Məhkəmə qərarları › İş №2(002)-3406/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3406/2021

02.12.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3406/2021 02.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh2 nümayəndəsi, Cavabdeh1 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin cavabdehlər Cavabdeh1 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsi cavabdehlər Cavabdeh1 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə vəsatətlə müraciət edərək, N saylı hərbi hissə hüquqi şəxs olmadığı və onun komandirinin iddia ərizəsini imzalamaq səlahiyyəti olmadığı üçün iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin nümayəndəsi X2 verilmiş vəsatətin təmin edilməməsini, əsl olmayan iddiaçının əsl olan iddiaçı ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi, Cavabdeh1 verilmiş vəsatətin təmin edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, vəsatəti və mülki iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən ərizə imzlanmadıqda yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə qeyd edir ki, mövcud iddia ərizəsini Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq qaydada səlahiyyət verilmiş şəxsi imzalamalı olduğu halda, onu buna səlahiyyəti olmayan şəxs imzalamışdır. Məhkəmə həmçinin qeyd edir ki, ərizə baxılmamış saxlanıldığından Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin nümayəndəsi tərəfindən əsl olmayan iddiaçının əsl olan iddiaçı ilə əvəz olunması barədə vəsatətə baxılması zərurəti aradan qalxmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 259.0.3-cü, 263-264-cü və 266-269-cu maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N saylı Hərbi Hissəsinin cavabdehlər Cavabdeh1 və Dadaşova (Rəhimova) Elnarə Mirzəbala qızına qarşı xüsusi təyinatlı yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra tərəflər 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verə bilərlər. HAKİM: KAMRAN ƏSƏDOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar