Məhkəmə qərarları › İş №2(002)-3575/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3575/2022

23.12.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3575/2022 23.12.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, Salmanova Könül Xasay qızının katibliyi, İddiaçı Ərizəçi nümayəndəsi X4 iştirakı ilə, İddiaçı Bakı şəhəri Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bakı şəhəri Ərizəçi Maraqlı şəxs2 və Maraqlı şəxs1 cavabdehlər qismində qeyd etməklə, doğum faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 10 dekabr 1984-cü il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi, onun doğumun qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxs1nə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan, iddiaçı Bakı şəhəri Ərizəçi Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs2 10 dekabr 1984cü il tarixdə Bakı şəhərində doğulması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Qaradağ rayon Polis İdarəsinin rəisi, polis polkovniki Ədalət Abbasov Ərizəçina vəsatətlə müraciət edərək, Maraqlı şəxs2 barəsində doğum faktının müəyyən edilməsi və ona doğum haqqında şəhadətnamə verilməsinin Maraqlı şəxs1nə həvalə edilməsi barədə məhkəməyə müraciət edilməsini xahiş etmişdir. Qaradağ rayon Polis İdarəsinin rəisinin vəsatətində qeyd edilmişdir ki, Qaradağ RPİ İstintaq şöbəsinin sabiq müstəntiqi, polis kapitanı K.Zülfüqarov tərəfindən 11 noyabr 2021-ci ildə Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsi Bağ evləri massivində Maraqlı şəxs2 ilə X11 və X12 arasında torpaq sahəsinə görə yaranmış mübahisə zamanı onların bir-birilərinə xəsarət yetirmələri faktı ilə bağlı 12 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı X12, X11 zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş məhkəmə-tibbi ekspertizaları keçirilmiş, hadisə nəticəsində X5 və Maraqlı şəxs2 yüngül zərər vurmaya aid xəsarət almaları barədə rəylər alınmış, 12 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Maraqlı şəxs2 şəxsiyyətini təsdiq edən sənədləri, yəni doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığından onun barəsində istintaq hərəkətlərinin aparılması mümkün olmamışdır. Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi almadığını bildirmiş və şəxsiyyət vəsiqəsi aldıqdan sonra istintaqa təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, doğum faktının müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, ərizə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olmuşdur. Lakin Maraqlı şəxs2 sonradan məhkəməyə ərizə təqdim edərək, doğum faktının müəyyən edilməsi ilə bağlı ərizənin onun iradəsi ilə yazılmadığını bildirərək və həmin ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)-2274/2022 saylı qərardadı ilə Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Maraqlı şəxs2 məsuliyyətdən azad olmaq üçün qəsdən şəxsiyyət vəsiqəsi almaqdan imtina edir. Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi alması mümkün deyildir. Onun barəsində başlanılmış cinayət işi üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün Maraqlı şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin alınması zəruridir. Qaradağ RPİ-nin rəisinin vəsatəti araşdırılarkən müəyyən edilmişdir ki, vəsatət əsaslıdır və vəsatətdə qeyd olunan məsələ ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində iddia icraatı qaydasında iş qaldırılmalıdır. Maraqlı şəxs2 şəxsiyyət vəsiqəsinin almaqdan imtina etməklə törətdiyi cinayətə görə məsuliyyətdən azad olmağa çalışır. Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsi həm cinayət işi üzrə istintaq hərəkətlərinin aparılması üçün dövlətin mənafeyinin, eləcə də cinayət işi üzrə digər şəxslərin (zərər çəkmiş şəxslərin) hüquq və mənafelərinin müdafiəsi üçün zəruridir. İddiaçı Ərizəçiun nümayəndəsi X10 məhkəmə iclasında ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh Maraqlı şəxs1 məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs1 ərizəsini nəzərə alaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində məhkəməyə ərizə verilmiş cavabdeh Maraqlı şəxs2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada bildirişlər göndərilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdeh Maraqlı şəxs2 iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçı Ərizəçi nümayəndəsi X4 izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X16 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Sanqaçal qəsəbəsi MKİS-in rəisidir. Maraqlı şəxs2 qəsəbə ərazisində yaşayan şəxs kimi tanıyır. Maraqlı şəxs2 30-40 arası yaşı var. Salehin atasının adını Mirələm olduğunu bilir. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirdi ki, o, Qaradağ İcra hakimiyyəti başçısının Sanqaçal inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. O, Maraqlı şəxs2 atasının adını bilmir. Saleh Sanqaçal qəsəbəsində yaşayır. Daha çox Salehi deyil, Salehin qardaşını yaxşı tanıyır. Bildiyinə görə, Salehin təhsili xxxxxxx. Onun uşaqları 222 saylı məktəbdə təhsil alırlar. Bakı şəhəri Qaradağ RPİ-nin rəisi, polis polkovniki X17 rayon prokuroru, baş ədliyyə müşaviri Zəfər Əhmədova ünvanladığı 24 noyabr 2022-ci il tarixli vəsatətdən görünür ki, Qaradağ rayonu Sanqaçal qəsəbəsi bağ evlərində yaşayan Maraqlı şəxs2 barəsində Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə cinayət işinin istintaqı aparılır. Lakin Maraqlı şəxs2 şəxsiyyətini təsdiq edən sənədi olmadığından, cinayət işi ilə bağlı əməliyyatları rəsmiləşdirmək mümkün deyildir. Bakı şəhəri Maraqlı şəxs1 02 noyabr 2022-ci il tarixli, 05/Q-1561/14 saylı məktubundan görünür ki, Maraqlı şəxs2 barəsində Vətəndaşlıq vəziyyəti aktları avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, onun doğumu, nikahı və uşaqları barədə məlumatlar aşkar edilməmişdir. Buna görə Qeydiyyat şöbəsi tərəfindən Maraqlı şəxs2 doğum haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. Qaradağ rayonu Sanqaçal qəsəbəsi İƏD üzrə nümayəndəliyin 07 iyun 2022-ci il tarixli 1527 saylı arayışından görünür ki, Maraqlı şəxs2 həmin qəsəbədə, Massiv 3 ünvanda fərdi evdə qeydiyyatsız yaşayır. Maraqlı şəxs2 adına verilmiş 11 noyabr 2021-ci il tarixli müvəqqəti şəxsiyyət vəsiqəsindən görünür ki, o, 1984-cü il təvəllüdlüdür, Bakı şəhərində doğulmuşdur, yaşayış yeri Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsi massiv 3 ünvanıdır. Maraqlı şəxs2 Murələm oğlunun uşaqları Ramal və Sadiqin doğum haqqında şəhadətnamələrdən və şəxsiyyət vəsiqələrindən görünür ki, onların anaları X6, ataları Saleh Mirələm oğludur. Uşaqların soyadı ananın soyadına uyğun «İmanquliyev» kimi qeyd edilmişdir. Bakı şəhəri üzrə Təhsil İdarəsinin 07 oktyabr 2022-ci il tarixli 293 saylı arayışından görünür ki, Maraqlı şəxs2 Sadiq və Ramal adlı uşaqları 2022/2023-cü dərs ilində F.Qədimov adına 222 saylı tam orta məktəbdə təhsil alırlar. Uşaqların atası Maraqlı şəxs2, anaları X3r. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 noyabr 2022-ci il tarixli 2(002)- 2274/2022 saylı qərardadından görünür ki, Maraqlı şəxs2 Bakı şəhəri Maraqlı şəxs1 maraqlı şəxs kimi göstərərək doğum faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə həmin məhkəməyə müraciət etmiş və onun xx.xx.1984-cü il tarixdə Bakı şəhərində doğulması, atasının X18 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin ərizə onunla əsaslandırılmışdır ki, o, X9 ilə anası X2 qeyri-rəsmi nikah münasibətlərindən 1984cü ilin dekabr ayının 10-da Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsində ev şəraitində doğulmuşdur. Doğum faktı qeydiyyata alınmadığı üçün ona doğum haqqında şəhadətnamə yazılmamışdır. O, 16 yaşında olarkən atası Mirələm Ağayev vəfat etmişdir. X1 ilə qeyri-rəsmi nikahdadır və həmin nikahdan 3 övladları vardır. Hal-hazırda onun sənədlərinin olmaması səbəbindən uşaqlarına öz soyadını verə bilmir, hüquq və vəzifələrini həyata keçirə bilmir. Sonradan Maraqlı şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin onun iradəsinin ifadəsi olmadığını bildirərək, ərizənin geri qaytarılmasını xahiş etmişdir. Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmədə müəyyən edildi ki, Qaradağ RPİ İstintaq şöbəsinin sabiq müstəntiqi, polis kapitanı K.Zülfüqarov tərəfindən 11 noyabr 2021-ci ildə Bakı şəhəri Qaradağ rayonu Sanqaçal qəsəbəsi Bağ evləri massivində Maraqlı şəxs2 ilə X11 və X12 arasında torpaq sahəsinə görə yaranmış mübahisə zamanı onların bir-birilərinə xəsarət yetirmələri faktı ilə bağlı 12 noyabr 2021-ci il tarixli qərarla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi başlanılmışdır. İstintaq zamanı X12, X11 zərər çəkmiş şəxs qismində tanınaraq dindirilmiş, məhkəmə-tibbi ekspertizaları keçirilmiş, hadisə nəticəsində X5 və Maraqlı şəxs2 yüngül zərər vurmaya aid xəsarət almaları barədə rəylər alınmış, 12 yanvar 2022-ci il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 53.1.1-ci maddəsinə əsasən iş üzrə icraat dayandırılmışdır. Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi və şəxsiyyət vəsiqəsi olmadığından onun barəsində istintaq hərəkətlərinin aparılması mümkün olmamışdır. Maraqlı şəxs2 doğum haqqında şəhadətnaməsi olmadığından şəxsiyyət vəsiqəsi almadığını bildirmiş və şəxsiyyət vəsiqəsi aldıqdan sonra istintaqa təqdim edəcəyini bildirmişdir. Bundan sonra o, doğum faktının müəyyən edilməsi ilə bağlı Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət etmiş, ərizə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin icraatında olmuşdur. Lakin Maraqlı şəxs2 sonradan məhkəməyə ərizə təqdim edərək, doğum faktı ilə bağlı ərizənin onun iradəsi ilə yazılmadığını bildirərək və həmin ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Buna görə də, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-2274/2022 saylı qərardadı ilə Maraqlı şəxs2 doğum faktının müəyyən edilməsi edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır. Maraqlı şəxs2 məsuliyyətdən azad olmaq üçün şəxsiyyət vəsiqəsi almaqdan imtina edir. Həmçinin Maraqlı şəxs2 məxsus doğum haqqında şəhadətnamə olmadığından şəxsiyyət vəsiqəsi alması mümkün deyildir. İş üzrə zəruri istintaq hərəkətlərinin aparılması üçün Maraqlı şəxs2 məxsus şəxsiyyət vəsiqəsinin alınması zəruridir. Məhkəmədə həmçinin müəyyən edildi ki, barəsində doğum faktının müəyyən edilməsi haqqında ərizə verilmiş Maraqlı şəxs2 11 noyabr 2001-ci il tarixdə müvəqqəti şəxsiyyət vəsiqəsi verilmişdir. Onun şəxsi etiraflarına və digər sübutlara əsaslanmaqla müvəqqəti şəxsiyyət vəsiqəsində onun 1984-cü ildə anadan olması, adının Saleh, atasının Mirələm, soyadının Ağayev olması, Bakı şəhəri, Qaradağ rayonu, Sanqaçal qəsəbəsi, massiv 3 ünvanında yaşaması göstərilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Azərbaycan Respublikası MPM-in 5.2-ci maddəsinə əsasən qanunda nəzərdə tutulmuş hallarda başqa şəxsin, yaxud şəxslərin hüquq və mənafelərinin, yaxud dövlətin mənafeyinin müdafiəsi üçün şəxsin və ya orqanların ərizəsinə əsasən də iş başlana bilər. Azərbaycan Respublikası MPM-in 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. Məhkəmə hesab edir ki, dövlət mənafeyinin müdafiəsi əsas götürülməklə Maraqlı şəxs2 barədə doğum faktının müəyyən edilməsi barədə Ərizəçi iddiası təmin edilməlidir. Məhkəmə baxışında müəyyən edildi ki, X25, anası Mirzəliyeva Sona olan Maraqlı şəxs2 10 dekabr 1984-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. İddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Azərbaycan Respublikası MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmiş şəxs olduğuna görə 100 manat dövlət rüsumu cavabdeh Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X9, anası X8 olan Maraqlı şəxs2 10 dekabr 1984-cü il tarixdə Bakı şəhərində doğulması faktı müəyyən edilsin. Hazırkı məhkəmə qətnaməsi döğum haqqında şəhadətnamə verilməsi üşün əsasdır. Doğum haqqında şəhadətnamədə doğum faktı müəyyən edilmiş şəxsin soyadı - Ağayev, adı - Saleh, atasının adı - Mirələm, atası - X18, anası - X8, doğulduğu tarix - 10 dekabr 1984-cü il, doğulduğu yer - Bakı şəhəri göstərilsin. İş üzrə 100 manat dövlət rüsumu Maraqlı şəxs2 tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Kamran Əsədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar