Məhkəmə qərarları › İş №2(002)-3402/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3402/2024

04.12.2024 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3402/2024 04.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğluun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «şəxsin ölmüş elan edilməsi»-nə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı «şəxsin ölmüş elan edilməsi» barədə ərizə ilə məhkəməyə müraciət edərək, Qəyyumluğu altında olan nəvələri- xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 ataları xx.xx.1983-cü ildə Bakı şəhərində anadan olmuş X14 2015-ci ilin dekabr ayında İraq Respublikasında ölmüş elan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, qızı xx.xx.1983-cü il təvəllüdlü X7, xx.xx.2006-cı ildə, xx.xx.1983-cü il təvəllüdlü X22 ilə rəsmi nikaha girməklə evlənmişdir. Onların birgə nikahlarından 3 övladı-xx.xx.2006-cı il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X23 və xx.xx.2012-ci il təvəllüdlü X19 anadn olmuşdur. 2014-cü ildə Zülfüqarov Xələf, 2015-ci ildə isə X31 xəbərsiz 3 övladı ilə birlikdə onların xəbəri olmadan Türkiyə sərhəddini keçərək, Suriyaya, oradan da İraq Respublikasına getmişdir. Bundan sonra onlarla əlaqəsi kəsilmiş və heç bir məlumat əldə edə bilməmişdilər. Onların haqqında məlumat əldə edə bilmək üçün “Qızıl Xaç” cəmiyyətinə müraciət etmiş və onlar tərəfdən axtarış edilmişdir. Həmin Cəmiyyət tərəfindən onlara bildirilmişdir ki, həqiqətən də kürəkəni X22 orada İŞİD teroror təşkilatına qoşularaq döyüşlərə qatılmış və 2015-ci ilin dekabr ayında İraqda həlak olmuşdur. X31 isə hazırda həbsxanadadır. İraqda onların xx.xx.2016cı il təvəllüdlü X11 adlı bir övladları da anadan olmuşdur. X1 evliliyindən anadan olmuş övladları - xx.xx.2006-cı il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X23, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X11 2020-ci ildə Azərbaycan Respublikasının İraqdakı Səfirliyinin köməkliyi ilə Azərbaycana gətirilmişdir və onun himayəsinə verilmişdir. Uşaqlar hal-hazırda onunla birgə yaşayırlar. Bakı şəhəri, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixi, 49 saylı Sərəncamı ilə o, Ərizəçi nəvələri - xx.xx.2006- cı il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 üzərində qəyyum təyin edilmişdir. Qaradağ rayon Məhkəməsinin xx.xx.2020-cı il tarixli 2(002)-1331/2020 saylı qətnaməsi ilə qızı X2 dünyaya gəlmiş X6 xx.xx.2016-cı il tarixdə İraqda doğulması faktı müəyyən edilmiş və onun ata qrafasında adı Xələf, soyadı isə Zülfüqarov qeyd olunmuşdur. Bildirir ki, qızının övladları- xx.xx.2006-cı il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X23, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X11 onun qəyyumluğu altındadır və onların bütün maddi və mənəvi tələbatlarını onun üzərindədir. Lakin maddi imkansızlıq ucbatından uşaqların tələbatını qarşılaya bilmir. Belə ki, o, özü və həyat yoldaşı təqaüdçüdür və əlilliyə görə minimum əmək pensiyası alırlar. Alqığı pensiya ilə həm özlərinin dərmanlarını almaq, həm uşaqları saxlamaq mümkün deyildir. Sosial müavinətlər haqqında Azərbaycan Respublikası Qanunun 4-cü maddəsinə əsasən, 18 yaşma çatmayan uşaqların ailə başçısını itirməyə görə müavinət almaq hüququ vardır. Lakin qəyyumluğu altında olan nəvələrinin ataları X14 ölməsini təsdiq edən sənəd olmadığına görə uşaqlara ailə başçısını itiıməyə görə sosial müavinət ala bilmir. Hesab edir ki, qəyyumluğu altında olan nəvələrixx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 ataları, X14 2015-ci ilin dekabr ayında İraq Respublikasında ölmüş elan edilməsi faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Ərizəçi məhkəmə iclasında izahatında ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, o, qızının ölkəyə qaytarılması üçün hər ay müvafiq qurumlara müraciət edir. Maraqlı şəxs məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə ərizəyə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 49 nömrəli sərəncamının surətindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X11 üzərində babaları Ərizəçi qəyyum təyin edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2020-ci il tarixli, 47 nömrəli sərəncamı üzrə qəbul edilmiş qəyyum təyin edilməsi haqqında rəydən görünür ki, Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası” Ərizəçi həyat şəraitinin müəyyən edilməsi ilə əlaqədar yerində araşdırma aparmış, mənzil və ailə şəraitini öyrənmişdir. Məlum olmuşdur ki, azyaşlıların valideynləri “İŞİD” terror təşkilatına üzv olaraq İraq dövlətinə getmişlər. Azyaşlıların atası X26 İraq dövlətinin “İŞİD” terrorçularına qarşı keçirtdiyi antiterror əməliyyatları zamanı öldürülmüş, anaları ülfüqarova X20 dövlətinin güc strukturları tərəfindən həps edilmişdir. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin köməyi ilə azyaşlılar xx.xx.2006-cı il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X23, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X11 Azərbaycana gətirilmişdir. Hal-hazırda azyaşlılar xx.xx.2006cı il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X23, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X11 Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sığınacağında saxlanılır. Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Qəyyumluq və himayədarlıq məsələləri üzrə komissiyası” təqdim olunmuş sənədlərlə və işin real vəziyyəti ilə tanış olaraq, azyaşlıların mənafeyindən çıxış etməklə gələcəyini nəzərə alaraq, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 114- cü (1) maddəsinə əsaslanaraq X15 nəvələri xx.xx.2006-cı il təvəllüdlü X18, xx.xx.2011-ci il təvəllüdlü X23, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2016-cı il təvəllüdlü X11 üzərində qəyyum təyin edilməsini məqsədəuyğun hesab edir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 1331/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, X8 24 may 2016cı il tarixdə X24 uşağının doğması faktı müəyyən edilərək, hazırkı məhkəmə qətnaməsi doğum haqqında şəhadətnamə verilməsi üçün əsasdır. Doğum haqqında şadətnamədə uşağın atası - X22, anası - X7, adı - Seyfuddin, doğum tarixi – 24 may 2016-cı il göstərilməsi qət edilmişdir. İş materiallarında olan AZ-T seriyalı 135807 saylı, AZ-İİ seriyalı 757235 saylı, AZ-İİ seriyalı 991578 saylı və AZ-İV seriyalı 508245 saylı doğum haqqında şəhadətnamələrindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X9, xx.xx.2011-ci il təvəllüdlü X13, xx.xx.2012-ci il təvəllüdlü X10 və xx.xx.2016-cı il təvəllüdlü X6 atası X22, anası X4r. İş materiallarında olan AZ-İ seriyalı 250495 saylı nikahın bağlanması haqqında şəhadətnaməsindən görünür ki, X22 ilə X12 arasında nikah xx.xx.2006-cı il tarixdə Maraqlı şəxsndə 570 saylı akt ilə bağlanmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 19640/2016 saylı xx.xx.2018-cı il tarixli qətnaməsindən görünür ki, xx.xx.1983-ci il təvəllüdlü X14(FİN:3HQXUER) Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)- 19640/2016 saylı xx.xx.2018-cı il tarixli qətnaməsinə əsasən “Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat sistemindən (İAMAS) alınmış çıxarışdan görünür ki, X26 xx.xx.2014-cii il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat qeydə alınmamışdır. İş materiallarında olan məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1983-cü il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı X26 xx.xx.2014-cü il tarixdə Azərbaycanı tərk etmiş və bugünədək geri qayıtmamışdır. Onun xaricdəki münaqişə bölgəsində həlak olmasına dair məlumatlar daxil olmasına baxmayaraq, ölüm faktını təsdiq etmək mümkün olmamışdır. İş materiallarında olan məhkəməyə sorğuya cavab olaraq ünvanlanmış Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsinə Azərbaycan Respublikasının Qaradağ Rayon Məhkəməsindən 6 sentyabr 2024-cü il tarixdə daxil olmuş sorğunuza cavab olaraq bildirilir ki, X14 barəsində isə 2016-cı il tarixdə Binəqədi Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası vətəndaşlığının itirilməsi ilə əlaqədar qətnamə qəbul edilmişdir. X21 Xidmətində həmin şəxsin Suriya Ərəb Respublikası və digər ölkələrin ərazilərində aparılan silahlı münaqişələrdə həlak olmasını təsdiq edən hər hansı məlumat və sənədlər mövcud deyildir. X5 ifadəsində bildirdi ki, ərizəçinin nəvəsi, Xələfin isə qızıdır.. İraqa gedəndə 3 uşaq idilər. 4-cü uşaqları orada dünyaya gəlmişdir. O, İraqda 2014-cü il tarixdən-8,9 yaşlarından yaşamışdır. Anası hazırda İraqda məhkumdur. Arada anası ilə danışırlar. Atası İraqda həlak olmuşdur, cəsədini evə gətirdilər, özləri kəfənlədilər. Məhkəmə araşdırması əsasında müəyyən olunmuşdur ki, X22 xx.xx.2014-ci il tarixdə Azərbaycan Respublikasının ərazisini tərk etmiş və həmin tarixdən sonra ölkəyə girişinə dair məlumat mövcud deyildir. Onun uşaqları Ərizəçi qəyyumluğuna verilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-19640/2016 saylı xx.xx.2016cı il tarixli qətnaməsinə əsasən X14 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Beləliklə, məhkəmə işin hallarını nəzərə alaraq və Mülki Məcəllənin 41.1-ci maddəsinə əsasən hesab edir ki, X22 ölmüş elan olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.4.-cü maddəsinə əsasən 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.-ci maddəsinə əsasən ölmüş hesab edilən şəxs gəldikdə və ya onun yaşadığı yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 305.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.2. şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və ya şəxsin ölmüş elan edilməsi haqqında. Azərbaycan Respublikasının MPM-nin 306.1-cı maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının MPM-nin 312-ci maddəsinə əsasən şəxsin xəbərsiz itkin düşmüş hesab edilməsi və şəxsin ölmüş elan edilməsi haqqında ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Azərbaycan Respublikasının MPM-nin 313-cü maddəsinə əsasən ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra həkimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Həmin Məcəllənin 316-cı maddəsinə görə isə xəbərsiz itkin düşmüş hesab edilən və ya ölmüş elan edilən şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə yeni qətnamə ilə özünün əvvəlki qətnaməsini ləğv edir. Bu qətnamə müvafiq olaraq əmlakın idarə edilməsinin ləğvi üçün və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabında şəxsin ölməsi barədə qeydin ləğv edilməsi üçün əsasdır. Məhkəmə iş üzrə müəyyən edilən hallara qiymət verərək hesab edir ki, X17 yaşayış yerində onun harada olması barədə 10 ildən çox müddət ərzində məlumat olmadığını, onun uşaqları barəsində qəyyumluq təyin edilməsini nəzərə alaraq 04 yanvar 1988-ci il tarixdə Bakı şəhərində anadan olmuş X26 ölmüş elan edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, ərizədə X14 2015-ci ildə ölməsi barədə qətnamə qəbul olunmasını xahiş edilmişdir.İşdən görünür ki, Binəqədi rayon məhkəməsinin 2(001)- 19640/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən, xx.xx.1983-cü il təvəllüdlü X14 Azərbaycan Respublikasının vətəndaşlığı itirilmiş hesab edilmişdir. Belə olan təqdirdə məhkəmə qeyd edir ki, ölmüş şəxs barəsində sonradan vətəndaşlığın itirilməsi hüquqi müəyyənlik prinsipinə zidd olar. N. Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 09 fevral 2006-cı il tarixli qərarının və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 22 dekabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 13 iyun 2008-ci il tarixli Qərarında qeyd edilir ki, konstitusiya hüququnun doktrinası hüquqi müəyyənlik prinsipini Azərbaycan Respublikası Konstitusiyasının Preambulasında öz əksini tapan qanunun aliliyinin əsas elementlərindən biri kimi tanıyır. Hüquqi müəyyənlik prinsipi isə digər tələblərlə yanaşı ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. Həmçinin, məhkəmə qeyd edir ki, ərizənin X14 döyüşlər zamanı vəfat etməsi isə mötəbər sübutlar əsasında öz təsdiqini tapmadığından məhkəmə hesab edir ərizə şəxsin 2015-ci ildə İraq Respublikasında döyüşlər zamanı vəfat etməsi hissəsində təmin edilməmlidir. Bundan başqa Mülki Məcəlləsinin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün sayılmalıdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 33, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. xx.xx.1983-cü il tarixdə Bakı şəhərində anadan olan X22 (FİN: 3HQXEUR) ölmüş elan edilsin. X14 ölüm günü hazırki məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün hesab edilsin. Ərizə qalan hissədə təmin olunmasın. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar