Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3352/2022 20.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5, Cavabdeh N saylı Hərbi Hissənin komandiri X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı «işə bərpa» tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh N saylı Hərbi Hissənin komandiri XN qarşı «işə bərpa» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun N saylı Hərbi Hissənin komandiri X3 tərəfindən işə qaytarılması (işə bərpa olunması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, İddiaçı ərizəsinə əsasən əsl olmayan cavabdeh X3 əsl cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi ilə əvəz edilmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, İddiaçı N015-ci il tarixdən N saylı hərbi hissədə yeməkxanada qabyuyan vəzifəsində çalışmışdır. xx.xx.N0-ci il tarixdə yeməkxanada aşbazların işinin yoxlanılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı hərbi hissənin qərargah rəisi, kapitan Şıxəliyev Səfyar araşdırdığı nöqsanlara görə onun da izahatı, aşbazlardan aldığı izahatı qarşısına qoyub, yazaraq imzalamasını tələb etmişdir. Ona bildirilmişdir ki, onun vəzifəsi qabyuyandır, sadəcə şahid qismində yazmasını tələb edir. O da, şahid olduğu nə varsa olduğu kimi qeyd etmişdir. Bu olanlara baxmadan, onun günahı olmadan, onu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq N iyun N0-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Bununla bağlı aidiyyatı qurumlara Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinə müraciət edərək şikayət etmişdir. Şikayəti əsasında **********9 nömrəli xx.xx.NN-ci il tarixdə əmək müqaviləsinin qanunvericiliyin tələblərini xitam verdiyinə görə N saylı hərbi hissə komandiri X1 barəsində Azərbaycan Respublikası İXM-nin 19N.6-cı maddəsinə əsasən xx.xx.NN-ci il tarixli M/100N0809 saylı inzibati cərimənin şərti tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. N saylı Hərbi Hissənin komandiri XN əmək müqaviləsinə xitam verilməsi barədə əmri ləğv edərək işə geri qaytarılmasını təmin etməsi üçün **********3 saylı xx.xx.NN-ci il tarixdə məktub ünvanlayaraq onu işə qaytarmamışdır. Bu səbəbdən, məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh N saylı Hərbi Hissənin komandiri X3 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, N ilə yaxındır N saylı hərbi hissənin komandiri vəzifəsində xidmət edir. Xidməti dövründə həmişə çalışmışdır ki, hərbi hissədə xidmət və iş rejimi, münasibətlər, işçilərin davranışları və yerinə yetirilən işin keyfiyyəti qanun, təlimat və nizamnamələrin tələblərinə uyğun olsun. Tabeliyində N3 işçi var. N019-cu ildən dəfələrlə yeməkxananın (mətbəxin) fəaliyyəti ilə bağlı haqlı narazılıqlar olmuşdur. Kimsəyə qarşı haqsızlıq olmasın deyə, yoxlamalar aparmış, yeməyin keyfiyyətinə nəzarət etmişdir. Heç kimi cəzalandırmaq fikri olmamışdır. Şifahi xəbərdarlıq etmişdir ki, iş keyfiyyətlə görülsün. Birincisi, bu, xidmətin və işin təşkili ilə bağlı standart tələblərdir. Digər tərəfdən, əsgər, çavuş, gizir və zabitlər Vətən keşiyindədirlər, onlara xidmətlərində narahatçılıq yaradan məqamlar olmamalıdır. O cümlədən ərzaq təminatı yaxşı olmaqla, ərzaqdan bişirilən yeməyin keyfiyyəti ev yeməklərindən nə dadına, nə kalori dəyərinə görə fərqlənməməli, əksinə, daha da yaxşı olmalıdır. Bunlara baxmayaraq, mətbəxlə bağlı şikayət gəlmişdir ki, yeməklər yaxşı bişməyib, çiy olub. Yerindəcə yoxlama aparılmış, aşbazlardan izahat alınmışdır. Aşbazlar tələsdikləri üçün yeməyin tam bişmədiyini bildirmişlər. Şifahi qaydada tapşırıq verərək, bu cür halların təkrarlanmamasını tələb etmişdir. İkinci dəfə yoxlama apaprarkən, iddiaçının çantasından yemək aşkar edilmişdir. Bununla bağlı izahatlar alınmış, iddiaçı da bununla bağlı izahat vermişdir. Məhz bu səbəbdən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddia əsassızdır. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddianı qəbul etmədi, hərbi hissə komandirinin izahatına əlavəsinin olmadığını bildirdi və məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki: - N nömrəli hərbi hissənin avtomobil xidməti rəisi həmin hərbi hissənin komandirinə raport verərək, xx.xx.N0-ci il tarixdə nahar yeməyi zamanı ətin çiy bişməsi aşkar edildiyindən, bu barədə araşdırma aparılması üçün sərəncam verilməsini xahiş etmişdir. - N nömrəli hərbi hissə komandirinə iş üzrə İddiaçı tərəfindən yazılmış izahatdan görünür ki, İddiaçı ətin yaxşı bişməməsinin onların tələsməyi səbəbli olduğunu, dəfələrlə aparılmış anonim sorğuya əsasən yeməyin keyfiyyətli bişməməsindən məlumatlı olduğunu bildirmişdir. - N nömrəli hərbi hissənin qərargah rəisi vəzifəsini icra edən S.Şıxəliyev N4 iyun N0-ci il tarixdə hərbi hissə komandirinə raport verərək, həmin gün saat 19:00 radələrində hərbi hissə növbətçisi olan gizirlə birlikdə yeməkxana işçilərinin şəxsi çantalarının və yeməkxanada olan boş qazanların içinə baxış keçirilən zaman yeməkxana işçilərinin hər birindən ayrı-ayrılıqda əsgərlərə ərzaq norması olaraq verilməsi nəzərdə tutulmuş yararlı ərzaq məhsullarının (800 qram çörək, 140 qram alma cemi, 896 qram bibər, 586 qram balıq, N94 qram kök və N68 qram alma) oğurlanması faktı aşkar edildiyini bildirmiş, faktla bağlı araşdırma aparılmasına sərəncam verilməsini xahiş etmişdir. - N4 iyun N0-ci il tarixdə əsgər yeməkxanasında baş vermiş oğurluq hadisəsi haqqında aktda həqiqətən həmin gün saat 19.00 radələrində yeməkxana işçilərinin şəxsi çantalarının və yeməkxanada olan boş qazanların içinə baxış keçirilən zaman yeməkxana işçilərinin hər birindən ayrı-ayrılıqda əsgərlərə ərzaq norması olaraq verilməsi nəzərdə tutulmuş yararlı ərzaq məhsullarının (800 qram çörək, 140 qram alma cemi, 896 qram bibər, 586 qram balıq, N94 qram kök və N68 qram alma) oğurlanması faktının aşkar edilməsi nəzərə çatdırılaraq, aktlaşdırılmış, akta izahatlar və oğurlanmış ərzaq məhsullarının fotoşəkli əlavə olunmuşdur. - N4 iyun N0-ci il tarixli izahatında hazırki iş üzrə İddiaçı oğurluq faktı ilə bağlı bildirmişdir ki, qabyuyan Samirə xanım ona «otxod»un (yeməkxanada masalarda yeyilməyib/istifadə olunmayıb/az istifadə olunub qalan yemək) içində olan 6 ədəd cemi tullantı vedrəsinə atmasını bildirmişdir. Samirə xanımdan cemi nə üçün atmaq lazım olduğunu soruşduqda, sonuncu ona bildirmişdir ki, cemlər qabaqdan qalan cemlərdir, onları yenidən əsgərlərə vermək olmaz, bu səbəbdən tullantı vedrəsinə atsın. - N nömrəli hərbi hissə komandirinin N iyun N0-ci il tarixli 1N9 nömrəli əmrinə əsasən İddiaçı ilə (Qərargah və təchizat bölüyü maddi-texniki təminat tağımı yeməkxananın qabyuyanı) bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə (işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi üçün) əsasən xitam verilmişdir. - MN X4 Komitəsi N nömrəli hərbi hissənin müraciəti ilə bağlı gündəlikdə duran məsələyə N avqust NN-ci il tarixli iclasında baxılaraq rəy verilmişdir. Rəydə hərbi hissə komandirinin xx.xx.N0-ci il tarixli 1N9 saylı əmrində texniki səhv olaraq Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndinə istinad edilməsi qeyd olunaraq, yenidən nizami hissə üzrə əmrdə düzəliş edilərək, Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndinə istinad edilib (işçinin öünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə) yazılmasına müsbət rəy bildirilmişdir. - N nömrəli hərbi hissə komandirinin N avqust NN-ci il tarixli 17N nömrəli əmri ilə həmin hərbi hissə komandirinin N iyun N0-ci il tarixli 1N9 nömrəli əmrinin 3-cü paraqrafının 3-cü hissəsində adı qeyd olunan İddiaçı əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədikdə) ilə verilmiş hesab edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin N4 avqust NN-ci il tarixli məktubundan göründüyü kimi, İddiaçı adına mərkəzləşdirilmiş elektron informasiya sisteminə xitamla bağlı daxil edilmiş xxxxxxx0001X0 nömrəli əmək müqaviləsi bildirişi etibarsız hesab edilmişdir. Nəzərə çatdırılmışdır ki, yeni bildirişin sistemə daxil edilməsi təmin olunmalıdır. İşin faktiki hallarından göründüyü kimi, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilərkən qanunvericiliyin tələblərinə riayət olunmuşdur. Cavabdeh qeyd olunan əmək müqaviləsinin ləğv edilməsi səbəbini qeyd etmiş, əmək müqaviləsinə xitam verilərkən iddiaçının qanunla qorunan hüquqları pozulmamışdır. İddia əsassızdır və təmin edilə bilməz. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.NN-ci il tarixli MŞB/10- 00156 saylı arayışdan görünür ki, N saylı Hərbi Hissənin nümayəndəsi qeyd olunan mübahisə üzrə xx.xx.NN-ci il tarixdə saat 14.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Halbuki, mediasiya sessiyasının tarixi, saatı və yeri barədə əvvəlcədən məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiyaya dair xərci ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.N-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N17.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı «işə bərpa» tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin N16-NN0, NN7, N33, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinə qarşı «işə bərpa» tələbinə dair iddiası əsassız olduğundan rədd edilsin. Ödənilmiş 50 manat mediasiya xərci iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3352/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3352/2022
20.12.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver