Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3359/2021 12.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızı, İddiaçı cavabdeh “Abşeron Catering and Services “ MMC-yə qarşı “işə bərpa ” tələbinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Abşeron Catering and Services “ MMC-yə qarşı “işə bərpa ” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun “Abşeron Catering and Services “ MMC-yə işə bərpa olunması və ya cavabdeh tərəfindən əmək kitabçasında düzəliş edilməklə Əmək məcəlləsinin 68-ci maddəsinin a bəndinə əsasən işdən çıxarılması ilə bağlı düzəliş edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, hazırki iş üzrə iddia ərizəsi məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və iddia ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki , Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.2-ci maddəsinə əsasən hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. İş materiallarından məlum olur ki, Cavabdeh MMc-nin hüquqi ünvanı AZ1095, BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİLƏR PR., ev 91-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 152.1 və 152.1.3-cü maddələrinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır İddia ərziəsinin məzmunundan görünür ki, cavabdeh “Abşeron Catering and Services “ MMC-nin qeydiyyatda olduğu ünvan Qaradağ rayonu 17 Bakı-Ələt-Qazax-Gürcüstan yolu kimi qeyd olunsa da, həmin hala dair heç bir sənəd iş materiallarına əlavə edilməmişdir. AZEMİS X1 əldə edilmiş məlumatdan görünür ki, cavabdeh “Abşeron Catering and Services “ MMC-nin rəsmi qeydiyyatda olduğu ünvan BAKİ ŞƏHƏRİ SƏBAİL RAYONU, NEFTÇİLƏR PR., ev 91-dir. Göründüyü kimi, hazırki mülki iş üzrə iddia ərizəsi ərazi aidiyyətinə görə Səbail Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Bu halda, məhkəmə hesab edir ki, hazırki iş üzrə iddiaçı tərəfindən verilmiş iddia ərizəsi ərazi aidiyyətinə görə Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olmadığından iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçılara geri qaytarılmalıdır. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə Bakı şəhəri Səbail Rayon məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə həmin məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35, 36, 152, 263-264, 266-267-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı cavabdeh “Abşeron Catering and Services “ MMC-yə qarşı “işə bərpa ” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçılara geri qaytarılsın. İddiaçıya izah olunsun ki, hazırki mülki iş üzrə iddia tələbi ərazi aidiyyətinə görə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, iddiaçı iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmək hüququna malikdir. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülnar Əhmədova
Məhkəmə qərarları › İş №2(002)-3359/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3359/2021
12.10.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver