Məhkəmə qərarları › İş №2(002)-3536/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3536/2024

18.12.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3536/2024 18.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Məcidli Aysel Əli qızının katibliyi ilə Ərizəçilər Ərizəçi2, Ərizəçi1, onların nümayəndəsi və vəkili X1 iştirakları ilə, Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs1na qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktına dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs1na qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X2 məhkəmə iclasında izahatında evin 2 otağı ərizəçilərin, bir otağı isə nənələrinin olmuşdur. Həmin evdə Sabir və onun bacıları yaşamamışdır. Ərizəçilərin ataanaları boşanıblar. Ərizəçilər o evdə yaşamışdılar. Ərizəçi1 izahatında qeyd etdi ki, ataları 2016-cı il tarixində vəfat etmişdir. Atası nənələrindən əvvəl rəhmətə gedib. Evi atasına bacısı bağışlayıbdır. Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 məhkəmə iclasında izahat verərək, ərizələrinin baxılmamış saxlanılmasını xahiş etdilər və bu barədə ərizəni məhkəməyə təqdim etdilər. Həmin Məcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.5-cı maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir . Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 259.0.6, 260, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçilər Ərizəçi2 və Ərizəçi1 Maraqlı şəxs1na qarşı mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktına dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi, ona əlavə edilmiş sənədlər ərizəçilərə geri qaytarılsın. Ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi2 geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar