Məhkəmə qərarları › İş №2(002)-387/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-387/2023

12.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-387/2023 12.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həşimova Günay Rövşən qızının sədrliyi, Məhkəmə iclasının katibi Məcidli Aysel Əli qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Maraqlı şəxs qismində qeyd etməklə “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: Ərizəçi Maraqlı şəxs iş üzrə maraqlı şəxs qismində qeyd etməklə, onun “qohumluq faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Laçın rayonunda doğulmuş Ərizəçi xx.xx.1937-ci il tarixində Laçın rayonun Məzməzə kəndində anadan olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki O, X13 xx.xx.1958-ci il tarixində Laçın rayonunda doğulmuşdur. Onun atası X15 olsa da, anası ilə rəsmi nikahları olmadiğı üçün onun doğum haqqında şəhadətnamənin ata qrafasında ata adı qeydi edilməmişdir. Lakin onun bütün senedlərinde ata adı Dadaş kimi göstərilmişdir. Qeyd etmək isteyir ki, onlar Laçın rayonundan məcburi köçkün olmaqla Bakı şəheri Qaradağ rayonu Sahil qəsəbəsində məskunlaşmişlar. Bu müddət ərzinde de atası X15 da onunla birlikde yaşamişdır. O, xx.xx.2022-ci il tarixinde vəfat etmişdir. Atasının vəfatindan sonra o, notariat qaydada ərizə verməklə atasından miras qalmiş əmlakı qəbul etmişdir. Bu barədə notariat ofisinə müraciat etsə də, doğum şəhadətnaməsində ata adının yazılmaması səbəbindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməmişdir. Bu səbəbdən də onun mərhum X9 oğlu olmasına dair qohumluq faktınin təsdiq edilməsi zərurəti yaranmışdır.Hazırda yaranmış vəziyyətə görə atalığa dair qeydiyyat şöbəsinə müraciət etsə də, onlar məhkəməyə müraciət etməyi təklif etmişdilər. O, doğum haqqında şəhadətnaməsində atasının adının yazılması ilə əlaqədar Maraqlı şəxsnə müraciət etmişdi. Lakin bu idarənin xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Lakin yuxarıda qeyd etdiyi kimi, atası vəfat etdiyi üçün artıq onun qeydiyyat şöbəsinə ərizə verməsi qeyri-mümkündür. Təbii ki, atası ilə anası arasında rəsmi nikahın olmaması da bu məsələdə çətinliklər yaradır. Ona görə də yalnız xüsusi icraat qaydasında məhkəmə yolu ilə bu faktın müəyyən edilməsi mümkündür. AR MPM-in müvafiq maddələrinə əsasən iddia təmin edilməlidir. Ərizəçi məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, baxmayaraq ki, valideynləri arasında rəsmi nikah olmamaışdır , amma onlar bir ailə kimi birgə təssərrüfat aparmış və birlikdə atası ölənədək onunla birlikdə yaşamışdır. Onun bütün sənədlərində ata adı “Dadaş” qeyd olunmuş, həmçinin bu faktı atası öz sağlığında qəbul etmişdir. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirdi ki, ərizəçinin qohumudur. Təsdiq etdi ki, Ərizəçi xx.xx.1937-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş X8 oğludur. Ataları ölənə qədər, qardaşı Ərizəçi və anası ilə birlikdə yaşamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirdi ki, ərizəçinin qardaşının arvadıdır. Təsdiq etdi ki, Ərizəçi xx.xx.1937-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş X8 oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, ərizəçinin qohumudur. Təsdiq etdi ki, Ərizəçi xx.xx.1937-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş X8 oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, ərizəçinin bacısıdır. Təsdiq etdi ki, Ərizəçi xx.xx.1937-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş X8 oğludur.Əlavə olaraq qeyd etdi ki, valideynlərinin rəsmi nikahı olmamaışdır. xx.xx.2022-ci ildə vəfat etmiş ataları X15 onlar ilə birgə bir ailə kimi yaşamış və təsərrüfat aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirdi ki, ərizəçinin qardaşıdır. Təsdiq etdi ki, Ərizəçi xx.xx.1937-ci ildə Laçın rayonunda anadan olmuş, xx.xx.2022-ci ildə vəfat etmiş X8 oğludur. Əlavə olaraq qeyd etdi ki, valideynlərinin rəsmi nikahı olmamaışdır. xx.xx.2022-ci ildə vəfat etmiş ataları X15 onlar ilə birgə bir ailə kimi yaşamış və təsərrüfat aparmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilmiş AZ-İİ seriyalı 271566 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2022-ci il tarixdə ölmüş və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İ-ИЕ seriyalı 457445 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1958-ci il təvəllüdlü Ərizəçi atası qrafası boş saxlanılmış və anası Hətəmova Surxay qızıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Maraqlı şəxs xx.xx.2022-ci il tarixdə 05/Q-1595/15 saylı məktubundan görünür ki, atalığın müəyyən edilməsinə dair müraciət edən vətəndaş Ərizəçi izah edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 187.1 maddəsinin tələblərinə əsasən atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır.Həmçinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 6.7-ci bəndinə əsasən uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının qeydiyyat şöbəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli 2301 saylı Bakı şəhəri 8 saylı notariat ofisinin vətəndaş Ərizəçi cavab məktubundan yazıb bildirilmişdir ki, xx.xx.2022-ci il tarixdə ölmüş X8 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 233/2022 nömrəli vərəsəlik işi açılmışdır.Bildirir ki, təqdim etdiyiniz sənədlərə baxış keçirərkən qohumluq əlaqəsini təsdiq edən sənədlər aşkar olunmamışdır. Belə ki, vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün ölənin oğlu Ərizəçi doğum haqqında şəhadətnaməsinə baxış keçirilərkən doğum haqqında şəhadətnamədə atası barədə məlumat aşkar edilmədi.Bildirir ki, tərəfindən vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün mərhum X8 oğlu (Ərizəçi) olmanız barədə qohumluq faktının təsdiq olunması üçün müvafiq məhkəməyə müraciət edə bilərsiniz.Bildirir ki,qohumluq faktı təsdiq olunduqdan sonra yenidən notariat ofisinə müraciət edə bilərsiniz. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Qaradağ rayon sektorunun xx.xx.2022-ci il tarixli 2665 nömrəli arayışından görünür ki, X15 ölüm tarixinə kimi (xx.xx.2022-ci il qədər) ünvan 1 ünvanda yaşamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş İİ-ЖГ saylı 312495 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X2 arasında nikah xx.xx.1980-ci i ltarixdə Laçın rayonu Güləbird kənd sovetliyində 01 nömrəli akt ilə bağlanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki,Ərizəçi xx.xx.1958-ci il təvəllüdlüdür. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsində göstərilir ki, uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı Qərarının 11.1-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-in 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın, yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Azərbaycan Respublikası MPM-in 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir.Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Bundan başqa, qeyd edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-in 310-cu maddəsi Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: İşin faktiki hallarından da göründüyü kimi, hazırkı iş üzrə atalığın tanınması faktının müəyyən edilməsi üçün hər 3 şərt mövcud olmuşdur. X4 Ərizəçi anası nikahda olmamış, X1 özünü Ərizəçi atası hesab etmiş və xx.xx.2022-ci ildə ölmüşdür. Bundan əlavə, Ərizəçi xx.xx.2023-ci ildə vəfat etmiş X8 onun atası olmasını təsdiq edən sənədi məhkəmədən kənar qaydada ala bilməmişdir.Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə və məhkəmə iclasında tədqiq olunmuş sübutların məcmusu ilə tam təsdiq olunur ki,ərizə əsaslıdır və təmin edilməli- xx.xx.1937-ci il tarixində Laçın rayonun Məzməzə kəndində anadan olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 xx.xx.1958-ci ildə Laçın rayonunda doğulmuş Ərizəçi atası olması barədə hüquqi fakt müəyyən edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. xx.xx.1937-ci il tarixində Laçın rayonun Məzməzə kəndində anadan olmuş və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X8 xx.xx.1958-ci ildə Laçın rayonunda doğulmuş Ərizəçi atası olması barədə hüquqi fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə elektron kabinet vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Günay Həşimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar