Məhkəmə qərarları › İş №2(002)-3383/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3383/2021

09.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3383/2021 09.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Gülnar İnqilab qızının sədrliyi, İsgəndərov Elvin Nəsib oğlunun katibliyi ilə, İddiaçı iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı « əvvəlki işə bərpa və məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına qarşı «əvvəlki işə bərpa, məcburi iş buraxma dövrünə görə əmək haqqının ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına Tibb bacısı vəzifəsinə işə bərpa olunmaqla,məcburi iş buraxmağa görə itirdiyim iyun-iyul ayları üçün nəzərdə tutulmuş hər ay 305 manat olmaqla,cəmi 610 manat əmək haqqının cavabdehdən tərəfindən tutularaq iddiaçıya ödənilməsini barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair yazılı ərizə təqdim edərək, məcburi iş buraxdığı dövrə görə yalnız iyun-iyul ayları deyil bütün iş buraxdığı dövrlərə görə əmək haqqının ödənilməsi hissəinin əlavə eidlməsini qeyd etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o 1993-cü il tarixdən 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına Tibb bacı: vəzifəsinə təyin edilməklə həmin vaxtdan orada işləmişdir. İşlədiyi müddət ərzində daima işin vicdanla və qüsursuz yerinə yetirmişdir, İşlədiyi müddət ərzində heç bir xəbərdarlıq və töhmət almamışdır, həmişə nümunəvi işçi olmuşdur. O hər zaman işdə olmaqla əmək funksiyalarımı yerin yetirmişdir. Bildirir ki, onun işdən çıxarılmağı əsassız və qanunsuz olmaqla, qərəzli işdən aza edilmişdir. O işdən azad olunmağı barədə əmri 2 gündür ki, almışdır və əmri oxuduqda görür ki guya öz xahişi ilə işdən azad olunmağını istəmişdir. Bu bütünlüklə ağ yalandır və ona şərdir. Buna görə də, onun hansı əsasa görə işdən azad edilməyi və nəyə görə azad edilməyi barədə məlumatlı olmamışdır. O Baş həkimin vəzifəsini icra edən İsrafilzadə Hüseynlə görüşdükdə mənə bildirdi ki, iş gəlməmisiz, Lakin bildirdim ki, məni baş həkim Baxşəliyev məcburi köçkün şəhərciyində yerləşmiş sakinlərə xidmət etmək üçün ora təyin etmişdir və ona bildirmişdir ki, burada tibb məntəqəsi olmadığı üçün öz evində insanlara tibbi yardım etməlidir və oda razılaşaraq işləmişdir. Dövlət buna görə ona əmək haqqı verib və ona hər ay kart vasitəsi ilə maaş verilmişdir.Qeyd edilənləri nəzərə alınaraq, iddia tələbinin təmin eidlməsi barədə qətnamə çıxarılmaısnı məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclaısnda iddia tələbinin məzmununa və dəlillərinə uyğun izahat verərək, iddia tələbini müdafiə edərək, öz izahatında işdən öz ərizəsi əsasında çıxmadığını, belə bir məzmunlu ərizə heç yazmadığını, onun barəsində guya ərizə yazıb öz təşəbbüsü ilə işdən çıxdığını bildirdiklərini, ancaq ərizəsini təqdim edə bilmədiklərini, çünki belə bir ərizə yazmadığını, daha sonra guya o işə gəlməyib, halbuki elə hal heç vaxt olmuyub, 1993-cü ildən indiyə kimi həmin işdə işlədiyini, xəstəxana rəhbərliyi ona hansı göstərişi verib, hansı qaydad iş tələb edibsə, o da həmin qyadaya əməl edib, o qaydaya uyğun işləyib, necə işləməyib ki, onun əmək haqq kartı, sosial sığorta şəhadətnaməsi, həmkərlar ittifaqına üzviliyi ilə bağlı vəsiqəsi olub, heç bir əsas olmadan onun qanunsuz olaraq işdən çıxarıldığını bildirərək, həmin işə bərpa olunması və məcburi iş buraxdığı dövrə görə ona əmək haqqı ödənilməsinin istədiyini, bu halların nəzərə alınaraq, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi 24 noyabr 2021-ci il tarixli məhkəmə hazırlıq iclaısnda iştirak edərək, hazırki iş üzrə iddia tələbini qəbul etmədiyini, cavabdehin işdən çıxarılması barədə onun öz ərizəsi əsası qeyd edilsə də, əslində üzrsüz səbəbdən işə gəlmədiyinə görə çıxarıldığını, bununla bağlı zəruri sübutlar-Həmkərlar İttifaqı Komitəsinin protokolu, qərarı təqdim etdiyini, ərizəsinin olmadığını, ona görə də onu təqdim edə bilmədiyini, texniki səhv olduğunu, bununla bağlı aidiyyəti qurumlara mürcaiət olunduğunu, həmin hallarla bağlı sübutunun olmadığını, bütün sübutları təqdim etdiyini, əlavə heç bir sübutunun olmadığını,digər Əmrlə bağlı yalnışlıq olduğunu, əslində olan Əmrin 111-K saylı Əmr olduğunu, qarşılıqlı iddia tələbinin olmadığını bildirmişdir. Cavabdehə və iş üzrə üçüncü şəxs qismində işə cəlb edilmiş X6 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə mülki prosessual qanunvericiliyin tələbinə əsasən işə cavabdehin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslı olmaqla, təmin edilməlidir. Belə ki, iş materialalrından görünür ki, işəgötürən qismində Bakı Baş Səhiyyə Mərkəzi işçi qismində X4 arasında 29.01.1993-cü il tarixli əmək müqaviləsi bağlanılmış, həmin müqvailəyə əsasən Qasımova Natavan 23-saylı BŞX Tibb bacısı kimi işə qəbul edilmiş, işə 29.01.1993-ci il tarixdən başlamışdır. İş materiallarında olan Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 24.07.2021-ci il tarixli 126-K № li Əmrinin məzmunundan aydın olur ki, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb bacısı (qardaşı) İddiaçı ilə bağlanılmış xxxxxxx000100 nömrəli Əmək müqaviləsinə 24.07.2021-ci il tarixdən xitam verilsin, İddiaçı son haq-hesabı, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü verilsin, əsas İddiaçı ərizəsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə a yarımbəndinə əsasən öz xahişi ilə qeyd eidlmişdir. İş materialalrında olan 24.07.2021-ci il tarixli 111-k № li Əmrin məzmunundan aydın olur ki, X2 tibb bacısı X5 24.07.202-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə heç bir üzrlü səbəb göstərmədən tutduğu vəzifəsindən azad edilsin və onunla bağlanılmış 29.01.1993-cü il tarixli əmək müqvailəsi ləğv edilsin. İstifadə etmədiyi əmək məzuniyyətinə görə 42 gün üçün pul əvəzi verilsin, əsas 23.07.2021-ci il tarilxi akt qeyd eidlmişdir. İş materiallarından görünür ki, 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi X1 24 iyul 2021-ci il tarixli məktub ünvanlayaraq, tibb bacısı İddiaçı qııznın uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə tutduğu vəzifədən azad olunması barədə qərara gəldiyini, bununla bağlı rəy verilməsini xahiş etmişdir. İş materiallarında olan 24.07.2021-ci il tarixli 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Həmkarlar Təşkilatının iclas protokolunun məmzunundan aydın olur ki, həmin iclasda tibb bacısı İddiaçı qııznın uzun müddət davamiyyəti pozaraq işə gəlməməsi ilə bağlı, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə tutduğu vəzifədən azad olunması barədə məsələ müzakirəyə çıxarılmış, iclasda 7 nəfər iştirak etmiş, 7 nəfər leyhinə qərar qəbul etmiş, tibb bacısı İddiaçı ilə bağlanılmış əmək müqvailəsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə xitam verilməsinə etiraz eidlmədiyi qeyd eidlmişdir. İş materiallarından görünür ki, 23.07.2021-ci il tarixdə X3 heç bir məlumat vermədən bütün günü üzrlü səbəb göstərmədən işə gəlməməsi barədə akt tərtib eidlmişdir. İş materialalrında olan əmək müqvailəsinə xitam verilməsi barədə bildirişin məzmunundan görünür ki, İddiaçı qıız ilə bağlanılmış 29.01.1993-cü il tarixli əmək müqaviləsinə 111-K,24.07.2021-ci il tarixli, 68.2a) tərəflərdən birinin təşəbbüsü ilə əsasında xitam verilmişdir. İş materialalrında olan Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Komitəsinin 01.12.2004-cü il tarixli 014499 № li üzvlik biletinin məzmunundan aydın olur ki, İddiaçı Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqının üzvidir. İş materiallarından görnür ki, İddiaçı adına dövlət sosial sığorta şəhadətnaməsi vardır. Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Həmin Məcəllənin 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələridir. Həmin Məcəllənin 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Həmin Məcəllənin 11-cü maddəsinə əsasən işəgötürənin əmək münasibətləri sahəsində daşıdığı əsas vəziflərindən biridə Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək,əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq, işçilərin ərizə və şikayətlərinə qanunvericilikdə nəzərdə tutulmuş müddətdə və qaydada baxmaq vəzifəsidir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər və 68.2-ci maddəsinin a bəndinə əsasən əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri kimi tərəflərdən birinin təşəbbüsü qeyd edilmişdir. Həmin Məcəllənin 69.1-ci maddəsinə əsasən işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Həmin Məcəllənin 69.2-ci maddəsinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 69.7-ci maddəsinə əsasən işəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Həmin Məcəllənin 70-ci maddəsində ç bəndində işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduğu halda əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv olunması əsası qeyd olunmuşdur. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 71.3-cü maddəsinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə (yəni işəgötürənin təşəbbüsü ilə) müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək Həmin Məcəllənin 80.1-ci maddəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmin Məcəllənin 80.2-ci maddəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə araşıdrması zamanı müəyyən eidlmişdir ki, işəgötürən qismində cavabdehlə işçi qismində iddiaçı arasında 29.01.1993-cü il tarixli müddətsiz əmək müqaviləsi bağlanılmış, həmin əmək müqaviləsinə əsasən iddiaçı tibb bacısı peşəsi (vəzifəsi) üzrə işə qəbul olunmuşdur. İddiaçı onun öz ərizəsi ilə əmək müqvailəsinə xiatm verildiyini, lakin belə bir ərizə yazmadığını,onun qanunsuz və əsassız işdən çıxarıldığını əsas gətirərək, əvvəlki işə bərpa olunmaqla, məcburi iş buraxmaya görə əmək haqqı ödənilməsi tələbini irəli sürmüş, iddia tələbinin əsası kimi qeyd eidlən hallara istinad etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək, etirazını iddiaçı ilə bağlanmış əmək müqvailəsinə onun ərizəsi ilə deyil, Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (üzrsüz səbəbdən işə gəlməməsi əsası ilə) xitam veridliyini, işdən çıxarma əmrində texniki səhv olduğunu, bununla bağlı əmək qnaunvericiliyin tələblərinə əməl olunduğunu bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən eidlmişdir ki, tərəflər arasında bağlanılmış əmək müqvailəsinə xitam verilməsinə dair işəgötürən tərəfindən verilmiş iki Əmr- 12-K № li 24.07.2021-ci il tarixli Əmr və 111-K № li 24.07.2021-ci il tarixli Əmr çıxarılmışdır. Həmin Əmrlərdən birində işçi ilə əmək müqvailəsinə xitam verilməsinin əsası kimi işçinin öz ərizəsi ƏM-nin 68-ci maddəsinin 2-ci bəndinin a yarımbəndi, digərində isə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi qeyd eidlmişdir. Həmçinin, iş materiallarında olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək bildirişinin məzmununda işçi ilə əmək müqvailəsinə xitam verilməsi ilə bağlı müvafiq əmrin nömrəsi və tarixi 111-K,24.07.2021-ci il, əmək müqaviləsinə xitam verilməsi əsası 68.2.a)tərəflərdən birinin təşəbbüsü, əmək müqaviləsinə xitam verilmə tarixi 24.07.2021-ci il qeyd edilmişdir. Bu halla bağlı məhkəmə ilk növbədə onu qeyd etməyi zəruri hesab edir ki, işçi ilə əmək müqaviləsinə Əmək qanunvericiliyində qeyd edilmiş əsaslardan yalnız bir ilə xitam verilə bilər. İndiki halda isə işçi ilə əmək müqvailəsinə iki ayrı əsasla xitam verilməsi halı müəyyən edilmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, əmək müqvailəsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində xitamın əsası kimi Əmək Məcəlləsinin 68.2.a) tərəflərdən birinin təşəbbüsü halı qeyd edildiyi halda, həmin bildirişdə əmək müqvailəsinin xitam olunmasına dair əmr kimi qeyd edilmiş 111-K 24.07.2021-ci il tarixli Əmrin məzmununda isə xitamın əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi qeyd edilmişdir. Həmçinin, cavabdeh tərəf qeyd edilən halın texniki səhv olması halına istinad etsə də, həmin hala dair, habelə indiki halda işçi ilə əmək müqaviləsinə xitam verilməsi barədə iki ayrı əsasla, iki ayrı nömrəli Əmrin mövcudluğu ilə bağlı ziddiyətli halın aradan qaldırılmasına dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Qeyd edilən hallar isə Əmək Məcəlləsinin 76-cı maddəsinin tələblərinə zidd olmuşdur. Bundan əlavə, məhkəmə hazırki mülki iş üzrə cavabdeh işəgötürən tərəfindən işçi iddiaçı barəsinə qəbul eidlmiş əmək müqaviləsinə xitam verilməsi barədə hər iki Əmrlə bağlı müəyyən edilmiş halların qeyd edilməsini zəruri hesab edir. Belə ki, məhkəmə araşdırması zamanı işçinin öz ərizəsi əsasında əmək müqvailəsinə xitam verilməsi ilə bağlı işçi qismində çıxış edən ididaçı tərəfindən yazılmış və imzalanmış belə bir məzmunlu ərizənin olması halı aşkar edilməmişdir. Cavabdeh tərəf də belə bir ərizənin olmadığını qəbul etmişdir. Bu halda, məhkəmə hesab edir ki, işçi ilə bağlanılmış əmək müqvailəsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin a bəndi ilə xitam verilməsinə dair işəgötürən tərəfindən qəbul edilmiş 126-K № li 24.07.2021-ci il tarixli Əmr əsassız olmuşdur. Həmçinin, məhkəmə işçi ilə bağlanılmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə (Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndində sadalanan hal) xitam verilməsi əsası ilə bağlı onu qeyd edir ki, cavabdeh işəgötürən işçinin uzun müddət işə gəlmədiyini əsas götürsə də, qeyd edilən halla bağlı heç bir sübutu (habelə işçilərin gündəlik işə gəlib-getmə vaxtlarını öz imzaları ilə təsdiq etdiyi iş qrafiki cədvəli (tabeli)) məhkəməyə təqdim edə bilməmiş, həmin sənədlərin yoxlama aparılması ilə bağlı harada olmağı barədə məlumatlı olmadığını bildirmişdir. Başqa sözlə, cavabdeh işəgötürən işçinin hansı müddətdə, hansı tarixlərdə işə üzrsüz səbəbdən gəlməməsi halları ilə bağlı heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu halda, məhkəmə hesab edir ki, işəgötürənin müvafiq əmrdə istinad etdiyi Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndi həmin Əmrdə formal olaraq sadalanmış, həmin Əmr işəgötürən tərəfindən əsaslandırılmamışdır. Halbuki, bu əsasla əmək müqaviləsinə xitam verilməsinin zəruriliyi işəgötürən tərəfindən əsaslandırılmalıdır Digər tərəfdən, qeyd edilən əsasla işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə o halda xitam verilə bilər ki, həmin əmək funksiyasının icra olunmaması işçinin qəsdən və ya səhlənkarlıqla etinasızlıq nəticəsində baş verməli, habelə bu hal iş yerində işin normal ahəngini pozmuş olmalı və ya işəgötürənin hüquqlarını və ya qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olmalıdır. İndiki halda, isə qeyd edilən halların (həm işçinin hansı tarixlərdə işə gəlməməsi, həm də işçinin işə gəlməməsi halının işin normal ahənginin pozmuş olması, bununla işəgötürənin və digər işçilərin mənafelərinə ziyan dəyməsi halının) müəyyən edilməsinə dair cavabdeh işəgötürən tərəfindən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Nəticədə məhkəmə araşdırması zamanı işçi ilə əmək müqaviləsinə xitam verilməsinin əsası qismində çıxış edən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi (Əmək Məcəlləsinin 72-ci maddəsinin a bəndinin) dispozitiv şərtləri müəyyən edilməmişdir. Həmçinin, məhkəmə onu qedy edtməyi zəruri hesab edir ki, bu əsasla əmək müqaviləsiniə xitam verilməsi üçün işəgötürən tərəfindən riayət olunmalı tələblərdən biri də həmkarlar ittifaqının qabaqcadan razılığının alınmasından ibarətdir, habelə əmək qanunvericiliyinin tələbinə görə bu barədə işəgötürən tərəfndən həmkarlar ittifaqı təşkilatına yazılı əsaslandırılmış təqdimatla mürcaiət etməli, təqdimata əsalandırılma sənədləri əlavə edilməli, həmçinin, həmkarlar ittifaqının bu barədə qərarı işəgötürənə əsaslandırılmış və yazılı formada təqdim olunmalıdır. İndiki halda isə hazırki iş üzrə nə işəgötürən tərəfindən bununla bağlı həmkarlar təşkilatına ünvanlanmış əsaslandırılmış yazılı təqdimatı (heç bir əsaslandırma sənədləri əlavə eidlmədən), nə də həmkərlar ittifaqı təşkilatı tərəfindən qəbul edilmiş həs hansı qərarı mövcud olmuşdır. Bundan əlavə, iş materiallarından görünür ki, işəgötürən tərəfindən bu barədə həmkarlar təşkilatına 24.07.2021-ci il tarixli yazılı məktub göndərilmiş (heç bir əsaslandırılma sənədləri əlavə eidlmədən), həmkarlar təşkilatının bununla bağlı iclası 24.07.2021-ci il tarixdə keçirilmiş, habelə həmin iclasda barəsində müzakirə aparılan işçinin iştirakı təmin edilməmişdir. Bütün bu qeyd edilən hallar isə həmkarlar təşkilatının qeyd edilən iclası protokolunun formal xarakter daşıması kimi qiymətləndirilməsinə əsas verir. Bununla da, məhkəmə hesab edir ki, cavabdeh tərəfindən işçi qismində çıxış edən iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin 76-cu maddəsinin, habelə 69,70,71,72, 80-ci maddəsinin tələbləri pozulmuşdur. . Ona görə də məhkəmə qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının iddia tələbinin əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması, əvvəlki işinə bərpa olunması və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsinə dair iddia tələbi əsaslı olmaqla, təmin olunmaılıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən 1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Həmin Məcəllənin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəlləsinin 297-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinə məhkəmələrdə baxılması Əmək Məcəlləsi, Azərbaycan Respublikasının Mülki-Prossesual Məcəlləsi ilə və digər müvafiq normativ hüquqi aktlarla nizama salınır. Həmin Məcəllənin 301-ci maddəsinə əsasən fərdi əmək mübahisəsinin həlli barədə məhkəmə qərarı, onun məzmununda başqa hal nəzərdə tutulmayıbsa, bu qərar qanuni qüvvəyə mindiyi gündə dərhal icra edilməlidir. Həmin məcəllənin 290-cı maddəsinə əsasən fərdi əmək mübahisələrində tərəflər biri digərinin hüquqlarına hörmət edərək qanunvericiliyin tələblərini, əmək müqaviləsi üzrə öhdəlikləri və əmək mübahisələrini mahiyyəti üzrə həll edən məhkəmənin qətnaməsini (qərarını) yerinə yetirməyə borcludurlar. Həmçinin, məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Bununla bağlı, Avropa İnsan Hüquqları Məhkəməsi "Mahmudov Rusiya Federasiyasına qarşı" 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və birbirinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlar məcmuəsinə məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin olunmalı, Bakı Şəhər Baş Səhiyyə Mərkəzi (İdarəsinin) 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb Bacısı vəzifəsində (peşəsində ) işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanası tərəfindən qəbul edilmiş 24.07.2021-ci il tarixli 111-K № li Əmr ləğv edilməli, əvvəlki vəzifəsinə bərpa olunmalı və ona məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Bakı şəhəri Baş Səhiyyə İdarəsi 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Bakı Şəhər Baş Səhiyyə Mərkəzi (İdarəsinin) 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb Bacısı vəzifəsində (peşəsində) işləyən İddiaçı tutduğu vəzifədən (peşəsindən) azad edilməsi barədə 24.07.2021-ci il tarixli 111-K №-li Əmri ləğv edilsin. İddiaçı Bakı Şəhər Baş Səhiyyə Mərkəzi (İdarəsinin) 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının X2 Tibb Bacısı vəzifəsinə (peşəsinə ) bərpa edilsin və iddiaçıya məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilsin. Qətnamədən, qətnamənin tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülnar Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar