Məhkəmə qərarları › İş №2(002)-350/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-350/2020

06.08.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-350/2020 06.08.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Muxtarov Nurlan Nurəddin oğlunun katibliyi, Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsinin nümayəndəsi X7 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsitələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.2004-cü ildən xx.xx.2008-ci ilədək “AJ Crane” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Sparrows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “ASCO Caspian Holdings” SA şirkətində kran maşinisti kimi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1959-cu ildə Ağdam rayonu, Paparavənd kəndində anadan olmuşdur. 1993-cü il tarixində doğma torpaqları erməni işqalçıları tərəfindən işğal olduqdan sonar Ağdam rayonundan məcburi köçkün düşərək Qaradağ rayonu, Sənqəçal qəsəbəsinə köçərək orada yaşayır. Əmək fəaliyyətinə xx.xx.1979cu ildə Ağdam rayonunda başlamışdır və hal hazıradək Qaradağ rayonu ərazisində yerləşən “xxxxxxxx” MMC şirkətində kran operatoru kimi işləyir. o, xx.xx.2004-cü ilddən Qaradağ rayonu ərazisində Neft platformalarının tikintisi ilə məşqul olan “AJ CRANE” LTD şirkətində yer səthindən 17 metr hündürlükdə olan “portal” kranları üzrə kran maşinisti vəzifəsində işləmişdir və şirkət xx.xx.2008-ci ildə bağlandıqdan sonar o işdən azad olundum və şirkətin işini həmin ərazidə icra edən “Sparows Offshore” Services LTD şirkəti tenderi udaraq “AJ CRANE” LTD şirkətinin işini davam etdirdi və onda xx.xx.2008-ci ildən “Sparows Offshore” Services LTD şirkətində yer səthindən 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti kimi işə qəbul edilərək işləməyə başladı və xx.xx.2010-cu ildə yuxarıda qeyd etdiyi kimi şirkətin müqaviləsi bitidiyindən o işdən azad edildi və “Spaows Offshore”xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx“ASCO CASPİAN HOLDİNGS” SA şirkəti davam etdirməyə başladı və şirkət məni xx.xx.2010- cu ildə yenidən əvvəlki şirkətə yer səthindən kranın kabinasının 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti vəzifəsinə qəbul etdi və xx.xx.2015-ci il tarixində öz xahişi ilə işdən azad edilərək xx.xx.2015-ci ildə xxxxxxxx X3 yer səthindən 17 metr hündürlükdə olan portal kranları üzrə kran maşinisti vəzifəsinə işə qəbul edildi və hal-hazıradək xxxxxxxx X2 yer səthindən 17 metr hündürlükdə olan portal kranları üzrə kran maşinisti vəzifəsində işləyir. Məhkəməyə müraciət etməkdə məqsədim onun Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarına əsasən qanunla müəyyən edilmiş yaş həddindən tez əmək pensiyyası hüququnun təmin edilməsi üçün işlədiyim kranın kabinasının yer səthindən 17 metr hündürlükdə olan “portal kranları” üzrə kran maşinisti vəzifəsində xx.xx.2004-cüs ildən xx.xx.2008-ci ildək “AJ CRANE” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ildək “Sparows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “ASCO CASPİAN HOLDİNGS” SA şirkətindən arayış ala bilməməyin səbəb olmuşdur. Tərəfindən Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi Yanında Dövlət X12 X10 İdarəsinə ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiyya təyin edilməsini xahiş etmişdi lakin qeyd etdiyi qurum onun müricətinə xx.xx.2019-cu il tarixində cavab məktubu göndərərək güzəştli şərtlərlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış təqdim etdiyim halda ona pensiya təyin ediləcəyinini göstərdilər və o qeyd olunan arayışları işlədiyi müəssisələrdən ala bilmədiyi səbəbindən Qaradağ rayon məhkəməsinə ərizə verərək qeyd olunan faktın müəyyən edilməsini məhkəmədən xahiş etdi. Lakin Qaradağ rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə ərizənin geri qaytarılması barədə qərardad qəbul edərək qeyd etdiyim şirkətlərin Azərbaycan Respublikasında fəaliyyətdə olmaması barədə məhkəməyə sübut təqdim etməni ondan tələb etdi və o AR-nın Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ərizə yazaraq qeyd olunan şirkətlərin Azərbaycan Respublikasında fəaliyyətdə olmamsım xahiş etdim, amma buna baxmayaraq qeyd olunan qurum onun ərizəsi əsasında tələb edilən məlumatın vergi sirri olması səbəbindən AR-nın Vergi Məcəlləsinin 30.2-ci maddəsinə əsasən məlumatın verilməsinin mümkünsüz olduğunu göstərərək ona imtina cavabı verdilər. xx.xx.2015-ci ildən işlədiyim xxxxxxxx MMC-şirkətində yer səthindən 17 metr hündürlükdə kran maşinisti işləməyi barədə arayış alsada lakin adlarını yuxanda qeyd etdiyi “AJ CRANE” LTD, “Sparows Offshore”xxxxxxxxxxxxxxxxx“ASCO CASPİAN HOLDİNGS” SA şirkətlərinin hal hazırda Azərbaycan Respublikası ərazisində fəaliyyətləri olmadığından həmin şirkətlərdən işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması barədə arayış ala bilmir. xx.xx.2004-cü ildən xx.xx.2008-ci ildək “AJ CRANE” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ildək “Sparows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “ASCO CASPİAN HOLDİNGS” SA şirkətinin Azərbaycan Respublikasında fəaliyyətləri olmadığından işlədiyi kranların kabinasının yer səthindən 17 metr hündürlükdə olması faktı məhkəmə tərəfindən müəyyən edilərək qərar qəbul edilməlidir. Ərizəçi məhkəməyə ərizə göndərərək, məhkəmə iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsinin nümayəndəsi X11 məhkəmə iclasında verdiyi izahatında ərizənin təmin edilməməsini xahiş etdi. Məhkəmə cavabdeh tərəfin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Belə ki, şahid X4 xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçilə 2004-cü ildən bir yerdə işləyirlər. 2004-cü ildən 2008-ci ilədək “AJ Crane” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Sparrows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “ASCO Caspian Holdings” SA şirkətində, hazırda isə “xxxxxxxx” MMC şirkətində bir kranda növbə ilə kran maşinisti kimi işləmişlər. Həmin kranın kabinasının hündürlüyü 17 metr olmuşdur. Şahid X6 xx xxxx 2020-ci il tarixli məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Ərizəçilə 20 ilə yaxındır ki, bir yerdə işləyirlər. Əvvəlcə 3 fərqli şirkətdə, hazırda isə “xxxxxxxx” MMC-də eyni kranda çalışırlar. Port kranıdır, kranda 4 nəfər növbə ilə işləyirlər. Həmin kranın kabinasının hündürlüyü 17 metr olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, Ərizəçi xx.xx.2014-cü ildən xx.xx.2008-ci ilədək “AJ Crane” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Sparrows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “ASCO Caspian Holdings” SA şirkətində kran maşinisti kimi işləmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş xxxxxxxxin xx.xx.2019-cu il tarixli arayışından görünür ki, Ərizəçi xxxxxxxx MMC-də xx.xx.2015-ci il tarixdən əmək fəaliyyətinə başlamış və hazırda Kran operatoru peşəsində işləyir. Ərizəçi işlədiyi kranın kabinası yer səthindən 17 metr hündürlükdə yerləşir. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsinin xx.xx.2019-cu il tarixli güzəştli şərtlərlə pensiya təyinatına baxılmasının təxirə salınması haqqında məktubdan görünür ki, Ərizəçi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması məsələsinə müvafiq qaydaların tələblərinə uyğun olaraq müvafiq sənədlərin əsllərinin tam şəkildə təqdim edilməsindən sonra baxılmasının mümkün olması göstərilmişdir. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq xx.xx.2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixə olan uçot məlumatlarında "Sparrouz Ofşour Sörvisiz Limited" Şirkətinin Filialının vergi uçotu xx.xx.2018-ci il tarixdən ləğv edilmiş, "xxxxxxxxxxxxxxxxxxxxxxxxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2016-cı il tarixli ərizəsinə əsasən xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək dayandırılmış, "xxxxxxxxxxxxxxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin isə fəaliyyəti və digər vergi tutulan əməlivvatları aktivdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsinin məzmunun aşağıdakılar ehtiva edir: onların mümkünluyunu, aid edilməsini, mötəbərliyi və bütün sübutların məcmusunun qarşılıqlı əlaqəsi. Məhkəmə sübutları müəyyən edərkən, məhkəmə aktında qeyd edilən nəticələrin əsaslandırılması üçün sübutların mötəbərliyin kifayət edilməsini qiymətləndirir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə tələb ərizəçi tərəfindən sübuta yetirilmədiyindən, tələbdə qeyd edilən hüquqi əhəmiyyətli faktının mövcud olması sübuta yetirilmədiyindən ərizə təmin edilməməlidir. Məhkəmə həmçinin qeyd edir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Məhkəmə iclasında müəyyən edildi ki, ərizəçi ərizədəki tələbini sübut edə bilməmişdir. Belə ki, ərizəçinin ərizədə göstərilən illərdə həmin şirkətlərdə işləməsi işin münahisəsiz halı olsa da, xx.xx.2004-cü ildən xx.xx.2008-ci ilədək “AJ Crane” LTD şirkətində, xx.xx.2008-ci ildən xx.xx.2010-cu ilədək “Sparrows Offshore” Services LTD şirkətində və xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilədək “ASCO Caspian Holdings” SA şirkətində kran maşinisti kimi işlədiyi kranın yer səthindən 17 metr hündürlükdə olması faktını təsdiq edə biləcək ərizəi tərəfindən məhkəməyə təqdim edilmiş yeganə sübutlar şahid ifadələridir. Məhkəmə şahid ifadələrinə qiymət verərək hesab edir ki, sübutların kifayətliliyi və sübutların mötəbərliliyi baxımından şahid ifadələri qeyd edilən halın təsdiqi üçün kifayət deyildir. Belə ki, hazırki halda yeganə sübut şahid ifadələridir hansi ki, şahid ifadələri ilə təsdiq olunan hal digər heç bir sübutla təsdiq olunmur. Bu səbəbdən ərizə təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, sübutların qiymətləndirilməsi həm də onların kifayətliliyi ilə bağlıdır. Məhkəmə iş üzrə nəticəyə gəlmək üçün kifayət qədər sübuta malik olmalıdır. Sübutlar o vaxt kifayət hesab oluna bilər ki, məhkəmə onlar əsasında işi həll etmək iqtidarında olur. Məhkəmə həmçinin qeyd edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə əsaslı nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) əsaslı nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhkəmə işə baxarkən və sübutlara qiymət verərkən nəzərə almışdır ki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Məhkəmə işin hallarına Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. X13 Məhkəməsi "X1rşı" xx xxxx 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, novensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi tələbinə dair ərizəsi əsassız olduğundan rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X12 X10 İdarəsini maraqlı şəxs qismində qeyd etməklə, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsitələbinə dair ərizəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar