Məhkəmə qərarları › İş №2(002)-3982/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(002)-3982/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(002)-3982/2023 27.12.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Fuad Ələsgər oğlunun sədrliyi, Bağırova Mehriban Yaşar qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə ərizəsi üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, XX.XX.1935-ci il tarixdə Bərdə şəhərində anadan olmuş (şəxsiyyət vəsiqəsi: AZE №********) və xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş (ölüm haqqında şəhadətnamə: AZ-İİ №241234) X5 onun anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, X11 onun anasıdır. Anası 1935-ci ildə Bərdə şəhərində anadan olmuşdur. Anası 22 iyun 1951-ci ildə X15 ilə ailə qurmuş və nikaha daxil olarkən anasının qızlıq soyadı Əkbərova kimi qeyd edilmiş, nikaha daxil olarkən anası atasının soyadı olan Nəcəfova soyadını qəbul etmişdir. Lakin pasportunu dəyişməmiş, pasportda, sonradan şəxsiyyət vəsiqəsində soyadı Ələkbərova kimi qalmışdır. 22 avqust 1951-ci il tarixdə ərizəçi doğulmuşdur, onun doğum haqqında şəhadətnaməsi nikah haqqında şəhadətnamə əsasında yazılmış, anası X4 göstərilmişdir. Anası xx.xx.2021-ci il tarixdə vəfat etmiş və ölüm haqqında şəhadətnamədə X2 qeyd edilmişdir. Anası vəfat edənə qədər onunla bir ünvanda yaşamışlar. ünvan 1ına Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsi ayrılmış və həmin sərəncamda da anası X2 göstərilmişdir Onun doğum haqqında akt qeydində ana qrafasında və valideynlərinin nikah haqqında akt qeydində qadın qrafasında dəyişiklik edilməsi barədə Maraqlı şəxsnə rəsmi olaraq müraciət etsə də, anasının doğum akt qeydi haqqında məlumat aşkar edilmədiyindən dəyişiklik mümkün olmamışdır. O, anası X3 miras qalmış əmlaka vərəsəlik şəhadətnaməsi almaq üçün Bakı şəhəri 8 saylı notariat kontoruna müraciət etmişdir. Lakin anasının ölüm haqqında, evlənmək haqqında, onun doğum haqqında şəhadətnamələrində olan uyğunsuzluğa görə vərəsəlik şəhadətnaməsi ala bilmir. Notariusun məktubunda sənədlərdə olan ziddiyyəti bərpa edib təkrar notariat ofisinə müraciət etməli olduğu qeyd edilmişdir. Eyni zamanda bildirir ki, anasının vəfatından sonra ondan miras qalmış əmlakı faktiki olaraq qəbul edərək idarə etmişdir. Anasının vəfatından sonra evin bütün kommunal xərcləri onun tərəfindən ödənilmişdir. Mirasla bağlı heç bir mübahisə yoxdur. Hazırki faktın müəyyən edilməsi ona vərəsəliklə bağlı işlərin aparılması üçün lazımdır. Bununla əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda o, məhkəmədən ərizəsinin təmin olunmasını xahiş edir. Maraqlı şəxs məhkəməyə ərizə ünvanlayaraq, işə onun səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X7 ifadə verərək bildirdi ki, o, ərizəçinin qohumudur. 30 ildən çoxdur ki, ərizəçi ilə münasibətləri olmaqla onun atasını və anasını tanıyır. Ərizəçinin anasının soyadı şəxsiyyət vəsiqəsində Ələkbərova kimi qeyd olunub, anası 1935-ci il təvəllüdlüdür və 2021-ci ildə vəfat etmişdir, vəfat edənə qədər ərizəçi ilə bir ünvanda yaşayıblar. Anası atası ilə evlənəndə Nəcəfova soyadını qəbul edib, lakin həmin soyadı ilə şəxsiyyət vəsiqəsi almayıb. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X16 ifadə verərək bildirdi ki, o, ərizəçinin kürəkənidir. Ərizəçinin mərhum anasının soyadı sənədlərdə Ələkbərova olmuşdur, 1935-ci il təvəllüdlüdür və 2021-ci ildə vəfat etmişdir. Məhkəmə, izahatları və şahidlərin ifadələrini dinləyib, iş materiallarında olan sənədləri tədqiq edərək belə qənaətə gəlir ki, ərizə aşağıdakı əsaslara görə əsaslı hesab edilərək təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri 8 saylı Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə ölmüş X5 ölümündən sonra miras qalmış əmlakla bağlı xx.xx.2022-ci il tarixdə Bakı şəhəri 8 saylı notariat ofisinə müraciət daxil olmuş və 256/2022 nömrəli vərəsəlik işi açılmışdır. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Ərizəçi notariat ofisinə X5 ölüm haqqında şəhadətnaməsini, X8 evlənmək haqqında şəhadətnaməsini, öz doğum haqqında şəhadətnaməsini, X1 yaşayış yeri barədə arayışı, X5 adına olan sərəncamı, mirasın qəbulu haqqında ərizəni təqdim etmişdir. Lakin miras əmlak barədə sənədlə, ölüm haqqında şəhadətnamə, evlənmək haqqında şəhadətnamə, Ərizəçi doğum haqqında şəhadətnaməsi ziddiyyət təşkil etdiyi üçün Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi mümkün deyildir. Vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün sənədlərdə olan ziddiyyəti bərpa edib təkrar notariat ofisinə müraciət edilməsi tövsiyə olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Ərizəçi doğumu haqqında akt qeydində ana qrafasında və valideynlərinin nikah haqqında akt qeydində qadın qrafasında dəyişiklik edilməsi barədə Maraqlı şəxsnə daxil olmuş ərizənizə baxılmışdır. Sənədlər nəzərdən keçirilərkən Ərizəçi Bərdə rayon Mustafaağalı icra nümayəndəliyi tərəfindən xx.xx.1951-ci il tarixdə tərtib edilmiş 31 saylı doğum haqqında akt qeydində ana haqqında məlumat qrafasında soyadı "Nəcəfova", adı "Asiya", eləcə də valideynlərinin xx.xx.1951-ci ildə tərtib edilmiş 04 saylı nikah haqqında akt qeydində qadın haqqında məlumat qrafasında soyadı evlənənədək "Əkbərova", evlənəndən sonra "Nəcəfova", adı "Asiya" yazıldığı halda, ərizəçinin anasının Maraqlı şəxs tərəfindən xx.xx.2021-ci ildə tərtib edilmiş 850 saylı ölüm haqqında akt qeydində soyadının "Ələkbərova", adının "Asya" göstərildiyi müəyyən edilmişdir. Eyni zamanda bildirmişlər ki, ərizəçinin anasının doğum haqqında akt qeydinin istənilməsi barədə Bərdə rayon Dövlət Arxivinə sorğu göndərilmiş, lakin doğumu haqqında məlumat aşkar edilməmişdir. İş materiallarında olan AZE seriyalı, 00****** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1951-cı il tarixdə ünvan 5 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan AZE seriyalı, 05435094 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 XX.XX.1935-ci il tarixdə ünvan 6 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli, xx.xx.2023-cü il tarixli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ərizəçi Bakı şəhəri, Ələt qəsəbəsi, massiv 2, ev 28-də qeydiyyatdadır. Həmin mənzildə ondan başqa digər şəxslər də qeydiyyatdadırlar. İş materiallarında olan İE seriyalı, 027864 saylı saylı evlənmə haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X12 xx.xx.1951-cı il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında Bərdə rayonu X10 qeydiyyat aparılmışdır. İş materiallarında olan Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 584 nömrəli 22 iyun 2000-ci il tarixli fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ayrılması haqqında sərəncamının surətindən görünür ki, vətəndaş X6 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılmasına sərəncam verilmişdir. İş materiallarında olan İE seriyalı, 541987 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 22 avqust 1951-cı il tarixdə anadan olmuşdur, atası Nəcəfov Adil, anası X9r. İş materiallarında olan AZ-İİ seriyalı, 241234 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2021-ci ildə vəfat etmişdir. Beləliklə, mülki iş üzrə sübutlara hüquqi qiymət verərək məhkəmə müəyyən edir ki, izahatda, şahidlərin ifadələrində, iş materiallarında olan yazılı sübutlarda qeyd olunan məlumatlar nəzərə alınaraq, ərizə təmin edilməli, XX.XX.1935-ci il tarixdə Bərdə şəhərində anadan olmuş və xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X5 Ərizəçi anası olması faktı müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 309.1-ci maddəsinə əsasən, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə, hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Beləliklə, məhkəmə mülki iş üzrə sübutları və sadalanan hüquq normalarını nəzərə alaraq müəyyən edir ki, ərizə əsaslı hesab olunaraq təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. XX.XX.1935-ci il tarixdə Bərdə şəhərində anadan olmuş (şəxsiyyət vəsiqəsi: AZE № ********) və xx.xx.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmiş (ölüm haqqında şəhadətnamə: AZ-İİ № 241234) X5 Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar