, iddiaçının və azyaşlı övladının) müvəqqəti istifadəsinə verilmiş Bakı şəhəri Qaradağ rayonu Müşfiqabad qəsəbəsi Yeni Qaçqın şəhərciyi 10 saylı binanın 71 saylı mənzilinə köçürülsun. Ödənilmiş 100 manat dövlət rüsumu, 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar