Məhkəmə qərarları › İş №2(002)-3561/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3561/2024

23.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3561/2024 23.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlu, İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizə məhkəmə tərəfindən icraata götürülərək baxıla bilməz və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktları xüsusi icraat qaydasında baxaraq müəyyən edir. Məhkəmə qeyd edir ki, ərizədən göründüyü kimi ərizəçi tərəfləri- iddiaçı və cavabdeh qismindən qeyd etməklə ərizəni məhkəməyə ünvanlamışdır.Bununla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsində təsbit olunmuş iddia ərizəsinin forması və məzmununa dair tələblər iddiaçı tərəfindən pozulmuşdur. Belə ki, xüsusi icraat qaydasında mülki işlər üzrə tərəflər ərizəçi və maraqlı şəxs olduğu halda hazırda iddia ərizəsində tərəflər iddiaçı və cavabdeh qismində qeyd olunmuşdur. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən xüsusi icraat qaydasında baxılmalı olan ərizəni iddia icraatı qaydasında vermişdir. Bu səbəbdən də, ərizə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi, ona əlavə olunmuş sənədlər və 100 manat dövlət rüsumu iddiaçı Ərizəçi geri qaytarılsın. Qərardaddan qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar