Məhkəmə qərarları › İş №2(002)-3379/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3379/2022

13.12.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3379/2022 13.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, İddiaçı və onun vəkili və nümayəndəsi X3 Cavabdeh1 Cavabdeh6 Cavabdeh7 cavabdeh X1 vəkili X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi tələbinə dair iddiaya üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək miras qalmış Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi. Emin Quliyev küçəsi, ev 31-də yerləşən 3 otaqlı 3 nömrəli mənzilə vərəsələrin miras payının müəyyən edılməsi və məcburi paya dair vərəsəlik şəhadətnaməsinin verilməsi vəzifəsinin notariat orqanına həvalə edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmənin icraatında olan 2(002)-2891/2022 saylı digər mülki iş üzrə iddiaçı Cavabdeh2 Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı « vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, Emin Quliyev küçəsi, ev 31, 3 saylı mənzilə vəsiyyətnamə üzrə vərəsəlik şəhadətnaməsinin verilməsini Bakı şəhəri 45 saylı Notariat ofisinə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı və onun vəkili və nümayəndəsi X5 məhəkəmə iclasında izzajhatında hazırki mülki işlə məhkəmənin icraatında olan 2(002)-3379/2022 saylı digər mülki iş ilə birləşdirilməsinə etiraz etmədiyini bildirdi. cavabdeh X1 vəkili X4 məhkəmə iclasında məhkəmənin icraatında olan eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan 2(002)-2891/2022 saylı digər mülki iş ilə birləşdirilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında izahatında hazırki mülki işlə məhkəmənin icraatında olan 2891/2022 saylı digər mülki işin birləşdirilməsinə etiraz etmədiyini bildirdi . Cavabdeh6 məhkəmə iclasında izahatında hazırki mülki işlə məhkəmənin icraatında olan 2891/2022 saylı digər mülki işin birləşdirilməsinə etiraz etmədiyini bildirdi. Cavabdeh7 məhkəmə iclasında izahatında hazırki mülki işlə məhkəmənin icraatında olan 2891/2022 saylı digər mülki işin birləşdirilməsinə etiraz etmədiyini bildirdi . Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Həmin Məcəllənin 169.4-cü maddəsinə əsasən bu Məcəllənin 169.1-169.3-cü maddələrində göstərilən hərəkətləri hakim çəkişmə prinsipinə əməl etməklə həmin məsələ üzrə işdə iştirak edən şəxsləri dinlədikdən sonra edə bilər. Məhkəmə hesab edir ki, məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi və bir biri ilə bağlı olan iddia tələbləri ilə əlaqədar iki iş olduğundan, 2(002)-3379/2022 və 2(002)-2891/2022 saylı mülki işlərin birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 150, 169, 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhəri 45 saylı Dövlət Notariat Kontoruna qarşı qanun üzrə miras əmlakdan payın müəyyən edilməsi və məcburi paya vərəsəlik hüququ üzrə şəhadətnamənin verilməsi tələbinə dair iddiası üzrə 2(002)-3379/2022 nömrəli mülki iş İddiaçı X1 cavabdeh Bakı şəhəri 45 saylı Notariat ofisinə qarşı «vərəsəlik şəhadətnaməsinin verilməsi» tələbinə dair iddiası üzrə 2(002)-2891/2022 saylı mülki işlə bir icraatda birləşdirilsin. Birləşmiş mülki işə 2(002)- 2891/2022 nömrəsi verilsin. Hakim: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar