Məhkəmə qərarları › İş №2(002)-3594/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(002)-3594/2021

17.12.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(002)-3594/2021 17.12.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, İddiaçı, cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X3rşı işə bərpa tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X3rşı işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavoduna işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı cavabdeh Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi və vəkili X2 yazılı vəsatət verərək bildirdi ki, iddiaçının cavabdehə qarşı işə bərpa tələbinə daha əvvəl məhkəmədə baxılmışdır və həmin iddianın rədd olunması barədə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.01.2007-ci il tarixli qətnaməsi mövcuddur. Ona görə də eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə qanuni qüvvəyə minmiş qətnamə olduğundan hazırkı mülki iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı İddiaçı bildirdi ki, həqiqətən daha əvvəl onun işə bərpa tələbinə məhkəmədə baxılmışdır, lakin qəbul edilmiş Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 16.01.2007-ci il tarixli qətnaməsini qanunsuz və əsassız hesab edir. Belə ki, onun iddiasına düzgün baxılmamış, qətnamənin surəti ona rəsmi qaydada verilməmiş, həmin qətnaməni xəstəliyi ilə əlaqədar vaxtında mübahisələndirə bilməmişdir. Hazırda işə bərpa tələbinə düzgün baxılması üçün yenidən məhkəməyə müraciət etmişdir. Ona görə də iş üzrə icraata xitam verilməsi barədə vəsatətin təmin edilməməsini xahiş edir. Məhkəmə izahatları dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X3rşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-175/2007 saylı 16.01.2007-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X3rşı işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqı tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin mülki iş materiallarında olan məhkəmə qəbzinin surətindən görünür ki, İddiaçı həmin qətnaməni 16.01.2007-ci il tarixdə qəbzə əsasən rəsmi qaydada almış, lakin qətnamədən apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəyə minmişdir. Beləliklə, məhkəmə iclasında tərəflərin izahatlarına və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2-175/2007 saylı 16.01.2007-ci il tarixli qətnaməsinə əsasən müəyyən edildi ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi mövcud olduğundan, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Həmin Məcəllənin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim mülki iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 233, 261.0.2, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Heydər Əliyev adına Bakı X3rşı işə bərpa tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar