Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3627/2025 29.10.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Əsədov Kamran Bağır oğlunun sədrliyi, İmanov Tural Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli doğumun və nikahın qeyd edilməsi faktının müəyyən edilməsi, akt qeydlərinin bərpa olunması» tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli doğumun və nikahın qeyd edilməsi faktının müəyyən edilməsi, akt qeydlərinin bərpa olunması» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun doğum akt qeydinin bərpa edilməklə, xx.xx.1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğumunun qeyd edilmə faktının müəyyən edilməsi; doğum şəhadətnaməsi verilərkən adının Tamam, soyadının Məmmədova, ata adının Süleyman, doğum tarixinin xx.xx.1961-ci il, doğum yerinin Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndi, ata qrafasında atasının X5, ana qrafasında anasının X11, milliyyətlərinin Azərbaycanlı kimi qeyd olunması; onun X9 ilə xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində tərtib edilmiş nikahın qeyd edilmə faktının müəyyən edilərək, nikah akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, (Novruzova (qızlıq soyadı Məmmədova) Tamam Süleyman qızı) xx.xx.1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuşdur. O, xx.xx.1979-cu il tarixdə X9 ilə ailə qurmaqla bu barədə Ermənistan SSR Amasiya rayonunda qeydiyyat aparılmış və o, Novruzova soyadını qəbul etmişdir. Onların birgə nikahlarından iki uşaqları doğulmuşdur. xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonunda doğulmuş oğlu X6 doğum haqqında şəhadətnaməsi də təsdiq edir ki, o, X9 ilə nikahda olmaqla, bu barədə doğum haqqında şəhadətnamə qrafasında ataları X2 qeyd edilmişdir. X9 xx.xx.2013-cü il tarixdə vəfat etmişdir. Məlum hadisələrlə əlaqədar onlar Ermənistan SSR-dən qaçqın olmaqla Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsində məskunlaşmışlar. Doğum şəhadətnaməsinə əsasən Qaradağ RPİ tərəfindən ona xx.xx.2012-ci il tarixdə şəxsiyyət vəsiqəsi verilmişdir. Hazırda onun doğum və nikah haqqında şəhadətnamələrini naməlum şəraitdə itirmişdir. Doğum və nikah haqqında akt qeydləri Ermənistan SSR dövründə və orada aparıldığından yeni doğum və nikah şəhadətnaməsi ala bilmir. Bu barədə qeydiyyat şöbəsinə ərizə təqdim etsə də, məhkəməyə müraciət etməsi ona tövsiyə olunmuşdur. Hazırda həmin şəhadətnamələr ona bəzi hüquqi sənədləşmə aparılması üçün lazımdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X10 ifadəsində bildirdi ki, ərizəçi onun əmisi oğlu ilə ailə qurub. Toy Qərbi Azərbaycanda olub. 1988-ci ilə qədər dəbə-baba yurd yerlərində yaşamışlar. Ərizəçigilin toyunda olmuşdur. Tamam 1961-ci ildə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuşdur. Ərizəçinin nikahından bir qızı və bir oğlu var. X4 ifadəsində bildirdi ki, qohumdurlar. Tamam Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuşdur. Ərizəçi X9 ilə ailə qurub. Toylarında olmuşdur. Ərizəçinin bu nikahdan doğulmuş iki uşaqları var. 1988-ci ildə dədə-baba yurd yerlərindən məcburi şəkildə çıxarılmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş sənədlər toplusundan görünür ki, Ərizəçi (qızlıq soyadı Məmmədova) xx.xx.1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuşdur. X1, anası X11 olan ərizəçinin adına doğum haqqında akt qeydi Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyi tərəfindən icra edilmiş, ona doğum haqqında şəhadətnamə təqdim olunmuş, həmin doğum haqqında şəhadətnaməyə əsasən ərizəçinin adına digər sənədlər (Güllübulaq orta məktəbi tərəfindən 25 iyul 1976-cı il tarixdə AB seriyalı 514792, 8 illik təhsil barədə şəhadətnamə, 03 iyul 1978-ci il tarixdə AB seriyalı 532248 saylı tam orta təhsil haqqında Attestat və s.) verilmişdir. Ərizəçi X9 ilə xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində müvafiq akt qeydi ilə nikaha daxil olaraq ailə qurmuşdur. Onların birgə nikahdan övladları doğulmuşdur. Sonradan ərizəçi və ailəsi tarixi Qərbi Azərbaycan torpaqlarından qovulmuş, yurd yerlərini etnik təmizləməyə məruz qalmaqla tərk etməyə məcbur olmuşlar. Ərizəçi öz ailəsi ilə Bakı şəhərinə pənah gətirmiş, həyat yoldaşına və digər ailə üzvlərinə qaçqın vəsiqəsi verilmişdir. Ərizəçinin həyat yoldaşının pasportunun surəti və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. İ-SL seriyalı 567330 saylı SSRİ vətəndaşının pasportundan göründüyü kimi, X3 ailə vəziyyəti əks olunan səhifədə onunla Ərizəçi arasında xx.xx.1979-cu il tarixdə Güllübulaq kənd sovetliyində müvafiq akt qeydi ilə nikah bağlandığı göstərilmişdir. Ərizəçinin həyat yoldaşı X9 xx.xx.2013-cü il tarixdə beyin hipoksiyası və ödemindən vəfat etmişdir. Ərizəçi naməlum şəraitdə doğum haqqında vət nikah haqqında şəhadətnamələrinin əslini itirmişdir. Bakı şəhəri Maraqlı şəxs 31 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Ərizəçi doğum akt qeydinin bərpa edilməsinin həmin şöbədə mümkün olmaması bildirilmiş, məhkəməyə müraciət etməsi tövsiyə olunmuş və qanunvericiliyin tələbləri izah edilmişdir. Azərbaycan Respublikası MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-in 307.2, 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun və nikahın qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, X1, anası X11 olan Novruzova (qızlıq soyadı Məmmədova) Tamam Süleyman qızı xx.xx.1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğulmuş və doğum səlahiyyətli orqan tərəfindən qeydə alınaraq, ona doğum haqqında şəhadətnamə verilmişdir. Eləcə də, müəyyən edildi ki, Novruzova (qızlıq soyadı Məmmədova) Tamam Süleyman qızı xx.xx.1979-cu il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində rəsmi nikaha daxil olmaqla ailə qurmuş, bu barədə akt qeydləri kitabında müvafiq akt qeydi aparılmış, nikah haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi ərizəçi özünün doğumunun və nikahının qeyd edilməsinə dair hüquqi əhəmiyyəti olan faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi dövlət rüsumu ödəməkdən azad edilmiş şəxsdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X1, anası X11 olan Novruzova (qızlıq soyadı Məmmədova) Tamam Süleyman qızının xx xxxx 1961-ci il tarixdə Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndində doğumunun qeyd edilmə faktı müəyyən edilsin və Ərizəçi doğum akt qeydi bərpa olunsun. Ərizəçi adına doğum haqqında şəhadətnamə verilsin. Doğum haqqında şəhadətnamədə adı Tamam, soyadı Məmmədova, ata adı Süleyman, doğum tarixi xx xxxx 1961-ci il, doğum yeri Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndi, ata qrafasında ata adı X5, ana qrafasında ana adı X11, milliyyətləri azərbaycanlı kimi qeyd olunsun. Ərizəçi 31 iyul 1979-cu il tarixdə nikahının qeyd edilmə faktı müəyyən edilsin və Ərizəçi nikah akt qeydi bərpa olunsun. Ərizəçi adına nikah haqqında şəhadətnamə verilsin. Nikah haqqında şəhadətnamədə ərin soyadı, adı, atasının adı X9, arvadın soyadı, adı, atasının adı X7, nikah akt qeydinin aparılma yeri Ermənistan SSR Amasiya rayonu Güllübulaq kəndi, akt qeydini aparan orqan (səlahiyyətli orqan) kimi Ermənistan SSR Amasiya rayonu Güllübulaq kənd sovetliyi, nikah bağlanandan sonra arvada verilən soyad Novruzova, nikah bağlandığı tarixin 31 iyul 1979-cu il olması qeyd olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Qaradağ rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kamran Əsədov
Məhkəmə qərarları › İş №2(002)-3627/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3627/2025
29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver