Məhkəmə qərarları › İş №2(002)-346/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-346/2023

31.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-346/2023 31.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi1 Cavabdeh X2 Maraqlı şəxs2 Ərizəçi2 iştirakları ilə Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı tələbinə dair mülki iş üzrə tələbinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X7, xx.xx.1987-ci il təvəllüdlü X1 övladı olması faktının müəyyən olunması, doğum haqqında aktında uşağın soyadının “Ələkbərov”, adının “Əli”, ata adının ”Səxavət” qeyd edilməsi və doğum qeydinin ata qrafasında “X3”, an qrafasında “X8” kimi qeyd edilməsi barəsində qətnamə çıxarılması xahiş etmişdir. Ərizəçi1 və Ərizəçi2 məhkəmə iclasında ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs1 məhkəməyə ərizə göndərək, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasında izahatında ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan AZ-İV 681836 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X7 anası X8, atası X5r. İş materiallarında olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1239/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü X4 xx.xx.2018-ci ildə İraq Respublikasında bir oğlan uşağı dünyaya gətirməsi faktı müəyyən edilməsi və uşaq barədə məlumat qrafasında adı “X10”, ata adı “X9”, ana adı “X8”, milliyətləri “azərbaycanlı” kimi qeyd edilməklə doğum haqqında şəhadətnamə verilməsi qət edilmişdir. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2022-ci il tarixli 05/9-1236/15 saylı məktubundan görünür ki, uşağın (xx.xx.2018-ci il təvəllüdlü X7) anası X4 xx.xx.2007ci i ltarixdə Tərtər rayon qeydiyyat şöbəsində X9 ilə nikaha daxil olduğu məlum olmuşdur, həmçinin xx.xx.2018-ci il təvəllüdlü X7 X9 ilə X4 nikah dövründə doğulduğu aşkar olmuşdur. Məhkəmə aşağıdakı əsaslara görə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli qərarının 1.5-ci bəndində qeyd edilmişdir ki, Hüquq haqqında mübahisə dedikdə, digər şəxsin (şəxslərin) eyni predmetə hüquqlarının olması, maddi hüquq münasibətlərinin iştirakçıları arasında iddia edilən hüquqların yalnız ona məxsus olması və ya həmin hüquqların həcmi və sair barədə yaranan fikir ayrılığı başa düşülür. Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim MPM-in 259.0.10-cu maddəsinə və 306.4-cü maddəsinə görə hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarmalı, ərizəçi və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxsin hüquqi faktın müəyyən edilməsi barədə qətnamədən şikayət verərək qətnamənin qanuniliyini və əsaslılığını mübahisələndirməsi hüquq haqqında mübahisə demək deyildir və bu əsasla ərizənin baxılmamış saxlanılması yolverilməzdir. Ailə Məcəlləsinin 44.2-ci maddəsinə əsasən uşaq aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Həmin Məcəllənin 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Azərbaycan Respublikası MPM-nin 259.0.10-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə; iddia ərizəsi baxılmamış saxlanılır. Azərbaycan Respublikası MPM-nin 306.4-ci maddəsinə əsasən Xüsusi icraat qaydasında işlərə baxarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, hakim ərizənin baxılmamış saxlanılması haqqında qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.5-ci maddələrinə əsasən ödənilmiş dövlət rüsumu bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa qaytarılır. Beləliklə, iddia ərizəsinə əlavə edilmiş matriallardan göründüyü kimi, Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı tələbinə dair ərizəsi üzrə mübahisənin mövcud olduğu (başqa şəxslərin hüququna toxunduğu) bəlli olduğundan baxılmamış saxlanılmalı və tərəflərə ümumi əsaslarla iddia vermək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.1, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxs1nə və Maraqlı şəxs2 qarşı şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi1 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Günay Həşimova.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar