Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-339/2025 22.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Fərzəliyeva Günay Abdukərim qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi «uşağın doğum faktının müəyyən edilməsi» barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs1 və Maraqlı şəxs2 maraqlı şəxs qismində qeyd etməklə ərizə ilə məhkəməyə müraciət edərək, 07 noyabr 2024-cü il tarixdə cinsi oğlan olan uşağın (X7) doğulmasına dair doğumun qeyd edilmə faktı müəyyən edilməsi və uşağa doğum haqqında şəhadətnamə verilməsi, doğum haqqında şəhadətnamədə uşağın soyadı Məmmədov, adı Həmzə, ata adı Valid, doğum tarixi 07 noyabr 2024-cü il, doğulduğu yer Bakı şəhəri, ata qrafasmda atasının adı Maraqlı şəxs2, ana qrafasında anasının adı Əliyeva Pərvanə Qafqaz qızı, miliyyətləri azərbaycanlı kimi qeyd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni belə əsaslandırmışdır ki, Maraqlı şəxs2 ilə 2006-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdilər. Onların rəsmi nikahdan üç uşağı doğulmuşdur. Maraqlı şəxs2 ilə nikahı xx.xx.2013-cü il tarixdə ləğv etdirmişdilər. Nikahı ləğv etdirsə də Validlə barışıb birlikdə ər-arvad kimi yaşamışdılar. Onların sonradan faktiki nikahdan xx.xx.2015-ci il tarixdə X4, xx.xx.2017-ci ildə X8 adlı iki uşaqları da doğulmuşdur. 07 noyabr 2024-cü il tarixdə onların faktiki nikahdan cinsi oğlan olan üçünçü uşağı ev şəraitində dünyaya gəlmişdir. Hal-hazırda uşaq sağ-salamat olmaqla onunla birlikdə yaşayır. Uşağa doğum şəhadətnaməsi almaq üçün Maraqlı şəxs1nə müraciət etmiş, lakin onlar uşağın doğumunu qeydə almaqdan imtina etmişlər. Uşağın doğumun qeyd edilməsi faktı ona doğum şəhadətnaməsi almaq üçün lazımdır Ərizəçi nümayəndəsi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və bildirdi ki, uşaq evdə dünyaya gəlmişdir, doğum aktını təsdiqləyən tibbi sənəd yoxdur deyə uşağa doğum haqqında şəhadətnamə almaq mümkün olmamaışdır. Maraqlı şəxs2 məhkəmə iclasında izahatında ərizənin təmin edilməsinə və uşağın atası kimi qeyd edilməsinə etiraz etmədi. Maraqlı şəxs2 xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizə təqdim edərək, 07 noyabr 2024-cü il tarixdə Ərizəçi doğulan cinsi oğlan olan X2 atası olmasını etiraf edir və övladına doğum haqqında şəhadətnamənin verilməsi üçün doğum faktının təsdiqlənməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs1nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxs məktubla müraciət edərək məhkəmə iclaslarının onların iştirakı olmadan keçirilməsini xahiş etmişlər. onlar məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, maraqlı şəxsin etirafını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan, Bakı şəhəri Maraqlı şəxs1 xx.xx.2024-cü il tarixli 3-16-5/7-15-1615/2024 saylı məktubundan görünür ki, ərizəçinin 07 noyabr 2024-cü il təvəllüdlü oğlunun ev şəraitində doğulması qeyd edildiyindən və doğulması barədə tibbi şəhadətnamə olmadığından hazırda uşağın doğumunun qeydiyyat şöbəsi tərəfindən dövlət qeydiyyatına alınması mümkün olmamışdır. İş materiallarında olan AZ-İ seriyalı 181906 saylı nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, X5 və X1 arasında bağlanmış nikah xx.xx.2013-ci il tarixdə 76 saylı akt ilə pozulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsi “X19” X14 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Əliyeva X3 Tibb Mərkəzində həkim-ginekoloqun müayinəsində olmuş, obyektiv və ginekoloji müayinələr nəticəsində zahı qadın olması təsdiqlənib. Həkim neantoloq tərəfindən yenidoğulmuş kişi cinsli uşaq müayinə olub-sağlamdır. İş materiallarında olan AZ-İ seriyalı 950052 saylı, AZ-İİ seriyalı 518763 saylı, AZ-İİ seriyalı 518762 saylı, AZ-İİİ seriyalı 542869 saylı və AZ-İİİ seriyalı 940784 saylı doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X9, xx.xx.2009-cu il təvəllüdlü X10, xx.xx.2010-cu il təvəllüdlü X6, xx.xx.2015-ci il tarixdə X4, xx.xx.2017-ci ildə X8 adlı uşaqların ata adı Maraqlı şəxs2, ana adı Ərizəçidır. İş materiallarında olan arayışdan görünür ki, Əliyeva X3 rayonu Müşfiqabad qəsəbəsində qeydiyyatsız yaşayır. İş materiallarına Ərizəçi hamiləliyin ultrasonoqrafik müayinələrinə dair sənədlər əlavə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin Qərarın 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Həmin Qərarın 4.3-cü bəndinə əsasən, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 2.1-ci bəndinə əsasən, doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğumunun qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Həmin Qaydaların 2.3-cü bəndinə əsasən, doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. Həmin Qaydaların 2.5-ci bəndinə əsasən, doğumun qeydə alınması üçün aşağıdakı sənədlər (bu Qaydanın 1.7-ci bəndinin ikinci və üçüncü cümlələrinin tələbləri nəzərə alınmaqla) təqdim edilməlidir:https://e-qanun.az/framework/2426 2.5.1. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd; Həmin Qaydaların 2.8.2-ci bəndinə əsasən, valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Həmin Qaydaların 2.8.3-cü bəndinə əsasən, uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında akt qeydində və şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Məhkəmədə tədqiq edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərizəçi doğum faktının qeydə alınması üçün müvafiq qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ona doğum faktını, yerini və vaxtını təsdiq edən sənədi olmadığı üçün doğum haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Göründüyü kimi, ərizəçi doğum haqqında şəhadətnaməsini başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ərizəçi doğum faktının müəyyən edilməsi və ərizəçinin uşağın doğum faktının müəyyən edilməsinin adına doğum haqqında şəhadətnamənin alması üçün lazım olduğunu əsas gətirmişdir. Məhkəmədə iclasında tədqiq olunmuş sənədlər, ərizəçi izahatları, maraqlı şəxsin etirafı və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Ərizəçi faktiki nikahından xx.xx.2024-cü il tarixdə ev şəratində kişi cinsli övladı doğulmuşdur. Uşaq ev şəraitində doğulduğu üçün müvafiq tibb müəssisəsinin arayışı və ya doğuma kömək etmiş həkimin verdiyi sənəd olmamış, bu səbəbdən ərizəçi doğum haqqında şəhadətnamə əldə etməmişdir və hazırda həmin sənədin əldə edilməsi imkanı itirilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində kişi cinsli uşağın doğulması faktı təsdiq edilməlidir. Bundan əlavə həmin uşağın atasının Maraqlı şəxs2 olmasına dair qeyd edir ki, məhkəmə iclaslarında Maraqlı şəxs2 ərizə təqdim edərək Ərizəçi xx.xx.2024cü il tarixdə Bakı şəhərində doğulmuş kişi cinsli uşağın ata olmasını etiraf etmiş və doğum haqqında şəhadətnamədə ata qrafasında onun adının qeyd edilməsinə etiraz etməmişdir. Məhkəmə xərcləri ilə bağlı qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 8.2-ci maddəsinə əsasən xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmin qanunun 9.1.14-cü maddəsinə əsasən, məhkəmələrə verilən iddia ərizələri və bütün növ şikayətlər üzrə-büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumu ödəməkdən azaddırlar. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, maraqlı şəxslər biri- Maraqlı şəxs1 dövlət rüsumu ödəməkdən azad edildiyi halda digər Maraqlı şəxs2 Malik oğlundan 100 manat dövlət rüsumu tutularaq ərizəçiyə ödənilməlidir. Beləliklə, məhkəmə toplanmış sübutları məcmu halda hüquqi qiymət verərək, habelə ərizəçinin qeyd edilən faktı təsdiq edən sübutları başqa qaydada əldə edə bilmədiyini əsas götürərək, ərizəçinin üstün maraq və mənafeyini rəhbər tutaraq hesab edir ki, ərizəçinin övladlarının doğumunun qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizəsi əsaslı olduğundan təmin olunmalı, Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində kişi cinsli uşağın doğulması faktı müəyyən edilməli, ərizəçinin övladının adına doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə uşağın adı-Həmzə,soyadı Məmmədov, ata adı Valid, ana qrafasında Ərizəçi, ata qrafasında Maraqlı şəxs2, uşağın milliyyəti “azərbaycanlı” qeyd edilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 285, 296-300-cü maddələrini rəhbər tutaraq QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2024-cü il tarixdə Bakı şəhərində kişi cinsli uşağın doğulmasına dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Doğum haqqında şəhadətnamə verilərkən şəhadətnamədə ərizəçinin övladının doğum tarixi 07 noyabr 2024-cü il, doğulduğu yer Bakı şəhəri, ana qarfasında anasının adı Ərizəçi, ata qarfasında atasının adı- Maraqlı şəxs2 kimi qeyd edilməsi nəzərə alınsın. Qətnamə doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Maraqlı şəxs2 Malik oğlundan Ərizəçi ödənilsin. Qətnamədən rəsmi qaydada tərəflərə verildiyi gündən 1 (bir) ay müddətində, elektron qaydada Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Qamət Əbilov.
Məhkəmə qərarları › İş №2(002)-339/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-339/2025
22.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver